Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   24   25   26   27   28   29   30   31   ...   95

105 
 
– Ayə, vallah, neçə ildi biz burda qonşuyux. Sənin atanı 
da  tanıyıram,  ananı  da  tanıyıram,  qardaşını  da.  Biri-birimizə 
mehribanıx. Ancaq mən, – dedi, – çox xəcalət çəkerəm.  
– Ayə, – dedi, – sən mənim canım, xəcalət çəhməynən. 
Ayıf döymü? Nə lazımdısa istə, verim.  
Dedi: 
– Ə, yox, bir şey istəmerəm.  
– Ə, nədi?  
Dedi: 
– Sən gedənnən sonra sənin həyatın
43
 zayeja
44
 dönür. Bu 
qadının  yanına  gələn-gedən.  Mən  də,  –  dedi,  –  ət  tökörəm. 
Sənin  nə  nəslinə  yaraşandı,  nə  kökünə  yaraşandı,  nə  vijdana 
yaraşandı.  
Kişi geri qayıdıf burda istintaq aparası döydü, vardı getdi 
işinə. Dərəni anrı aşan kimi qonşu gəldi bu qadının yanına.  
– Bajı, anam olasan, bajım olasan, xətri istiyirəm, atanı 
tanıyıram, qardaşını. Biz o qədir mehribanıx, filan.  
Dedi: 
– Sən mənim canım, nə əysihliyin var, nə istiyirsən?  
Dedi: 
– Heç bir şey.  
Axırı dedi: 
– Sənin yoldaşın elə qadınnarnan gəzer, heç sənin əlinə 
su töhməyə yaraşmır.  
Bir  az  da  bunun  ürəyinə  şübhə  saldı,  çıxdı  getdi.  Əri 
gəldi.  Daa  bunu  nə  qarşılıyan  oldu,  nə  paltosunu  tutan  oldu. 
Qadın  balqonun  o  başına  baxer,  kişi  də  balqonun  bu  başına. 
Bir  həftə  bu  midvalnan  dolandılar.  Dedi:  “Ə,  bunu  pusom, 
axtarem,  göröm  bu  qonşunun  sözündə  həqiqət  varmı?”  Qar 
                                                
43
 Həyat – həyət 
44
 Zayej – gediş-gəlişli yer 


106 
 
yağmışdı.  Oğlan  dedi,  savah  gejdən  çıxem,  iz-miz  itməmiş, 
görüm  burda  bir  həqiqət  varmı.  Çıxdı,  gördü  ə,  bunun  qapı-
sınnan üş dənə iz gedif. Gəldi, axotu
45
 götdü, qoyun-mal çıxıf 
izi  əyaxlamamış  gethaget,  gethaget,  bu  izi  apardı.  Bir  dağın 
başında gördü kü, üş nəfər adamdı burda. Həqiqi də, qapıdan 
gətdiyi izdərdi. Çaxmağı çəhdi, bular aman istədi. Dedi: 
– Ay qardaş, bizi niyə vurorsan? Sana neyləmişik?  
Dedi: 
– Öz qapımnan gətirmişəm sizin izi. Bu niyə belədi?  
Dedi ki, düzdü, sənin qapınnan gəlmişik, ancaq bir aman 
elə də, bilginən nədi, nə döy, nəyə görədi? Mən sənnən aylən 
arasında məhəbbət yaradanam. Havax ajığınız tutuf bir-birinizə 
çəkinəndə, dartınanda, çiyninizdən aşağı basıf arada məhəbbət 
yaratmışam.  
Biri dedi: 
–  Ə,  mən  sənin  varıyın-döylətiyin  üstündə  günüz  axşa-
ma kimi keşih çəkerəm. Gejə  yatdığın  yerdə səni qaldıreram, 
ə,  inəyin  doğuf.  Qalxıf  gedif  görörsən  ki,  inəyin  doğuf, 
qoyunun doğuf. Malını, döylətini… 
Biri dedi: 
–  Ə,  mən  də  xəzinədaram.  Öyə  gələn  gəlirin  üstünə 
yıxılmışam,  qoymuram  lişni  yerə  xarşdanmağa.  İndi  sizin 
öydə  bir  həftədi  davadı,  qalmaqaldı.  Biriniz  aya  baxersınız, 
biriniz çaya. Biz də çıxıf gederih. Harda kim bizi qəbul eləsə, 
ona işdijeyih də. 
– Ayə, atam sizə qurvan olsun, anam sizə qurvan olsun, 
gəlin qayıdın.  
Dedi:  
– Yox, qayıdan döylüh. Get yoldaşınnan məsləhət eləy-
nən. Bax, bizim birimiz  vardı-döylətdi, birimiz  məhəbbət  ya-
                                                
45
 Axot – tüfəng 


107 
 
raderıx,  birimiz  də  o  xəzinənin  üstündə  duranıx.  Hansımızı 
istirsə, o qayıtsın.  
Gəldi, dedi: 
–  Ay  arvat,  Allah  mərdiməzara  nəhlət  eləsin,  bizim 
çörəyimiz  ağzı  üstə  dönüf.  Həyatımızın  varı-döyləti,  məhəb-
bəti,  yaşayışı o dağdan aşıf varıf geder. Gedif tutmuşam. İndi 
sən hasını istirsən?  
Dedi: 
– A kişi! Get yalvar, yapış, birtəər elə məhəbbəti gəti. O 
məhəbbət  gəlsə,  biri-birimizə  sədaqətdi,  məhəbbətdi  olsax, 
biz dolanajeyih.  
Getdi, yalvardı, dedi: 
– Ə, məhəbbət hasınızsız, qadan alım?  
Dedi: 
– Mən.  
Dedi: 
– Səni istir arvadım da, mən də.  
O birilər da munnan bərabər qayıtdı gəldi. Xeyir-bərəkət 
təzdənnən başdadı. 
 
15. ÇOBAN VƏ NAXIRÇI 
 
Bir kəntdə bir çoban, bir naxırçı var idi. Naxırçının oğlu, 
çobanın qızı var idi. Naxırçı çox kasıb idi. Nəyi vardı? Bir ala 
danası  var  idi. Oğlu  böyüdü.  Arvad dedi  ki,  ay  kişi, oğlumuz 
böyüyüf, yaşı keçer. Bunu öyləndirmək lazımdı. Kişi dedi: 
– Arvad, nəyimiz var?  
Dedi:  
– Bir danamız var, onu satax gəlinə verək.  
Nəysə, razılaşdılar. Dedi, bə kimin qızın alax? Kim qızını 
bizə verər? Dedi, verəllər. Onda biz çobanın qızına elçi gedək. 
El  adətinən  ağzı  axşama  bular  getdi  çobanın  öyünə.  Çoban 


108 
 
bunu yaxşı qəbul elədi. Burdan belə məsəl çıxır ki, kürd kür-
dün bəyi döyül. Çoban dedi: 
– Ayıf döyülmü, qızım sizə peşkəşdi. Heç bir şey almı-
ram, nə də vermiyin. Təki aylə qursunnar.  
Çobannan naxırçı qərara gəldilər, ucuzvarı toy  elədilər. 
Toy eliyənnən sonra bu bir dana böyüdü, balaladı, iki oldu, üç 
oldu. Bu  minvalnan  var-dövlət artdı.  Var-dövlət artdıxcan da 
naxırçının oğlu, qızı oldu. Dedi:  
– Arvad, bura kəndin ortasıdı, dardı. Gəlsən, qıraxda ev 
tikək.  
Getdilər kəndin qırağında bir ev tikdilər. At ferması, qo-
yun ferması, toyuq ferması – hamısın cərgəynən tikdilər. Var-
randılar.  Bir  axşam  alçaxca  qar  yağdı.  Kişi  sabah  eşiyə  çı-
xanda gördü bir çəkməli adam gəlif bu qapıda hərrənif, izi də 
qara düşüb, amma mal toylasının, heç birisinin qapısını açmı-
yıf, içəri girmiyif. Dedi: 
– Arvad, axotu gətir, gedif bunu gülləlijəm. Mənim qa-
pımı gəziflər.  
Dedi: 
– A kişi, gəzif gəzif, malını ki aparmıyıf!  
Dedi: 
– Yox, gedif tapajam.  
Uzaxda – dağın ətəyində bir sirri mağara var idi. Bu ma-
ğaraya gedəndə gördü bir kişi burda oturuf qalyan çəkir. Kişi 
əlində axotnan gələni görüb gülümsədi. Dedi: 
– Nəyə gəlibsən?  
Dedi: 
– Səni vurmağa gəlmişəm.  
Dedi: 
– Niyə vurursan məni?  
Dedi:  
– Niyə gəlif mənim qapımı-bajamı hərrənifsən?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə