Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   18   19   20   21   22   23   24   25   ...   95

81 
 
lər  bir  kişi  çiynində  çomax  qoyun  haylıyır.  Bu  xiyməgaha 
yaxınnaşanda Hatəm dedi: 
–  Dəvriş  baba,  ağzı  axşama  gedir.  Mənim  qonağım 
olun, – deyəndə bu dəvrişdər dedi: 
– Ay kişi, sənin balaca bir daxman var.  
Dedi: 
–  Ola  bilməz,  ağzı  axşama  gedir,  dəvrişsiz,  sizi  burax-
maram.  
Patcah vəzirə dedi ki, gedək görək bu nə cürdü. İçəri gir-
dilər, oturmağa  yer  yox,  bir  şey  yox,  əmbə Hatəm  səxavətlidi 
axı. Dedi: 
– Arvad, gəlsənə qoyunun birini kəsək.  
Dedi: 
– Ay kişi, kəs, qonaxdılar.  
Qoyunun  birini  kəsdi.  Bir  neçə  dəyqədən  sonra  kabab 
gəldi.  Dəvriş  dedi  ki,  mən  bu  yaşımatan  nə  qədər  el-oba 
gəzmişəm, belə şirin ət yeməmişəm. Deyəndə Hatəm dedi: 
– Arvad, qoyunun filan yeri şirindi, qalan yeri havayıdı.  
Ona  görə  danışığı  uzatmeram,  on  qoyunun  onunu  da 
kəsdi.  Sabah  üzünüzə  xeyirrihnən  açılsın.  Dəvrişdər  durdu, 
çörək-zad yidilər. Dedi: 
– Ay kişi, evin şirin olsun, bir qoyun da kəsdin, zəhmət 
çəkdin.  
Amma patcah bilirdi ki, on qoyun kəsilib. Dəvriş getdi, 
patcah libasını geyindi, tacı başına qoydu. Əmr elədi ki, gedin 
filan kəndin böyründə balaca daxmada bir kadın, bir kişi var, 
onu gətirin. Bunu nə niyyətnən gətirirdi? Asdırmağa gətirmir-
di. Bir təşbeh kimi gətirerdi ki, elinə-obasına desin ki, belə bir 
insan var. Getdilər gətirdilər kadını da, Hatəmi də. Adəti üzrə 
patcaha baş əydi, salam verdi. Patcah dar ağacını qurana dedi 
ki, get dar ağacını qur. Dedi: 
– Patcah sağ olsun, kimə?  


82 
 
Dedi: 
– Bu kişiyə.  
Dedi: 
– Onun günahı nədi?  
Dedi: 
–  Qonşunun  on  qoyununu  kəsib,  –  deyəndə  Hatəm  üzr 
istədi, dedi: 
– Patcah sağ olsun, baş ağrısı olmasın sizə, beş-on dəy-
qalıx söhbət eliyim, sonra asdır.  
Atam  elədiyi  söhbəti  Hatəm  patcaha  elədi.  Patcah  başa 
düşdü:  
– Biy, sən Hatəmsən.  
Bu da dedi: 
– Sən Məhəmmədsən.  
Bular  qucaxlaşdılar,  öpüşdülər,  görüşdülər.  Mehriban 
söhbət  elədilər,  sonra  xəzinədarı  çağırdı.  Vəziri,  vəkili  – 
hamısını çağırdı  yanına. O vaxtı pul vahidi kiseynən ölçülör-
müş.  Əmr  elədi  ki,  xəzinədən  on  kisə  qızıl  gətir.  Xəzinədar, 
vəzir, vəkil – hamısı patcahın üzünə baxdı. Cəsarət edib soru-
şammadılar ki, bu on kisə qızılı kimə verir. Xəzinədar dedi: 
– Patcah sağ olsun, mən o qızılı qeyd eləməliyəm. Çünki 
xəzinədən  geder.  Bu  qızılı  kimə,  nəyə  verersən?  –  deyəndə 
dedi bu qızılı bu kişiyə vererəm.  
Dedi: 
– Nəyə görə veririk?  
Dedi: 
– Ona görə  verirəm ki, on il bu Hatəm çobannığ elədi. 
On ildə on qoyun gətdi. Mən dəvriş libasında qapısına getdim, 
məni  balaca  daxmada  qonağ  elədi,  on  qoyunu  kəsdi.  Əmbə 
xəzinədən bu qədər qızıl geder deyə sizin ürəyiniz yater. Qoy 
innən  sonra  mənim  millətimə,  xalqıma  bir  örnək  olsun,  hər 
kəs Hatəm surfalı olsun, Hatəm səxavətli olsun.  


83 
 
9. SƏXAVƏT İNSANLIQDANDIR 
 
Allah rəhmət eləsin Şah Abbasa. Şah Abbas çox ədalətli 
şah  oluf.  Yeri  gələndə  də  dəvrişlibas  oluf  xalqın,  camaatın 
içinə çıxarmış. Tanınmamax üçün, xalqın dolanışığını, vəziy-
yətini bilməh üçün dəvrişlibas olarmış.  
Günnərin bir günü ikinci vəzirinə deyir: 
– Ayə, ay vəzir.  
Deyir: 
– Bəli.  
– Ə, – deyir, – səxavət nəynəndi?  
Deyir: 
–  Şah  sağ  olsun,  səxavət  pulnandı  da:  varım,  pulum 
olsa, səxavətim də olar.  
Bunnan  razılaşmer  Şah  Abbas.  Razılaşmıyanda,  gəler 
axşam  olor,  bu,  birinci  vəzirini  də  götürör,  dəvrişlibas  geder 
ikinci vəzirin qapısını döyör. Qapısını döyəndə vəzir çölə çıxer: 
– Kimsiniz?  
Deyir: 
– Allah qonağıyıx, beyjəliyinə öyündəmi, nəvilem, bal-
qonundamı  bizə  yer  elə,  qəriv  adamlarıx,  nabələdih,  gejəli-
yəh, – deyəndə elə  yek kəlmə deyir ki, ə, mənnən buanda üç 
yüz  öy  var,  get  birinə  qonağ  ol.  İrəhmətdiyin  oğlu,  gərəy 
manamı qonağ olasan?  
Belə diyəndə, bu birinci vəzirin üzünə baxer və deyir ki, 
gördün də ikinci vəzirin səxavətini. Bular gedə get, gedə get, 
kəndin lap ujqarında bir alçajıx daxma var, bu daxmadan işıx 
gəler.  Gəlellər  bunun  qapısını  döyüllər.  Qapısını  döyəndə 
cavan bir oğlan eşiyə çıxer: 
– Kimsiniz?  
Deyir: 
– Ay qardaş, Allah qonağıyıx, bizi beyjəliyinə qonağ elə.  


84 
 
Oğlannan qavağ içəridən anası deyir: 
–  Ay  bala,  kimsiniz?  İçəri  gəlin,  qonağa  da  qurvan 
olum, Allaha da.  
Bular içəri gəlellər. İçəri gələn vaxtı çovan anasını çağı-
rer. Deyir: 
– Ay ana.  
Deyir: 
– Bəli.  
Yazıx bir ildi, iki ildi, deməh, bir varrı kişinin qoyununa 
gedif, yeddi dənə toğlu alıf. Həmin günü gətirif qapıya. Deyir: 
– Ay ana, icazə ver, toğlunun birini kəsem. İki bulardı, 
iki də bizih, hərəmiz bir tikə, para tikə yijeyih, qalanı da öyü-
müzdə qalajax də.  
Deyir: 
– A bala, heyvanı özün qazanmıyıfsanmı? Birin də kəs, 
ikisin də kəs, nətəər bilersən. 
Nolasıdı,  bı  oğlan  çıxer  bir  toğlunun  başını  kəser  də, 
şakqaler, hər şakqası bir əlində qapıdan içəri girer. Girəndə Şah 
Abbas  dəvrişlibasdı,  deyir  ki,  ay  bala,  niynerdin  bunu  kəsif. 
Pendirdən, çörəhdən, çaydan yiyif, yıxılıf yatajeydıx. Deyir: 
– Nəvilim, elə kəsdim də, bir tikə siz yijəhsiniz, bir tikə 
də biz. Götürüf aparası ha döyülsünüz.  
Deyir: 
–  Düz  deyirsən,  amma  biz  ət  yimerih,  ancax  kəsilən 
heyvanın böyrəyini yiyirih.  
Həmin oğlan fikirrəşer: “Əyə, bu nə danışdığıdı?” Nola-
sıdı, əti çıxarder çölə. Anasına məsləhət eliyir, qalan altı toğ-
lunun  altısının  da  başını  kəser,  böyrəhlərini  çıxarder.  Çünki 
iki qonax, iki də bular, iki böyrəh, bu mümkün  döylü. Qəşəh 
kavav  çəker  pişirir,  bir  darelkaya  qoyor,  əlində  içəri  gələndə 
deyir ki, bu nədi belə? Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə