Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   17   18   19   20   21   22   23   24   ...   95

77 
 
diniz ki, qızın vəziyyəti necədi? Yenə biz gəlif çatammazdıx. 
Alma  gətirən  də  dejəh,  bəs  mənim  almamı  yeməsəydi,  qız 
nədən  dirilərdi?  Gəlif  nağayra  bilərdiniz?  İndi  tapın  görüm, 
qız  alma  gətirənəmi  getsin,  xalça  gətirənəmi  getsin,  yoxsa 
güzgü gətirənəmi getsin?  
Açması: Qız getməlidi, alma gətirənə. Ona görə ki, xalça 
gətirənə  dejəh  ki,  atana  Allah  rəhmət  eləsin,  xalça  gətirifsən, 
sağlıxnan işdət. Götür apar. Güzgü gətirənə də dejəh, güzgün 
sağ-salamatdımı, qırmamışam  ki? Satmamışam  ki?  – “Yox!” 
– “Güzgünü də götür, xoş getdin, yeri get”. Amma alma gəti-
rən  almıyı  hardan  alsın?  Almıyı  qız  yeyiv  axı.  Kimə  getmə-
lidi? Alma gətirənə! İndi almıyı qaytarıf verə bilərmi qız ona? 
Yox! Deməli, alma gətirənə getməlidi. 
 
8. SƏXAVƏTLİ HATƏM 
 
Atam  Kərbalaya  getdiyinə  görə  ona  el  arasında  Həmid 
demirdilər, Kalvayı deyə çağırırdılar. Anamın adı Cənnət idi.  
Bir  gün  atam  dedi  ki,  Cənnət,  filan  kəndə  gedək.  Məni 
də  yannarında  apardılar.  Uzax  yol  getdik.  Dedi,  Cənnət, 
çörək-yemək  götür,  Daşbulaxda  oturuf  dincələrik,  həm  də 
günorta  namazını  orda  qılaram.  Bir  xeylax  getdikdən  sonra 
Daşdıbulaxda  atam  əlini-üzünü  yudu,  mən  də  yudum.  Yuan-
nan sonra atam həyvəsinnən ceynamazı çıxartdı, qıblanameyi 
qabağına qoydu. Bir xeyir-dua verdi hündürdən, namaz qıldı. 
Namaz qılannan sonra anam sürfeyi açdı. Biz əlimizi sürfəyə 
uzadan  kimi  getdiyimiz  yolun  əks  tərəfinnən  bir  yaşdı  adam 
gəldi. Atamnan tanış  imiş. Əlini atamın boynuna saldı. Dedi, 
Kalvayı,  uzun  müddətdi  biz  görüşmürük,  hardasan?  Atam 
dedi,  nə  bilim,  həyatdı,  kəntdə  oluram.  Bular  xeylax  söhbət 
eliyənnən sonra dedi, buyur,  biznən çörək ye.  Dedi,  əlbət də, 
siznən  çörək  kəsmək  böyük  savabdı.  Ona  görə  ki,  siz  ojax-


78 
 
sınız, dindarsınız. Atamnan çörək kəsə-kəsə müxtəlif söhbətlər 
elədilər. Kişi yaşdı idi. Üzr istədi ki, mən uzaq gedirəm, icazə 
verin. Sürfəniz Hatəm sürfəsi olsun, səxavətdi ol. O gedənnən 
sonra dedim, ata, o Hatəm kimdi ki, bizə deyir sürfəniz Hatəm 
sürfəsi olsun. Dedi, oğul, arzu eliyirəm sən də  Hatəm sürfəli 
olasan,  Hatəm  kimi  səxavətli  olasan.  Mən  darıxdım  ki,  bu 
söhbəti elə. Atam dedi, qulaq as.  
Eşitdiyimə  görə,  Hatəmnən  Məhəmməd  dost  oluf  bir 
kənddə yaşıyıflar, cavan uşax oluflar. Bular məslahat eliyif ki, 
yaşamax  üçün  qazanc  dalınca  gedək,  işdiyək.  Bu  minvalnan 
atadan,  anadan  icazə  aldılar,  yola  rəvan  oldular.  Getdilər  bir 
gün,  iki  gün,  bir  yol  ayrıcına  çıxdılar.  Yol  ayrıcına  çıxanda 
Məhəmməd dedi: 
– Hatəm!  
Dedi: 
– Bəli.  
Dedi: 
– Ay qardaş, gəl belə məslahat eliyək. Bu daşın altda bir 
nişanə qoyax. Sən bu tərəfə, mən əks tərəfə gedək bəxtəbəxt. 
İndi  nə  qazanarıx,  neçə  ildən  sonra  gələndə  bu  nişanədən 
bilək ki, ya Hatəm gedib, ya Məhəmməd.  
Atam dedi, oğul, bu minvalnan Məhəmməd getdi bir şə-
hərə çıxdı. Şəhərə çıxanda gördü  əhali, camaat bir tərəfə axı-
şır.  Bu  da  bulara  qoşuldu,  getdi.  Birinnən  soruşdu  ku,  bu 
camaat hara gedir? Dedi: 
–  Burda  adətdi,  patcah  öləndə,  qırxı  çıxannan  sonra  – 
patcahın  göyərçini  var,  –  göyərçini  buraxellar,  kimin  başına 
düşsə, patcah o olor, tacı başına qoyullar.  
Məhəmməd arxada dururdu. Göyərçin gəldi Məhəmmə-
din başına düşdü. Camaat dedi: 
– Yox, olmadı, göyərçin səyf getdi.  


79 
 
Məhəmmədi  məclisdən  ayırdılar.  Göyərçin  ikinci  dəfə 
də  düşdü.  Üçüncü  dəfə  Məhəmmədi  apardılar  bir  uçuq  evə 
saldılar.  Evə  salannan  sonra  göyərçin  pəncərənin  açıq  yerin-
nən gəldi Məhəmmədin başına düşdü. Camaat dedi: 
– Ola bilməz, bu qanundu. Bu patcah olmalıdı. Ədalətli 
patcah olajax.  
Tacı  Məhəmmədin  başına  qoydular.  Məhəmməd  burda 
patcahlıq  eləməkdə  olsun,  indi,  dedi,  ay  oğul,  Hatəmdən  da-
nışax.  
Hatəm getdi, bir gün, iki gün, heç nə tapa bilmədi, pulu 
da qurtardı. Getdi ağsakqal, nurani bir kişi ilə tapışdı. Dedi: 
– Ay oğul, sən nəbələtsən, buralarda nə gəzersən?  
Dedi: 
– Ateyi-mehriban, mən burda iş gəzerəm.  
Dedi: 
– Çoban ola bilərsənmi?  
Dedi:  
– Olaram.  
Kişi Hatəmi evə gətirdi. Çörək yidilər, otdular. Dedi: 
– Oğul, bir il qoyuna gedəjəhsən. Şərtimiz nə olsun?  
Dedi: 
–  Ateyi-mehriban,  burda  adət  nədi?  Mən  adətdən  çıxa 
bilmərəm. Çoban neçəyə gedir onu mana de.  
Dedi: 
– Ay oğul, görürəm  mədəni uşaxsan. Burda  yeməyi-iş-
məyi veririk, çoban ili bir qoyuna gedir. Eləsi olor artımı aler, 
eləsi olor almer – deyəndə Hatəm dedi: 
– Onda belə eliyək. Mən artımı istəmerəm. İldə bir qoyun 
mənim zəhmət haqqımdı, onu verin. Artım mənə lazım deyil.  
Bu gedişnən Hatəm on il qoyuna getdi. O qədər səxavətli 
oldu  ki...  Atam  dedi,  ay  oğul,  Hatəmin  səxavəti  ordan  gəlir. 
Onun  xazeyni  dedi  ki,  ay  arvad,  o  qədər  səxavətlidi,  o  qədər 


80 
 
mehribandı,  bunu  oğul  kimi  qəbul  eliyək.  Ona  görə  Hatəmə 
məslahat elədilər ki, ay oğul, gəlsənə səni evləndirək? Dedi: 
– Ateyi-mehriban, ağsakqal sizsiniz. Mən sizin sözünüz-
dən çıxa bilmərəm. Çıxsam, mənim üçün günahdı. Siz mənim 
atamsınız.  
Ona görə kəndin münasib bir ayləsinnən getdilər danış-
dılar, bunun qızını gətirdi, yaxşı toy elədi.  
Bir gün keşdi, beş gün keşdi, Hatəmin vətən yadına düş-
dü. Hatəm dedi ki, ateyi-mehriban, icazə ver biz gedək. Çünki 
vətənim  yada  düşüb,  ata-ana  yadıma  düşüb.  Nə  qədər  təbliğ 
elədisə, dedi: 
– Yox.  
Dedi: 
–  Onda  gedək,  ay  oğul,  filan  sürüdən  əlli,  yüz  qoyun 
ayırax, həyat yoldaşınnan apar get.  
Dedi: 
–  Yox,  ateyi-mehriban,  ola  bilməz.  Bizim  danışığımız, 
bizim şərtimiz belədi ki, ildə bir qoyun almalıyam.  
Hatəmə  nə  qədər  təbliğ  elədisə,  razılaşmadı.  On  qoyun 
ayırdılar. Hatəmin xazeyni gəldi dedi ki, arvad, gəlinə bu qədər 
pul  ver,  gəlin  götürsün,  amma  Hatəm  bilməsin.  Hatəm  bilsə, 
qoymujax. Hatəm səxavətlidi, düz insandı. Ona görə kadın gətdi 
gəlinə pul verdi. Gəlin pulu götürdü, on qoyunu qabaxlarına sal-
dılar. Bir gün, iki gün gəldilər, gözəl bir mənzərəli kəndin aya-
ğına çıxdılar. Hatəm çoban idi. Gördü bura yaxşı yerdi. Dedi: 
– Ay arvad, burda bir ev tikək. Bir ay,  yarım ay, üç ay 
burda qalax, yazbaşı gedərik.  
Bular  getdi  kəndxudadan  icazə  aldılar.  Gəlin  gətdi  bu 
puldan verdi. Burda bir balaca xiyməgah tikdilər.  
Rəvayətə görə, o devrdə patcahlar dəvriş sifətində gəzəl-
lərmiş ki, gedək görək kənd, el-oba nə cür  yaşıyır. Bular dəv–
riş sifətində ağzı axşama gəldilər, Hatəmə rast oldular. Gördü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə