Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə57/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Bu nümunədən görünür ki, təkrir və təkrarlardan yaranan qafiyələr di-

limizin təbii zənginliyini, çalarlığını, oynaqlığını üzə çıxarmaqla yanaşı,

bayatıya həzin, həlim, musiqili bir ahəng verir, şeirin bədii dəyərini artırır.

Kitablardakı bayatılar haqqında maraqlı bir nüansı qeyd etmək də ye-

rinə düşər. Məlumdur ki, bayatılar dörd misradan ibarət olur. Burada bir-

inci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst bu -

raxılır.  Yəni  onun  qafiyə  quruluşu  a,a,b,a  şəklində  olur.  Bayatıların  ilk

misraları,  bir  qayda  olaraq,  “Mən  aşiq”,  “Mən  aşiqəm”,  “Əzizinəm”,

“Eləmi” sözləri ilə başlanır. Bayatının çox az rast gəlinən forma növ lə rin -

dən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatı -

lara  daha  çox  Kərkük  folklorunda-Kərkük  bayatılarında  rast  gəlinir.

Məsələn:


Eyşim qərib,

Eyşim, yoldaşım qərib.

Bilmirəm haralıyam,

Torpağım, daşım qərib.

“Kərkük mahnıları” kitabında toplanmış Kərkük mahnıları və nəğ mə -

ləri yüksək poetik-estetik dəyər və xüsusiyyətləri ilə şifahi xalq örnəkləri

sırasında məxsusi yer tutur, müxtəlif ayin, etiqad, görüş və adət-ənənələri,

tarixi hadisələri, hiss və həyəcanlarını özündə əks etdirməklə, qədim türk

məişət və mədəniyyətinin yaddaş daşıyıcısı kimi böyük maraq doğurur. 

Çox vaxt “Xalq türküləri” də adlanan mahnılar nisbətən sonrakı dövr-

lərdə yaranmışdır. Mahnılar nəğmələrdən fərqli olaraq, musiqi ilə ifa olu -

nur. “Oğlan, yaylığın hanı”, “Hacı Fərəcin qızı, boyun görməli”, “Ay ha -

var dəyirmançı” və s. ən məşhur xalq mahnılarındandır.

Qəzənfər  Paşayevin  “Seçilmiş  əsərləri”nin  II  cildinə  (Bakı:  Təhsil,

2012, səh.5) daxil edilən “Dilimiz, varlığımız”(5) əsərində biz Qəzənfər

müəllimi  artıq  folklorşünas,  ədəbiyyatşünas,  publisist,  tərcüməçi  kimi

yox,  dilçi  kimi  grürük.  Bu  barədə  AMEA-nın  müxbir  üzvü,  professor

Tofiq Hacıyev belə yazır: ”Professor Q. Paşayevin monoqrafiyaları və tər -

tib  etdiyi  kitabların  sayı  40-dan  artıqdır.  Düşünmək  olardı  ki,  o,  folk-

lorşünas, ədəbiyyatşünas, tərcüməçi, publisist kimi xalq arasında yaxşı ta -

nındığına, bu sahədə nüfuz sahibi olduğuna görə bir daha dilçilik aləminə

qayıtmaz.  Lakin  belə  deyilmiş.  “Dilimiz-varlığımız”  kitabını  oxuduqca

gözlərimiz önündə qədirşünas dilçi alim canlanır. Onun kitabda yer alan

“Kitabi-Dədə Qorqud”, ”İraq-türkman ləhcəsi və ədəbi dilimiz”, “Azər -



2012/

IV

159



baycan dilinin qərib dialektləri”, “Tariximizə və dilimizə bir nəzər”, elmi

rəhbəri olmuş akademik M.Şirəliyevə həsr etdiyi “Türko logiya el mi mizin

patriarxı”  kimi  məqalələrini  həyəcansız  oxumaq  olmur.  Təd qi qat çı nın

Mirzə  Kazımbəy,  Mirzə  Fətəli  Axundov  və  ABŞ-da Azərbaycan  dilinə

dair tədqiqatlardan bəhs edən məqalələrini oxuyanda qürur hissi ke çi rir -

sən.”(5, 13-14) 

Q.Paşayevin «İraq-türkman ləhcəsi və ədəbi dilimiz» (9) araşdırması

da  elm  adamları  tərəfindən,  eləcə  də  geniş  oxucu  kütlələri  tərəfindən

böyük rəğbətlə qarşılanıb. Qəzənfər Paşayev bu qiymətli tədqiqat əsərin -

də  xüsusi  olaraq  qeyd  edir  ki,  Kərkük  dialekti  də  ifa,  ləhcə,  intona siya

xüsusiyyətləri ilə özünəməxsusluq özəllikləri ilə fərqlənir və öz gözəlliyi,

ürəyəyatımlılığı ilə diqqəti həmişə cəlb edir. 

Qəzənfər müəllimin bir tərcüməçi kimi də fəaliyyəti də çox diqqətəla-

yiq dir.  Belə  ki  onun Azərbaycan  xalqının  tarixi  ilə  bağlı tərcümələri  də

oxu cu lar tərəfindən maraqla qarşılanmışdır. Bu baxımdan, Q. Paşayevin

görkəmli  fransız  yazıçısı  Aleksandr  Dümanın  "Qafqaz  səfəri"  əsərinin

Həmid  Abbasovla  birlikdə  fransız  dilindən  tərcüməsi  Azərbaycan  xal -

qının o dövrkü həyat və məişətini öyrənmək baxımından çox qiymətli dir.

Qəzənfər  Paşayev  həmçinin  İrəc  Pərşinacın  "M.F.Axundzadənin  ədə bi

tənqidi" əsərini də ingilis dilindən Azərbaycan dilinə çevirərək xalqımıza

çatdırmışdır. Q. Paşayevin gərgin əməyinin nəticəsi olan "Necə yaşayasan

yüzü  haqlayasan"  əsəri  də  maraq  doğurur.  Mahir  tərcüməçinin  ingilis-

cədən  tərcümə  etdiyi  bu  əsərdə Azərbaycan  xalqının  adət-ənənəsi,  qon-

aqpərvərliyi  geniş  şəkildə  öz  əksini  tapmışdır.  Buna  görə  də  Qəzənfər

müəllimin  bu  tərcüməsi  tarixçilərimiz,  etnoqraflarımız,  eləcə  də  böyük

oxucu  auditoriyası  üçün  əvəzsiz  bir  mənbədir.  ”(Q.  Paşayev.  Seçilmiş

əsərləri.  II  cild.  Bakı:  Təhsil,  2012,  səh.  11)  Q.  Paşayevin  tərtib  etdiyi

“Rusca-ərəbcə  danışıq  kitabı”  (  Bağdad,  1994,  98  s.)  də  müəlllifin  tər-

cümə sahəsində uğurlu işlərindən sayıla bilər.

Qəzənfər Paşayevin başqa kitabları da çoxdur: “Arzu Qəmbər” dastanı

(Bakı, 1971), (10), “İraq-türkman folkloru” (Bağdad, 1995), (11), “Altı il

Dəclə-Fərat  sahillərində”  (ərəbcə,  Bağdad,  1996),  (12),  “İraq-türkman

fol kloru”  (İstanbul,  1998),  (13)  “Kərkük  folklorunun  janrlar  sistemi”.

(Rusca, Bakı, 2003), (14) və s. Müəllifin sonralar, akademik Bəkir Nə bi -

yevə  həsr  etdiyi  “Ədəbiyyatşünaslıq  elmimizin  patriarxı”,  böyük Azər -

baycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yara dı cı lı ğın -

dan bəhs edən “Nəsimi haqqında araşdırmalar” kimi kitabları da işıq üzü

görüb, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 



2012/

IV

160



Professor  Qəzənfər  Paşayevin  son  vaxtlar  nəşr  etdirdiyi  kitablardan

biri  də  «Borcumuzdur  bu  ehtiram»  adlanır.  Kitabda  toplanmış  yazılar

müx təlif  illərdə  qələmə  alınsalar  da,  onların  hamısı  maraqla  oxunur  və

oxucuları  dərindən  düşünməyə  vadar  edir.  Qəzənfər  Paşayevin  səmimi

minnətdarlıqla  və  hörmət  hissi  ilə  qələmə  aldığı  bu  yazılarda  Səməd

Vurğun,  Rəsul  Rza,  Nigar  Rəfibəyli,  Bəxtiyar Vahabzadə, Hüseyn Arif,

Fərman Kərimzadə, İsi Məlikzadə, Nəsir İmanquliyev, Əzizə Cəfərzadə,

Mikayıl  Azaflı,  akademik  Məmmədağa  Şirəliyev,  İhsan  Doğramacı,

Ümummilli lider Heydər Əliyev və başqaları. Ümumiyyətlə, «Borcu muz -

dur  bu  ehtiram»  kitabında  31  şəxsiyyət  xatırlanır,  onların  unudulmaz

xatirələri böyük ehtiramla yad edilir. Bu kitabda toplanan yazılar müxtəlif

illərdə qələmə alınmışlar. Lakin bu yazıların hamısında Qəzənfər Paşayev

qələminin və  sözünün qüdrəti ilə adı  keçən şəxsiy yət lərin keçdiyi  ömür

yollarını,  onların  mənalı  həyatlarını  oxucunun  gözü  önündə  xarakterik

çizgilərlə canlandırır, onlar bir daha yada salınır... 

Elə bu məqamda Kərkük sevgisi intəhasız, sonsuz olan Qəzənfər müəl-

limin keçdiyi həyat yolu da xatırlanır, yada düşür.

Paşayev Qəzənfər Məhəmməd oğlu 27 avqust 1937-ci ildə Tovuz ray-

onunun Düzqıraqlı kəndində anadan olmuşdur. 1962 – ci ildə Azərbaycan

Pedaqoji  Dillər  İnstitutunun  ingilis-Azərbaycan  dilləri  fakültəsini  bitir-

mişdir.  1962-1966  və  1972-1975-ci  illərdə  İraqda  tərcüməçi  kimi  iş -

ləmişdir. Qəzənfər Paşayev bu illərdə İraqda yaşayan və sayı təqribən üç

milyona çatan azərbaycanlıların (İraq türkmanlarının) dialekt və folkloru-

nun  toplanması  və  araşdırılması  ilə  müntəzəm  olaraq məşğul olmuşdur.

Bunun  da  nəticəsi  olaraq  Qəzənfər  Paşayev  1969-cu  ildə  “Azərbaycan

dilinin Kərkük dialekti” mövzusunda namizədlik, 1993-cü ildə isə “İraq

Türkmən folkloru” mövzusunda doktorluq dissertasiyaları müdafiə et miş -

dir.


O,  1964-1989-cu  illərdə  Azərbaycan  Pedaqoji  Dillər  İnstitutunda

(1973-cü  ildən  M.F.Axundov  adına  Azərbaycan  Pedaqoji  İnstitutunda)

fəaliyyət göstərmiş, institutun ingilis dili fakültəsində dosent, dekan müa -

vini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) ol muş  dur.

Qəzənfər Paşayev 1983-cü ildə ABŞ-da və 1988-ci ildə İngil tə rədə ixti-

sasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə Azər bay can Dövlət

Universitetinin Qərbi Avropa dilləri kafedrasında çalış mışdır.

Q.Paşayev 1993 – cü ildə filologiya elmləri doktoru, 1995 – ci ildən

isə  professor  adına  layiq  görülmüşdür.  Azərbaycan  Milli  Elmlər

Akademiyası  Nizami  adına  Azərbaycan  Ədəbiyyatı  Muzeyində  şöbə



2012/

IV

161



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə