Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   20   21   22   23   24   25   26   27   ...   95

89 
 
qaytarer. Onuncuda da deyir ki, qaytar əti, apar özünə ver, pis 
ətdi.  Denən  pulumuzu  versin.  Qəssaf  gülə-gülə,  xoş  sifətnən 
bu əti oruya qoyor, pulların da verer. Geder. Deyir: 
– Ay İmam Hüsöyn, nə dedi qəssaf? İncidimi, ajıdımı?  
Deyir: 
– Yox, ay baba. Elə bir adamdı ki, on dəfə əti qaytardım, 
onunda da gülə-gülə başqa əti çəkdi verdi.  
– Özgə nə dedi? 
Deyir: 
–  Dedi  ki,  babana  denən  yanında  kimlər  varsa,  olarnan 
bu axşam maa qonağ olsunnar.  
Qəssaf  bilmerdi  ki,  əti  apartdıran  Cənab  Əlidi.  Qəssaf 
bir  ev  tihdirmişdi  Cənab  Əliyçün.  Allah-taalaya  üz  tutuf  de-
mişdi  ki,  ya  Rəbbim,  Cənab  Əli  üçün  burda  bir  ev  tikəjəm. 
Onun  içinin  hər  ehdiyatdarın  qoyoram,  qapıyı  da  qıfılleram. 
Cənab Əli bu evdə qonağ olmasa, bu qapı beləcə qıfıllı qala-
jax. Əhdi-peyman elədi Allahdan, qapıyı da qıfılladı, açarı da 
arvada verdi. Arvad da bir yerdə saxladı.  
İndi Cənab Əli gəlif, Gəncədədi. Cənab Əli durdu, çadır-
rarın da yığışdırdılar, qonax getdilər Comar Qəssaba. Qapıya 
gedəndə Comar Qəssaf dedi ki, arvad, qonağ otağının haçarını 
mana əti. Nə bilerdi ki, bu Cənab Əlidi? Ayrı qonağ otağının 
açarını isteer. Haçar tapılmer. Comar Qəssaf ajıxlaner, özü də 
geder  içəri  haçar  axtarmağa.  Bular  haçar  axtarmaxda  olsun, 
Cənab  Əli  qapıya  yaxınnaşer  –  muna  tikilən  evə.  Qapıya  ya-
xınnaşer, qıfıllar açıler tökülör. Bular daxil olollar evə, oturol-
lar.  Kişi  eşiyə  çıxanda  görör  ki,  qapı  açılıf,  qonaxlar  Cənab 
Əliyçün  tikilən  evdə  oturollar.  Comar  Qəssaf  əlini  başına 
qoyor,  xeylax  fikirrəşer  ki,  ya  Rəbbim,  bu  nə  olan  işdi?  Bu 
nətəər  işdi?  Qonaxlara  deməh  olarmı  ki,  durun  çıxın  gedin? 
Deyir, hər kim olar, olar. Əmbə Cənab Əlinin pulunun üstündə 
onun adı da var idi. Onnan da bir az annayışı varıydı. Təzdən 


90 
 
gəldi  bir  quzu  da  kəsdi,  gətdilər  pişirdilər,  ortuya  qoydular, 
yidilər. Yiyəndə Cənab Əli dedi ki, – Comar Qəssabın bir uşağı 
var  idi,  balaca  uşağıydı,  –  uşağı  da  gəti,  biznən  yemək  yesin. 
Qəssaf  dedi  ki,  ay  dəvriş  baba,  bircə  uşağım  var,  qorxoram 
qonağın əlinə-ayağına dolaşar. Mümkünsə, bənd olma. Deyir: 
– Onda çörəyini yığışdır, biz də yimirik.  
Əlajsız  qaldı  qəssaf,  uşağı  gətdi,  bularnan  çörəh  yidi. 
Vaxt gəldi yatışdılar.  
Gejə patcahın başı ağrıdı. Cindarrarı, biliciləri – hamını 
çağırdı  ki,  buna  bir  çarə.  İçində  bir  bilici  varıydı.  Dedi,  pat-
cahın başına Comar Qəssabın o bircə oğlunun qanı dərməndi. 
O olmasa, patcah öləjəh. Patcah dedi ki, gedin Comar Qəssaba 
deyin, Əlinin yolunda oğlunun qanını versin. Gedin elə deyin, 
Əlinin yolunda deyən kimi verəjək.  
Gəldilər, gejə qapıyı döydülər. Comar Qəssaf qalxdı ki, 
nədi, kimdi? Dedilər ki, vəziyyət belədi. Patcahın başı ağrıyır, 
patcah  öləsidi.  Sənin  o  bircə  oğluyun  qanını  Əlinin  yolunda 
patcahın başına dərman buyuruflar. Comar Qəssaf uşağı qıra-
vatdan götdü, arvaddan oğruncağ apardı,  yönünü qivləyə çö-
yürdü,  kəsdi.  Qanını  apardılar,  getdilər.  Patcah  da  qannan 
işdi, sağaldı. Qəssaf uşağı gətdi qıravatına qoydu.  
Yatdılar, səhər durdular. Dedi: 
– Arvad, qonax var, dur çörəyi-zadı hazırra.  
Arvad durdu, çörəh-zad hazırradı. Bir də dedi ki, a kişi, 
bu uşax bu vədə durordu, bu niyə durmadı? Dedi: 
– Arvad, uşaxdı, axşam da bir az gej yatıfdı, bənd olma.  
Arvad  arada  durdu  bir  baxdı.  Baxanda  gördü  ki,  uşağı 
kəsiflər, qızıl qanın içindədi. Arvad çığır-bağır salanda dedi: 
– Arvad, kiri.  
Dedi: 
– Nədi?  
Dedi: 


91 
 
– Bu uşağın qanını Əlinin  yolunda patcahın başına dər-
man  buyurmuşdular.  Ona  görə  kəsdim  verdim,  özüm  kəsmi-
şəm. Kiri, səs eləmə.  
Arvad da kiridi. Gətdilər quzunun qalanını da pişirdilər, 
burda yidilər. Ortuya qoyuf yeyəndə dedi: 
– Qəssaf, get uşağı da gətir.  
Dedi: 
– Ay dəvriş baba, uşax yatıf. Bircə uşaxdı. Qorxoram dəli 
olar, səksənər, eliyər.  
Dedi: 
– Ya get uşağı buruya əti, ya da çörəyi yığışdır.  
Qəssaf  dedi  ki,  ay  dəvriş  baba,  vallah,  Allahdan  gizdin 
deyil,  bəndədən  nə  gizdədim.  Patcahın  başı  ağrıyırdı,  uşağın 
qanı başına dərman deyilmişdi. Əlinin yolunda verdim.  
Dedi: 
– Get, uşağı buruya ət. 
Gətdi  uşağı,  qoydu  Əlinin  qarşısına.  Cənab  Əli  səkgiz 
rükət namaz qıldı, üzünü Allah tutdu, əllərini qaldırdı, dedi: 
– Ya Rəbbim, belə bir iş var, buna şəfa ver.  
Allah-taala Cənab Cəbrayılı göndərdi ki, get onun başını 
yerinə düzəlt, ağzeyin liqafınnan da çək. Gəldi Cənab Cəbrayıl 
uşağın  başını  yerinə  qoydu,  ağzının  liqafınnan  çəkdi.  Allah-
taala əmr elədi, nəfəs verdi, uşax dirildi. Bu kişiyə agah oldu ki, 
bu  adam  Cənab  Əlidi.  Cənab  Əli  əlini  kürəyinə  çəkdi.  Sağol-
laşdılar, çıxdılar getdilər. İndi Göy İmam deyilən həmən uşaxdı.  
Cənab Əli şəhərdə nə qədər öylər var idi, hamısının bir-
bir qapısını hərrəndi, dedi ki, bu axşam bizi qonağ elə. Buları 
heş  kim  qonağ  eləmədi.  Axırı  getdilər  bir  kəndə  çıxdılar. 
Kəndin  qulağında  gördü  ki,  bir  arvad  qapı  süpürür.  Buruya 
getdi,  dedi  ki,  ay  bajı,  ay  xala,  bu  axşam  bizi  Allah  qonağı 
eliyərsənmi? Dedi: 


92 
 
– Allaha da qurvan olum, qonağına da, gəlin, ay dəvriş 
babalar, gəlin.  
Gəldilər. Arvad da çox kasıv idi, heş nəyi yoxuydu. Hə-
rəsinin altına bir çul tulladı, üstündə otdular. Cənab Əli dedi ki: 
– Ay bajı, ərin varmı?  
Dedi: 
– Var, ərim camaatın malını otarmağa aparıf, naxır otarer, 
indijə gələr. 
Axşam oldu, arvadın əri hər kəsin malını qapısına ötür-
dü,  axırda  öz  evinə  gəldi.  Gəldi  gördü  ki,  üş  dəvriş  oturuf. 
Dəvrişdərnən  salamlaşdı.  Arvad  da  dedi  ki,  ay  kişi,  sənnən 
icazəsiz üş qonax qəbul eləmişəm. Maa nə deyəjəhsən bilme-
rəm. Kişi dedi: 
– Yaxşı eliyifsən.  
Getdi bularnan salamlaşdı. Arvadı çəkdi, dedi: 
–  Arvad,  heş  nəyimiz  yoxdu.  Qonaxlara  nə  pişirəjeyik, 
nə kəsəjeyik?  
Bircə inəhləri varıydı, bircə də buzoyları. Arvad dedi: 
– A kişi, gəti buzoyu kəs.  
Kişi gətdi daldaya çəkdi buzoyu, kəsdi. Gətdi, pişirdilər, 
yidilər,  yatdılar. Savah da durdu, pişirdilər,  yidilər. Yiyənnən 
sonra dəvrişdər  sağollaşdılar, çıxıf getdilər. Dəvrişdər gedən-
nən sonra kişi dedi ki, ay arvad, mən gederəm, camaatın malın 
gətirif burdan keçirəndə inəyi gətir naxıra qat. Getdi camaatın 
malını  yığdı  gətdi,  qapıdan  keçirəndə  gördü  kü,  inək  qapıda 
yater.  Çağırdı,  çağırdı,  gördü  ki,  heş  kəs  yoxdu.  Axırı  özü 
yüyürə-yüyürə  gəldi.  Gələndə  gördü  inəh  ölüf.  İçəri  girdi, 
girəndə gördü ki,  oğlu,  qızı,  arvadı  –  hamısı  ölüf. Çığırdı, ba-
ğırdı, ağladı, başına döydü, küy salanda qonum-qonşu töküldü.  
– Ay kişi, nədi?  
Dedi ki:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə