Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə51/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

dirilməyənlərin sonradan dəyərsizcəsinə fetişləşdirilməsi kimi solğun bir

fotokopiya olaraq qalacaq» (1, 330). Məncə, əvvəllər E.M.Meletinski və

bir sıra digər bəzi araşdırıcıların yazılarında oxuduğumuz miflərin sakral -

lı ğını, inanc kimi müqəddəsliyini itirərək, cəmiyyətdə öz aktuallığını itir -

mə  si barədə fikirlər, bu məsələ ilə bağlı K.Abdullanın verdiyi yozumun

yanında çox sönük görünür.

Tədqiqatın «Anavariantlara doğru» adlanan II hissəsində Dədə Qorqud

dastanları yunan mifləri ilə müqayisəli şəkildə təhlil edilmişdir. Fikrimiz -

cə, sələfləri Fon Dits və Əli Sultanlıdan sonra K.Abdulla xeyli zəhmət ba -

hasına ortaya elə bir tədqiqat əsəri qoyub ki, sələfləri bu işə yalnız heyran

ola bilərdi. Müəllif sələflərindən fərqli olaraq bu müqayisəni sistemli şək-

ildə aparmış, demək olar ki, yunan mifləri ilə dastanlar arasındakı bütün

ox  şar və fərqli cəhətləri ortaya qoyaraq yarımçıq qalan bu işi başa çatdıra

bil mişdir.  K.Abdullanın  özünün  də  qeyd  etdiyi  kimi,  burada  onun  əsas

məq  sədi yunan və türk mifoloji çaylarını anavarianta doğru axan sular ki -

mi bir-birilə tutuşdurmaqla Dədə Qorqud dastanlarının türk təfəkkürü nün,

dünyagörüşünün  törəməsi  kimi  dünya  mədəniyyətinin  vahid  və  qə dim

mifoloji sisteminin üzvi surətdə tərkib hissəsi olmasını üzə çıxarmaq ol -

muşdur (1, 248). Bu hissədə Odissey, Basat və Beyrək, Polifem və Tə pə -

göz, Edip və Buğac, Admet, Herakl və Dəli Domrul,  Sarı  donlu Selcan

xatun və gözəl Yelena, Salur Qazan və Aqamemnon, Beyrək və Antiqona,

Banıçiçək və Penelopa obrazları arasında paralellər aparılmış və onların

bir anavariantlardan qaynaqlandığı qənaətinə gəlinmişdir. 

Odissey, Basat və Beyrək obrazları haqqında araşdırma aparan K.Ab -

dulla  yazır  ki,  Odissey  özündə  hər  iki  obraza  -  Basata  və  Beyrəyə  aid

xüsusiyyətləri cəmləşdirmişdir. Müəllif qeyd edir ki, Odisseyin gəmi sini

ta le  gətirib  təkgöz,  nəhəng  Polifemin  yaşadığı  adaya  çıxardıqdan  son ra

Odissey – Polifem və Basat – Təpəgöz münasibətlərinin paralelliyi baş  la -

 nır.  Odissey Yunanıstanda,  Basat  isə  Oğuzda  eyni  hərəkətləri  edir,  ey ni

üsulla Təpəgözü öldürürlər. Daha sonra K.Abdulla qeyd edir ki, ada lardan

birindəki cadugər Sirseyanın əsirliyindən qurtulub 20 ildən sonra yurduna

qayıdarkən zövcəsi Penelopanın uğrunda yarış getdiyi ilə qarşı laşan Odis -

seyin həyatı eynən Beyrəyin həyatı ilə uyğun gəlir. Hər iki qəh rəman əv -

vəlcə  tanınmırlar,  yaylarını  heç  kim  çəkə  bilmir.  Hər  ikisi  sirr  açaraq

özlərini tanıdırlar, hər iki dastanda qoca ataya muştuluqçu gedir. Hər iki

qəhrəmanın ölümünü isə müəllif onların sevdiklərini aldatmaqları, yalan

söyləmələri, beləliklə mifə xəyanət etmələri ilə əlaqələndirir. Yəni sonda

mif onları öldürməklə intiqam almış olur. 



2012/

IV

145



Fikrimizcə, bu hissədə Teleqon obrazı ilə (Odisseyin Sirseyadan olan

oğ  lu) Təpəgöz obrazı arasında da paralellər aparmaq olardı. Hər iki obraz

qeyri-adi varlıqlarla insanların izdivacından törəmişdir (cadugər və pəri -

dən).  Təpəgözü  dünyaya  gətirən  varlıq  Sarı  Çobana  deyir  ki,  il  tamam

olun    ca  məndə  əmanətin  var  gəlib  apararsan,  amma  oğuzun  başına  bəla

gə   tir din. Hər iki obraz oxşar izdivacdan əmələ gəlibsə, deməli hər iki sin -

dən də bəla gələcəkdi. Və gəlir də. Həm də maraqlı bir cəhət də var ki, Tə   -

pəgözü  aslan  yatağında  böyümüş,  aslan  südü  içən  qeyri-adi  gücə  sahib

olan Basat öldürür. Odisseyi də qeyri-adi doğuluşla doğulan Tele qon öl dü -

rür. Axı Odissey Zevsin himayəsində idi, onu adi bəşər öldü rə bil məz di.

Tədqiqatın «Anavariantlara doğru» hissəsində müəllif yunan mifoloji

silsiləsinə daxil olan Edip obrazı ilə dastandakı Buğac obrazını da müqay-

isə  etmiş,  fərq li  və  oxşar  cəhətlərini  ortaya  qoymuşdur.  K.Abdulla

göstərir ki, hər iki yaradıcılıq nümunəsində qədim bir adətdən – valideyn-

lə nikah adə tin dən söhbət açılır və bu adətin yasaqlığı təsbit edilir. Yunan

mifində inçest – ailə daxili nikah hadisəsi baş verir, Edip bilmədən anası

ilə  evlə nir,  ana sından  2  oğlu,  1  qızı  olur.  Edipin  anası  (həm  də  arvadı)

İokasta bunu bi   lən    dən sonra özünü öldürür. Edip isə özü-özünü kor edir.

Oğlanları  tə rə findən  rədd  edilir.  Dədə  Qorqud  dastanlarında  isə  qırx

namərd  Dirsə  xana  yalan  xəbər  gətirir  ki,  oğlun  səni  öldürmək  istəyir,

anasına əl  uzadır. Dirsə  xan oğlunu  ov adı ilə  aldadıb dağlara aparır və

oxla vurur. Müəllif doğ ru olaraq göstərir ki, hər iki nümunədə insanın tə -

biətin içində qayna yıb qa rışdığı o uzaq zamanın məhsulu olan valideynlə

nikah birmənalı şə kildə pislənir. Prof. T.Hacıyev də Dirsə xan oğlu Buğac

boyundakı bu  sö zü gedən məsələ barədə danışarkən qeyd edirdi ki, əgər

dastanda bu mə sə lənin adı keçirsə, deməli belə münasibət tarixin han sısa

keçmiş  dö nə min  də  mövcud  olmuş,  sonralar  bu  pislənilmiş  və  buna

qadağalar qoyul muş dur, bu informasiya relikt şəkildə dastana düş müşdür.

Fikrimiz cə, Edip haqqında olan yunan mifi dastandan daha erkən çağda

qələmə  alın dığı üçün  bu  adətin baş verməsi burada  öz  əksini tapmışdır.

Dastanın qə ləmə alındığı çağda isə bu yasaq artıq elə güclü olmuşdur ki,

bu münasibətin kağıza düşməsi belə arzu olunmaz hesab olunmuşdur.

Bu  hissədə  müəllif  həmçinin Admet,  Herakl  və  Dəli  Domrul  obraz -

larını müqayisə etmiş, yunan mifində baş verən hadisələrlə dastanın mü -

va fiq  boyunda  baş  verən  hadisələrin  oxşar  və  fərqli  cəhətlərini  göstər-

mişdir. Yunan mifində göstərilir ki, ölüm allahı Tanat Admeti aparmağa

gəlir. Allahlar razılıq verirlər  ki, Admet ölmək istəmirsə,  canının yerinə

2012/

IV

146



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə