Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   13   14   15   16   17   18   19   20   ...   95

62 
 
Dedi: 
– Anam  vermişdi  min  manat, min altı  yüz  manat gətir-
mişəm.  
Dedi: 
– Ay oğul, onu sən hardan qazandın mana de?  
Dedi: 
–  Ateyi-mehriban,  getdim  belə  bir  vəziyyət  alındı.  Filan 
kəntdə gördüm bir kişi meyidi döyür. Mən də anam verən pulun 
yarısını  o  meyidə  verdim,  apardım  onu  dəfn  elədim.  Onnan 
sonra kəntdə hamı məni hörmətdi bildi, mana iş verdi, işdədim. 
Öz pulumun üstünü də düzəltdim, bu pulu da əlavə qazandım.  
Dedi: 
– Oğul, sən həqiqi tacir olajaxsan.  
Böyük oğlunu çağırdı, dedi: 
– Oğul, bu var-dövlət, ev-eşiy, mal-buzov sənindi, tacir-
lik balaca qardaşınındı.  
Dedi: 
– Yaxşı.  
Kiçik oğluna dedi: 
– Oğul, gedərsən bazara, bazarda qul satannar olur. Ge-
dərsən qul satanın yanına, deyərsən mənə ticarətdən başı çıxan 
bir qul lazımdı. O sizə yol görkəzəjək. Başı çıxan olmasa, alma.  
Getdi birinə yaxınnaşdı, salam verdi. Dedi: 
– Mənim atam tacir olub, indi gözləri tutulub. Mən isti-
yirəm  tacir  olam,  mana  yol  bilən  qul  lazımdı,  –  deyəndə  qul 
satan dedi: 
– Ay oğul, saa bir söz deyim. Qulu halal pulamı verim, 
haram pulamı?  
Dedi: 
– Yox, mən haram pul istəmerəm. Halal pul verif, bir az 
da artıq verif bilən bir qul alajam, – deyəndə dedi ki, quldan 
soruş. Qul dedi ki, mən İranı, Türkiyeyi, Suriyoyu – hər  yeri 


63 
 
gəzmişəm. Məni ala bilsən, sənnən gedərəm. Əmbə qul satan 
dedi ki, bu qul bütün vəhşi heyvannarın dilini bilir. Dedi: 
– Çox gözəl. Qulu neçəyə verirsən?  
Dedi: 
– Beş minə.  
Bu çıxartdı halal beş mini verdi, qulu aldı, gətirdi atası-
nın yanına. Atası qulnan söhbətləşdi. Dedi: 
– Oğul, haralısan?  
Dedi: 
– Filan yerdən.  
– Sən de görüm, heç tacirnən gedifsənmi?  
Dedi: 
– Mənim sənətim tacirlərnən getməkdi.  
– İndi de görüm, sən, məsəlçün, İrana hareynan gedifsən?  
Dedi: 
– Mən İrana filan yernən, filan yernən, filan yernən get-
mişəm.  
Adlarını dedi. Əmbə – dedi, – iki-üç yer var, ordan get-
merəm. Dedi: 
– Hansı yerdi?  
Dedi: 
–  Mən  getmədiyim  yer  odu  ku,  filan  yerdə  qırx  quldur 
var,  ordan  getməmişəm.  Gələn  başı  filan  dağnan  gəlməmi-
şəm, çünki ora təhlükəlidi.  
Dedi: 
– Oğul, gedin. Bu pul, bu var.  
Qəflə-qatırı  yüklədilər.  Qul  dedi  ki,  filan  şey  almaq  la-
zımdır, orda yaxşı qiymətə gedir. Qəflə-qatırı yüklədilər, yola 
rəvan  oldular.  Əmbə  kor  tacir  dedi  ki,  çalışın  quldur  olan 
yernən getmiyin, mənim gözüm o dağda kor oluf.  
Getdi.  Cavan  oğlan  idi.  Bir  gün,  beş  gün  qəflə  qatırı 
hayladılar.  Elə  variant  alındı  ki,  bu  bələdçi  qul  qırx  quldurun 


64 
 
iqaməti tərəfə getdi. Getdi burda köç saldılar. Köç salanda qul 
bilirdi  fəndi.  İndi orda nə  cür  elədisə,  bu  qırx  quldurun  hamı-
sını yuxu xəstəliyi tutdu. Yuxu buları tutan kimi bir-bir buların 
qulaxlarını  kəsdi,  torvasına  doldurdu.  Burda  nə  qədər  qızıl, 
gümüş  var  idi,  öz  xurcununa  doldurdu,  yola  rəvan  oldular. 
Tacir  bilmədi  ki,  beyjə  nə  hadisə  oluf.  Getdilər  lazımı  yerə. 
Dedi ki, ay xazeyin, ay tacir, sən burda dur, mən aparıb veji
26
 
satajam.  Veji  apardı.  On  manatdıx  veji  dedi  ki,  otuz  manata 
satmışam. Halbuki quldurrarın puludu. Qul dedi ki, burda qal-
maq üçün  gərək  bir ev  tikdirək. Patcaha xəbər  verdilər  ki, bir 
tacir  ev  tikdirmək  üçün  torpaq  almaq  istiyir.  Patcah  dedi  ki, 
filan zdanyoyu
27
 ona ver, pulunu al. Bu minvalnan evi aldılar.  
Patcahın  bir  qızı  var  idi.  Patcahın  qızı  gejə  vəəğasında 
gördü  kü,  bu  tacir  bunu  istiyir.  Bu  minvalnan  qul  getdi  pat-
cahın düz iqamətgahında veji satanda qıznan görüşdü. Dedi: 
– Gəlsənə səni xazeynimə alam?  
Qız dedi: 
– Onsuz da mən vəəğamı görmüşəm, ona getməliyəm.  
Qul bir neçə yerli mədəni adamları yığdı başına, ağasına 
dedi  ki,  patcahın  qızını  sana  aleram.  Getdi  qıza  elçi  düşdü. 
Patcah tutuldu. Dedi: 
– Bu nə hadisədi?  
Qıza adam göndərdi ki, gör razıdımı tacirə getməyə. Qız 
dedi,  mütləq  getməliyəm.  Toy  elədilər.  Toy  eliyənnən  sonra 
bir neçə atlı, nə qədər cahi-cəlalnan taciri yola saldı. Gələndə 
tacir dedi ki, atam deyib filan dağdan getməyin. Dedi: 
– Yox, məni eşidirsənsə, oroynan gedəjeyik.  
Dağa gələndə gördü iki tuladı, bir-biriynən boğuşur. Bo-
ğuşanda biri dedi ki, sən pissən. Dedi, niyə? Dedi, filan tacir 
                                                
26
 Vej – ayın-oyun 
27
 Zdanyoyu – binanı 


65 
 
burdan gedəndə getdin dəsmalına siydin, tacir dəsmalnan gö-
zünü silən kimi kor oldu. O birisi dedi, yaxşı, mən kor elədim
sənin  də  xazeyninin  qızılını  basırıflar,  sən  də  neçə  ildi  burda 
aj-susuz gözdöörsən. Sən də pissən deyəndə qul tacirə dedi ki, 
beyjə  burda  qalmalıyıx.  Gejə  burda  qalanda  qul  getdi  həmən 
daşın  altından  qızılı,  gümüşü  yığdı,  qəflə-qatıra  yüklədilər. 
Bir neçə günnən sonra gəldilər kor tacirin evinə. Tula o birinə 
dedi  ki,  bir  adam  isteerəm  səni  vura,  beyniyin  yağını  o  kor 
kişinin  gözünə  çəkə,  onun  gözləri  açıla.  Deyən  kimi  qul 
tuloyu  vurdu.  Gejə  gəldi  beyninin  yağını  bir  şüşəyə  yığdı.  O 
daşın  altından  qızılı-gümüşü  götdü,  qəflə-qatıra  yüklədi.  Bir 
necə  günnən  sonra  gəldilər  düz  tacirin  qapısına.  Qəflə-qatır, 
təzə  gəlin,  cahi-cəlal...  Xəbər  gəldi  ki,  oğlun  arvad  alıb,  bu 
qədər də vej gətirib. İndi bu kor tacir oğlunu da, qulu da gətdi 
otağa. Gəlini bir otağa saldılar. Qula dedi: 
– Oğul, bu qədər varı-dövləti sən hardan düzəldə bildin? 
Mən  əlli  ildi  tacirrik  eliyirəm,  bu  qədər  var-dövlət  qazanma-
mışam.  
Dedi: 
– Söhbət eləsəm, sonra məni tapmıyajaxsınız.  
Dedi: 
– Yox, eləməlisən.  
Dedi: 
– Qırx qulduru yatızdırdım, qulaxlarını kəsdim. Bu qırx 
quldurun qulaxlarıdı.  
Söhbət elədiyimi danışdı. Şüşədən  yağı çıxartdı, tacirin 
gözünə çəkəndə tacirin gözü sağaldı. Dedi: 
– Bu gəlini də mən aldım oğluna. Mən bilirsən kiməm? 
Mən  halal  pula  alınmış  adamam.  Sənin  halalca  pulunu  oğlun 
mana verdi. Mən də tacir idim, öldüm, filankəsə borcum qaldı. 
Gündə məni döydü, döydü, oğlun da borcumu qaytardı, məni 
dəfn elədi. Mən həmən o palçıxdakı kişiyəm.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə