Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

34 
 
–  Mən  havalanmamışam,  havalanan  sənsən.  Gəl  müqa-
vilə bağlıyax, eliyim mən.  
Yanındakı camaatın bir-ikisi deyir ki, olar, bir-ikisi deyir 
olmaz. Deyir, yaxşı. Bu qeyrətdəner, gətirer müqavileyi bağlı-
yıllar,  yazellar, qol çəkellər. Peçat basıler, hamısı əlini baser. 
Bir surəti onun civində, bir surəti munun civində. Deyir, beyjə 
yatın-yatmıyın, özünüz bilərsiniz, savah saat beşdə gözdüyün.  
Saat beşdə hamı duror, göyün üzünə baxer. Göröllər ki, 
günbatan tərəfdən göyün üzü qızardı, gün şualarını salıf gəler. 
Hamı  bir-birinə  dəyir  ki,  ilahi-pərvərdigarə,  kişinin  dediyi 
gerçəkdi.  Deyir,  bəli,  bəli,  gerçəkdi,  mən  yalan  danışmeram. 
Ajan  çörək  yiyir,  su  içən  su  içer,  yorulan  öyünə  geder,  yo-
rulmuyan elə göyün üzündə gözdəri qalıf. Axşamı gözdööllər, 
göröllər  günbatannan  gün  doğmuşdu,  gündoğannan  da  gün 
batdı.  –  “Düzdümü?”  –  “Düzdü”.  –  “Müqavilə  təsdiq  oldu-
mu?” – “Oldu”. – “Öy-eşik mənimdimi?” – “Mənimdi”. Deyir: 
– İndi  bu cuhudu,  bu insana oxşamazı bağlıyın bir dəli 
qatırın quyruğuna.  
Bir dəli qatırın quyruğuna bağlatdırer, munu buraxer bərri-
biyavana.  Qatır  munu  sürüyör  burda-orda.  Cəzaynan  bu  öl-
məkdə olsun, indi sana söylüyüm kişidən. Kişi gəler öyə. Deyir: 
– Ay camaat, indi mana nə deyirsiniz?  
Deyir: 
– Qardaş, əyağını yerdən üzsən, sana nozənbillah, ikinci 
Allah deyərik.  
Deyir: 
– İndi mən nağayrem, mən bu arvadı öldürömmü?  
Bir-iki  ağsakqal  qayıdır  deyir  ki,  yox,  öldürmə,  qadın 
xaylağıdı.  Qadın  xaylağına,  irax  sizdən,  it  hürmür,  o  qala 
öldürmək ola. Deyir: 
– Bə nağayrem? 
Deyir: 


35 
 
– Uşaxlarıyın anasıdı, uşaxlarına süd verif. Onu sal zirzə-
miyə, zirzəmidə o çörəyin qırınnan-qırıntısınnan, sürfeyin qırın-
nan-qırığınnan tök qavağına, yisin, ölənətən orda yatsın. Allahın 
xoşuna getməz, uşaxlarına süd verif, o südə bağışla.  
Kişi  yanıf  tökülüfmüş,  arvad  ona  o  qədər  dağ  çəkifmiş. 
Gətirir  munu  zirzəmiyə  saler.  Nökərə,  naibə  əmr  eliyir  ki, 
muna çörəyin  qırığınnan-quruğunnan  verməsinnər. Uşaxlarına 
da deyir, ona  yaxın getmiyin, o sizin ananız döy. Ananız olsa, 
sizin  çörəyinizə  vais  olmazdı.  Onnan  sonra  bu  arvad  burda 
yaşamaxda, kişi də burda yaşamaxda olsun, cuhut da ölməkdə.  
Nağılımız burda bitdi. Göydən yeddi alma düşdü. Yeddi 
almanın biri mənim, biri sənin, biri nağıl danışanın, biri qulax 
asannarın,  üç-dördü  də  sənin  iş  yoldaşdarıyın,  olara  apar.  Siz 
sağ,  mən  salamat. Siz  yüz  yaşıyın,  mən  iki əlli.  Hansı  çoxdu, 
siz götürün, hansı azdı mənim olsun.  
 
2. OVÇU ƏHMƏD 
 
Biri varıydı, biri yoxuydu, Allahın bəndəsi çoxuydu. Bir 
yaxşı kişi varıydı. Bu kişi çox atıcı, çox məşhur kişi idi. Munun 
adına  deyirdilər  Oyçu  Əhməd.  –  Atamın  dizinin  divində 
oturanda bu nağılı ən azı iki dəfə söylətmişəm, bəlkə atam üş 
şillə  vuruf  mana.  Deyif  bir  dəfə  söylədim  bəsdi.  O  qədər 
şirindi, adam bir də  istiyir. – Oyçu Əhməd gündə geder quş, 
ceyran, cüyür  – hər şey  vurordu, gətirerdi, pişirerdilər, düşü-
rördülər, yiyirdilər. Bir gün Oyçu Əhməd oya gedəndə gördü 
ilahi-pərvərdigara,  cəmənnikdə  bir  gözəl  ceyran  var,  eləcə 
yimə, işmə, bu ceyranın gözəlliyinə tamaşa elə. Tüfəngi üzünə 
ötürüf çaxmağı çəkəndə ceyranı vurdu. Yüyürdü getdi ceyra-
nın  başını  kəsdi,  boğazını  yüdü,  qaytardı  başını  üstünə  tikdi. 
Munu qoltuğuna ötdü, öyə ətdi. Dedi: 


36 
 
– Arvad, büyün bir gözəl ceyran çıxıf baxtıma. Munu bu 
saat soyum, təmizdiyim, pişir-tüşür, uşax da, biz də munun bir 
kavavını, ətini yiyək.  
Arvad  gördü  ceyran  çox  gözəldi.  Arvad  da  buranın  şa-
hınnan gəzerdi xəlvəti. Dedi:  
–  A  kişi,  bu  ceyranı  pişirif  yijeyik.  Bir  tikə  ətdi,  bizim 
qarnımıza nə gedəjək? Gəl, bu ceyranın ora-burasın da təmiz-
diyək, bir qəşəh dəsmələ bükək, munu qucağına ötü, apar şaha 
peşkəş elə. Əvəzində nə verər, verər. Yəqin ki, onun da insafı 
olar, bizə bir qızıl verər, bir gümüş verər, biz də uşağımıza bir 
yemək-işmək alarıx.  
Oyçu  Əhməd  arvadın  sözünnən  bu  ceyranı  pükdü,  qol-
tuğuna  aldı,  getdi  şahın  qapısına.  Darvazeyi  döydü,  gəldilər 
aşdılar. Dedi: 
– Şaha mənim peşkəşim var, oyum var.  
– Ver aparax.  
Dedi: 
– Yox, özüm aparmalıyam.  
Getdi,  salam  elədi,  iltimas  elədi.  Baş  əydi,  əlini  öpdü, 
ceyranı şahın qavağına qoydu. Şah dedi: 
– Onu aç, görüm nədi? 
Bu,  surfanın  arasını  açanda  gördü,  ilahi,  bu  bir  gözəl 
ceyrandı, yimə, içmə, munun xətdi-xalına, gül camalına tama-
şa elə. Şah qayıtdı dedi: 
– Ə, sənin qolun qurusun, Oyçu Əhməd. Bu ceyranı niyə 
vurordun?  Bu  ceyranı  mana  diri  tutuf  gətireydin,  səni  özümə 
vəzir götüröydüm. Bütün bu xəzinəm, bu dünyam sənin oloydu.  
Dedi: 
– Şah sağ olsun, nə bilim, ona qüvvəm çatmadı, özümü 
sınamadım.  Elə  şikarıma  çıxdı,  munu  vurdum.  Mən  istədim 
öydə  uşaxlara  pişirəm.  Arvad  mənnən  ağıllı  idi,  dedi  munu 


37 
 
patcaha peşkəş çək, – deyəndə patcah deyir: “Həə, bu arvadın 
töhvəsidi”. Dedi: 
– Oyçu Əhməd, munu gətdin, çox sağ ol. Bilirsən nə var? 
Dedi: 
– Nə var?  
Dedi: 
– Bunun bir cüt göyərçinnəri var, bir gəzellər. O göyər-
çinnəri mana diri-diri tutuf gətirsən, bax bu xəzinəm, bu dün-
yam  sənindi.  Hamısını  da  verməsəm,  yarısı  sənindi.  Ala,  da-
qavor kağızı yazım, qol çəkim, verim.  
Dedi: 
– Yaxşı. 
Daqavor  yazer,  qol  çəker,  muna  verer.  Bu  gəlir  öyə, 
başdıyır öydə ağlamağa. Arvad deyir: 
– A kişi, nədi? 
Deyir: 
– Belə-belə.  
Deyir: 
–  Öyün  yıxılsın,  ona  nə  var.  Onun  yolunu  sana  deyim, 
get elə.  
Deyir: 
– Nədi?  
Deyir: 
– Get patcaha denən filan yerdə güjdü bulax var. O bu-
lağın dörd tərəfini qazdırsın, o bulağın gözünü tutsun. O bula-
ğın  suyunu  çəkdirsin,  tökdürsün  qırağa.  O  bulağın  suyunun 
əvəzinə  təmiz,  xalis  arı  balınnan  doldursun  oruyu,  üstünü  də 
örtsün,  balaca  ağız  qoysun.  O  göyərçinnər  yeddi  aydan  bir 
gəler  o  bulaxda  çimer.  –  Arvad  köpəkqızı  bilən  imiş.  –  İndi 
vaxt  yaxınnaşıf,  o  göyərçinnərin  orda  çimmək  vaxtıdı.  Olar 
elə biləjək sudu, gəlib bir az hərrənif özünü suya çaxanda bala 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə