Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

58 
 
– Sənin ağan munu mana da deyif. Mən səninəm, sən də 
mənimsən. İndi sənnən güləşəjəm. Güləşə-güləşə atamın ima-
rətinin qavağına gedəjeyik. Orda mən yıxılajam. Yıxılanda sən 
mənim  başımı  kəsmək  istijəhsən.  Atam  qoymojax,  ağlıyajax 
ki, ə Məhəmməd, ə qardaşoğlu, öldürmə, qızımı sana verəjəm.  
Məhəmməd  allaner,  çıxer  öyə  əler.  Yarım  aydan  sonra 
geder ki, qızı gətirim. Gedəndə Məhəmmədin əmisi qızı ayrı 
adama verifmiş, toy eliyəsiymiş. Qızı verdiyi oğlana da deyif 
ki,  mənim  qardaşım  oğlu  gələjək,  qızımın  qavağında  onun 
başını kəsəjəm.  
Məhəmməd gələndə əmisi onu qırx arşın quyuya saldırer.  
Sizə hardan xavar verim, Məhəmmədin qardaşdığı Baba 
Sədridən. Baba Sədri günnərin bir günündə duharrarın cızda-
rını  sayer,  sayer,  görör  kü,  otuz  dokquz  gün  keçif.  Deyir,  ə, 
mən həncəri qardaşam Məhəmmədin dalınnan getmədim? Duror 
atını  miner  də,  geder.  Soruşa-soruşa  edəndə  necə  söylənif 
həmən dağdı, dağın  yanında öy-eşik var. Bir qoja arvada rast 
gəler. Çor-çöp yığermış arvad da.  
– Ay nənə, beyjə məni Allah qonağı elə.  
Deyir: 
– Ay bala, qonağ Allah qonağıdı. Gəl, xoş gəlifsən.  
Qarı deyir ki, ay bala, mən tezdən çıxıf gedəjəm, indi nə 
bilim yol adamısan? Deyəndə deyir: 
– Nədi, ay nənə.  
Deyir: 
– Burda zülümkar patcah var, öz qızını  ərə verir, savah 
qardaşı oğlunun başını kəsdirəjək, – deyəndə deyir: 
– O hardadı?  
Deyir: 
– Filan yerdə.  
Deyir: 


59 
 
–  Ay  nənə,  ala  bu  pulları,  get  bir  az  behiş
24
 al,  yağ  al, 
pesox al, gəti halva bişir.  
Gətirer,  qırx  büküm  arvad  halva  bişirer.  Qırx  bükümü 
Baba  Sədrin  çiyninə  verer  gejeynən.  Gejə  arvad  aparer  Mə-
həmmədin quyuya salındığı yeri buna görkəzer. Burda qarool 
duranlar: 
– Kimsən, tərpənmə, – deyəndə deyir: 
– Ə, Allahın eşqinə, imamların eşqinə, dədəm ölüf, iraq 
üzünüzdən, qardaşım ölüf. Qırx büküm halva bişirmişəm. Bu 
halvaları yeyəllər, mana “ehsanın qəbul olsun” deyəllər, – de-
yəndə bular deyir ki, ə, hazır qırx nəfər bizik, qırx büküm də 
halva  var.  Hərəsi  birini  aler,  yiyəndə  behiş  olor  yater.  Baba 
Sədri  pəhlivan  olor.  Oların  hamısının  başını  kəser.  Başını  qu-
yudan başaşağı saler: 
– Ə, Məhəmməd, sağsanmı?  
Deyir: 
– Sağam. Sən kimsən? 
Deyir: 
– Baba Sədri.  
Deyir: 
– Ə, can qardaş.  
Atın  rəşməsini
25
 saler,  Məhəmmədi  quyudan  çıxarder. 
Çıxardanda Baba Sədri deyir ki, ayə, Məhəmməd, qızın yerini 
bilersənmi? Deyir: 
– Filan otaxdadı.  
Qız  gejə  gəlermiş,  Məhəmmədə  baş  çəkif  gedermiş. 
Qızı  da  o  otaxdan  götüröllər,  çıxer  gəlellər.  Baba  Sədri,  qız, 
Məhəmməd gəler öz vətənlərində aylə quror, təzədən yaşellar.  
 
                                                
24
 Behiş – bihuşdarı 
25
 Rəşmə – keçi qılından hörülmüş ip 


60 
 
5. DÖYÜLƏN ÖLÜ 
 
Bir tacir olur. Bu  tacir  lap  cavan  vaxdınnan tacirliknən 
məşğul olur. Bir gün ticarətdən gələndə bir dağdan yolu düşör. 
İraq  üzdən,  dağa  çatanda  gözü  kor  olur.  Kişi  gəler  evə.  İki 
oğlu var idi. Arvad-uşaxların başına yığır. Deyir: 
–  Ay  oğul,  iki  oğulsunuz.  Bu  tacirlik  sənətini  görüm 
hansınız götürə bilirsiniz. Ananız sizə pul versin, gedin alver 
eliyin, görək tacirrik hansınıza yaraşır.  
Yoldaşına dedi ki, hərəsinə min manat pul ver. Dedi: 
– Oğul, sizə bir ay möhlət verirəm. Gedin, bu şərtnən ki, 
mənim min manatımı gətirin. Görüm siz min manatın üstə neçə 
manat qazanıbsınız, onun müqabilində sizi tacir qoyum, – de-
yəndə hər iki qardaş yola çıxdı. Getdilər, bir yol ayrıcında hərəsi 
bir tərəfə getdi. Böyük qardaş getdi pulu xarşdadı, yidi-işdi.  
Balaca qardaş getdi bir kəndə. Kəntdə gördü kü, bir kişi 
qarmağı  saldı,  palçıxlı  sudan  bir  meyid  çıxartdı.  Meyidi 
döydü, döydü, itələdi suya saldı. Oğlan məhətdəl qaldı. Dedi: 
“Bunu  soruşajam”.  Soruşa  bilmədi.  Bir  gün  keşdi.  Kəntdə 
hərrəndi, əlinə bir şey keşmədi: nə fəhləlik etdi, nə alver oldu. 
Səhərisi gəldi, gördü həmin vaxtı gənə kişi gəldi. Meyidi çıxart-
dı, döydü, döydü, suya saldı. Uşax getdi bunun yanına. Dedi: 
– Bunun günahı nədi ki, bunu döyüb ora tulloorsan? 
Dedi: 
– Bunun günahı odu ku, mana pul borşdudu. Pul borcu 
ola-ola dünyasını dəyişdi, – deyəndə dedi: 
– Ay kişi, bunun sahibi yoxdumu o pulu verə?  
Dedi: 
– Yoxdu sahibi.  
Dedi: 
– Yaxşı, bu meyidi döyməknən o pul çıxarmı? 
Dedi: 


61 
 
– Yox, mən döyməliyəm.  
Dedi: 
–  Ola  bilərmi  bu  meyidi  mana  satasınız,  mən  aparam 
dəfn eliyəm? 
Dedi: 
– Sataram.  
Dedi: 
– Nə qədər borcu var? – deyəndə anası verdiyi min ma-
natdısa,  bunun  yarısı  qədər  pul  dedi.  Cibinnən  çıxartdı  pulu, 
verdi. Bir fəhlə tutdu. Dedi: 
– Qəbirsannıx burda hardadı? 
Dedi: 
– Filan yerdə.  
Qəbir qazdırdı, bunu apardı dəfn elədi. O günnən kəndə 
səda düşdü kü, burda bir oğlan yaxşı işdiyir. Bir aya bu oğlan 
nə  qədər  pul  qazandı.  Beş  manat  işə  on  manat  verdilər,  on 
manat işə iyirmi manat verdilər. Ay tamam olanda oğlan dedi: 
“Ateyi-mehriban  vədəmizi  kəsib,  həmin  vaxtdı”.  Yola  rəvan 
oldu,  gəldi.  Gəldi  atasının  üzünnən-gözünnən  öpdü.  Bir  gün 
sonra o birsi oğlu da gəldi. Gələn kimi böyük oğlu dedi ki, ay 
dədə, belə etdim, elə etdim, əlim tutmadı. Dedi: 
– Oğul, bilerəm əlin tutmadı. Bu dəfə də anan pul verər, 
ikinci dəfə əlin tutar.  
Kiçik oğluna üzünü tutdu. Dedi:  
– Oğul, sən nə gətdin?  
Dedi: 
–  Ateyi-mehriban,  nə  iş  gördüyümü  sənə  danışsam 
xoşuna gələrmi?  
Dedi: 
– Buyur, oğul.  
Maraxlandı, dedi: 
– Nə qədər pul gətirifsən?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə