Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   11   12   13   14   15   16   17   18   ...   95

54 
 
– Şahım sağ olsun, niyə  yazıya pozu, həbibə təbib elə-
mədin?  Sana  filan  vaxdı  dedimmi  ki,  yazıya  pozu,  həbibə 
təbib yoxdu. O uşağın da qarnını yardın, elə günahlara batdın, 
bunun başına nələr gəldi. Niyə eliyəmmədin bə? Yazıya pozu, 
həbibə təbib yoxdu. Allah-taala kimin qavağına nə yazıb, onu 
da görməlidi.  
Onnan sonra Şah Abbas arvad almağa tööbə dedi. Köhnə 
arvadınnan gün keçirdi, devr qurdu. Dedi: 
– Doğrudan da, yazıya pozu, həbibə təbib yoxdu.  
 
4. MƏHƏMMƏD VƏ BABA SƏDRİ 
 
Məhəmmədin atası iki qardaş oluf. Bular torpağ üstündə 
yola getmədiyi üçün bir-birinnən ayrılıf hərəsi bir məmləkətə 
gedif.  Məmləkətdən  gedənnən  sonra  bu  qardaşın  birinin  üç 
oğlu  oluf.  Bu  kişi  bərk  naxoşduyuf.  Öz  oğlannarını  çağırıf 
dedi ki, ay oğul, siz o dağa çıxmıyın, tilsimdi o dağ.  
Günnərin bir günündə bu oğlannarın atası rəhmətə geder. 
Munu  aparıf dəfn  eliyillər.  Sonra  böyük  qardaşı  deyir,  ə,  ata-
mız  öldü,  dedi  o  dağa  çıxmıyın.  Mütləq  o  dağa  çıxmalıyam, 
görüm nədi o, nəmənədi. Böyük oğlu atı miner, Tilsim dağına 
çıxer.  Tilsim  dağına  çıxanda  örör  kü,  burda  böyük  bir  imarət 
var, gül gülü çağırer, bülbül bülbülü çağırer. Burda oturuf sudan 
içer. İçən vaxtı bir də örör kü, oannan bəri bir pəhlivan gəldi. 
Pəhlivan  dedi ki, ayə,  sən  nəəzirsən  burda?  Sən kimsən,  nəçi-
sən, – deyəndə dedi ki, mən yol adamıyam. Bu pəhlivan deyir 
ki,  başın  göydənə  ağırrığ  eləməsin,  çıx  yolunnan  get.  Oğlan 
getmək  istəmiyəndə  pəhlivan  onu  qaldırer  yerə  vuror,  başını 
kəser. Bu pəhlivan geder öz öyünə. Bu pəhlivan sən demə kim 
imiş?  Ölən patcahın qardaşının qızıymış.  Qız  camış  sağermış. 
Camış sağanda bir kal gəler munun südünü tökör. – Arvatdarın 
südünü  tökənətən  gözünü  töksən  onnan  yaxşıdı.  –  Qızın  ajığı 


55 
 
tutor, duror kalın quyruğunu qoluna doloor da, bunu ater. Deyir 
ki, kim məni yıxsa, ona gedəjəm, kimi yıxsam, başını kəsəjəm.  
Ölən oğlanın ortancıl qardaşı deyir ki, mən həmən Tilsim 
dağına  çıxmalıyam.  Dağa  geder,  gedəndə  örör  kü,  doğrudan 
da,  burda  gül  gülü  çağırer,  bülbül  bülbülü.  Yaxşı  çəmənnik. 
Atını açer buraxer, at otdoor, özü də sudan içer. Burda dincə-
ləndə həmən qız pəhlivan paltarında gəler, buna deyir: 
– Ə, burda sən nəəzersən? – deyəndə deyir ki, mən  yol 
adamıyam. Deyir: 
– Sən  yol adamı döyülsən, sənin başın göydənə ağırrığ 
eliyir. Çıx burdan get.  
Axırı güləşellər, bunun da başını kəser. Sən demə, bu öz 
əmisi oğluymuş, bilmermiş.  
Bir həfdə keçer, bir ay keçer, para ay keçer. Balaca qar-
daşın adı Məhəmmədmiş. Gejə yatdığı yerdə yuxusunda görör 
kü,  bir  nurru  kişi,  qırmızısakqal  kişi  gəldi:  “Ə  Məhəmməd, 
Məhəmməd”. Məhəmməd  yuxuda  yatdığı  yerdə dedi, can, ay 
baba.  Dedi,  ə,  qardaşdarın  hayfını  almax  istiyirsənmi?  –  de-
yəndə dedi, niyə almeram, alajam. – “Ə, – deyir, – filan dağın 
döşündəki sənin əmin qızıdı. O, pəhlivan paltarı geyinif sənin 
qardaşdarını  öldürüf.  Sən  hayfını  çıxmax  istiyirsənsə,  dedi-
yimə  əməl  et,  bu  kəlmeyi-şəhadəti  oxuyarsan.  O  sənə  qalib 
gələjək, yıxajax. Onda deyərsən ki, əşədi ənna la ilahə ilallah, 
rəsulən vəliyullah, sənnən başqa yoxdu bir Allah. Onda o özü 
yıxılajax. Al bu badəni də iç”. Oğlan badəni aler, içer.  
Savah üzünüzə xeyirriknən açılsın. Savah duranda örör, 
nə kişi var, nə heç kim. Deyir, Allaha pənah. Durur atını miner, 
qızıldan-gümüşdən götürör, yola çıxer ki, gedim görüm bu nə 
sirridi. Gedəndə bir qoja kişi muna rast gəler. Deyir: 
– Ə, Məhəmməd.  
Bu qoja kişinin də adı Baba Sədri olor. “Əyə,  Məhəm-
məd”, – deyəndə deyir: 


56 
 
– Nədi?  
Deyir: 
– Yol adamıyam, mana xarşdıx ver.  
Çıxarder  buna  qızıl  pul  verer.  Bir  qədər  getmişdi  Baba 
Sədri deyir: 
– Bu azcadı axı.  
Məhəmməd bir az da pul verir:  
– Baba Sədri, çıx get yolunnan, – deyəndə deyir: 
–  Yox,  sən  dünənki  uşaxsan,  balaca  boyun  var.  Səni 
öldürüf, atını, pulunu əlinnən almalıyam.  
Məhəmməd atdan düşör. Deyir: 
– Baba Sədri, sənnən güləşəjəm. Məni yıxdın, atım da sənin, 
pulum da sənin, canım da sənin. Mən səni yıxdım, başını kəsəjəm.  
Deyir: 
– Yaxşı.  
Sən demə, Baba Sədri də uzun müddət pəhlivan imiş, indi 
yaşdaşıfdı.  Məhəmməd  munu  yıxer,  başını  kəsmək  istiyəndə 
ağleer. Deyir: 
– Mən murazıma çatmadım.  
Deyir: 
– Nə murazın var idi?  
Deyir: 
– Nə bilim, arvad demişdi get qazan, gətir, burda yiyək.  
Axırı  Baba  Sədri  Məhəmmədə  deyir  ki,  sənnən  qardaş 
olajam. Deyəndə deyir: 
– Hancarı?  
Deyir: 
– Siqa.  
Siqa  qardaşdar,  rəvayətə  görə,  o  dunyada  görüşöllər. 
Deyəndə deyir ki, yaxşı. Məhəmməd Baba Sədriyə deyir: 
– Mənim bu kəlmeyi-şəhadətimi yadında saxla, lazım olar. 


57 
 
Xüləsə, qayıdır gəlellər Məhəmmədin öyünə Baba Səd-
riynən. Deyir: 
– A Baba Sədri, mən muraz üstündəyəm, səfərə gederəm. 
Biz oldux qardaş. – Baba Sədri də beysavad imiş. – Bu duhara
23
 
kömürnən  bir  cız  çəkərsən,  getdiyim  günnəri  hesaflıyarsan. 
Qırx günə gəldim gəldim. Gəlməsəm, bil ki, başıma iş gəlif.  
Deyir: 
– Yaxşı.  
Bu  burda  qalmaxda  olsun,  Məhəmməd  geder,  dağın 
başına çıxanda  örör kü, dünyanın  lalı-cəvahiri  burdadı, qızılı 
burdadı, gümüşü burdadı, gülü burdadı, bülbülü burdadı. Noya 
bax, suya bax. Burda atdan düşör, atı bıraxer. Yaxşı əlini-üzünü 
yuyur,  dəstəmaz  aler,  Allaha  kəlmə  verer,  kəlmə  aler,  çörək 
yiyir.  Bir  də  örör  kü,  həmən  pəhlivan  gəldi,  qız  pəhlivan. 
Gəler muna salam verer. Salamdan sonra deyir: 
–  Ə,  sən  nəəzersən  burda?  Sənin  iki  qardaşıyın  başını 
kəsmişəm,  sən  gənə  burya  əlifsən?  Bir-birinizə  oxşoorsuz. 
Sən mənim əmim oğlusan, – deyəndə deyir: 
– Aaz, əmioğlu-zad tanımeram, sənnən güləşəjəm.  
Deyir: 
– Ə, sən bir şapalaxlıx şeysən, səni yıxıf başını kəsəjəm. 
Xülasə, burda güləşellər. Güləşəndə – qız Məhəmmətdən 
iyirmi yaş böyüymüş, – Məhəmməd təntiyir. Təntiyəndə deyir: 
“Əşədi ənna la  ilahə  illallah, Məhəmmədi rəsulən vəliyullah. 
Sənnən  başqa  yoxdu  bir  Allah”  –  deyəndə  qız  deyir,  sən 
məhəmmədisən? Deyir ki, həə. Deyir: 
– Munu kim dedi sənə?  
Dedi: 
– Munu ağam yuxumda mana örgətdi.  
Dedi: 
                                                
23
 Duhar – divar, hasar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə