Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   14   15   16   17   18   19   20   21   ...   95

66 
 
İndi biz nə iş görsək də, ədaləti, səxavəti yaddan çıxart-
mamalıyıx.  
 
6. BİLİCİ UŞAQ 
 
İmam  Cəfər  Sadiq  deyir  ki,  dinim  Məhəmməd  dinidi, 
sadiq  budağındayam.
 
Çağırer,  deyir,  ey  əhli-əyan!  Hansı  ər-
arvadın  yidiyi halal olsa, olardan törüyən uşax yerin altınnan 
üstünü biləjək. Çox bilici olajax. Bunu heş kim saxlıya bilmədi. 
Kasıbın biri bildi ki, bu axşam bu iş tamam oldu. Arvad dedi: 
– Ə kişi, dur, qazının yanına edəh, boşanax.  
Qadın kişidən boşandı. Bu qadın geder: 
– Ay qul-qaravaş istiyən?  
Geder bir həyətə. – “Nədi, a bala?” Dedi: – “İnək sağmax, 
gəvə toxumax, cəhrə əyirmək – hansı işi desən görərəm, amma 
hər gün mənim qazandığımı ovcumun içinə qoyarsan”. Dokquz 
ay,  dokquz  gün  tamam  deyəndə  bir  oğlan  uşağı  anadan  oldu. 
Uşağın qırxı çıxanda, uşağı da götdü, kişinin yanına getdi. Dedi: 
–  Bax,  bax,  bu  kəbin  kağızımız,  bu  boşandığım  gün, 
qırxı da çıxıf. Get nigahımızı geri oxu, təzdənnən yaşıyax.  
Getdilər, qazı geri oxutdu. Uşax bir sinidə
28
 yeddi siniyə 
qalxdı. 
Kişi cüt əkməyə ederdi. Uşax dedi: 
– Ay dədə, mən də gedəjəm.  
Uşağa qıymellar. Kişi toxumu səpif cüt əkerdi. Uşax dedi: 
– Ata, tacir Musanı buruya çağır.  
Gəldi dedi ki, mən çağırmeram, səni bax o uşax çağırer. 
Tacir Musa gəldi, dedi: 
– A bala, məni sənmi çağırersan?  
Dedi: 
                                                
28
 Sini – yaş 


67 
 
– Hə! Sən beyjə bir vəyğa görüfsən. Bir at minifsən, atın 
nə  yalmanı  var,  nə  quyruğu  var,  nə  yəhəri  var,  nə  qantarğası 
var. Səni at götürüf qaşdığı yerdə qalxdın gördün bir quru dö-
şəydi,  bir  də  yer.  İndi  o  at  fani  dünyədi.  Qırx  günnən  sonra 
sən  qəbirsənnihdəsən.  Civində  də  iki  tümən  pul  aparersan 
alim-münəccim-molluya. Qayıt, get. 
Tacir  Musa  bu  uşağın  adını,  sanını,  yerini  yazdı,  getdi. 
Dəriyə  düşdü,  genə  alim-münəccim-mollanın  yanına  etdi  ki, 
görüm o nə deyir. Alim-münəccim-molla dedi: 
– Paho! Sən gedif bir əvləğ
29
 ölkəyə çıxajaxsan. O qədər 
qazanajaxsan, nə at, nə eşşəh, nə dəvə tutajax.  
Dedi: 
– Ə, yolda bir uşax çağırdı məni. Dedi otuz dokquz ötər, 
qırxıncı günü öləjəhsən.  
Alim-münəccim-molla dedi: 
– Ə, qələt eliyir uşax.  
Bu  gedənnən  sonra  alim-münəccim-molla  nökərə  yüz 
tümən verdi, dedi: 
– Gedərsən, o uşağı alarsan, gətirərsən, yolda başını kə-
sərsən. Nə qədər o sağdı, bizə çörəh yoxdu.  
Uşax gördü alim-münəccim-mollanın nökəri gəlir. Dedi: 
–  Ay  dədə,  alim-münəccim-mollanın  nökəri  məni  sən-
nən  almağa  gəler,  yüz  tümən  gətirer.  Məni  yüz  tümənə  de. 
Civimə də beş manat qoy, məni yola sal.  
Gəldi nökər: 
– Salamməleyki.  
– Əleykəssalam.  
Dedi: 
– Sənin bu uşağını alim-münəccim-molla almaq istiyir.  
Dedi: 
                                                
29
 Əvləğ – yad 


68 
 
– Vallah, biz uşağı bazara çıxartmalıydıx. Allah ruzumu 
qapımın ağzına ətdi. Uşağımın qıymatı yüz tüməndi, ver, apar.  
Nökər  yüz  tüməni  verdi.  Kişi  beş  manatı  da  uşağın 
civinə saldı. Bu, atın tərkində eder. Uşax dedi: 
– Ay nökər baba!  
Dedi: 
– Bəli!  
Dedi: 
–  Bu  çökəyə  düşən  kimi  məni  öldürəjəhsən.  Cəhənnə-
min  odunda  səni  şişə  taxajaxlar,  mənim  qədər  sənin  yağın 
süzüləjəh,  buraxajaxlar,  süzüləjəh,  buraxajaxlar.  İndi  sür  o 
ağacın divindəki kişinin yanına. O kişinin bir qoyunu var, onu 
alajam. Kəsəjeyih, mənim paltarımı qoyunun qanına bula, mən 
də qayıdem geri.  
Getdilər: 
– Ə kişi, beş manatım var, o pula yetdik bir heyvan ver. 
Kəsəh, sən də ətinnən yi, biz də, qalanını da apar, getginən.  
Elə də elədilər. Uşax qayıtdı getdi. 
Bir adam həmişə şaha iki balıx gətirirdi, şaha ənam eli-
yirdi. O balıx da cütünnən hər saat tora düşmördü. O balıxlar 
tora tüşdü, pişirdi, gətdi qızıl mejməyidə şahın qabağına qoydu. 
Şah ənamını verdi, bu getdi. Vəzir əlini uzadanda şah dedi: 
– Uzatma əlini.  
Dedi: 
– Niyə?  
Dedi: 
– O balığın hansı erkəh, hansı dişidi, onu bilməsən, sən 
vəzirrihdən  azadsan,  –  deyəndə,  balığın  biri  başını  qaldırdı, 
güldü.  
Şah dedi: 


69 
 
–  Mana  onun  erkəyi,  dişisi  lazım  döyül.  O  balıx  nəyə 
güldü onu bilməlisən. Əgər bilməsən, səni dar ağacınnan asa-
jam. Dört gün sənə möhlət verirəm.  
Üç  gün  ötmüşdü,  arvad  gördü  ki,  vəzirdə  qan  ədlahı
30
 
yoxdu. Dedi: 
– Öyün yıxılsın, bu nə vəziyyətdi?  
Vəzir dedi: 
– Belə oldu. Balıxçı bizə balıx gətirdi. Balığın biri başını 
qaldırdı güldü. Şah dedi, olar nəyə güldü, onu tapginan. Mən 
savah onun cavabını deməliyəm. 
Arvadı dedi: 
– Alim-münəccim-molla yaxşı bilir, onun yanına et.  
Alim-münəccim-mollanın  yanına  etdi.  Hal-qəziyəni  ona 
başa  saldı.  Alim-münəccim-molla  eşiyə  çıxdı,  nökərə  dedi  ki, 
əyə, o uşağı öldürdünmü, durormu? Görəndə ki nökər kikildə-
ner, dedi: 
– Öldürməməyin xeyirdi.  
Vəzirə dedi: 
– Yeri get, savah gələjəm, günortaya ordayam.  
Vəzir belə gedən kimi nökərə iki yüz tümən verdi, dedi: 
– Get o uşağı al, gəti.  
Uşax  da  indi  beş-altı  yaş  böyüyüf  dana.  Uşağa  “dərdin 
alem, ağrın alem, başına dönöm” deyif dört yanına keçellər, şirin 
dilə tutollar. Elə bekaraja balıx gülüfdü, şah vəziri asdırmax isti-
yir. Onu  yozmaxda bizə kömək elə. O atı min, gəlginən. Uşax 
alim-münəccim-mollaya dedi, sən dərya-dəniz, mən balaca bir 
göləm. Sən alimsən, mən bir uşağam. Savah gedəh, şahın hü-
zurunda mən o yuxunu yozajam.  
Getdilər.  –  “Ay  alim-münəccim-molla,  xoş  gəlmisən, 
xoş  gəlmisən,  xoş  gəlmisən”.  Buları  hörmətlə  qarşıladılar. 
                                                
30
 Ədlahı – zərrəcə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə