Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   16   17   18   19   20   21   22   23   ...   95

74 
 
– Əmi, neçiyə satırsan? – deyəndə, kişi qayıder deyir ki, 
əlli  min  qızıla  və  yaxud  otuz  min  qızıla.  Ağıla  gəlmiyən 
fantastik bir qiymət deyir almaya. Oğlan deyir: 
– Əmi, bir dənə alma nədi ki, sən onu bu qədər ağır qiy-
mətə satersan? Sənin deməyinə görə, mən yanımda götürdüyüm 
bütün varidatı sənə verməliyəm ki, o almeyı da aparam gedəm.  
Deyir: 
– A bala, bu sən görən almalardan döy. Bu elə bir alma-
dı ki, can üstə olan xəstə belə onu yisə, o dərhal sapbasağlam, 
anadangəlmə olur. Bu elə bir almadı. Özü də bu alma yeddi il 
xarab olmur. Yeddi il saxlaginən.  
Oğlan  deyir:  “Ə,  qızdan  ötrü  bunnan  da  gözəl  hədiyyə 
olmaz”.  Çıxardır,  qızılları  sayır  kişiyə,  həmən  almıyı  aler, 
gəldiyi yolnan da geri qayıder. 
Bu tərəfdən də sərkərdənin oğlu gəzə-gəzə gəler, demə-
li, bir şəhərə çıxer. Şəhər kənarında bir tükan varıymış. Oğlan 
gəler  tükana  girer,  görör,  ə,  bunun  hamısı  güzgüdü.  Tükanın 
sahibi  olan  tacir  güzgü  satır.  Güzgülərin  hamısına  baxer. 
Zərri-zibalı,  qırağı  gözəl  işlənmiş  güzgülər.  Görör  ki, 
güzgünün  biri  elə-belə  künəcə
33
 güzgüdü,  qoyuluf  bir  tərəfə. 
Qırağı qızılnan haşiyələnmiş güzgülər ucuz, amma bu köhnə 
güzgünün qiyməti qırx min, əlli min qızıl. Bu məhətdəl qaler. 
Deyir: “Ə, onda mən götürdüyüm varidatın hamısını gərəy bu 
güzgüyə verim. Bu nə məzəli güzgüdü?” Çağırer, deyir: 
– Ay tacir!  
Deyir: 
– Bəli!  
Deyir: 
– Bu nətəərdi ki, qırağı qızıl haşiyələrnən işdənmiş güzgü-
ləri sən ucuz verirsən, bir köhnə güzgünü bu qiymətə deyirsən? 
                                                
33
 Künəcə – sadəcə 


75 
 
Deyir: 
–  Bu  sən  görən  güzgülərdən  döy.  Bu  dəyqə  ürəyində 
kimi tutorsan tut, güzgüyə bax. Tutan kimi həmin adamı sənə 
göstərəjəh, bu şərtnən ki, bu dünyada olsun, ölməmiş olsun.  
Oğlan  o  saatca  ürəyində  qızı  tutuf  da  güzgüyə  baxer. 
Qız gözünün qavağına, güzgüyə gəlir, sonra yox olor gözünün 
qavağınnan. Deyir: 
– Bu belə güzgüdü. Uzax bir yerdə yaşıyan hansı qohu-
munun halınnan, əhvalınnan xəbər tutmax istəsən, ürəyinə gə-
tirən  kimi  güzgü  o  dəyqə  göstərir  ki,  o  sağdı,  sayrıdı
34
,  ya 
nətəərdi.  
Oğlan deyir: “Ə, sən öl! Qıza bunnan da gözəl hədiyyə ola 
bilməz”. Çıxarder pulunu sayır, güzgüyü götürör. Qayıder geri. 
Bu  yannan  da  vəkilin  oğlu  sol  yolnan  gəzə-gəzə  geder, 
görör  bir  şəhərin  kənarında  xalça  tükanı  var.  Xuruştaner
35

girer buruya elə-belə. Girer, görör, əyə, satdıx xalçalar, cürbə-
cür xalılar, zililər
36
, gəvələr düzülüf, tacir də bığını buruf  əy-
ləşif. Görör bir köhnə xalça var, asılıf divardan. Üstünə yazılıf 
doxsan min qızıl.  – “Allah amansan. Nədi ə bu xalça, bunun 
doxsan min qiyməti ola?” Tacirə deyir ki, tacir qardaş! Deyir: 
– Bəli!  
Deyir: 
– Ə, bədbəxt oğlu, bu boyda zililər, xalılar bu qiymətə. 
Bu nədi ki, bunun qiymətin sən doxsan minə verersən?  
Deyir: 
–  Bala,  o,  sən  görən  gəvələrdən  döy,  xalçalardan  döy. 
İndijə üstünə otu, “uç xalçam, uç” de, istədiyin yerə səni apa-
rajax.  Gözünü  yumuf  açanatan  mənzil  başına  yetirəjəh  səni. 
Yeddi aylıx yolu yeddi saata qət eliyir. Bu, elə bir xalçadı.  
                                                
34
 Sayrı – xəstə 
35
 Xuruştanmaq – maraqlanmaq 
36
 Zili – böyük ölçülü xalça 


76 
 
Oğlan  deyir:  “Bunnan  da  gözəl  hədiyyə  almağ  olmaz 
qıza”. Tez pulunu  verer, xalçanı aler. Xalçıyı pükör qoltuğu-
na, əzizdeer möhkəm, atı da miner, ya Allah.  
Oğlannarın  üçü  də  gəler,  təsadüf  elə  gətirer  ki,  üçü  də 
eyni  vaxtda  gəler  həmin  yolayrıcında  görüşör.  İkisi  gələndə 
örör ki, biri  oları gözdüyür. Salamlaşannan sonra bular deyir 
ki, sən nə cür hədiyyə aldın? Aldıxları hədiyyənin xassələrini, 
neçiyə  aldıxlarını  bir-birinə  izah  eliyillər.  Deyillər,  gedəh, 
Allaha  pənah.  Hansımızın  hədiyyəsini  bəyənər,  bəyənər. 
Bular bir neçə saat yol gəldihdən sonra sərkərdənin oğlu deyir 
ki,  ayə,  gəlin  görək  sevdiyimiz  qızın  vəziyyəti  necədi.  O 
birinə  deyir  ki,  ə,  sənin  axı  güzgün  var.  Qızı  ürəyimizə 
gətirək, güzgüyə baxax. Qızı ürəklərinə gətirif güzgüyə baxan 
kimi, görüllər ki, qız bir çarpayının üstündə ölüm  yatağında, 
saşdar  tökülüf  yana,  qız  çavaleer.  Qızdırmadan,  titrətmədən 
çavaleer. Qızın son nəfəsidi.  Məmləkətin  təbibləri, həkimləri 
hamısı  tökülüf,  heç  hansı  qıza  bir  əncam  çəkəmmer.  Qız  öl-
haöldü. Bular  baxıllar, hər üçü qəmlənir. Xalça gətirən deyir 
ki,  gəlin  xalçanın  üstünə  minək,  ha  demədən  özümüzü  yeti-
rəh. Almıyı verək, qızı dirildək, aman günüdü. 
Deməli,  bular  üçü  də  xalçanın  üstünə  minillər.  “Uç 
xalçam, uç” – deyən kimi xalça qalxer göyə. Buları gətirir, ha 
demədən,  bir  saat  keçməmiş  məmləkətə  çatdırer.  Oğlannarın 
üçü  də  gəlillər.  Almıyı  dərhal  soyuf,  dilimliyif  verellər,  qız 
yiyir. Yiyən kimi anadangəlmə olur. Elə bil ki,  heç xəstələn-
məmişdi. Padşah sevinir, pütün saray əhli bayram eliyir.  
İndi, burda məsələ belədi. Qız kimə getsin? Güzgü gəti-
rənəmi getsin, alma gətirənəmi getsin, yoxsa xalça gətirənəmi 
getsin? Hansına getsin?  Alma  gətirənə gedəjəh, xalça gətirən 
dejəh, canım, nolsun ki, alma varıydı. Biz üç-dörd aya qayıdıf 
gələnətən qızın sümühləri çürüyərdi. O birinə gedəndə güzgü 
gətirən  dejəh  ki,  bə  mənim  güzgüm  olmasa,  siz  nədən  bilər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə