Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   15   16   17   18   19   20   21   22   ...   95

70 
 
Bular  oturdu.  Dar  ağacı  quruluf,  kəndir  vəzirin  boynundadı. 
Alim şaha dedi: 
– Şah sağ olsun! Onu elə bizim bu balaca uşax da biler. 
Mən  bilsəydim  ki,  bunun  üçün  məni  narahat  edirsiz,  bir  belə 
yolu zəhmət çəkif gəlməzdim.  
Dedi: 
– Oğul, bilersənmi?  
Dedi: 
– Hə!  
Dedi: 
– Nədi?  
Dedi: 
– Ortadakı boş stol kimindi?  
Dedi: 
– Boğazında kəndir olanındı.  
Dedi: 
– Yaxşı, onun yerində mən oturuf deyəjəm.  
Otdu, dedi: 
– Sizin, vəzir-vəkalətin, şəhərin baş qazısının və mənim 
–  beş  adamın  iştirakıynan  akt  yazılajax,  sən  də  möhürünü 
oruya  vurjaxsan.  Onu  mən  bildim,  vəziri  buraxajaxsan.  Bil-
mədim, vəzirin yerinə məni as.  
Akt yazıldı, hamısı qol çəhdi. Möhürünü şah yapışdırdı, 
götürdü civinə qoydu. Dedi: 
– Şah sağ olsun, sənin neçə hərəmin var?  
Dedi: 
– Niynersən?  
Dedi: 
– Lazımdı. 
Dedi: 
– On. 
– Onu da bir dəyqəyə buruya çıxmalıdı.  


71 
 
Bunun hamısı çıxdı. Dedi ki, buların hamısını dama dol-
dur, haçarı mana ver. Dama doldurdu, haçarı uşağa verdi. Dedi: 
–  Şah  sağ  olsun,  olar  bir-bir  ana-hürüyə
31
 bəri  çıxmalı-
dırlar. Burda ölüm-dirim məsələsi var.  
Bunun dokquzu çıxdı, biri çıxmadı. Sən demə o bir nəfər 
kişiymiş, özü də arvad kimi saç uzadıfdı. Bu dedi: 
–  Ayıbın  tökülsün,  şahıma  bax,  bir  uşağın  sözünnən 
qadınnarı çılpax camaatın ortasına çıxardır.  
Uşax dedi: 
– Şah sağ olsun! Onu lüt buruya çıxartmax lazımdı, qol-
larını da yanına sarımax lazımdı.  
Şah  baxanda  gördü,  ə,  bu  kişi.  Arvatdar  yaşadermış  bu 
kişiyi aralarına alıf. Uşax dedi: 
–  Şah,  balıx  gülməklə  deyir  ki,  özünün  erkəh-dişisini 
bilmer, pişmiş balığın erkəh-dişisini axtarer hələ.  
Şah uşağı vəzirin yerinə qoydu ki, sən mənim vəzirimsən. 
İki dəvə göndərdi, onun dədəsini, cijisini də saraya gətirtdi. 
 
7. QIZ KİMƏ ƏRƏ GETSİN?
32
 
 
Deyir,  bir  hökümdarın  çox  ağıllı,  idraklı,  kamalca  dərin 
gözəl  bir  qızı  olur,  olduxca  gözəl.  Bu  qızın  gözəllihdə  misli-
bərabəri olmur. Bu qıza üç oğlan aşiq olubmuş. Biri baş vəzirin 
oğlu, biri vəkilin oğlu, biri də padşahın sərkərdəsinin oğlu. Hər 
üç oğlan ağılda, kamalda, eyni zamanda gözəllihdə, boyda-bu-
xunda,  həm  igidlikdə  bir-birinnən  geri  qalan  döymüşdər,  elə 
üçü də qıza yaraşanıymış. Buların üçü də qızı sevirmiş. Padşah 
da  məhətdəl  qalıf  ki,  ay  canım,  mən  qızımı  vəzirin  oğluna 
versəm,  vəkil  mənnən  narazı  qalajax.  Vəkilin  oğluna  versəm, 
                                                
31
 Ana-hürüyə – lüt-üryan, çılpaq 
32
 Söyləyici bu mətni nağıl-tapmaca adlandırır. 


72 
 
baş  vəziri  –  neçə  illərdi  mana  xidmət  eliyəni  narazı  salajam. 
Sərkərdənin oğluna versəm, o ikisi narazı qalajax. Mən nağay-
rem, başıma nə çarə qılem? Qızı yanına çağırır, deyir: 
–  Qızım,  səni  üç  oğlan  istiyir:  vəzirin,  vəkilin,  bir  də 
sərkərdənin oğlu.  
– Ateyi-mehriban, mən bilirəm, xəbərdaram bunnan.  
Deyir: 
– Qızım, bu dövlət işidi, hakimiyyət işidi, gərək buların 
heç hansı mənnən narazı qalmasın. Mən məhətdəl qalmışam. 
Necə eliyim, səni buların hansına verim, ürəyin hansını tutur? 
Ürək tutmağnan da döy. Hansını tutsan, o biri narazı qalajax.  
Deyir: 
– Ateyi-mehriban, sən bunu mənim öhdəmə burax. Mən 
özüm hər şeyi yerbəyer elijəm.  
Deyir: 
– Baş üstə qızım, neynək, özün yerbəyer elə.  
Qız  da  atasını  həddinnən  artıq  sevirmiş.  Ona  görə  belə 
qərara  gəlir  ki,  sevməh  məsələsi  yox,  nəsə  siyasət  işdətməh 
lazımdı.  Hər  üç  oğlana  ismarlıyır  ki,  sabah  tezdən  hər  üçü 
atını minsin,  yaraxlansın-yasaxlansın, özü də qiymətdən ağır, 
vəzindən  yüngül pul-qızıl götürsünnər, mənim sarayımın qar-
şısına gəlsinnər. Mən olara bir tapşırıx verəjəm.  
Hər  üç  oğlan  qızı  o  qədər  istiyirmiş  ki,  cannarınnan 
artıx.  Odur  ki,  oğlannar  qızın  dediyi  kimi,  köhlən  atdara 
minib, gəlirlər qızın hüzuruna. Qız deyir: 
–  Biz  uşaxlıxdan  bir  yerdə  oynamışıx,  bir  yerdə  böyü-
müşük. Mən bilirəm ki, hər üçünüz mənə aşiqsiniz. İstəmirəm 
ki,  birinizə  gedəm  və  o  birilərinizin  könlünü  qıram.  Odur  ki, 
getsin, hər kəs mənə bir hədiyyə alsın gətisin. Bacardığı, gücü 
çatdığı bir hədiyyə alsın gətisin. Kimin hədiyyəsi xoşuma gəl-
sə, ona da gedəjəm, amma o birilər, xayiş eliyirəm, inciməsin. 
Hansınızın hədiyyəsi xoşuma gəlsə, mən yalnız ona gedəjəm. 


73 
 
Oğlannar gəlillər evə. Təzdənnən çoxlu pul-qızıl götürüf 
yola düşüllər hər üçü. Hər üçü birlikdə at sürür, üç yolayrıcına 
çıxıllar.  Vəzirin  oğlu  deyir  ki,  qardaşdar,  biz  üçümüz  də  bir 
səmtə gedəmmərih. Gəlin, birimiz sağ  yolu  tutax, birimiz  sol 
yolu  tutax,  birimiz  də  orta  yolu  tutax,  gedəh.  Gedəh,  qızın 
istədiyi  hədiyyəni  alax,  amma  bu  şərtnən  ki,  geri  qayıdanda 
bir-birimizi gözdüyək bu yolayrıcında. Tək getmiyək, üçümüz 
də bir gedək, üçümüz də hədiyyəni aparax. Hansımızın hədiy-
yəsi xoşuna gələjəhsə, ona da gedəjəh. 
Bəli, vəzirin oğlu düzünə gedən yolla, vəkilin oğlu sağa 
gedən  yolla,  sərkərdənin  oğlu  isə  sola  gedən  yolla  geder. 
Əvvəlcə,  vəzirin  oğlu  bir  neçə  gün  yol  getdihdən  sonra  bir 
şəhərin kənarında gözəl, böyük bir bağa çıxer. Görör, əyə, bu 
bağın ətrafı hündür hasarnan hasarranıf. Birtəər eliyir, bu ba-
ğın qapısını tapır və bağın qapısınnan içəri girer. Gəler içəri, 
görör bir qoca kişi əyləşib.  
– Əmi, salamməleyküm!  
Deyir: 
– Əleykəssalam, bala, xoş gəlifsən!  
Deyir: 
– Əmi, sən nəçisən?  
Deyir: 
– Oğlum, mən bu bağın bağbanıyam.  
Görür  ki,  kişinin  qabağında  bir  nimçənin  içərisində  bir 
dənə  gözəl  alma  var.  Almaya  baxanda  insan  valeh  olur.  Al-
manın gözəlliyi oğlanın diqqətini cəlb eliyir. Deyir: 
– Əmi, bu alma nədi belə?  
Deyir: 
– Oğlum, bu alma satdıxdı, satıram.  
Deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə