Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   28   29   30   31   32   33   34   35   ...   95

121 
 
tararıx. Amma bizə üçcə illiyinə imkan versin, uşağı bir yana 
çıxardax. 
Deyir: 
–Ya Musa, get deginən ki, verdim. 
Deyir: 
– Filan yerdə quma basdırılmış bir adam var. O da dedi 
burdan çıxmağ üçün mənə, heç olmasa, cırıx-cındır paltar versin.  
Dedi: 
– Ona deginən ki, dilini tərpətməsin. Bir də dilini tərpət-
sə, bir tufan qopardajam, o qum da  yox olajax, qalajax tama-
milə biyavanda açıx.  
Deyir: 
– Yaxşı. Bəs, filan yerdə bir kor oturufdu. O kor dedi ki, 
Allah-taala  maa göz işığı  versin, bu zülmətdən  qutarım. Mən 
camaatın  içinə  çıxa  bilmirəm.  Çıxım,  heç  olmasa,  görüşüm 
insanlarnan. 
Deyir: 
– Ya Musa, ona göz işığı düşmür. Ancax  sən deyirsən, 
saa subut eləməkdən ötəri deyirəm, verdim, get. 
Musa  peyğəmbər  qayıdanda  görür  ki,  kor  yoxdu  orda. 
Amma quma basdırılan yerindədi. 
Deyir: 
– Ya Musa, dedinmi mənim əhdimi? 
Deyir: 
–  Dedim.  Allah-taaladan  səda  gəldi  ki,  dilini  tərpətmə-
sin,  yoxsa elə bir tufan qaldıraram ki, o qum da yox olar. Elə 
orda sakit durginan sən. 
O kasıf kişinin ayləsinin  yanına çatanda, kişiyə dedi ki, 
kişi, əhdini Allah-taalaya dedim. Dedi, verdim.  
O da gənə Allaha şükür oxudu, Musa peyğəmbərə alxış 
elədi.  Musa  peyğəmbər  getdi  öz  işinə.  Bular  qaldı  indi  evdə. 
Kişi  yoldaşınnan  –  arvadınnan  məsləhət  elədi  ki,  indi  nə  cür 


122 
 
eliyək,  nağayrax?  Savağa,  birsüyünə  Allah  nə  verəjəh,  hələ 
bilmirih. Heç olmasa bir çörəymiz olsun, yiməyimiz olsun.  
Arvadın bir toyuğu var imiş. Hansı ki, kürt toyuğuymuş, 
yumurtalı, filan. Deyir: 
– Ay kişi, rast ki belədi, savah apar bu toyuğu sat, hələ-
lik bunnan girrənək, bir-iki gün çörək pulumuz olar.  
Deyir: 
– Yaxşı. 
Kişi səhər toyuğu götürür, aparır bazara. Soruşullar qiy-
mətini. Bu, bazar qiymətinnən də aşağı qiymət deyir. Məsələn, 
deyir  ki,  üş  manat.  Ordan  bir  başqası  soruşanda  ki,  neçəyə 
verirsən?  
Deyir: 
– Üş manata. 
O üş manatı verməmiş, heç razılaşmamış, o birsi deyir:  
– Mən beş manat verəjəm, toyuğu maa ver. 
Bu sözünü qutarmamış o birsi deyir: 
– Mən on manat verəjəm. 
Belə-belə,  bəhsəbəhs  düşür.  Bir  toğlu  qiymətinə  bu  to-
yuğu  bunnan  alıllar.  Kişinin  xeylağ  pulu  olur.  Gəlir  bazarrığ 
eliyir,  yimək-işmək,  nə  bilim,  uşaxlara  paltar  alıb  qayıdıf 
gələndə  arvad  təəccüb  qalır  ki,  bu  boyda  var-döylət  səndə 
yoxuydu. Bir toyuğnan munu nə cür aldın? Kişi başına gələn 
əhvalatı danışır ki, bax, belə-belə oldu. Burda da Allaha şükür 
oxuyullar, Allaha ibadət eliyillər.  
Beləliknən,  demək,  bu  kişi  müntəzəm  bazarrığ  eləmək 
istiyəndə, nə aparırsa, məsəlçün, bir yumurta aparırsa satmağa, 
demək olar ki, yüz yumurtanın qiymətinə alıllar. Belə-belə qısa 
müddətdə  bu  kişi  həddən  artıx  varranır.  Başdıyır  özünə  ev 
tikməyə, yaxşı imarət qurmağa, yaxşı mal-qoyun düzəltməyə.  
Beləliknən, iki il də keçir. Kişinin varı-döyləti lap çoxalır. 
Demək, munu ən varrı adam sayıllar  ərazidə. Munu ağsakqal 


123 
 
sayıllar, yaxşı hörmət eliyillər. Hamı muna məsləhətə gəlir ki, 
bu kişi ağıllı adamdı, biz buna gənəşək.  
Günnərin  bir  günü  kişi  öz-özünə  fikirrəşir  ki,  bıy,  axı 
biz  varranmışıx.  Bə  bu  uşağa  həyat  qurmax  lazımdı.  Allah-
taala bu varını geri alajax, onda bizim axırımız nolajax? Fikir-
rəşir,  yoldaşınnan  məsləhət  eliyəndə,  arvad  deyir  ki,  filankə-
sin  qızı  yaxşı,  gözəl  insandı,  dolanışıxları  da  yaxşıdı,  bizim 
elə babımızdı. Kişi deyir: 
– Yox, olmaz. 
Deyir: 

 
 Bəs nə istiyirsən? 
Deyir: 
–  Mən  şahın  qızına  elçi  gedəjəm,  heç  olmasa  bu  var-
döyləti  Allah-taala  geri  alannan  sonra  bəlkə  şahın  himayə-
sində oğlumuz yaşıya, bir gün görə. 
Deyir: 
– Axı verməz şah. 
Deyir: 
– Mən gedəjəm, verər verər, verməz də özü bilər. 
Özü kimi bir neçə ağsakqal da götürür, şahın imarətinin 
qarşısına gedir, orda elçi  daşının üstə oturur. Şaha xəbər eli-
yillər ki, bəs, belə-belə. Elçi daşının üstündə gəlib oturan var. 
Deyir: 
– Qəbul eliyin, gəlsin. 
Gələndə deyir: 
– Kişi, xoş gəlifsən. Nədir dərdin, diləyin?  
Yanında gedənnərdən biri deyir: 
– Şah sağ olsun,  sənin qızına elçi gəlmişih. Məsləhətdi 
biz onu səndən, bax, bu kişinin oğluna istiyək.  
Deyir: 
– Mən etiraz eləmirəm, mən razıyam. Ancax bir şərtim 
var. 


124 
 
Deyir: 
– Nədi? 
Deyir: 
–  Bu  kişi  mənnən  bərabər  olmağını  sübut  eləməhdən 
ötəri, gərək əlli dəvə yükü ləl-cəvahirat gətirsin, qızıl gətirsin, 
pul gətirsin. Mən də qızıma toy  eliyim, o qədər də mən buna 
cehiz  verəjəm,  ona  başdığ  verəjəm,  ona  kömək  elijəm,  gedif 
yaşejax. Şah qızıdı, şah kimi də yaşamalıdı.  
Bu elçilər oana baxır, buana baxır, üzünü kişiyə tutur ki, 
görsünnər  kişi  nə  deyir.  Kişi  başını  tərpədir  ki,  biz  razıyıx. 
Bular razılığını bildirənnən sonra şah deyir: 
–  İndi  mən  sizə  vaxt  verirəm,  qırx  gün  müddətinə  mə-
nim  dediyim  hazır  olmalıdı.  Qırx  günə  hazır  olmasa,  bizim 
soodamız baş tutmuyajax.  
Qayıdıllar gəlillər. Arvad deyir: 
– Nooldu? 
Deyir: 
– Məsləhət belədi, əlli dəvə yükü qızıl. 
Deyir: 
–  Bəs  sənin  ağlın  nə  kəsir?  Əlli  dəvə  yükü  qızılı  sən 
hardan alajaxsan? 
 Deyir: 
–  Varımı-döylətimi  satajam,  onu  düzəldəjəm,  aparıf 
verəjəm şaha. 
Deyir: 
– Elijəhmi? 
Deyir: 
– Baxax da, Allaha pənah. 
Kişi başdıyır bir ujdan malını, qoyununu, dəvəsini, keçisi-
ni satmağa. Necə Allah-taala əvvəldən vermişdi, elə də indi baş-
dıyır verməyə. Bazara apardığı malın biri əlli qat bahaya gedir, 
on qat bahaya gedir. Qısa bir müddətdə, heç bir ay çəkmir ki, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə