Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   9   10   11   12   13   14   15   16   ...   95

46 
 
– Yaxşı.  
Duror tüfəngini götürör, torunu götürör, qatarını, yarağını-
yasağını belinə bağleer. Deyir: 
– Ya Allah, əl  mənim, ətək sənin,  ya mənim əlimi kəs, 
ya ətəyini.  
Ovçu Pirim öydən çıxer. Deyir:  
–  Arvad,  ya  sana  bir  qismət  tapıf  gətirəjəm,  ya  mənim 
ordan  meyidim  gələjək.  Mənim  meyidim  gəlsə,  sən  qarda-
şıyın  canı,  olmuyan  uşağıyın  canı,  məni  el  adətinən  götürüf 
basdırarsan. Nəyim var, onnan ehsan verərsən.  
Deyir: 
– Yaxşı.  
Bu geder, axşama kimi gəzer. Baxer ki, gün batdı, qava-
ğına  bir  quş  da  çıxmeyif  ki,  bu  quşu  vura.  Bir  daşın  başında 
oturor, başını əllərinin arasına aler, möhkəm burda ağleer. Ağ-
lıyan mamentdə baxer ki, bunun gəlib başının üstündə bir quş 
dövrə vuror. İstiyir tufəngi ata munu vura, quş dilə gəlif deyir: 
– Öyün  yıxılsın, sana ana ceyranı mənəm gətirən. Odu, 
sallanıf gəler, orda qismətin var, get götü.  
Belə baxanda örör ordan bəri bir ana ceyran gəler. Cey-
ran, həqiqi də ceyran. Yelni paçasının arasına sığışmer. Deyir: 
“Allah, payına da qurvan olum, qismətinə də”. İstiyir tüfəngi 
götürə munu vura, ceyran gözünnən yaş tökör. Vurmor. Ceyran 
geder, bu geder, ceyran geder, bu geder. Tufəng də burda qaler
tor da burda qaler, qatar da, hər şey də. Amma bu qarışbaqarış, 
kolbakol,  qəyabaqəya  tanıyır  buroyu  ku,  haradı  bura.  Ceyran 
geder,  bu  geder.  Qəyanın  yanınnan  hərrəner  geder,  baxer  ki, 
çayın qırağında bir kolun divində ceyranın dört dənə balası var. 
Munnan  da  aralı  yuanın
17
 içində  bir  uşax  var.  Uşax  o  qədər 
gözəldi, o qədər gözəldi, dünya gözəli. Amma uşağın bədəni 
                                                
17
 Yua – yuva  


47 
 
tük  gətirif.  Ceyran  kimi,  cüyür  kimi,  keçi  kimi  bədəni  tük 
gətirif. Deyir: 
– Allah-taala, göndərdiyin paya, verdiyin nemətə şükür. 
Munu aparajam loğmana, bütün dünyanı gəzdirəjəm, bu tükü 
mən  təmizdətdirif  tökdöröjəm.  Yəqin  ki,  bu  uşağı  yuyuf 
çimizdermiyiflər, onnan tük gətirif.  
Ana ceyran gəldi. Allahdan buyruxdu, birinci gəldi uşa-
ğın  yarasını  yaladı,  onnan  hərrəndi  məməsinin  birini  munun 
ağzına saldı. Bu uşax munu möhkəm əmdi, onnan sonra gözü-
nü bu yaranın üstünə tutdu, gözünnən beş-altı damcı yaş tüşdü 
bu uşağın yarasının üstünə. Getdi oanda öz balalarını əmizdir-
məyə. Yaranın üstünə tüşən göz yaşı məlhəmdi. Uje bu munu 
qutarer.  Bu  uşağı  tutdu,  çuxanın  arasına  qoydu.  “Ay  Allah, 
verdiyin paya şükür, nemətə şükür”. Uşaxdan bir bağırtı çıx-
dı, bir qışqırtı. Uşax bəni-insan görmüyüf axı. Gözünü açıf bu 
ceyranın balalarını görüf, bu ceyranı görüf. Özgə nə görüf bu 
dərənin içində?  
Uşax nə qədər ağladı, nə qədər qışqırdı, nə qədər parpı-
ladı
18
, munu buraxmadı. Uşağı götdü, gəldi düz evinə. Çağırdı 
arvadını:  
– Ay Güllü, eşiyə çıx.  
Arvad eşiyə çıxanda dedi, Allah-taaladan sana pay gəlif, 
gəl  uşağına  yiyə  dur.  Arvad  düşüb  bunun  yanına  gəldi,  ba-
xanda gördü, Allah, munun çuxasının arasında bir gözəl uşax, 
yimə-işmə, muna tamaşa elə.  
– A kişi, munu hardan gətdin?  
Dedi:  
– Orasını deməzdər.  
Arvad tez su qoydu, bir çaynik suyu soyuxladı, bu uşağı 
çimizdirdi,  yüdü,  savınnadı.  Gördü  uşağın  kiri,  pası,  palçığı 
                                                
18
 Parpılamaq – əl-qol atmaq, çırpınmaq 


48 
 
getdi.  Əlini  belə  eliyəndə  kirin  içində  o  tükün  hamısı  getdi. 
Uşağı  yaxça  bükdü,  bələdi,  yorğanın  arasına  qoydu,  üstünü 
örtdü. Yidirtdi, uşax yuxuya getdi. Bu, tələsik cırdan-cındırdan, 
öydəki parçadan, mənəfədən, ağdan-uğdan nə var idi bu uşağa 
paltar  tikdi.  Hərrədi,  hüşülədi
19
,  bu  uşağın  əyninə,  başına  ge-
yindirdi. Uşağı əlində oynada-oynada kişinin yanına etdi. Dedi: 
– A kişi, sana da qurvan olum, Allaha da qurvan olum, 
gətdiyin  paya  da.  Daa  mən  ölənətən  heç  hara  qımıldıyan  dö-
yüləm.  
Kişi də köynəyinnən keçirdi, bu uşağı öz aralarına qoy-
dular,  qucaxlıyıf  yatdılar.  Savah  açıldı.  Savah  açılanda  kişi 
dedi:  “Gedim  mən  tüfəngimi,  torumu,  görüm,  tapıf  gətirə 
bilerəmmi”. Kişi getdi tüfəngi, toru tafdı gətdi. Dedi: 
– Arvad, indiyətən kəklik deməmişəm, bülbül deməmi-
şəm, dooşan deməmişəm, cüyür deməmişəm, ceyran deməmi-
şəm – nə tapmışam hamısını vuruf, kəsif gətirmişəm. Qanına 
qaltan eliyif, kavavını  yiyif bu öydə qızarmışıx
20
. Amma indi 
eləmijəm.  Yəni  bircə  qarışqanın  da  qanadınnan  basıf  qarış-
qeyi  əyaxlamaram.  Büyünnən  sonra  tööbə  dedim,  əkinnən-
biçinnən, özümüzün də varımız çoxdu, bejərif uşağı, səni sax-
lıyıf burda dolanajam.  
Dedi: 
– Yaxşı.  
Uşağın  bir  yaşı,  iki  yaşı,  üç  yaşı,  beş  yaşı,  on  beş  yaşı 
tamam oldu. İlin, ayın axır çərçənbəsiydi. Bu uşağ otdu öydə. 
Qonşular gəldi ki, ay xala, bulağa suya edirik, qızını ver bulağa 
suya aparax, biznən suya etsin. Dedi: 
–  A  bala,  mənim  qızım  darvazadan  çölə  çıxmıyıf,  eşik 
üzü görmüyüf, olmaz.  
                                                
19
 Hüşüləmək – tikişdəri dartmaq 
20
 Qızarmax – firavan yaşamaq 


49 
 
Bu  qızdar  dedi  ki,  ay  xala,  o  qızıyın  dırnağının  ujuna 
daş dəysə, bizim başımız fərmandadı. Biz aparerıx,  hamımız 
gederik. Qız uşağıdı, qonşuyux, onu qapıda qoyammarıx.  
Qız  bulara  qoşuldu,  getdi.  Getdilər  cərgəynən  sənəyi 
doldurdular, çiyinnərinə aldılar. Bəri çıxanda qanına bələnmiş 
şah oğlu Şah Abbasın yönü, güzaranı bu bulağın yanına düşdü 
başının dəstəsinnən. Dedi: 
– Burda su içək, gedək.  
Bulağın  yanına ələndə gördü bu qız əyilif sənəyini dol-
durur.  
– A qızım, mana bir qav su verərsənmi?  
Qız parçı doldurdu, –  mis parçlar  vardı o  vaxtı,  –  mis 
parçnan bir suyu verəndə kişi suyu alanda şahın  əli əsdi, parç 
əlinnən  yerə tüşdü, daşa dəydi, qulpu qırıldı. Qız parçı götdü, 
dedi: 
– Köpəyoğlu, munu başına vuraram, parçımı niyə qırdın? 
Əlin  əser,  su  işmə.  Mənim  parçımı  niyə  qırdın?  Anam  məni 
öldöröjək.  
– A qızım, ala parçına bir qızıl verim, filan eliyim.  
Dedi: 
– Apar qatığa ver, başına çək, lazım döy. Atam düzəlt-
dirər.  
Qırıx parçı əlinə aldı, sənəyi də çiyninə, qızdarnan getdi. 
Patcah dedi: 
– Vəzir, öldüm, bu qızı mana al.  
Dedi: 
– Ə, dünənnən öl, bugün üçgünnüyün olsun. Mən yolun 
ortasında,  bulağın  başında  bu  qızı  sana  həncəri  alem?  Şah 
adamsan,  xalxın  uşağını  götürüf  qaşmaxmı  olar?  Millət  ada-
ma nifrət eliyər, hamı üzümüzə tüpürər. Qoy görək bu kimin 
qapısına  eder,  harya  eder,  nəyə  eder.  Onun  dalınnan  gedək, 
örgənək, istiyək.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə