Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə43/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

117

2012/

IV

Getdim  İmamzadıya.  Qurban  aparmışıx  kəsməyə  nəneynən.  Nənəgil

oturmuşdular,  bırda  simavarı  qoymuşdular.  Bilmirəm  nə  yeməh  hazırrı-

yıplar... Gəldim dedim ( Seyid Həşim Ağaya – top.):

–  Əmi,  sa  qurban  olum,  üzür  isdiyirəm,  (bı  boynumda  bir  qaşınma

kimi bir şey varıydı) bir balaca bıra tüpürcəh çəh da.

– Yox, eləmirəm (çox maraxlı bir kışıydi ye) Mir Ələsgər (söyləyicinin

əmisidir.  Onun  da  qeyri-adi  bacarıxları  var  idi  –  top.)  niyə  eləmiyip,

mənim yanıma gəlmisən?

Dedim:


–  Əşşi,  mən  sizi  deyip  gəlmişəm.  Bir  az  güldü,  gəldi  elə  əlin  belə

çəhdi. Bilmirəm iki-üş gün keşmiş o çəkildi getdi.

Belə bir əfsanə danışırdılar, belə bir söz deyirdilər o keşmiş kişilər. Hə -

mən əlihlərin orda ziyarət elədiyin görup onu ocax sayıplar. O üç qəbrin

yan-yana olduğunu, yəni bıllar imam evladı olduğu kimi oranı ziyarətgah

tikiplər.  Yazılar  da  varıydı.  O  yazıları  aydınnaşdıra  bilmədilər.  Hesabı

götür ki, bir bizim ətraf gəlmirdi ha. Bakı kəntlərinnən ora ziyarata gələn-

nər  olup  ha.  Öz  də  ayədə  Naxçıvanın  ki  Əshabi-Kahfi  var  e,  o,  Quran

ayəsində bir yerdə var. Ora ağır ziyaratgahdı. Ordan da bilillər ki, o yerdə

İmamzada var. İmamzada Azərbaycanda iki yerdədi. Biri Gəncədədi, biri

bizimkidi. Seyit Rza baxırdı ora. Seyit Həşim Ağanın qardaşı oğluydu.

Muharbə vaxdı ki mən kətdə olanda polis rəysinin mavini, Əlbay ram -

lınınki, gəldi dedi ki, seyit, bizim uşaxlar ora ziyarata getməh isdiyillər.

Bir on səkgiz nəfər adamdı. Dedim gəlsinnər, baş üsdə, hama mım hazırdı.

Hamısı yuyunsun, pak olsun, təmizdənsinnər, qusul versin nər, mən apa -

rım olları ora. Onda heş kim getmirdi ora ha, heş kim gedə bilmirdi (cəb -

hə bölgəsi olduğu üçün – top.). Dedim mən gedip- gəlirəm. Bir evin bir

madar oğlu varıydı, starşı leytinatıydı – Rəşat. O, məni çox isdiyirdi. Elə

hey yanımda hərrənirdi... Ora biz ziyarətə gedəndə – İmamzadıya, öz qə -

birrərimizi  ziyarat  eləməmiş  ora  keçirdih.  Oranı  ziyarat  eliyənnən  sora

dönürdüh qəbirsannıxları ziyarat eliyirdih. Mayın da oğlan vaxdıydı. Allı-

güllü,  çiçəhli  vaxdıydı.  Elə  belə  gedirih.  Mən  keçmişəm,  mən  gör-

məmişəm. Onda gördüm bı oğlan nətər qışqırdısa ar-xamda, afdamat çiy -

nində.  Dedim  ə,  qorxma,  heş  nə  eləməz.  Mən  bildim  ki,  ilandı.  Bax

döndüm, gördüm belə qara xallı uzun nə ilandı, bının qabağınnan belə düz

keşdi. Göyərcih qəbirsannığına sarı. Qayıtdılar ki, bəs sən niyə? Dedim:

– Bala, mən onu görmədim, o, mənə görünmədi.

Bılları apardım ziyarət elədilər. Küllü miqdarda ora nəzir töhdülər.




118

2012/

IV

Ora ziyarata hər yerdən gəlirdilər. Özü də o ilan məsələsi yalan deyil-

di,  həqiqətidi.  Natəmiz  adamlar,  ziyarət  qəbul  eləmiyən  adamlar  elə  ki

gəlirdilər, ordan keçəndə qapının başınnan ilan sallanırdı, onu qaytarırdı

geri.  İmamzadıya  girən  qapı  varıydı  e,  gördüh  o  girəcəhdə,  evin  künç

hissəsində  ilan  belə  qıvrılıp,  dolanıp  başın  qoyup  üsdünə.  Qıpqırmızı

ilanıdı. Yeddi qardaş deyirdilər e. Hamı baxırdı o ilana. Baxırdı, keçirdi.

Bax  belə  baxırdı  adamların  gözünün  içinə,  dilin  belə  tərpədirdi.  Sora

kimsə dedi ki, o ilan Cılfırda ( Qubadlının kəndi – top.) kimisə çalıp, zi -

yan verip. Sora gəlip ocağa öz günahın yumağ üçün. Belə rəvayətdəri da -

nışırdılar.

Sora bir möcüzəni gördüm ki... Bizim bir bibimiz nəvəsi – Surayanın

qızı.  Rəhmətdih Aqamın  dünyasın  dəyişməyin  bına  Qafanda  orta  məh -

təpdə oxuyanda – onuncu sinifdə qəfildən deyiplər. O, çox havalanmışdı.

Gözümnən gördüm. Üzdənirax yerə, öz başın yolurdu, belə dağıdırdı, pal-

tarın  cırırdı,  yatırtmağ  olmurdu,  yendirməh  olmurdu.  Bını  götürdülər

gəldilər Göyrəbasa, aparağ İmamzadıya ziyarətə. Erkən apardım dədəmi,

Suraya bibimi, bir də o qizi qoydum orda – Seyit Həşim Ağa tihdiyi evdə

qoydum gəldim. Dedim gecə, axşam toran çalanda ziyarət eliyərsiz. Ax -

şam hardansa qarannıx düşəndə bı İmana dedim ki, dur ayağa adama bir

at tapax gedəh İmamzadıya. Xallavanın atdarı Göyrəbasın biçən eyin dey -

di. Adama bir yaxşı at tutdux, yəhərredih, mindih, getdih. Hardasa saat on

ikiydi, birə işdiyir, getdih gördüh dədəm bı evdə bı qızın əyağın sarıyıplar.

Dedim:


– Dədə, niyə ziyarət eləməmisız?

Dedi  ki,  bala,  qorxdux,  eliyəmmədih.  Durdum  tutdum  bı  qızın  qol-

larınnan. Ayaxların  atmırdı  e,  sürüyə-sürüyə  gətirdim  məçidə  (İmam za -

dəyə – top.). İndi üş dəfə mən bını fırratdım İmamzadıya, gəldim sal dım

içəri.  İçərdə  də  bını  bir  çətinnihnən  o  üç  qəbrin  başına  fırratdığ.  İkisin

getdi, üçüncüyə gələndə qəbirrərin əyağında tarap uzanıp yuxuya keşdi.

Yuxuya keçənnən sora bının ziyarəti qəbul olunmuş sayılırdı. Dedim ki,

yatım qalım. Mən qorxmuram heş nədən. Rəhmətdih Süraya bibim dedi

ki, bala, sa qurban olum, mən özum əhd eləmişəm ki, onnan orda yatım.

Sora gəldilər içəri, dədəm də gəldi, Suraya bibim də. Olları qoyduğ o uşa -

ğın yanında. Biz atdandıx gəldih Göyrəbasa. Səhər bir də gördüh ki, nahar

vaxdı-zad  olanda,  gördüh  bıdrana  üsdənaşağı  deyə-gülə  üçü  də  gəlillər.

Qız ayıldı, oldu anadangəlmə. Sora aylə qurdu.

İmamzadıya  mənim  gediş-gəlişim  həddinnən  çox  olup.  Bı  muharbə




119

2012/

IV

vaxdı həfdədə bir dəfə gedirdim. Neçə dəfə mənə nöksan elədilər ki, sənin

gözu qan örtüp. Dedim yox, ordan mənə tüfəh dəyə bilməz. Kəpəz oranı

güzgü kimi görür (yəni ermənilər istənilən vaxt Kəpəzdən bu ocağı hədəf

ala bilərdilər – top.). Yanı isdəsələr, tüh kimi götürəllər. Ama vırmadılar.

Mən getdim-gəldim. Çox inandığımız ocağıydı.

O  yerrərdə  ziyaratgahlar  varıydı  e,  insannarda  inam  azıydı.  Bəziləri

üçün  heşbirşey  iydi.,  əsdafrullah. Ama  bizim  üçün  həmməşə  müqəddəs

olup.  Uşağımızdan  böyüyümüzə  qədər.  Yanı  Aqam  da  ora  gedip-gəlip,

dədəm də, Mir Ağa dədəm də gedip-gəlip. Onun da arxasınca biz gedip-

gəlmişih. İmamzada inanılmış bir ziyarətgahdı. Qurban aparip kəsmişih,

başı  ağrıyanı  aparmışıx.  Torpağınnan  bı  vaxda  kimi  mən  saxlıyırdım.

Birinin bir yeri ağrıyanda onnan belə çəkirdim, hər bir şey gedirdi.

Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

Məmmədli ocağı

Sora  Məmmətdi  ocağı  var.  Məmmətdi  yerində,  köhnə  Məmmətdidə.

Onu da eşitmişəm ki, çox ağır ocaxdı, inanılmış ocaxdı ha. Göyrəbasda

Navrıs  kişi  olup.  Ollar  sora  köçmüşdülər  Gorusun Ağbılağına.  O  kişini

Seyit yerini başında ilan vırır. Elə bil otu biçir, yorulur. Dədəm and içirdi

ki,  o,  belə  uzanır,  huşa  gedir.  Duranda  insanda  belə  gərnəşmə  olur  da.

Belə  eliyəndə  qolu  düşür  ilanın  üsdünə.  Düşəndə  ilan  bını  çalır.  Durur,

qolun  mökgəm  boğur,  atı  minir,  ordan  kəsə  gedir  Məmmətdi  ocağına.

Şahnisə arvat varıydı. Ocağa o baxırdı. Mücörrüyün o eliyirdi.

– Ay Navrız, xeyir ola?

Deyir ki, Allah lənət eləmiş məni çaldı.

Orda  bir  az  tüpürcəhnən,  torpaxnan  eliyirdilər,  sağalırdı  gedirdi.

Kişidən bir on-on beş dəyqa keşmişdi, ilan gəlir. Həmən ilan gəlir ocağa.

Arvat qayıdır ki, Allah sa lənət eləsin, sən gecihdin, ölüm səninkidi. Bax

belə bir xət çəkirdi, o ilanın o xətdən çıxmağa ixdiyarı yoxuydu ta ölüp

orda məf olunca. Allahın sirridi. Bı Məmmətdi ocağının möcüzəsiydi.



Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

Seyid Məhəmməd bulağı

Seyit Məhəmmət bulağına böyuh inam varıydı. Orda iki adamın başına

gələn hak-hesabı mən gözümnən görmüşəm. Şeyda varıydı, Camal kişinin



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə