Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   27   28   29   30   31   32   33   34   ...   95

117 
 
deyir ki, camaat, qavaxca bir “Yasin” oxuyax, onnan sonrasına 
çörəh də yiyərih, bu təamlardan da nuş eliyərih. Başdıyır mol-
la  “Yasin”  surəsini  oxumağa.  Bucuğaz  da  axıra  qədər  molla-
nın “Yasin”inə qulağ asır. Axırda da “Fatihə” surəsi veriləndə 
bu,  fatihəsini  verer,  salavatını  çöörör,  duruf  əriydən  də  bir 
qoltux  yığer,  sapoxlarını  da  qoltuğuna  vuror,  evəəler.  Gəler, 
bu əriyi də tökör, uşax yiyir. Savah arvad deyir: 
– A kişi, duruf toya getsənə. 
Deyir ki, ə, rədd ol, mən üş günnən sonra öləjəm. Deyir: 
–  A  yiyən  ölsün,  ölörsən,  cəhənnəmə  öl!  Camaat  səni 
toya çağırıf. Duruf getsənə, bu çəhməni də geyin.  
Deyir: 
– Yox, bulamaynan. Bəlkə öldüm-elədim, qavağa qoyuf 
ağlıyarsan.  
Üç gün, beş gün, on gün, bir ay, bu kişi ölmör. Arvad deyir: 
– Əyə, bu səlvərini
47
 geyin get, a kişi. Səlvərin biri sənə 
bir söz deyif. Dur getginən camaatın xeyrinə.  
Kişi yavaş-yavaş xeyirə-şərə qarışer. İlin tamamında gəler 
bu çəhməçinin yanına. Gələndə çəhməçi deyir: 
–  Pissimillah!  –  Gözünü-başını  oxalıyır.  –  Öyün  yıxıl-
sın, sən hələ durorsanmı?  
Deyir: 
– Ə, nəvilim, haranın sarsax şeyidi gəldi, dedi öləjəhsən. 
Mana Azreyil çıxıf bu. Bə niyə ölmədim?  
Görör həmən oğlan atın üstündə gülör. Deyir: 
– Ə, bu da keçən il məni aldatdığındı? Rədd ol get. Tüş 
ordan cəhənnəmin gözünə. Sən öl, gözünü çıxardaram. Azre-
yil idin, mana can almağa gəlmişdin. Bə niyə ölmədim?  
Deyir: 
– Ay Allahın yazığı, Allah-taala sənin ömrünü uzatdı.  
                                                
47
 Səlvər – sahibsiz mal, yiyəsi ölmüş mal 


118 
 
– Nəyşə uzatdı?  
Deyir: 
– Sən Qurani-Kərimi axıra qədər dinlədin və bu dünyada 
sənin  qulağın  Quran  səsi  eşitdi.  Və  Allah-taala  sənin  ömrünü 
uzatdı ki, o, cənnətini qazanıf bu dünyada.  
Onçün hamı deyir ki,  Allah özü bilən məsləhətdi. Cən-
nəti bu dünyada qazanmax lazımdı. İndi gedirsən yasda molla 
“Yasin” oxuyur, qulağ asan yoxdu. Hərə öz dərdinnən danışer. 
Fakt budu ki, o, Allahın “Quran”ını oxuyur, ona qulağ asmax 
lazımdı, dinləmək lazımdı.  
 
19. ÜÇ DİLƏK 
 
Deyilənə  görə,  Musa  peyğəmbər  kəlamullah  adlanıfdı. 
Yəni  Allahnan  söhbət  eliyən  ancax  Musa  peyğəmbər  olufdu. 
Musa peyğəmbər də ildə bir dəfə deyilməyə görə, Tur dağın-
da gedif namaz qılarmış, üzünü Allaha tutarmış, nə diləyi var 
imiş, onu deyərmiş. Cəmiyyətdən onu xəbərdar eliyərmiş, Al-
lahdan  da  nə  lazım  imişsə,  onu  istiyif,  gətirif  xalqa  çatdırar-
mış, insannara çatdırarmış. Bu məqsədnən gedirmiş. 
Günnərin bir günü Musa peyğəmbər gənə həmənki qay-
daynan  istiyir  ki,  getsin  namaz  qılsın,  Allah-taalaya  dua  elə-
sin, onnan kəlam alsın, kəlam versin. Gələndə yolu təsadüfən 
kasıf bir kişinin həyətinin yanınnan keçer. Bu kişinin də varı-
yoxu bir oğlu olufdu, bir  yoldaşı, bir özü. Çox kasıf  yaşıyıl-
larmış.  Kişi  də  bilirmiş  ki,  peyğəmbər  həmişə  gəlib  burdan 
keçir. Kişi uzaxdan görəndə ki, peyğəmbər gəlir, arvada deyir: 
–  Ay  arvad,  mən  bunun  qarşısına  gedəjəm  və  bundan 
xayiş eliyəjəm, rica eliyəjəm ki, Allah-taalaya bizim əhdimizi 
çatdırsın,  bizə  imkan  yaratsın,  bir  üç  illik  var-döylət  versin. 
Bu uşağımızın  yetkin çağıdı. Buna həyat qurax, onu bir yana 


119 
 
çıxardax.  Onnan  sonra  bizim  ömrümüz  əmanətdi,  nə  olar, 
olar. Amma bu uşağın gələcəyini fikirrəşmək lazımdı. 
Yoldaşı da deyir: 
– Ay kişi, nətəər istiyirsən elə, nə deyirəm. 
Peyğəmbər gəlif çatanda gedir qarşısına, salam verir. Sala-
mını alannan sonra deyir ki, ya peyğəmbər, siz hara gedirsiniz? 
Deyir: 
– Bəs Tur dağına gederəm. Bə bilmirsənmi, mən həmişə 
Tur dağına gedirəm, namaz qılıf Allahnan danışıram? 
Deyir: 
– Mənim bir xayişimi yerinə yetirərsənmi, Allah-taalaya 
çatdırarsanmı? 
Deyir: 
– Nədi xayişin? 
Deyir: 
– Mənim bir oğlum var, özümüz də kasıbıx. İstiyirik gə-
ləcəkdə ona bir həyat qurax. Ona da imkanımız çatmır. Allah-
dan  xayiş  eliyirəm,  mənim  diləyim  budu  ki,  bizə  üçcə  illik 
var-döylət  versin,  onnan  sonra  alsın,  mən  bu  uşağımın  əlini-
əyağını bir yana yığım. Onsuz da bilmək olmaz, bizim ömrü-
müz tezdi, gejdi? 
Deyir: 
– Çatdıraram. 
Musa  peyğəmbər  bununla  halallaşıf  ayrılannan  sonra, 
bir müddət gedənnən sonra bir qumsal səhraya rast olor. Çöl-
lükdə, biyavannıxda görür bir nəfər lütdü, yəni əynində paltar 
yoxdu,  özünü  quma  basdırıf.  Bircə  qolu,  sinəsi  görükür.  Bu 
adam Musa peyğəmbəri görəndə buna üz tutur ki, bəs ya pey-
ğəmbər, Allahdan  mənim diləyimi diləginən. Denən ki, filan 
yerdə  quma  basdırılmış  bir  adam  deyir  ki,  maa,  heç  olmasa, 
bircə dəst cırıx-cındır olsa da, paltar  versin ki,  mən camaatın 
içinə çıxım. Çıxa bilmirəm mən camaatın içinə. 


120 
 
Deyir: 
– Deyərəm. 
Burdan da gedir. Musa peyğəmbər bir müddət gedənnən 
sonra yolun qırağında görür kü, bir nəfər oturuf, gözdəri kordu, 
heş nə görmür. Bu əyağ səsinə: 
– Ay gələn, kimsən? – deyəndə deyir: 
– Mən Musa peyğəmbərəm. 
Deyir: 
– Bəs hara gedirsən? 
Deyir: 
–  Mən  Tur  dağına  namaz  qılmağa  gedirəm,  Allahnan 
danışmağa gedirəm. 
Bu kor deyir ki, mənim bir xayişimi Allah-taalaya çatdı-
rarsanmı? Deyir: 
– Çatdıraram. 
– Nədi? 
Deyir: 
– Deyərsən ki, filan yerdə bir nəfər kor var, o, Allahdan 
işığ istiyir ki, mən dünya işığını görüm, gözdərim görmür heş 
nəyi. Maa göz işığı versin. 
Deyir: 
– Deyərəm. 
Burdan  da  gedir.  Musa  peyğəmbər  öz  namazını  qılır, 
Allah-taalaya  üz  tutuf  diləyini  diləyənnən  sonra  deyir  ki,  ya 
Allah,  bir  neçə  nəfərin  diləyi  var.  Onu  mən  sizə  çatdırmalı-
yam. Siz nə deyirsiz? 
Deyir: 
– Buyur. 
Deyir: 
–  Filan  yerdə  bir  qoca  kişi,  bir  qoca  arvad,  dilək  dilə-
dilər ki, oğlumuzu bir  yana çıxarmağa imkanımız  yoxdu.  Al-
lah bizə müvəqqəti olaraq borc versin, sonra borcumuzu qay-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə