Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   22   23   24   25   26   27   28   29   ...   95

97 
 
–  Sənnən  üş  dənə  daqavor  bağlıyajam.  Oları  yerinə 
yetirsən, sən qulluxdan azadsan.  
Dedi: 
– Bəli, eşiderəm.  
Dedi: 
–  Bax,  kəndin  ətrafında  meşə  var,  orda  bir  ayı  peydah 
oluf.  Meşiyə  top  atammerıx,  oddanajax.  Kim  də  geder,  nə 
qədər  qoçax  oğlannar  geder,  belini,  harabanı,  öküzü  qatdıyır 
qırer, insannar məhv olor. Biz ordan odun gətirəmmerih. Onu 
ordan azad eliyə bilərsənmi?  
Dedi: 
– O mənnihdi.  
Dedi: 
– Çox yaxşı.  
Dedi: 
–  Bax,  bu  çayı  görörsənmi?  Bu  çayın  qavağına  bənd 
salmax olarmı?  
Dedi: 
– Bəli, o da mənnihdi.  
Dedi: 
– Çox yaxşı. Üçüncü şərtim budu ki, Cənab Əlinin başını 
mana gətirə bilərsənmi?  
Dedi: 
– Mənnihdi.  
Dedi: 
– Bax, bu üş şərti  yerinə  yetirdin, on günə yetirdin, beş 
günə yetirdin, üş günə yetirdin, azadsan, çıx var getginən. 
Nolojaxdı,  axşam  yatdılar.  Savah  üzünüzə  xeyirrihnən 
açılsın.  Savah  açıldı.  Cənab  Əliyə  meşiyi  göstərdilər.  Getdi 
meşiyə. Meşənin qırağında Cənab Əli ucadan bir səs çıxartdı. 
Meşədə  nəkqədər  vəhşi  heyvannar  varıydısa,  qarışqıya  kimi 
yığışdılar  buruya.  Ayı  da  gəldi.  Başdadı  Cənab  Əlinin  əlini, 


98 
 
əyağını  yalamağa.  Cənab  Əli  dedi  ki,  indi  bilersiniz  sizin 
borcunuz nədi? Dedilər: 
– Nədi?  
Dedi: 
– Kimin güjü nəyə çatersa, bu ayının belinə yükləsin.  
Qarışqaya dedi, bir saman çöpünə güjün çater da, sən də 
bir saman çöpü qoygunan. Yühlədi ayının belinə. Özü otdu ayı-
nın belində, gəler – nolojax,  palçıxdan  hörülmə  damlarıydı bu 
yekəlihdə, – uçura-uçura. Patcaha xəbər getdi ki, öyün yıxılsın, 
ayıyı tutuf, belinə də yühlüyüv, özü də yolun qırağında öy-eşiy 
qoymadı, uçura-uçura gəler. Gəldi, patcahın sarayının qavağın-
da əylədi. Yükü boşaltdılar. Ayıya dedi ki, günü bu dəyqədən o 
meşiyi tərk eliyirsən, gedersən Kürün o toyundakı meşələrə.  
Ayı çıxıf getməhdə olsun, Cənab Əli dedi: 
– Patcah, nə qədər adam göndərersən göndər, getsin odu-
nunu  qırsın.  Orda  nə  ayı  var,  nə  vəhşi  var,  nə  bir  şey  var. 
Göndərdilər  beş  nəfər,  üş  nəfər,  büyün  salamat  gəldi.  Savah 
göndərdilər, salamat gəldi. Birsüyün… Dedi: 
– Hə, bu şərti yerinə  yetirdin. İndi qaldı bu çayın qava-
ğını kəsməh.  
Cənab  Əli  getdi  çayın  qırağına.  Gördü  ki,  iki  mindi,  üş 
mindi, dört mindi adam torvuynan torpax daşıyır. Gətiriv oruya 
tökən kimi su da aparıf varıf geder. Durdu belə, dedi ki, ay ca-
maat, qaçın, bu çayın qavağını kəserəm. Hərə bir tərəfdən dedi: 
– Ə, öyün  yıxılsın, uzax başı sən iki torva artıx gətirər-
sən. Bunnan artıx nağayrajaxsan?  
Dedi: 
– Qaçın! Mən sizə xəbərdarrığ eliyirəm.  
Ağlı  kəsən  adamlar  dedi,  ə,  bəlkə  Allahdan  verilən  bir 
hökümdü.  Qırağa  durdular.  Cənab  Əli  iki  rükət  namaz  qıldı, 
Allah-taalaya üzünü çöyürdü. Dedi: 
– Allah-taala, sirri sənə ayandı.  


99 
 
Şəhadət  barmağınnan  nətəər  işarə  elədisə,  o  dağ  gəldi 
çayın qavağını kəsdi, bir damcı aşağı hissəyə su getmədi. Pat-
caha xəbər getdi ki, a kişi, çayın qavağını kəsdi, bir damcı da 
su getmir. Dedi: 
– Ə, gedin ona deyin, bir baş aşağıdakı camaata, dəyir-
mənə, filana su buraxsın.  
Şəhadət barmağınnan dağı araladı, bir baş su getdi. Gəldi 
patcahın hüzuruna. Patcah dedi: 
– Çox sağ ol. Bircə dənə şərtim qalıb. Cənab Əlinin başını 
gəti, onnan sonra sən azadsan.  
Axşam  yatdılar.  Savah  üzünüzə  xeyirrihnən  açılsın. 
Savah  qalxdılar.  Gəldi  patcahın  sarayının  qavağına.  Patcah 
dedi ki, get gəti dana Cənab Əlinin başını. Dedi: 
– Tanımaram, bilmərəm, görmərəm.  
Dedi: 
– Ə kişi, bu olmadı dana, bax, budaha. Yalın o üzündə 
oların iştabı, mərkəzi, onnan sonra kitabı, dəftəri. Bax, ordadılar. 
Nətəri,  bəs  bizim  daqavor  var.  Onda  sən  olajaxsan  ömürrüh 
mənim qulum.  
Gənə dedi ki, tanımaram, bilmərəm, görmərəm. Deyəndə 
patcah gənə dedi ki, a kişi, etmə, eləmə. Dedi: 
– Ə, sənə deyirəm, tanı mənəm, bil mənəm, gör mənəm. 
Sən başını ninersən? Bütün cəsədi burdadı dana.  
Əli dedi: 
– Bütün bu millətinnən bir yerdə dön ol müsəlman.  
Dedi: 
–  Bay-bay-bay,  söyütdən  sandal  iysi  gələr,  bizdən  mü-
səlmanın iysi gəlməz. Bizdən müsəlman olmaz.  
Əli  patcahın  kəmərinnən  tutdu,  bunu  nətəər  atdısa, 
göyün yeddinci qatınnan gələndə canım fəda olmuş tutdu, yerə 
qoydu. Dedi: 
– Halın nədi? Müsəlmançılığı qəbul eliyirsənmi?  


100 
 
Dedi: 
– Yox!  
Bir  də  atdı  göyə,  gələndə  tutmadı, darmadiyar  oldu  mil-
lətin gözü qabağında. Gördülər ki, bu əhvalat belədi, döndülər 
oldular müsəlman.  
Cənab Əlinin günü günortadan qaytarması, saili borcdan 
qutarması onnan sonra dillərdə dastan oldu.  
Adam burda bir az həyəcan keçirir, mən bir yerini yaddan 
çıxartdım
41
. Hə, Əlini mindirdilər tərəziyə, gördülər ki, nə qədər 
qızıl varsa, daşıyıllar, tərəzi düz gəlmer. Cənab Əli barmağınnan 
üzüyü çıxartdı, qoydu tərəziyə. Tərəzi düzəldi. Bu kişiyə dedi: 
– Apar, borcunu ver. Mən qaldım da burda, sənnən mənim 
əlaqəm yoxdu. Mən işdərimnən məşğul olajam, – deyəndə, dedi: 
–  Canım  sana  fəda  olsun,  gün  günortadan  keçifdi.  İki 
belə qızıl olsun, daqavor daqavordu, oğlumu alajax.  
Dedi ki, kişi, apar, sən o borc yiyəsinin qapısına çatanda 
gün günorta olajax. Sənin nəyinə lazım?  
Kişi getməhdə olsun. Cənab Əli, canım fəda olsun, otur-
du namaz qıldı. Üzünü Allah-taalaya çöyürdü, dedi: 
– Ey Allah-taala, sirri sana ayandı də. Günü günortadan 
qaytarginan, o kişi gedif orda olanda günorta olsun.  
Kişi  getdi,  qapıya  çatanda,  bu  Yezit  də  dəyqabədəyqa 
yoxluyur,  görör  ki,  gün  günortadan  bir  sahatdı  keçif.  Borc 
yiyəsi çatdı qapıya. Dedi: 
– A kişi, oturma. Gün günortadan keçif, oğlunu gətiginən.  
Dedi: 
– Ayə, günortadı.  
Dava qızdı. Nolojax, böyük axundları, üləmaları, ağsak-
qalları yığdılar. Günameri qurdular, gördülər günortadı. Dedi: 
                                                
41
 Həzrət  Əlinin  özü  ağırlıqda  qızıla  satılması  hissəsini  söyləyici  sonradan 
xatırlayır və onu danışmağa başlayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə