Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə47/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

qurmax  nəyiydi?  Civirdən  setqa  toxuyurdular  çayın  qabağına.  Ona  da

səbət toxuyurdular. Səbəti də bağlıyırdılar o setqıya. Ona məyax de yir di -

lər. Balıxlar gəlip yığılırdı ora, öz də ki orda hamı gedip hər gün yığmırdı.

Hamıının öz nobatı( növbə – top.) varıydı. Nobatnan böyün elə bil ki, iki

adam böyünnəri. İki adam gedip yığırdı balığı, onun qismətinə nə çı xır dı -

sa,  tuturdu  o  səbətə  dolannarı,  səbətə  düşənnəri.  O  biri  günü  o  biri  iki

adam yığırdı.

Baxşalıyev Hümbət Məhəmməd oğlu, Qubadlı sakini, təqaüdçü

V mətn

Çəltih  əkiləndə  əvvəlcədən  –  bir  neçə  gün  əvvəl  çəltiyi  isdadırdılar

kalxoz  idarəsinin  qabağında.  Gəndalaşı  gedip  yığıp  gətirip  tökürdülər

üsdünə ki bını,  elə bili ki, orda nəm qalsın. Gəndalaşı  isdadırdılar, nəm

qalsın,  cücərsin.  Cücərənnən  sora,  elə  bil  ki,  səpin  başdıyanda  həmin

günü, səpin başdıyan günü də, sizə nətər deyim, məhsul bayramı deyim,

yoxsa nə deyim? Hammı, elə bil ki, evinnən həmin günü – çəltih əkilən

günü hamı öz evinnən yağ gətirirdi, düyü gətirirdi, orda aş bişirirdilər. Öz

də aşı boyanadan (bitki növü – top.) bişirirdilər. Boyanalı aş. Elə bil ki,

bir adam, beş adam – camahat gedən gedirdi, getmiyənnər də ki, aşı bi şi -

rənnər qalırdı orda, bişirirdi. Böyüh, yekə xeyirşər qazannarı varıydı, orda

bişirirdilər. Eyvaz dayının o armudu varıydı ye, bağı – ərihlər, bax onun

dibində, yadıma düşür. Orda aş bişirirdilər, hamı gəlip oturup aş yeyirdi.

O toxumun yerə səpilməyin bayram eliyirdilər.

Bir də ki, kalxozun ot biçini günü başdıyannan bütün hökumətın ida -

rələrinnən  gəlirdilər  kalxozçulara  köməy  eliyirdilər.  Həmən  günü  də  o

idarədən gələnnər aş bişirirdi, nə bilim, heyvan kəsirdilər, camahata gü -

norta  yeməh  verirdilər.  Bir  may  günü  olanda  kalxoz  bütün  kalxozçu-

larının hamısına heyvan kəsirdi, hamıya ət paylıyırdı.

Baxşalıyev Hümbət Məhəmməd oğlu, Qubadlı sakini, təqaüdçü

VI mətn

Yay  olanda  gedirdih Yazı  düzünə.  Ot  bişməyə  gedirdih.  Orda  su-zad

olmazdı. Su götürərdih, sijim atardıx.

Toplayıcı:

– Sijim nədir?

Söyləyici: 



2012/

IV

129



- İp da ip. Çatı heyvanın- zadın boğazına bağlıyana deyillər. Üş- dört

metir. Ama sijim uzuna deyillər. On metir- irmi metir. Bını keçi qəzilin-

nən hazırrıyırdılar, toxuyurdular. Gedirdih Yazı düzünə- ot bişməyə ge dir -

dih. Təh-təh gedirdih. Hərənin ayrı sahəsi yoxuydu, kim hardan isdiyirdi,

biçirdi. Günüz biçirdi, elə bil ki, tezdən gedirdi biçirdi, axşama qalırdı qu -

ruyurdu. Axşam gedirdi onu gətirirdi, biçirdi, bir də sabah tezdən gedip

gətirirdi.  Gündə  iki  dəfə  gedirdilər.  Biçilən  otdar  qışa  hazırrıx  üçündü.

Camahat bilirdi ki, neçə heyvanı var, bına hə qədər ot lazımdı, ona görə

otun hazırrığın görürdü. 

Biz uşağ olanda, yadıma düşür, hətda əməh gününə yun da vermişdilər,

göy  soğan  da  verirdilər.  Kalxozun  böyüh  qarpız-  yemiş  bağı-  sahələri

olurdu- bosdannarı. Öz də ki bosdanı nətər əkirdilər. Bı illəri bırda çəltih

əkilirsə,  gələn  illəri  onun  yerinə,  elə  bil  ki,  nöbəynən  eliyirdilər  da  yer

dəyişir.  Bı  illəri  çəltih  əkilirsə,  gələn  illəri  orda  qarpız-  yemiş  əkilirdi.

Onda məhsuldarrıx daha çox olurdu. Bizim torpaxda pamidordan başqa

hər şeyi iki dəfə əkirdih yay üçün. Bir pamidor bir dəfən əkilirdi. Payızda-

avqusdun əvvəllərində də əkirdilər. Bax, qarğıdalı əkirdih, kartof əkirdih,

soğan  əkirdih, nə bilim  xiyar əkirdin, hər  şey əkirdin. Göy-göyərti-  hər

şey iki dəfən əkilirdi. Bircə qarpız, yemiş, bir də pamidor. Ollar bir dəfə.

Çatdıra  bilmirdi. Yayda  əkilən  qabağı payıza gəlir,  ona görə  də çatdırıp

yetişə bilmir.

Hələ  o  kartofu  basdırırsan  ha,  onnan  sora,  bir  az  keçənnən  sora  onu

kərkiynən döyürsən, alax təmizdiyirsən. Bir də onu, boğaz damax deyi-

rih,  torpağı  yığırsan  o  şitilin  yannarına-  boğazına  yığırsan  ki,  orda

cücərdihcən belə kartof əmələ gəlir. Hə, balalıyır orda. Torpax yumuşaxdı

deyənə ona görə orda kartof çoxalır. Həm də kin soyox suynan suvarılan

məhsul çox daddı olur.

Baxşalıyev Hümbət Məhəmməd oğlu, Qubadlı sakini, təqaüdçü

Toy adətləri

I mətn

Bax bir həfdə qabax bağmızın əyağında, həyət yoxuydu axı. Həyət bal-

acaydı,  bağın  əyağında  samavar  qoymuşdux.  Toydan  bir  həfdə  qabax.

Bütün  qohum-  əqrəba  hər  gün  tezdən  yığışırdılar  gəlirdilər  ora.  Nənəm

bişirirdi, düşürürdü, yeyirdilər, içirdilər.

Sora nəbilim, paltarbişdi olurdu. Paltarbişdi, bilirsən nətər olurdu? Biz



2012/

IV

130



paltarbişdi deyirdih, çox yerrərdə paltarkəsdi deyirdilər. Əvvəlcə arvatdar

yığılırdı, indi nə aş, yeməh-zad bişirirdilər- eliyirdilər. Oğlan evi qıza nə

almışdısa, pal-paltar- hamısı, gətirirdilər gəlirdilər qız evinə. Gedip dəvət

eliyirdin da arvatdarı ki paltarbişdidi da elə bil ki, fılan günü paltarbişdi-

di.  Gəlip  otururdular  stollarda  yeyip-içənnən  sora  Balış  bibim  bir  dənə

prastina bağlamışdı bırasına. Gülünün paltarbişdisində yadımdadı. Oz də

bilirsən nə salırdılar? Bir dənə tarelka, Gülənbər- bir tarelka, Elnarə- bir

pıçax, bir kapron corap, nəbilim bir manat belə nə. Bınnan da əlavə qızın

paltarrarın açırdılar: nəbilim bı qızın yaylığı, bı qızın nəyi, nəyi, bax belə.

Hər şeyi görsədirdilər, götürüp aparırdılar, ta qız evində qalmırdı. Toy da

ki həmməşə uşaxlara televizorda görsədəndə deyirəm ki, bax, Zahra bibı,

Gülü bibı belə aparıplar. Yaxınıydı əyaxnan, qəşəh başı da ki öz də belə

ağ şərfiydi. Gülünün ağ şərfi varıydı. Üsdündə də qızılı rəhdə nəsə vallah

buta şəkiliydi, nə şəkiliydi, üsdə qızılı rəhdə şeyləri varıydı- naxışdarı. Ağ

rəhdiydi, intası üzü görsənməməliydi. Hə, üzü görühməməliydi. İndi qol-

unnan tuturdular ordan- bıra belə yolnan çala-çala, oynuya-oynuya gə lir -

dilər. Oynuya-oynuya da gəlini götürüp aparırdılar.

Baxşalıyeva Gülnisə Məhəmməd qızı, 1952-ci il təvəllüdlü, təqaüdçü

II mətn

Bizim kəndimiz Qubatdının ən ucqar kəndiydi, ən gözəl, ən səfalı kən -

diydi  də.  Qubatdının  Göyərəbas  kəndi.  Mənim  uşaxlığım  da  orda  olup,

orda doğulmuşam, orda boya-başa çatmışam. Bizdə toy, elə bil başqa kət-

dərdən bir az fərkli olurdu. Yəni Qubatdının özünnən də fərkli keçirilirdi

də, çünkü Qubatdıdan uzaq məsafədə yerrəşirdi. Əksər hallarda böyühlə -

rin  məslətiynən  qızdar,  oğlannar  bir-  birrərin  görürdülər,  bəyənirdilər.

Sora elçilih. Əsasən, elə olurdu ki, ətraf kətdərdən. Nəhayət, elçilih baş -

dıyırdı, elçilih olurdu. Razılığ alınannan sora artıx toya hazırraşmax mə -

rasimi başdıyırdı. Ağsakkallar gedirdi, bizdə o qadın söypəti yoxuydu, elə

elçi gəlirdi. Öz də xəbərsiz gedirdilər həmişə. Sənə deyim ki, axı indi dey-

illər ki, fılankəs, hazırraş elçi gəlir, yox. Deyirəm da, yəni fərkli olurdu.

Böyuhlər, ağsakkallar gedirdi, elçi gedirdilər, artıx qızın ayləsinin ra zı lı -

ğın  alannan  sora  toya  hazırraşma  başdıyırdı.  Evdə  təmizdih  işləri,  yəni

heyvan  alırdılar,  saxlıyırdılar  ki,  böyüdüp,  nəbilim  kənt  yerində  kökəl -

məzad deyirdilər da, bax belə. Sora başdıyırdılr toya hazırraşmağa. Toy -

dan  qabax  bizdə  amma  elə  bil  ki,  Qubatdının  özü  kimi,  bax  indiki  vax

kimi  nişan-zad  qoymax  söypəti  yoxuydu.  Getdilər,  razılığı  aldılar,  uje



2012/

IV

131



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə