Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə46/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

dadı ki, qollarınnan asmış dılar dar ağacınnan. Bax belə maraxlı keçirdi.

Sora, elə bil ki, bayram da yox, ilaxırı çərşənbəsi gedirdilər bulağa səhər-

səhər. Axı səhərə qədər şənnih eliyirdilər, səhər-səhər saat dötdəmi, beş -

dəmi gedirdilər bulağa, deyirdilər ki, su təzələnip də, gün təzələnipsə, su

da təzələnip. Təzə su gətirirdilər, evə səpirdilər, evlərin künçlərinə, hə yə -

tə-zada tökürdülər ki, guya təmizdənsin ev. Elə həmin bayram vaxdı da

heylə – səhərə qədər atın üsdündə o şah gəzirdi. Kimlərsə ya pay ve rir di -

lər, ya hədiyə ve rirdilər. Axır ki, maraxlı olurdu, bax belə maraxlı keçirdi

da. Eyni zamanda, bax o kosanın-zadın boynuna nə asırdılar ki, o, səs eli -

yirdi. İlbizdər yoxdu indi, biz şeytan deyirdih o vaxdı ollara. O ilbizdərin

qurumuş  qabıxları  olurdu,  olları  deşirdilər,  elə  bil  muncux  formasında

düzürdülər bir düzü, onu asırdılar o kosanın boynuna. Kosa oynadıxca o

ilbizdər də yirdi bir-birinə, səs eliyirdi.

Toplayıcı:

– Bəs papaq atdı varıydı?

Söyləyici:

– Varıydı, papaxatdı da varıydı. Papax yox, o vaxdı torba atırdılar. Axır

çərşənbədə də atırdılar, bayramda da atırdılar.

Bayram  qutardısa,  ayın  irmisinnən  irmi  birinə  keçən  gecə  bayram

qutardısa, düzdü, o əhval-ruhiyə bir neçə gün qalırdı, artıx o şənnih qu ta -

rırdı.

Həşimova Münəvvər Mir Ələkbər qızı, Qubadli sakini, 1953-cü il təvəllüdlü, müəllimə

Qızılın üstündə ilanın yatması

Danışırdılar ki, əgər bir insan qızıl taparsa, onu mındarramalıdı ki, ona

qismət olsun. Bını bizə deyiplər, rəhmətdih İmleyla bibimnən də mən onu

eşitmişəm. Adam var ki, sevincdən onu qucaxlıyır, ama o pay ona qismət

olmur. O ilanın da qızıl ətrafında olmasının da bir hökmü var. Deyir ilan

xəznəni sevəndi. Bı həqqətdi. Onu da rəhmətdih İmleyla bibim deyirdi ki,

o  yerdə  ki,  ilannar  bol  yatıllar,  orda  mütləq  yatar  var.  O  sirrəri  biz  aça

bilmirih. Qocalardan ötəri- keçəri nə öyrənmişihsə, odu.



Həşimov Səlim Mirələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

2012/

IV

126



Əmək vərdişləri

I mətn

Kəndimizdə həm nəhəh, həm zdarovı, sağlam bir kişi olup. Adı yadım-

nan çıxıpdı, ama dedilər, Nurətdinin atasıdı. Bir günnəri gavahırı götürüp

çıxır yazıya ki, yer şumlasın. Taxıl əhməyə. Yazı da ki Qubatdıdan neçə

klometr hündür bir yerdi. Deməh, gedir ora çatır, görür ki, gavahır yoxdu.

Deyinə-deyinə arvadın adresinə ki, gavahırı qoymuyup, nə. O boyda yolu

qayıdıp  gəlip  bir  də  Qubatdıya.  Gəlip  arvadı  söyüp-batırıp  ki,  bir  belə

yolu  getmişəm, sən  gavahırı qoymamısan  ki,  torpağı  şumlamağa. Arvat

deyip ki, evin yıxılmasın, kişi, odaha gavahır, ode remeninnən asılıdı.Gör

kişi nə qədər sağlam, nəhəh kişi olup ki. Gavahır da nəkqədərə ağırrığın-

da bir şey var e. O boyda ağırrığında şeyi hiss eləmiyip ki, bırda neçə klo -

metr ora, ordan da bıra gəlip, onu his eləmiyip ki, üsdündə gavahır var.



Baxşalıyev Hümbət Məhəmməd oğlu, Qubadlı sakini, təqaüdçü

Barama yetişdirilməsi

II mətn

May  ayı  gələndə  kalxozun  sədri  kalxozçularını  çağırırdı,  həriyə  bir

qutu-iki qutu barama verirdi saxlamağa. Bı barama qurdun da saxlamax,

yetişdirməh çox çətin şeydi. Deməh, aylədə külfətdihcə hamı işdiyir. Bir

ayın içində başa gələn şeydi. O ki var əldən-əyaxdan gedir. Barama qurdu

da nətər bapbalaca, o qara qarışqa kimi, onnan da balaca bir şeydi. Balaca

əyakqabı karofkasının qabağı yoxdu, bax, içində verirdilər, bı da bir qutu

sayılırdı.  Gətirip  saxlıyırdılar.  Barama  qurdu  saxlamax  üçün  gərəh  yeri

isdi ola. Öz də may ayı yarpağın təzə çıxan vaxdı olur da . Onu da ancax

tut  ağacının  yarpağıynan yedizdirirsən.  Doğruyup  tökürsən  üsdünə.  Peç

qurursan  sifdə-sifdə.  Bir  az  böyüyənnən  sora.  Bınnan  qabax  qamışdan

tərəkələr  hörürdülər.  Beş  tərəkə,  altı  tərəkə  göydən  asırdılar,  onun  uje

yerini genişləndirirdilər. Üsdünə də yarpağı balaca-balaca doğruyurdular,

tökürdülər. Bir də qulağa bir xışıltılı səs gəlirdi ki, deyirdin bı nədi? Sən

demə,  qurtdar  o  yarpağı  yeyir.  Bir  az  böyyənnən  sora  ona  birinci  yuxu

deyirsən. Üç dəfə yekəldihcən bının yerini genişləndirirsən. Yarpağı da ki

ta deməh çatdırmax mümkün dəyil e. Ordan yarpağı tökürsən, ordan ye-

yillər. Olullar barmax boyda. Onda deyillər ki, qurt çıxıp ganala. Ganal nə

deməyiydi? Yerdən altına kağız düzürsən. Üsdünə tut ağacının bəyaxları

yarpağını doğruyup tökürdüh, indi doğramırıx, şax-şax düzürüh üsdünə.



2012/

IV

127



Hardasa ya yeddi gün, ya on gün həmin ollar o ganalı ( şax yarpaq – top.)

yeyir, bı hündürrüyündə – hardasa əlli santı olanda qurtdar qalxır yuxarı.

Alt cərgədə tut ağacının çubuxları qalıp. Görürsən lap gudulluyupdu bar-

max boyda, onda gedillər çöldə püsgülü ( qurumuş ot – top.) qurumuş for-

mada  gətirillər,  həmən  o  zadın  üsdünə  axrıncı  dəfə  ganalı  cərgəynən

düzürsən. Sora həmən püsgüldən yığırsan, üsdünü basdırırsan həmən püs-

güllərnən. Hardasa bir on günnən sora gedip görürsən ki, hamısı barama

şeyliyiplər – ipəhqurdu. Baramadan da təbiyi ipəh alıllar. Gecə-gündüz -

bir ay camahat, bütün aylə əzab çəkir, əzyət çəkir. Baramaları da axırda

həmən o püsgüllərdən təmizdiyirdih qəşəh, aparıp dövlətə təfil verirdih.

Orda da üç sort barama olur: əla sort, birinci sort, ikinci sort, üçüncü sort.

Ən axırıncısı illap o əzih-üzüh baramaya da las barama deyirdilər. Dövlət

də  onun  qarşılığında  kalxozçularına  əməhhaqqı  verirdi.  Dövlətə  təfil

verirdih, gəlirdih.



Baxşalıyeva Gülənbər Məhəmməd qızı, 1948-ci il təvəllüdlü, Qubadlı sakini

III mətn

Torpax  şumluyanda  belnən  qazırdılar  torpağı  da.  Onda  bel  adamın

əyağın kəsməməh üçün taxdadan dipçəh, dipçəh yox e, təpçəh deyirdilər,

onu eliyirdilər. Orasın  da deşırdilər, belin ortasına nə deyirdilər, o tutan

yerinə? Bel sapı, hə. Bel sapının orası ölçüdə də ordan deşih açırdılar. O

təpçəyi  düz aparırdı  o belin düz üsdünə qoyurdu ki, əyağı onun üsdünə

qoyup  torpağı  belliyə  biləsən  ki,  əyağı  kəsməsin.  Bax  bı  da  bir  əməh

alətiydi da.



Baxşalıyeva Gülənbər Məhəmməd qızı, 1948-ci il təvəllüdlü, Qubadlı sakini

IV mətn

Satmax söhpəti heş kimdə yoxuydu. Heş kim heş nə satmırdı Qu bat dı -

da. Camahatın, elə bil ki, bağının-bosdanının meyvəsidi, malının-heyva -

nının  südü-qatığıdı,  heş  kim  satmırdı.  Bıllar  hamı  bir-birinə...Kimin  ol -

muyanda, heyvanı, elə bil ki, tutax ki, qısır qalırdı, doğmurdu, həmin o

adamı heş vaxt camahat həmən il südsüz-qatıxsız qoymazdılar. Sora ki -

min bağında-bosdanında alması yoxuydusa, alma verərdilər, nəyi yoxdu -

sa, bir-birinə camahat həmməşə... Hə, bir də dədəm Baxşalyev Məməti,

əmim Baxşalyev Əmralı,  əmim Baxşalyev  Əliş. Bıllar həməşə  biz uşax

olanda  deyirdilər ki,  gəlin gedəyin məyax qurağın  çayda. Çayda məyax



2012/

IV

128



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə