Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   8   9   10   11   12   13   14   15   ...   95

42 
 
3. YAZIYA POZU YOXDUR 
 
Bir  Ovçu  Pirim  var  idi.  Ovçu  Pirim  dooşanı  dizinnən 
vurordu,  durnoyu  gözünnən.  O  qədər  mahir  atıcı  ovçuydu, 
amma evladı yoxuydu. Neçə illərdi arvadınnan xoşbəxt yaşıyır-
dı. Bir gün munun arvadı dedi ki, bu qonşunun uşağı, o qon-
şunun uşağı, hamının uşağı  var, mənim  yanımda bir  əlimnən 
tutan korun bir hasası yoxdu. Dedi: 
– Ovçu Pirim.  
Dedi: 
– Ha.  
Dedi: 
– A Pirim,  ya məni həkimə, doxtura apar,  ya mən çıxıf 
dədəm öyünə ederəm.  
Dedi: 
– Arvad, çox həkimə getdik, çox doxtura getdik, Allahın 
fikrində bizə övlad vermək yoxdu. Allah versə, bizə yetirəjək.  
Dedi: 
– Yox, mən getməliyəm.  
Dedi: 
– Arvad, mana qırx gün möhlət ver.  
Ovçu  Pirim  arvadınnan  qırx  gün  möhlət  alıf  oturmaxda 
olsun, indi sana kimnən xavar verim, şah oğlu Şah Abbasdan. 
Şah oğlu Şah Abbas vəziri Allahverdi xannan dərviş paltarında 
çıxıf kəndi, şəhəri seyr eliyirdi, görüm kimin vəziyyəti nətəər-
di,  kimin  tükanı  nətəərdi,  hası  rayon  nejədi.  Belə  səyahət 
eliyif  gəzerdi.  Bir  kəndin  qırağında  bir  hündür  təpədə  bular 
gejəliyəsi  oldular.  Belə  baxdılar  ki,  bu  kəntdə  heş  kimin 
öyünnən işıx gəlmer, bir öydən ölüvay, zəyif işıq gəler. Getdi-
lər bu işıx gələn  yerə. Gethaget, atdarı sürüf gedəndə ördülər 
ki,  bura  bir  qara  damdı  –  qazma  dam,  bir  çovan  öyüdü.  Ço-
vanın  arvadı,  üş-dörd  də  uşağı  var,  arvad  burda  uşağa  yater. 


43 
 
Qonşudan  üç-dörd  arvad  da  başına  yığılıf.  Bir  qara  çıradı, 
yandırıflar bunun uşağını tutmağa.  Bular gizdəndi. Bir-birinə 
işarə  elədi  ki,  gizdənək,  görək  bu  nə  işdi?  Bular  işığı  nəyə 
yandırıf? Uşağ ana bətninnən düşəndə gördü başının üstündə 
üş dənə göyərçin – bular məleykələr idi göyərçin donunda, – 
gəldi  danışdı.  Biri  dedi  ki,  bacılı-bacılı,  yaz.  O  birsi  də  dedi 
ki,  ay  bacılı,  nə  yazım?  O  da  dedi  ki,  mən  deyim,  sən  yaz. 
Dedi: “Yazginən ki, bu qızın yazısını, taleh-qismətini, həyatını 
şah oğlu Şah Abbasa yazdıx”, – deyəndə dedi: 
– Yazdım.  
O birsi dedi ki, ay bacılı, yazginən ki, qızın on beş yaşı 
tamam olanda toyu olojax, şah oğlu Şah Abbas munun  yanına 
girəndə barmağını böcək dişdiyəjək, onnan da öləjək.  
–  Yazdım,  –  deyəndə  şah  oğlu  Şah  Abbas  göyərçinin 
qanadınnan  tutdu.  Tutanda  göyərçin  qayıtdı  dedi  ki,  ey  şah, 
olar da sizin adamlardımı? Şah belə baxdı, belə baxanda gördü 
kü, göyərçinnər qeyb oldu, nəəzer. Dedi: “Yaxşı, sənin yazını 
mən qaraətirim, sən tamaşa elə”. Vəzir Allahverdi xan dedi: 
– Ey şah, yazıya pozu yoxdu, həbibə təbib. Sən bu qızın 
yazısını pozammazsan, yazıçılar yazdı.  
Dedi: 
– Gör mən nejə pozajam.  
Arvatdar  apardı  uşağı  içəri  qoydu,  rahatdadı,  vardılar 
hamısı öyünə etdilər. Şah Abbasnan  vəziri qapıyı  tıkqıldatdı. 
Tıkqıldadanda arvad dedi: 
– Gəl.  
Dedi: 
– Ay bajı, biz Allah qonağıyıx, qərib adamıx, burda qal-
mışıx, dardeyih. Beyjə qoy  sizin  öyünüzdə pənahlanax. Qor-
xorux  soyux  bizi  eşikdə  qırar,  –  deyəndə  dedi  ki,  ay  qardaş, 
mən xəstəyəm, qalxası halım yoxdu. Allahdan gizdin olmuyanı 
bəndədən nə gizdiyim. Tavaxda çörəyimiz var, tuada da südü-


44 
 
müz var. Bura çovan öyüdü, mən çovan arvadıyam. Görörsən, 
mən də xəstəyəm. Palazım-barxanam yoxdu, ərimin cırıx sur-
tovunnan-zaddan
13
 altıma  salıf  uşaxlarımnan  yateram.  Amma 
orda  bir  təmiz  qartımız
14
 var.  O  qartı  təmizdi,  onu  altınıza, 
üstünüzə salın, orda yatışın, – deyəndə deyir: 
– Yaxşı.  
Şah  işarə  eliyir  ki,  ay  vəzir,  yidiyimizə  baxma,  bunun 
çörəyini kəsməsək, bu bizim işimizi düzəltmijək.  
Burda  bunun  çörəyinnən,  südünnən  hərəsi  bir  damcı 
yiyif bərəkət dileellər. Bu vəzir sürfeyi  yığer anrı qoyor, qar-
tıyı  salıf  üstlərinə,  uzanellar.  Bir  canı-dilnən,  bir  zülümnən 
savağı açellar. Savah açılanda vəzir deyir, dur. Duror, deyir: 
– Ay bajı, bilersən nə var?  
Deyir: 
– Nə var?  
Deyir: 
– Bu şah oğlu Şah Abbasdı, bunun evladı yoxdu. Kənd-
bəkənd təzə olmuş uşax gəzerik. Sənin də uşağın ana bətnin-
nən axşam düşüf, hələ bir sutkası tamam döy. İndi sən gəl bu 
qızı bizə sat – qız uşağıymış, – özü ağırı qızıl verək. İki kisə 
qızıl  verək,  beş  kisə  qızıl  verək,  munu  aparağ  evlatdığa  ötü-
rək. Öldürmörük, itirmerik. Bir vaxt olojax bu qız öyünə ələn-
də hamı sana məhətdəl qalıf gözaydınnığı verəjək. O qızılı da 
sən  başının  altda  qoy,  ömürboyu  yi.  Arvad  ağleer,  deyir  ki, 
mən ömrümdə evladımı satammaram. Deyir: 
–  Ay  arvad,  etmə-eləmə,  kasıf  adamsan.  Əpbək
15
 tap-
mersan  yiməyə.  Cad
16
 yiməhdən  bu  uşağın  boğazı  quruyuf. 
Cadnan da, südnən də uşağ durarmı? Öy  tikdir, bulara paltar 
                                                
13
 Surtov – sırıxlı, pencək 
14
 Qartı – yapıncı, keçədən hazırlanmış çoban geyimi 
15
 Əpbək – çörək 
16
 Cad – qarğıdalı unundan bişirilmiş çörək 


45 
 
al, buğda al, çörəh al, yaxşı yi. Beş qoyun al, bir inək al qapına. 
Ərin  də  gələndə,  soruşanda  denən  ki,  bir  ölü  uşağ  olmuşdu, 
öldü, basırdıx, o arvatdara da pul ver.  
Arvad fikirrəşer, deyir: “Doğrudan da, yaxşı fikirdi, düz 
deyir.  Kasıflığın  daşını  ataram”.  Bir  xurcun  qızıl  aler,  qızı 
verer. Vəzirə deyir, götü. Vəzir götürör çuxanın sinəsinə qoyor, 
burdan belini tokqoynan tokqaleer, atdarını minif  yola düşöl-
lər.  Gedellər  hündür  bir  dağın  başına  çıxellar.  Dağın  başına 
çıxanda deyir, uşağı qoy yerə. Uşağı yerə qoyor. Şah özü xan-
çalı belinnən açer, uşağın bələyini açer. Boğazının burasınnan 
–  çökək  yerdən  pıçağı  saler  düz  qarnının  aşağı  hissəsinətən 
uşağın  qarnını  yarer.  Bağarsax-zad  o  yannan  bəri  portdoor 
çıxer.  Uşax  çığırer,  amma  ölmür.  Allahın  işidi  öldürmək. 
Yarıldığına baxma, ölüm Allahdandı. Bu əysinin arasına belə-
belə  büköör,  bükəleer,  qannı-qoxulu,  barrı-bağarsaxlı  şalın 
arasında bu dağın təpəsinnən elə əldən qoyor munu. Deyir: 
– Yazıyı da belə pozdum. Ay vəzir, nəyə gülördün? Ya-
zıya pozu yoxdu nədi.  
Deyir: 
–Şah, bir gün sana deejəm. 
Bular  bunu  atıf  öyə  gəlməkdə  olsun,  sana  xavar  verim 
Ovçu Pirimnən. Ovçu Pirimin arvadı deyir: 
– Kişi!  
Deyir: 
– Ha.  
Deyir: 
– Qırx günün tamam oldu, heş nə olmadı. Məni yola sal.  
Deyir: 
–  Arvad,  büyünciyəz  də  dayan.  Qırxa  dözüfsən,  birə  də 
döz, qırx  bir  olsun.  Savah  bu  and,  bu zər,  səni özüm  əlimnən 
aparıf dədən öyünə qoyajam. Veş-vüşünü də haravaya yığajam.  
Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə