Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   23   24   25   26   27   28   29   30   ...   95

101 
 
– Ə, ay Yezit, dava eləmə, bax, günortadı.  
Allah-taalanın  hökmünnən  gün  qayıtdı.  Onnan  sonra 
eldə,  obada,  dillərdə  dastan  oldu  ki,  günü  günortadan  qayta-
ran, sayılı borcdan kutaran, canım sana fəda olsun, Ya Əli! 
 
13-14. MƏHƏBBƏT, ÖMÜR VƏ DÖVLƏT 
  
İnstitutda  oxuyanda,  Aslan  adlı  nurani  bir  kişi  belə  bir 
söhpət elədi. Dedi, a bala, bir cavan aylə çox gözəl yaşıyırdı. 
Var-döylət,  mal,  qoyun-quzu...  Qonşu  buna  yaman  paxıllıx 
eliyirdi. – “Əyə, bax, biz də yaşıyırıx. Niyə onun varı-döyləti 
həddini aşır, amma biz yeməyə çörəh tapbırıx?” 
Bir  gün  paxıl  qonşu  evdə  arvadınnan  məsləhət  eliyir. 
Qərara gəlillər ki, buların evinə nifaq  toxumu salsınlar.  Məs-
ləhətdəşirlər, qısa getməh üçün deyirəm. Oğlan gejdənnən du-
rur, çörəyini yiyir, atını minir, işə gedir. Paxıl qonşunun arvadı 
gəlir gəlinə deyir ki, yoldaşın harya gedif? Deyif ki, işə edifdi. 
–  “Ala!  Heç  bilirsən,  iş  yerində  nə  işdər  görür  o?”  Bunu 
möhkəm  köhlüyür.  Oğlan  işə  gedəndə  paxıl  qonşu  bunun 
qavağına  çıxır.  –  “Harya  gedirsən?”  –  “İşə  gedirəm!”  Deyir: 
“Vallah,  qonşuyux,  heç  mənim  ürəyim  götürmür.  Əşi,  sonra 
deyərəm”.  Ürəyinə  bir  toxum  saldı  axı.  –  “Ə  kişi,  sən  Allah, 
de!”  Dedi:  “Vallah,  qonşuyux,  ürəyim  istəmir.  Sən  gedənnən 
sonra heç bilirsən, üzr istiyirəm, arvadın nə işdər görür?”  
Axşam  qayıdanda  ərnən  arvad  tutaşırlar.  Aylədə  nifaq 
düşdümü? Bular dalaşırlar, aylədə ziddiyət başdıyır. Biri oanda 
yatır, biri buanda yatır. Səhər açılır, qoyun-quzu mələşir. Duruf 
heyvannarı  rahatdamax  lazımdı.  Oğlan  gözdüyür  ki,  arvad 
durajax. Arvad gözdüyür ki, oğlan durajax. Heç hansı durmur. 
Gənə ağırrıx kişinin boynuna düşür. Durur, eşiyə çıxanda görür 
tozanax  qar  yağıf.  Onda  da  aynəbənd-zad  yoxuydu.  –  “Ayə, 
balqona ayaq izdəri düşüf”. Belə baxır, təxmini müəyyən eliyir 


102 
 
ki,  ən  azı  üç  adamın  əyağ  izidi.  Deyir,  halal  olsun  qonşuma. 
Düz deyirmiş. Arvadın adamı varıymış. Gəlif görüflər mən öy-
dəyəm, çıxıf gediflər. Qayıdır içəri girir. Nə silahı varsa götü-
rür.  Tüfəngini,  tapancasını,  qılıncını,  nizəsini  götürür,  iznən, 
iznən, iznən gedir. Hələ iz itmiyif axı. Kəntdən aralanır, görür 
kəndin  kənarında  təpənin  başında  qaraltılar  var.  Yaxınnaşır, 
yaxınnaşır,  görür  kü,  üç  adamdı.  Qavax-qavağa  saj-ayağlama 
oturuflar, əllərində də bir çöp, qarı eşəliyillər. Yaxınnaşır: 
– Salamməleyküm!  
Heç kəs başını qaldırmır.  
– Zdrasti!  
Heç kəs başını qaldırmır. Nə dildə salam verir, heç kəs 
başını qaldırmır. Axırı qılıncı çəkir ki, ə, siz kimsiniz? Məəm 
öyümə  gəlifsiniz,  içəri  də  girmiyifsiniz.  Bu  saat  sizi  qılışdan 
keçirəjəm. Heç kəs başını qaldırmır. Nə eliyir, heç kəs dillən-
mir. Axırı ağlıyır. Deyir: 
– Ə, mən partdadım axı!  
Biri başını qaldırır, deyir: 
– Nə deyirsən?  
Deyir: 
– Ə, dediyimi dedim dana!  
Deyir: 
–  Ay  bədbaxt!  Biz  üç  qardaşıx.  Mənim  adım  Məhəb-
bətdi,  bax,  onun  adı  Ömürdü,  onun  da  adı  Döylətdi.  Biz 
üçümüz sənin evində qərar tutmuşdux, həmişə sizdə olurdux. 
Bu axşam gələndə gördük arvadın buanda yatır, sən oanda ya-
tırsan. Çıxıf gedirik daha. Daa biz sənnən olmurux.  
Bu  oğlan  da  dünyagörmüş  oğlanıydı.  Fikirrəşir:  “Ə, 
qadanız  alım,  səhv  eləmişəm!”  –  “Yox,  olmaz”.  Axır,  axır, 
deyir ki, yaxşı! Get, yoldaşına denən, bizim birimiz gələ bilər.  
Başı  yaloylu  qayıdır.  Axşamnan  dalaşıflar  axı.  Öyün 
yıxılmasın!  Vəziyyəti  söylüyür  ki,  boyunnarına  qoymuşam, 


103 
 
biri  gələ  bilər.  Qadın  fikirrəşmədən  deyir  ki,  get  denən  Mə-
həbbət  hansıdı,  o  gəlsin.  Qayıdır  gəlir,  deyir  ki,  əyə,  qadanız 
alım! Yoldaşım dedi ki, Məhəbbət hansıdı, o gəlsin. Danışan 
dedi,  o  mənəm,  gedək!  Durur  buna  qoşulur,  gəlillər.  Xeyli 
gələndə – adam tamahkar olar axı, – deyir: 
– Nolar, Döylətə də denən gəlsin.  
Deyir: 
– Yox, gəlməz!  
Bir yüz addım gedənnən sonra görür, Döylət başını qal-
dırıf, duruf gəlir. Bir yüz addım gedənnən sonra o biri də dal-
qavax gəlillər, içəri dolullar. Süfrə açılır,  yeyillər-içillər. Oğ-
lan deyir ki, bəs sən deyirdin ki, olar gəlməz. Deyir: 
– Ay bədbaxt, bil ki, mən hardayamsa, Ömür də ordadı, 
Döylət də ordadı.  
Mən də bundan ilham alıb bir şeirimdə deyirəm:  
Məclisi şeirnən başdıyax, dostlar, 
Eşqimiz, duyğumuz, şeirə dönsün. 
Ağzını xeyirə açan kəslərin, 
Amalı, arzusu xeyirə dönsün. 
 
Düşək misraların cığır sətrinə, 
Batax gül ətrinə, çiçəy ətrinə. 
Məhəbbət xətrinə, ömür xətrinə, 
Gecələr uzanıb səhərə dönsün. 
 
Ömrümüz tarixin ötən bir anı, 
Gəlsin dalğa-dalğa muğam karvanı. 
Bir yannan “Dilqəmi”, “Misri”, “Divanı”, 
Hər kəlmə yaquta, gövhərə dönsün. 
 
Süzsün durna kimi nazlı gözəllər, 
Eldən uzax olsun qəm, qüssə, kədər. 


104 
 
Ağ bayrax qaldırsın qəzavü-qədər, 
Hər biri ulduza, ülkərə dönsün, 
 
İsa söz eşqiynən bu yollardadı, 
Cavannar eşitsin, məna hardadı. 
Məhəbbət hardadı, ömür ordadı, 
Dövlət də üz tutub o yerə dönsün. 
 
14.  
Xalqımızı,  qonum-qonşumuzu  Allah  məhəbbətdi  eləsin, 
biri-birinə mehriban olsun. Allah, haqq Allahıdı, mərdiməzar-
dan saxlasın. 
Kəntdə  bir  ər-arvat  varıydı.  O  qədir  biri-birinə  mehri-
banıydılar,  məhəbbətdiydilər,  biri-birinə  o  qədir  sədaqətdiy-
dilər  ki,  var-döylət  aşıf  gedirdi.  Harda  ki  məhəbbət  var,  orda 
çörəh var. 
Qonşu mərdiməzar – gənə deyirəm, keçi başı tutanı qal-
masın, – gördü ki, ə, bu, günü-günnən, o qədir fərəhdən... Çıxıf 
gedəndə qanun buydu ki, yoldaşı darvazanın ağzına kimi bunun 
üstünü təmizdiyərdi, əyakqabısını şotkuluyardı, aparardı darva-
zadan  yola  salardı.  Qayıdıf  gələndə  yenə  bu  midvalnan
42
 
darvazanın  ağzında  yoldaşı  bunu  qarşılıyardı,  təmizdiyərdi. 
Qonşu gördü ki, oğlan çıxıb geder. Yaxınnaşdı ona: 
– Salam, qonşu!  
Dedi: 
– Əlöyküməssalam!  
– Sabahın xeyir olsun!  
– Ə, sənin də sabahın xeyir olsun!  
Dedi: 
                                                
42
 Söyləyici  minval  sözünü  midval  şəklində  tələffüz  edir.  Bu nitq hadisəsinə 
yalnız bu söyləyicinin dilində rast gəlinir və bölgə üçün xarakterik deyil.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə