Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   19   20   21   22   23   24   25   26   ...   95

85 
 
–  Nəvilim,  siz  dediniz  böyrəh  yiyirih,  mən  də  böyrəh 
pişirif gətirmişəm.  
– Ayə, a kişi, – deyir, – a cavan oğlan, ə bu heyvannarı 
niyə qırdın?  
Deyir: 
– Bircə heyvan kəsmişəm.  
–  Ə,  nətəər  bir  heyvan  kəsmişəm?  Gözümüzü  açannan 
biz  heyvan  əti  yiyirih.  Bir  heyvanda  iki  böyrəh  olar.  Sən  bu 
on dörd böyrəyi hardan aldın belə, neçə heyvan qırdın?  
Deyir: 
– Bircə heyvan kəsmişəm. Sizin yerin otu, suyu xarafdı, 
onçun ikijə böyrəh olor. Bizim yerin otu, suyu yaxşıdı.  
Amma  Şah  Abbasa  agah  idi  bu  nədi.  Nolasıdı,  gejəni 
yatıllar,  səhərsi  gedellər.  Taxta  çıxer,  qırmızı  geyiner.  Bütün 
çalvadarrarı, heyvannan başı çıxan adamları çağırer. O cümlə-
dən  bu  çovanı  da  gətirtdirer  –  bu  cavan  oğlanı.  Bunu  ayrıja 
oturtduror.  Bütün  çalvadarrara,  heyvannan  başı  çıxan  adam-
lara sual verir: 
– Ayə, a kişilər, bir heyvanda neçə böyrəh olar?  
Bu burdan deyir, ə, vallah, padşah dəli oluf. Hancarı bir 
heyvanda  neçə  böyrəh  olar.  Hamısı  deyir  ki,  biz  gözümüzü 
açannan  heyvan  kəsmişik,  bir  heyvanda  iki  böyrəh  olor. 
Deyir: 
– Əyə, çovan, cavan oğlan, ayağa qalx görəh.  
Qalxer: 
– Bəli.  
Deyir: 
–  Bir  heyvanda  iki  böyrəh  olar  deyillər.  Bə  sən  nətəri 
deyirsən ki, on dörd böyrəyi...  
Belə baxanda örör ə, axşam bulara qonax olan kişidi. 
– Vallah, – deyir, – on dört də olar, iyirmi dört də olar. 
İki  nəfər  axşam  bizə  qonax  gəldi.  Bir  heyvan  kəsdim.  Hey-


86 
 
vanın ətini içəri gətirəndə dedilər ki, biz ancaq böyrəh yiyirih. 
İki  qonağı  iki  böyrəhnən  mən  nətəər  yola  salem?  Əyağımı 
çınqıl  aparmışdı,  yeddi  toğlu  almışdım.  Altısının  da  başını 
kəsdim. Dedim, razı getsinnər. Ona görə olara dedim bir hey-
van kəsmişəm, on dörd böyrəh də bir heyvannan oluf.  
Təzdənnən Şah Abbas vəziri qaldırdı.  
– Ə, vəzir, əyağa dur.  
Dedi: 
– Nədi?  
Dedi: 
– Səxavət nəynəndi?  
Yenə dedi: 
– Pulnandı, varnandı.  
Dedi: 
– Ə,  yalansa  başına daş düşsün.  Sənin  puluna,  varına  nə 
gəlmişdi  ki,  bir  gejəliyinə  iki  nəfər  adamı  qonax  eləmədin?  O 
sənin səxavətindi, bu da o cavan oğlanın – o çovanın səxavətidi. 
Sənnən  vəzir  olan  döy.  Büyünnən  səni  vəzirrihdən  azad  eli-
yirəm. Ə, çovan, o çomağı bunun əlinə ver. Getsin bu çovannıx 
eləsin, sən də mənim məmləkətimdə mənim ikinci vəzirimsən. 
 
10. SƏXAVƏT İBADƏTDƏN ÜSTÜNDÜR 
 
Bir sayıl yolnan gedermiş. Gedəndə görör ki, bir yerdən 
işıx  gəler.  Deyir,  ac  qarın,  yuxusuz  göz.  Gedem  göröm,  bu 
işıx  gələn  kimdi,  nədi?  Mənə  mənunə
37
 verə  bilərmi?  Getdi 
gördü  bir  abitdi.  Allahın  yolunda  alnını  möhür  aparıf,  dizini 
yer aparıf, Allaha ibadət eliyir il uzunu. Bir də hər axşam, hər 
səhər,  hər  günorta  buna  Allah-taaladan  yeməh  gələrmiş.  Bu 
axşam buna iki qav xörək gəldi. Bu abid də birini yedi, birini 
                                                
37
 Mənunə – gecələməyə yer 


87 
 
saxladı. Dedi, bəlkə, səhərə yoxdu, munu da səhərimə göndə-
rif. Götdü saxladı. Bu sayıl da ac qarın,  yuxusuz göz oturdu, 
gözdədi. Gördü bir-iki dəst bərxana
38
 gəldi, yatacax gəldi. Hər 
axşam  bir  yatacax  gələrdi,  indi  iki  dəst  gəldi.  Abid  də  birini 
aşdı  yatdı,  birini  qatdadı  qoydu  kənara.  Sayıl  ac  qarın, 
yuxusuz göz səhərə qədər otdu.  
Hamının üzünə xeyir açılsın səhərrəri. Sayıl səhər ala qa-
rannıx  durdu  yola düşdü. Getdi, gördü bir  yerdə  bir həngama
39
 
var. Yaxşı çalıv oynuyan, səs-küy var. Yaxınnaşanda gördü kü, 
qapıçı var. Qapıçıya dedi ki, mana icazə verərsənmi? Dedi, qoy 
gedim böyüyümnən soruşum. Getdi, böyüyünə diyəndə, dedi: 
– Get o sayılı buruya əti.  
Gəldi  qapıçı  sayılı  apardı.  Gördü  burda  yaxşı  yeməh-
işməh, çalmax-oynamax, oxumax var, şənnih var. Bu da bulara 
qoşuldu. Yeməh verdilər,  yatacax verdilər, əyninə paltar ver-
dilər, civinə pul, yoluna çörəh qoydular. Sayıl yedi-işdi, şənnə-
nə-şənnənə durdu getdi.  
Rəvayətə görə, buların hamısı o dünyəlik oldu. Bu abid 
də  oların  yanında.  Gedəndə  gördülər  ki,  həmən  bu  çalıv 
oynuyannar,  yenə də çalıv oynuyur. Sayıl da  oların ortasında 
oynuyur.  Bu  abid  kənardan  məzlum-məzlum  baxırdı.  Allah-
taalaya  dedi  ki,  ilahi,  sənin  yolunda  dizimi  yer  aparıf,  alnımı 
möhür  aparıf,  mən  sana  itaət  eləmişəm  il  uzunu.  Sən  mana 
niyə  bu  əzabı  verersən?  Dedi,  sayılı  sana  qonax  göndərdim. 
Sən o qonağın xörəyini də əlinnən aldın, yatacağını da əlinnən 
aldın.  Vermədin, o da aj-susuz  yolunnan getdi  oların  yanına. 
Olar  ona  xörəh  də  verdi,  paltar  da  verdi,  yatacax  da  verdi, 
civinə də pul qoydu, getdi. İndi o əzabdı sən çəkirsən.  
Həmişə səxavət ibadəti döyör.  
                                                
38
 Bərxana – yorğan-döşək 
39
 Həngamə – yığıncaq, səs-küy 


88 
 
11. İBADƏT YAXŞIDIR, YOXSA SƏXAVƏT? 
 
Cənabi  Əli  əleyhəssəlamın  iki  övladı  olufdu  –  İmam 
Həsən,  İmam  Hüsöyn.  Olar  eşikdə  oynadıxları  zaman  biri 
deyir ki, səxavət yaxşıdı, biri də deyir ki, ibadət yaxşıdı. Bular 
bir-birlərinnən razılaşmıyanda deyillər, gedək babamızın
40
 ya-
nına,  babamızdan  soruşax,  görək,  nə  deyir.  Gəlillər  babala-
rının yanına. Deyir: 
–  Baba,  bu  qardaşım  deyir  ki,  səxavət  yaxşıdı,  mən  də 
deyirəm ibadət yaxşıdı. Buların hansı yaxşıdı? 
Cənab Əli fikirrəşer ki, desəm ki, ibadət yaxşıdı, o, pisi-
kəjəh.  Desəm  ki,  səxavət  yaxşıdı,  bu  pisikəjəh.  Ona  görə 
bulara  praktik  göstərim,  görsünnər  ki,  hansı  yaxşıdı.  Düldülə 
əl eliyir. Düldül gəler. Düldülü minellər. Dəvriş livasında gəlel-
lər Gəncəyə düşöllər. O zaman da Gəncəyə İmam Hüsöyn şə-
həri  deyirmişdər.  Çadırrarını  qurollar.  Orda  da  Comar  Qəssaf 
varıymış.  Comar  Qəssaf  da  ət  satermış.  Düzgün,  doğru  bir 
insanıymış.  Cənab  Əli  çadırrarını  qurannan  sonra  İmam  Hü-
söynə bir manat verer, deyir ki, o evi görörsənmi?  
Deyir: 
– Hə.  
Deyir: 
– Bax, o evdə Comar Qəssaf ət sater. Ona bir manatı ver, 
denən ki, mana bir kilo yaxşı ət versin.  
İmam Hüsöyn gəler. Deyir: 
–  Comar  Qəssaf,  babam  deyir  ki,  bizə  bir  kilo  yaxşı  ət 
versin.  
Qəssaf  yaxşı  yerinnən bir kilo  ət  verer, aparer.  Gələndə 
Cənab  Əli  deyir,  qaytar  apar,  yaxşı  ət  döyül.  Denən  yaxşı 
yerinnən  versin.  Bir  kilo  da  verer,  qaytarer.  On  dəfə  bunu 
                                                
40
 Bölgədə bəzi kəndlərdə ataya baba deyə müraciət olunur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə