Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   25   26   27   28   29   30   31   32   ...   95

109 
 
Dedi: 
– Bura bax, bura sirri mağaradı.  
Belə  deyəndə  kişi  ayıldı  ki,  doğrudan,  bura  sirri  mağa-
radı. Dedi, o varı-dövlətin hamısını mən  vermişəm sana. Get 
aylənnən,  uşaxlarınnan  məslahat  elə,  bircəciyini  saxla.  Ya  at 
fermasını saxla, ya inəyi, ya qoyunu.  
Kişi  bikef  gəldi.  Uşaxlarını,  arvadını,  gəlinini  başına 
yığdı. Dedi: 
– Başıma belə iş gəlif. O kişi varımızı əlimizdən alajax. 
Hansını saxlıyax? – deyəndə oğlan dedi: 
– Mən maşın almışam, maşınımı vermərəm.  
Arvad dedi: 
–  Ay  kişi,  qızdar  böyüyür,  bulara  cehiz  düzəltmək  la-
zımdı. Qoyun ferması qalsın.  
Biri dedi: 
– Mən böyüyürəm, cıdıra çıxajam, atım qalsın.  
Bir  qərara  gələmmədilər.  Gəlin  öz  işinnən  məşğul  idi. 
Gördü bular bir qərara gələ bilmer, gəldi dedi: 
–  Ateyi-mehriban,  üzüyün  nuruna  qurvan  olum,  olarmı 
bir söz deyim?  
Dedi: 
– Qızım, de.  
Dedi: 
–  Get  o  babama  denən  ki,  üzüyün  nuruna  qurvan  olum, 
bütün varı əlimizdən alsın, mehribançılığımızı əlimizdən almasın.  
Kişi  getdi.  Bayax  ajıxlı  getmişdi,  indi  salam  verdi,  baş 
əydi. Dedi: 
–  Baba,  bütün  varı  əlimizdən  al,  bizim  mehribançılığı-
mızı əlimizdən alma, – deyəndə güldü. Dedi: 
– Onu kim dedi? 
Dedi: 
– Arvadım dedi. 


110 
 
 Dedi:  
– Yox, düzünü de.  
Dedi: 
– Oğlum dedi.  
Hamısın sanadı, dedi: 

 
 Yox, düzünü de.  
Dedi: 
– Vallah, gəlin dedi.  
Dedi: 
–  O  gəlin  ki  evə  ayax  basdı,  var-dövləti  mən  o  gəlinin 
ayağınnan gətdim. İndi get, iki sürün olsun, malın olsun, meh-
riban dolanın.  
İndi bu el adətidi. Eldə belə söhbətdər olur. Mehribançı-
lıq, aylə məhəbbəti ən gözəl nemətdi.  
 
16. BELƏ DƏ GETMƏZ 
 
Biri borc alır. Bir il keçir, iki il keçir, üç il keçir, borcu 
ödüyəmmer. Borc  yiyəsi də əyağını diriyir ki,  borcu vermer-
sən,  gə  səni  qoşuf  yer  əkəjəm.  Bir  tay  öküzü,  bir  də  kişini 
qoşuf  yer  əkerdi.  Tacir  yoldan  keçif  Tiflisə  ederdi.  Gördü 
birini qoşuf yer əkellər. Nökərə dedi, ə, öyün yıxılsın, get gör 
o neynir, o insandı. Nökər gəlif deyir: 
– Ə kişi, əyleynən.  
Deyir: 
– Ə, nə əylə? Mənim vaxtımmı var əyləməyə, filan? 
Deyir: 
– Niyə elə eliyirsən bu insanı?  
Deyir: 
– Mana üç ildi, dörd ildi pul borşdudu, pulu qaytarmer. 
İndi də qoşuf haqqımı aleram.  


111 
 
Gəldi  bu  tacirə  dedi  ki,  tacir,  cütə  qoşulan  o  birinə  pul 
borşdudu, pulunu qaytarammer. O da onu cütə  qoşuf hakqını 
aler. Dedi ki, ə, get gör neçə manat borşdudu. Gəldi, soruşdu. 
Dedi, on manat, məsəlçün. Apardı  tacir munun  pulunu  verdi. 
Bunu aşdılar, ordan gəldi tacirin yanına. Tacirin yanına ələndə 
tacirə dedi: 
–  Tacir  baba,  səni  and  verirəm  Allahın  birdi  birriynə. 
Mən, əvvəla, kəntdə rüsvay olmuşam. İkincisi, mənim taqətim 
yoxdu innən sonra yaşamağa. Harya kimi gedersənsə, ölərəm, 
qalaram, məni də aparginan.  
Tacir dedi: 
– Ə, tulluyun onu kəcavənin birinə, dəvənin belinə.  
Tulladılar dəvənin belinə. Karvanın başını çəkən dəviyə 
sarvanbaşı deyillər. Sarvanbaşı dəvə xəstələndi. Tacir dedi ki, 
ə kişi, mən bu dəviyi burda buraxıf gedəmmərəm. Bu dəviyi 
açın,  yükünü  tökün,  bunun  qunudunu
46
 –  haşa  üzdən,  ulax 
gəler  da  arxadan,  –  onun  quyruğuna  bağlıyın.  Harda  ölər 
oruya  kimi,  yoxsa  mən  burda  buraxammaram,  bu  sarvanbaşı 
dəvədi. Bağladılar, getdilər çıxdılar Tiflisə.  
Tiflisə  gedif  çıxanda  malı  satdılar,  filanı  satdılar.  Tacir 
dostuna dedi ki, qadan alım, ay dostum. Bu dəvə xəstədi, burda 
qalsın, bax, bu adam da qalsın dəviyə qullux eləməyə mən bir 
devr  eliyif  gələnə  kimi.  Dəvədi,  ölər,  bu  burda  dursun,  gəlif 
bunu da aparıf gedəjəm. Ölməz, qoy dəvəyə baxsın.  
Tacir  getməhdə  olsun.  Tacir  gedəndə  kişi  dedi  ki,  tacir 
baba,  belə  də  getməz.  Tacir  əhəmiyyət  vermədi,  çıxdı  getdi. 
Gəldi, devr elədi, Tiflisin patcahı öldü. 
Tacir  hərrənif  gələnə  kimi  quş  uçurtdular.  Quş  gəldi  bu 
adamın başına düşdü. Dedilər, ə, quş yanılıf, munnan patcahmı 
olar? Filan-bəsməkan. Hay-huy... Bir də uçurtdular. Gəldi düş-
                                                
46
 Qunud – noxta 


112 
 
dü. Bir də uçurtdular, dedilər elə budu. Bunu apardılar qoydular 
patcah.  Tacir  devr  elədi,  getdi  dostunun  öyünə  çıxanda  gördü, 
dəvə yaxşılaşıf. Ə, bu adam hanı? Dedi ki, baa, deməzsəmmi, sən 
gedənnən  sonra  quş  uçurtdular,  bunu  apardılar  qoydular 
patcah. 
Tacir  əl-əyağ  vurmaxda  oldu  dana,  bunu  buraxıf,  pul 
verif. Dedi, hə, çox yaxşı. Getdi sarayın qavağına. İstədi girsin. 
– “Ə, harya girirsən? Buraxmalıx döy, filan”. – “Ə, – dedi, – 
gedin  o  patcahınıza  deyin  ki,  filan  tacir  gəlif”.  Getdilər  gir-
dilər,  dedilər,  filan  tacir  gəlif.  Tacir  içəri  girdi,  qəbul  elədi. 
Öpüşdülər,  görüşdülər. Nolojax,  qırx  dəvənin qırxı  da  pulsuz, 
parasız yühləndi. Yaxşı şadyanalıx, yaxşı gün-güzəran. Patcah 
taciri yola salanda gənə dedi: 
– Tacir baba, belə də getməz.  
Tacir yenə də əhəmiyyət vermədi. Getdi, bir də hərrənif 
gəldi.  Tiflisə  gedənə  kimi,  irağ  üzünüzdən,  bu  patcah  öldü. 
Apardılar  bunu  basırdılar.  Bu,  vəsiyyət  elədi  ki,  mənim  baş 
daşıma yazın ki, belə də getməz. Baş daşına  yazdılar ki, belə 
də  getməz.  Tacir  gəldi.  Bildi  ki,  qul  kimi  aldığı,  buraxdığı 
adam ölüb. Dedi, ə, çörəh kəsmişik, mən buna hörmət eləmi-
şəm, bu da maa hörmət eliyif. Gedif bunun qəbrinin üstündə 
bir “Quran” oxudum. Gedəndə gördü ki, baş daşına yazılıf “belə 
də  getməz”.  Tacir  başına  döydü,  dedi,  əyə,  bu  üş  dəfə,  dört 
dəfə  mana  dedi  ki,  belə  də  getməz.  Bunu  mən  niyə  örgənmə-
dim.  Bir də  gəldi, devr  etdi. Dedi, gedem,  buna  dua  oxudom. 
Gedəndə, gördü ki, baa, çay daşıf, sel gəlif qəbri yuyuf aparıf.  
Tarix belə də getməz, qadan alem. Bu günün o günü də 
var. Allah-taalanın nərdivanı var, enən ağlarmış, qalxan gülər-
miş.  İndi  kimi  alçaldır,  kimi  yüksəldir.  Belə  də  getməz. 
Həyatdı da.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə