Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə54/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

yaşayan və Azərbaycan türkcəsində danışan İraq türkmən lərinin həyatın-

dan,  məişətindən,  dünyagörüş lərin dən,  adət-ənənə lə rindən,  ayrı-ayrı  ta -

nınmış  insanlarından  söhbət  açırdı.  Burada  həmçinin  o vaxtlar  üçün  bir

növ qadağan olunmuş mövzulardan sayılan inam və etiqadlardan, bürc lər -

dən, qoroskopdan, astrologiyadan, başqa sözlə “alın yazısı”, “tale”, “qis-

mət”, “qəzavü-qədər”, “yazıya pozu yoxdur” kimi bəşəri problemlər dən

də bəhs edilirdi. 

“Altı il Dəclə-Fərat sahillərində” kitabı çox qısa bir zamanda satıldı və

gorünməmiş  dərəcədə  populyarlıq qazandı,  əl-əl  gəzməyə  başladı.  Xalq

arasında kitaba belə marağı, tələbat və ehtiyacı görən “Yazıçı” nəşriyyatı

bu  kitabı  iki  il  sonra  –  1987-ci  ildə  9  səhifəlik  “Əfsanəyə  bənzər  həqi -

qətlər” bölməsi və kitaba “Son söz əvəzi” kimi daxil edilən Qasım Qasım -

zadənin ”Ömrün əbədiləşən illəri” adlı yazısı da əlavə edilməklə yenidən,

bu dəfə isə 120 min tirajla çap etdi. Kitab bu dəfə də sürətlə satılıb qur-

tardı və müəllifinə çox böyük uğur qazandırdı. Ən böyük tirajla çap olu-

nan bu kitabı əldə etmək hamıya müyəssər ola bilməmişdi. Amma əmin-

liklə demək olar ki, bu kitabı Azərbaycan oxucusunun böyük əksəriyyəti

oxumuşdu. Hamı – ziyalı da, fəhlə də, kəndli də bu kitabdan danışırdı və

kitabın  bir  çox  hissələri,  xüsusən  də  “İnamlar”  bölməsi  dillər  əzbərinə

çevrilmişdi... O “İnamlar” bölməsi ki, buradan qığılcımları görünən inam

və eti qad lara sonsuz hörmət, adət-ənənələrə, taleyə, “alın yazısı”na, “qə -

zavü-qədərə” qırılmaz tellərlə bağlılıq kimi hisslər müəllifdə daha da in -

kişaf  edəcək  və  Qəzənfər  Paşayev  uzun  illərdən,  yəni  22  ildən  sonra,

2007-ci ildə bu mövzuda daha bir əsər yazmaq qərarına gələcək. Nəticədə

isə Qəzənfər Paşayevin 7 illik gərgin əməyin nəticəsi olan daha möhtəşəm

bir əsəri “Nostradamusun möcüzəli aləmi” (2) işıq üzü görəcəkdi. Müəllif

bu kitabda da inam və etiqadlara sonsuz hormətini, taleyə, “alın yazısı”na,

“qəzavü-qədərə” qırılmaz tellərlə bağlılığını xüsusi olaraq vurğulayırdı. 

“Altı  il  Dəclə-Fərat  sahillərində”  kitabının  belə  uğur,  bu  cür  müvəf-

fəqiyyət qazanmasının və populyar olmasının isə bir neçə səbəbi var idi:

1)  SSRİ  kimi  qapalı  bir  dövlətdə  yaşadığımızdan  ətraf  aləmlə,  digər

dünya dövlətləri ilə əlaqələrimiz yox dərəcəsində idi. Elə bu səbəbdən də

Azərbaycandan o qədər də uzaq olmayan bir ölkədə – İraqda, Kərkükdə

ana dilimizdə danışan böyük bir elatın – İraq türkmanları yaşamasından

da,  təbii  ki,  xəbərsiz  idik.  Azərbaycan  oxucusu  ilk  dəfə  olaraq  məhz

Qəzənfər müəllimin bu kitabı vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər

tutdu. 

2012/

IV

152



2) Kitabı oxunaqlı edən, onu əl-əl gəzdirilməyə məcbur edən bir amil

də  o  dövrün  bütün  qadağalarını,  bütün  yasaqlarını  sözün  bütün  anlam-

larında aşıb-keçməyi bacaran Qəzənfər Paşayevin yazıçılıq istedadı, təd -

qiqatçılıq  məharəti,  əsl  vətəndaşlıq  yanğısı,  vətənpərvərliyi  və  nəhayət,

cəsarəti idi.

3) “Altı il Dəclə-Fərat sahillərində” kitabının belə uğur qazanmasının

daha bir səbəbi isə kitabın “İnamlar” bölməsində verilən bürclər, talelər

haqqında  gedən  materialların  o  dövr  üçün  yeni  və  oxucular  üçün  son

dərəcə maraqlı, cəlbedici, populyar olması və əsərin dilinin son dərəcə sa -

də, hamı üçün anlaşıqlı olması idi.

4)  Bu  kitabın  poulyarlığının  ən  əsas  səbəblərindən  biri  də  Qəzənfər

Paşayevin özünün də bu ölkəyə uşaqlıqdan böyük marağının olması və bu

səbəbdən  də  müəllifin  bu  kitabı  sevə-sevə,  ürək  yanğısı  ilə  yazmasında

idi.  Bu  barədə  o  özü  belə  yazırdı:  “Uşaqlıqdan  məndə  sirli-soraqlı  İraq

ellərinə qəribə maraq vardı. Bəlkə bu, “Min bir gecə” nağılları, Xaqaninin

“Töhfətül-İraqeyn”i,  “Koroğlunun  Bağdad  səfəri”,  Vaqifin,  Vidadinin

“Durnalar”ı ilə bağlı hisslər idi; bəlkə də Füzuli həsrəti, onun nəvə-nə ti -

cələrinin, İraqda yaşayan azərbaycanlıların möhnəti idi-bilmirəm. Son ra -

lar  İraqda  olduğum  uzunmüddətli  ezamiyyələr  zamanı  bu  maraq  ge də

artdı, dərinləşdi, məcrasını dəyişdi, əsl məhəbbətə çevrildi”(1, 8). 

Yeri  gəlmişkən,  onu  da  qeyd  etmək  lazımdır  ki,  «Altı  il  Dəclə-Fərat

sahillərində» 1996-cı ildə  Bağdadda  ərəb dilində nəşr olunmuş və kitab

bu ölkədə də böyük ədəbi hadisəyə çevrilmişdi. Təsadüfi deyil ki, 1988-

ci  ildə Azərbaycanın  Xalq  şairi  Bəxtiyar Vahabzadə  Qəzənfər  Paşayevə

müraciətlə belə yazmışdı: “Sən İraqda altı il rəsmi vəzifədə işləyərkən bu

sahədə öz vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə bilərdin. Lakin

içində qımıldanan vətəndaşlıq hissi daha başqa bir borca səslədi. Bu səs

damarlarında  axan  qan  yaddaşının  səsi  idi.  Sənin  damarlarında  dillənən

səs Kərküklü qardaşlarının əsrlərdən bəri qanlarında qoruyub saxladıqları

əcdadın  –  kökün  səsi  ilə  həmahəng  səsləndi  və  səni  mənəvi  borcunu

ödəməyə çağırdı. Sən, bu mənəvi vəzifəni şərəflə yerinə yetirdin”.

Azərbaycandan  Bəkir  Nəbiyev,  Yaşar  Qarayev,  Teymur  Bünyadov,

Vasim  Məmmədəliyev,  Azad  Nəbiyev,  Nizami  Cəfərov,  İraqdan  –  Əta

Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, Sinan Səid, Mahir Naqib, Sübhi Saatçı,

Mövlud Taha Qayacı və Türkiyədən isə Mustafa Arqunşah, Cəlal Ərtuq,

İsa  Özqan,  Əflatun  Nemanzadə  kimi  tanınmış  alimləri,  elm  və  sənət

adamları da kitab haqqında, onun müəllifi haqqında dəyərli fikirlər söy -

2012/

IV

153



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə