Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   21   22   23   24   25   26   27   28   ...   95

93 
 
–  Üş  dəvriş  gəlmişdi.  Buzoyumuzu  da  kəsdih,  yarısını 
axşam yedik, yarısını da savah. Çıxdılar getdilər. İndi də get-
dim  ki,  malı  yığışdırıf  gətirəm,  gələndə  gördüm  ki,  arvad  da 
ölüf, uşax da ölüf, inəh də ölüf.  
Camaat  yığıldı, molla-filan yığıldı, apardılar buları bas-
dırdılar.  Kişi  naxırı-zadı  buraxdı,  qavırsannıxda  ölülərinin  – 
oğlunun,  qızının,  arvadının  üstündə  özünü  şəhid  elədi,  gejə-
gündüz evə gəlmədi. Bir neçə gün keşdi, Cənab Əli göy atda, 
göy  donda  gəldi  qavırsannıxda  kişiyə  dedi  ki,  ay  kişi,  noluf, 
niyə özünü öldürörsən? Nədi, nəmənədi? Dedi: 
–  Ay  sənə  fida  olum,  hər  kimsən  bilmerəm.  Üş  dəvriş 
gəlmişdi. Bircə buzoyumuz vardı. Buzoyu da kəsdim, yidilər, 
getdilər.  Olar  gedənnən  sonra  uşaxlarım,  arvadım,  inəyim  də 
ölüf. Mən də indi özümü şəhid eliyirəm oların üstə.  
Çıxartdı civinnən bir alma verdi. Dedi: 
– Patcahın bir qızı var, iyirmi ildi xəstədi. Dünya alim-
ləri, biliciləri, şairləri hamısı tökülüf onu qutarammer. İndi bu 
almeyi  apar,  ona  ver.  Onun  da  əhdi-peymanı  var.  Kim  onu 
qutarsa, o qızı ona verəjək. Apar bu almeyi onun burnuna ilət, 
ilədən kimi diriləjəh, sağalajax, on beş yaşında olajax. Onu da 
alarsan, orda dolanarsan.  
Almeyi  də  götdü,  getdi.  Elçi  daşının  üstə  oturmuşdu. 
Patcah dedi: 
– Gedin görün o kimdi?  
Gəldilər, apardılar. Dedi: 
– A kişi, nəəzersən?  
Dedi: 
– Qadan alem, o qızı qutarmağa gəlmişəm.  
Dedi: 
–  Öyün  yıxılsın,  bunu  hardan  qutarersan?  Dünya  alim-
ləri, biliciləri töküldü, onu qutarammadı.  
Dedi: 


94 
 
– Mən qutarajam, niynersən.  
Dedi: 
– Bunu keçirin qızın yanına.  
Qızın  yanına keçirdilər. Almeyi civinnən çıxartdı, qızın 
burnuna  ilədən kimi qız  sapbasağlam qalxdı, on beş  yaşında. 
Patcaha  xavar  getdi.  Patcahlar  da  ağıllı  olollar,  ağılsız  adamı 
patcah qoymazdar. Patcah fikirrəşdi, dedi: 
–  Ayə,  mən  qojalmışam,  arvadım  da  qojalıf.  Qoy  buna 
deyim,  bəlkə,  yerini  biler,  getsin  iki  alma  gətsin.  Birini  mən 
yeyim cavannaşım, birini də arvadım.  
Dedi: 
– A kişi, get bu almadan ikisin də gətir. Birini maa, bi-
rini də arvadıma. Onnan sonra cavannaşajeyih, bu başımın tacı-
nı da sənin başına qoyajam, özüm də saa vəzir olajam. 
Təzdən ağlıya-ağlıya getdi arvad-uşağının üstündə gənə 
özünü şəhid eləməyə. Bir, iki, üş gün burda özünü şəhid elədi. 
Bir də gördü ki, göy atdı, göy donnu Cənab Əli böyürdən çıxdı. 
Dedi:  
– A kişi, nooldu? 
Dedi: 
– Saa qurvan olum, apardım almeyi verdim, qızı da di-
riltdim. Qız da dirildi, cavannaşdı. Patcah dedi get maa da iki 
alma gəti: birini arvadıma, birini özümə. Mən hardan alım almeyi? 
Cənab Əli əlini belə tutdu, dedi: 
– Bir burdan bax.  
Barmaxlarının  arasınnan  belə  baxdı.  Baxanda  gördü  ki, 
cənnətin bağı görükör. Dedi: 
– Nə görörsən?  
Dedi:  
– Yaxşı alma, armud, hər şey, meyvələr görörəm.  
Dedi: 


95 
 
– Get bax, o almanın başına fırran, hərrən, içində hansı 
yaxşıdı ikisini qopar, apar birini patcaha, birini də arvadına.  
Getdi,  alma  ağacının  dörd  yanına  hərrəndi.  “Hansını  qo-
pardem, hansını qopardem” deyəndə belə baxdı gördü ki, arvadı 
da ordadı, iki oğlu, bir qızı da orda, inək də orda, buzoy da ya-
nında – cənnətdə. Yüyürtmə özünü bura salanda Cənab Əli dedi 
ki, ay kişi, ay kişi, harya gedersən? Dedi ki, qadan alem, arvadı-
mın, uşağımın yanına gederəm. Dedi ki, ay kişi, sana arvadınmı 
lazımdı, uşağınmı, inəyinmi, buzoyunmu, yoxsa patcahın qızımı?  
Dedi: 
– Ay sana qurvan olum, mana öz arvadım, öz buzoyum, 
öz oğlum, qızım lazımdı.  
O  səxavətnən  hamısı  cənnətə  daxil  oldular.  Burda  da 
Cənab Əlinin uşaxları bildi ki, ibadətdən səxavət yaxşıdı. Uşax-
ları bax elə başa saldı. Yəni səxavətsiz ibadət bir şey döy.  
 
12. SAİLİ BORCDAN QURTARAN ƏLİ 
 
Günnərin  bir  günü  kəntdə  bir  kasıvın  pulu  yoxuydu,  iş 
aşırmalıydı, toy  eləməliydi. Əlacı kəsildi, getdi Yezitdən pul 
götdü  kü,  mana  pul  verginən,  bu  işimi  görüm.  Bular  o  vaxtı 
pulu  verəndə daqavor  bağladılar kı, bax, filan ayın filan tari-
xində pulu gətirəjən. Bir saat pulu gej gətdin, oğlun mənimdi. 
Kasıf  pulu  aldı,  gətdi.  İşini-güjünü  görənnən  sonra  ayın  başı 
tamam  olanda  bunun  yanına  yüürdü,  onun  yanına  yüürdü,  qo-
hum-əqrəbanın  yanına  yüürdü,  heş  kimnən  muna  əl  tutan  ol-
madı. Əlaj kəsildi, getdi canım fəda olsun, Cənab Əlinin yanına.  
–  Ya  Əli,  mən  pul  götümüşəm  Yezitdən,  borcu  büyün-
nəri  qaytarmalıyam.  Mana  pul  verginan,  mən  o  borcu  verim, 
canımı kutarım. Əyər büyün günortuya o pul çatmasa, oğlum 
Yezidindi. Günortadan sonra pulu aparsam da, qəbul döy. 
Əli dedi: 


96 
 
– Omar, bu kişiyə pul verginən.  
Dedi: 
– Ə, mənim pulum nəəzer? 
Dedi: 
– Osman, buna pul verginən.  
Dedi: 
– Mənim pulum yoxdu.  
O vaxtdarı insannarı qul kimi satellarmış. Cənab Əli dedi: 
– Məni apar bazarda sat, apar pulunu.  
Kişi dedi: 
– Mənim özüm də olmuyum, ayləm də olmasın, uşağım 
da olmasın, bu mümkün olan iş döy mən səni aparıf satam.  
–  Ə,  –  dedi,  –  can  mənim  döymü?  Mən  sana  ixtiyar 
verirəm. Apar məni satginan, get borcunu qaytarginan.  
Əlajı kəsildi, kişi Cənab Əliyi  apardı. Canım sənə fəda 
olsun,  Cənab  Əli  şəxsiyyətcən  çox  şəxsiyyətdi,  qüvvəli  bir 
pəhlivan olufdu. Bazara çıxanda hərə bir tərəfdən töküldü: 
– Kişi, quluyun qiyməti nədi?  
Cənab  Əli  bu  kişiyə  dedi  ki,  denən  mənim  qulumun 
qiyməti  özü  ağırrıxda  qızıldı.  Gün  batannan  gün  doğan  arası 
nə  iş  desən,  mənim  qulum  bajarır.  Burda  bu  qədər  əhalinin 
içində  heç  kimin  bunun  özü  ağırrıxda  qızılı  verməyə  gücü 
çatmır. O vaxtı patcahlığa səda getdi ki, belə bir qul gəlif. Özü 
ağırrıxda  qızıladı,  günbatannan  gündoğan  arası  nə  iş  desən, 
onu bajarer. Patcah dedi: 
– Gətirin onu buruya.  
Apardılar. Dedi: 
– Sən bilirsənmi ki, səni mən satın alanda ömrüün axırına 
kimi mənim tabeçiliyimdə olajaxsan?  
Dedi: 
– Bəli, bilirəm!  
Dedi: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə