Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

38 
 
batajaxlar,  yapışajaxlar.  Ordan  da  sən  çıxardar,  balını  yuyar, 
aparar patcaha peşkəş çəkərsən, bir elə xəzinə alarıx.  
Oyçu  Əhməd  gəlir  munun  hamısını  patcaha  danışanda 
patcahın əlində arımı yoxuydu, balmı yoxuydu? Nökəri, naibi 
çağırer,  pəhlivannarı  çağırer,  suyu  tökdürör,  bulağın  gözünü 
tutduror,  hələ  bir  az  da  dərin  qazdırer.  Oruya  balı  tököllər, 
qırax  yerrərdə  də  pusqu  yerrəri  qayırellar.  Oyçu  Əhməd  də  
bulağın  yaxınnığında  buları  gözdəməkdə  olsun.  Göyərçinnər 
gəler çimməyə. Bu bulağın dörd tərəfində döyrə vurollar. Bu 
göyərçinin balaca tayı deyir ki, ay bacı,  yaman istilənmişəm, 
çimmiyəkmi? Böyük tayı deyir ki, ay bacı, nəsə mənim ürəyi-
mə bir şübhə damıf, gəlin büyün heç çimmiyək, qayıdax gedək. 
Balaca bacı deyir: 
– Baa, elə şey olarmı? Yeddi həftədən,  yeddi aydan bir 
gəlerik buruya. Yox, çimməliyik. Mən çox istilənmişəm, tən-
timişəm.  
Bir  o  tərəfə,  bu  tərəfə  şığıyır,  dövröyü  vuror,  özdərini 
suyun içinə çaxanda batellar, qalellar balın içində. Oyçu Əh-
məd ordan çıxer, camaat ordan çıxer, göyərçinnəri tutollar. Elə 
tutor ki, qanadı-quyruğu qırılmasın. Munu ballı-zaddı götürör 
aparer, şaha deyir: 
– İndi munu  yüdürtmək, çimizdirmək özünə qalıf, özün 
elətdirərsən.  Mən  çimizdirəndə  qanadını-quyruğunu  qıraram, 
mənim zəhmətim batar.  
Şah  Oyçu  Əhmədin  arvadını  gətirder.  Oyçu  Əhmədin 
arvadı  munu  yaxşı  yüyür,  çimizdirer,  məhrəbanın  arasına 
qoyor quruloor. Bu göyərçinnəri şahın otağına buraxer.  
Bu  göyərçinnər  bir  cüt  gözəl  qız  idi,  burda  qalmaxda 
olsun, indi sana hardan xavar verim, bir xayin, bir paxıl qon-
şudan. Xayin, paxıl qonşu deyir: 
– Ey şah.  
Deyir: 


39 
 
– Hə.  
Deyir: 
– Bilirsən nə var?  
Deyir: 
– Nə var?  
Deyir: 
–  Oyçu  Əhməd  sana  bir  ceyran  gətdi.  Ona  bir  belə  var-
döylət verdin. Sonra istədin, iki göyərçin gətdi, xəzineyin yarısı-
nı verdin. Buların bir xanımı var. İndi xanımı gətirdərsən, bütün 
variyətini ona verərsən, Oyçu Əhməd də olar sənin oğlun. Am-
ma munun xanımını mütləq gətirt. Bular üçdü: biri ceyrandı, bir 
cüt göyərçindi, bir də bir qızdı. Əmri də verən bu qızdı bulara.  
Şah deyir: 
– Yaxşı.  
Şah Oyçu Əhmədi çağırer, deyir: 
– Əhməd, işin bitif.  
Deyir: 
– Nədi?  
Deyir: 
– Allah öyünü  yıxsın, munun bir qızı var, gərək qızı da 
gətirəsən.  
Deyir: 
– A tufağın dağılsın, mən qızı hardan alem, həncəri gəti-
rem, nağayrem, neyliyim? 
Gəler öydə ağlıyanda arvad deyir: 
– A kişi, mən onun dərdini bilerəm.  
Deyir: 
– Nədi?  
Deyir: 
–  Get  bir  yaxşı  paraxot  qayırtdır.  Paraxot  quruda  da 
yerisin,  suda  da.  Özü  də  onu  sürməyi  bizə  örgətsin.  Sənnən, 
mənnən başqa orda heş kim olmujax.  


40 
 
Deyir:  
– Yaxşı.  
Arvad  da  ara  açer  dana  şahın  yanına  gedif  gəlməkdən 
ötəri.  Bu  gəler  şaha  deyir  ki,  gərək  bir  paraxot  qayıtdırasan, 
bu paraxot suda da yeriyə, quruda da. Şah deyir: 
– Yaxşı.  
Paraxot  qayrıler,  hazır  olor.  Gəler  Oyçu  Əhməd  buan-
nan,  oannan  baxer,  arvad  baxer,  görör  yaxşıdı.  İçinə  miner, 
bir  az  elə,  bir  az  belə  sürör.  Arvad  deyir,  iki  dəst  paltar:  biri 
üzgüçü paltarı, biri quru paltarı. Quru paltarını geyinellər, ge-
dellər, suyun qırağına  yaxınnaşanda üzgüçü paltarını geyiner, 
paraxodu salellar dəryəyə. İndi arvad deyir: 
–  A  kişi,  sən  gizdən  paraxotun  içində.  Səni  görüf  qız 
gəlmijək. Qız büyün başında qırx qız dəryanın üzünə səyahətə 
çıxıf, dəryada gəzer. Mən paraxodumu elə sürüf, elə xoddoof 
buların  yanınnan  keçəjəm,  qız  meyillənif  deyəjək  əylə  para-
xodunu,  gəlim  minim  sənin  paraxoduna,  gəzim.  Görüm  sə-
ninkimi  gözəldi,  mənimkimi? Əgər sənin paraxodun gözəlsə, 
mən  o  formada  qayıtdırajam.  O  gəlif  paraxoda  çıxanda  mən 
hər  tərəfdən  qapıları  bağlıjam,  qızı  buraxmıjam.  Sən  onda 
çıxarsan, qızın əlini-əyağını bağlıyarsan, sürüf gətirərik.  
Deyir: 
– Yaxşı.  
Bunun hamısını gəlif patcaha rəvayət eliyillər. Patcah pa-
raxotu  qayıtdırer.  Bular  götürüf  paraxodu  çıxellar.  Quruyu  ge-
dellər, suya çatanda öröllər ki, bir xanım paraxodun içində, qırx 
incəbel  qız  da  başında,  baxdıxca  gözün  qaraler.  Gözəlliyi  suya 
şox saler. Minif gəzellər. Bu arvad paraxodun bir bu  yanınnan, 
bir o yanınnan, bir munun qavağınnan, bir dalınnan... Qız deyir: 
– Ə, bu nə riskin yiyəsidi? Nə adamdı bu bizi belə avqon 
eliyir?  
Paraxodunu əyleer, muna əl eliyir. Deyir: 


41 
 
–  Ey,  ay  xanım,  ay  xanım.  Sən  də  xanımsan,  mən  də 
xanımam. Xanım xanıma düz söz deyər,  yalan danışmaz. De 
görüm  sən  kimsən,  nəçisən?  Hardan  gəlif  hara  edersən?  Bu 
paraxota məni də mindir, muna baxım.  
Deyir: 
– Paraxodunu əylə.  
Paraxodunu  əyleer  qıraxda.  Bu  gəler  miner,  paraxoda 
baxer.  Oannan,  buannan,  birdən  arvad  munu  xoddoor.  Xod-
door, suyun üzünnən paraxod gedəndə deyir ki, ay bajı, qoyma 
paraxodun getdi, saxla. Deyir, yavaş. Onatan kişi ordan çıxer. 
Qız  da  qalıf  paraxodun  içində.  Kişi  munun  əlini-əyağını 
bağleer, qızı paraxoda qoyuf gətirellər. Sürör gəler düz şahın 
hüzuruna.  Şahın  qəbuluna  geder.  Ənam  verer,  peşkəş  çəker 
ki, qızı gətirmişəm, sana qurvandı.  
– Məni istiyən bu Oyçu Əhmədə nəmər, – deyəndə arvad 
deyir ki, Oyçu Əhmədə nə nəmər, nə xələt verəjəksən? Ceyranı 
gətdimi Oyçu Əhməd? Göyərçinnəri gətdimi Oyçu Əhməd? Qızı 
gətdimi  Oyçu  Əhməd?  Üçü  getdi,  dördüncüdə  səni  öldöröjək. 
Bütün varın, döylətin, qızılın, xəzinən, gümüşün, arvadın, uşağın, 
nökərin-naibin – hamısı qalajax Oyçu Əhmədə. Oyçu Əhmədin 
boynunu vurdur. Arvadın fitnəsinəjə şah inaner, Oyçu Əhmədin 
başını vurduror, var-döylət, dünya, xəzinə hamısı qaler patcaha. 
Oyçu Əhmədin arvadı da qaler patcaha, o gözəl qız da qaler ona. 
Gözəl  qız  belə  baxer,  baxer,  deyir  ki,  mən  divlər  patcahınnan 
əmələ gəlmişəm. Hələ mana belə kələk gəlib, belə qurğu quran 
olmamışdı.  Haşa,  bu  da  deyir,  yaxşılığınkı  yamannıxdı.  O  sana 
yaxşılığ elədi ceyran gətdi, göyərçin gətdi, məni  gətdi. Sən ona 
yamannığ elədin, axırda nahaq qan tökdürdün. Nahaq qan yerdə 
qalmaz, – deyən kimi qız “a” eliyir, buğda boyda qan ağzınnan 
gəldiyinnən qızın ürəyi partdıyır. Qız ölör, var-döylət də o düzdə 
qaler,  patcah  da  o  düzdə  qaler.  Oyçu  Əhmədi  də  aparer  qıznan 
baravar dəfn eliyillər; qızı ayrı yerdə, onu ayrı yerdə.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə