Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə53/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Pad şah ölənə qədər vəzirlik və naiblik bu iki şəxs də idi. Kayı İnal öləndən

sonra onun oğlu doğulur. Qorqud və Ba yandur Denkerin oğlu Erki İnalın

tə zə doğulmuş oğluna Tuman adı qo yur  lar. Qorqud ata deyir: «Padşahı -

mız öldüyü vaxt hamı bilir ki, Erki onun qulluğunda idi və gözəl ad-sanı

vardı. Çox dəyərli xidmətləri var. Onun haqqı daha çoxdur və zamanın və

vəziyyətin hökmü belədir. Tuman xan çox kiçikdir və padşahlıq vəzi fə lə -

rini yerinə yetirə bilməz. Padşahlıq bu uşağın adına yazılsın. O böyü yənə

qədər  onun  adından  bizlərə  başçılıq  etmək  üçün  indiyə  qədər  buna  çox

böyük haqq qazanmış Erkini onun naibi təyin etməliyik!». Beləcə uşağı

padşahlıq  taxtına  otuzdurdular,  Erkini  də  ona  naib  seçdilər.  Sonra  Erki

qızını Tuman xana verir və 32 il Erki oğuzda padşahlıq edir (2, 43).

Göründüyü  kimi  Erki  Bayandurlardan  olan  Denkerin  oğludur,  yəni

das tandakı Bayındır xandır (necə ki Qayıdan olanların hamısının adının

əvvəlində Qayı sözü var, məsələn Qayı İnal və s., Qazanın da atasının adı

Ulaşdır, amma Salurlardan olduğu üçün Salur Qazan adlanır). Rəşidəddin

yazır ki, Bayındırlar və Salurlar İçokdandırlar (yəni İç Oğuzdandırlar). Və

onlar Qayıdan deyillər, deməli müvəqqəti hakimiyyəti idarə etmək də dir -

lər. Dədə Qorqudun dediyi kimi əslində hakimiyyət Qayı tayfasına (yə ni

bozoklara) qayıtmalıdır. Ehtimal etmək olar ki, Aruz Qayı tayfasından və

ya  ona  yaxın  olan tayfalardandır. İçoklardan – İçoğuz lar dan deyilsə, daş

oğuzlardandırsa, çox yəqin ki, bozoklardandır, yəni ən azı Qayı tayfasına

İçoğuzlardan daha yaxın bir tayfadandır. Bəlkə məhz buna görə Aruz ha -

kimiyyətə daha çox haqqının çatdığını düşünür və bu nun üçün savaşa gir-

işir. Və bu məntiqlə görünür ki, bu tayfalar arasında hər zaman ya aş kar, ya

da gizli şəkildə hakimiyyət uğrunda çəkişmələr möv cud ol muş dur. Bu isə

dastanda gizli və ya yarımçıq şəkildə olsa da, hər halda öz əksini tapmışdır.

Dastanda bu və bu kimi gizli məqamlara aid disskusiyaların hələ xeyli

ola  biləcəyinə  işarə  edən  müəllif  araşdırmanın  sonunda  özü  də  belə  bir

ritorik sual qoyur: «Dastanda haqqında informasiyalar az olan ərənlər ba -

rə də bir şey öyrənə biləcəyikmi?! Dastanın daha dərin qatlarında bu qəh -

rəmanların  həyatına  doğru  aparılan  lağımları,  cığırları  üzə  çıxarmaq

müm kün olacaqmı?» (1, 314)

Nəticə  etibarilə  qeyd  emək  istərdik  ki,  bu  araşdırmaları,  müqayisəli

təh   lil ləri  ilə  K.Abdulla  sübut  edir  ki,  oğuz  dünyagörüşünün  yaşı  yunan

mif ləri qədər qədimdir, onlar eyni məxəzdən qaynaqlanmışlar. Ümumiy -

yət lə, Dədə Qorqud dastanlarını bu şəkildə təbii məntiqlə, gurultu ilə de -

yil,  sakit  məntiqlə  dünya  mifoloji  sisteminə  daxil  etmək  istəyi  kimi  bir

2012/

IV

149



mis    siyanı  qarşısına  məqsəd  qoyan  müəllif  bu məqsədinə  nəinki  nail  ol -

muş, o həm də bununla bütün oğuz türklərinə əvəzsiz xidmət göstərmiş,

on  ların tarixi taleyində əhəmiyyət kəsb edən dəyərli bir əsər ərsəyə gətir-

mişdir. Ona gələcəkdə də milli-mənəvi dəyərlərimizin araşdırılması işin -

də işində zehin açıqlığı və uğurlar arzulayırıq.

ƏDƏBİYYAT

1. K.Abdulla. Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud. – Bakı mütərcim,

2009. – 376 s.

2.  F.Rəşidəddin.  Oğuznamə.  Tərcümə,  ön  söz  və  şərhlər  R.M.Şükürova -

nındır. Bakı, Azərnəşr, 1992

Nail QURBANOV 

Fil.f.d., AMEA Folklor

İnstitutunun böyük elmi işçisi

2012/

IV

150



Folklorşünas təqvimi

Qəzənfər 

PAŞAYEV 

75

KƏRKÜKLƏ  BAĞLI  ÖMÜR

KƏRKÜKLƏ BAĞLI ÖMÜR

Tanrı hər bir insanı xəlq edəndə ona bir tale, bir

ömür bəxş edir. Ancaq kimi bu ömrü şərəflə, lə ya -

qətlə  yaşayır,  həyatda  silinməz  izlər  qo yur,  kimi

isə hər şeyə laqeyd şəkildə ömrünü başa vu rur və

heç nə ilə yad daşlarda qalmır... İn san lığına və şəx -

siyyətinə  böyük  hörmət  bəslədiyim  gözəl  in san,

filologiya elmləri doktoru, professor, məş hur folk-

lorşünas  və  ədə biy yatşünas  alim,  tərcü məçi  Qə -

zənfər Paşayev birinci qəbil in san lardan, yəni öm -

rünü şərəflə, ləyaqətlə, əzəmət və vüqarla ya şa yan,

həyatda əbə dilik iz qoyan insanlardandır. Mənim Qəzənfər Pa şa yevi şəx -

sən  tanıdığım  10  ildən  çoxdursa,  qi yabi  tanıdığımın  tarixi  isə  30  ilə  ya -

xındır. 


...O  zaman  ötən  əsrin  səksəninci  illəri idi.  Mən  dünyanın  iki  föv qəl -

dövlətindən birində – SSRİ adlanan və Yerin quru ərazisinin beşdə birini

əhatə edən, bütün dünyaya qapalı olan totalitar bir imperiyanın kiçik bir

məmləkətində – Azərbaycanda, Bakı Dövlət Universitetində tələ bə idim.

O  dövrdə  SSRİ  bütün  dünyaya  açıq-aşkar  meydan  oxuyurdu  və  onun

özünün  sərt,  amansız qayda-qanunları var  idi. Ən dəhşətlisi də o idi  ki,

yetmişdən çox xalqın yaşadığı və hər bir xalqın da öz dini, inam və inanc -

ları olan bu ölkədə, eləcə də onun bir parçası olan Azərbaycanda qatı ate -

izm təbliğatı aparılırdı. Hər hansı bir kapitalist ölkəsindən bəhs etmək, or -

dakı  yaşam  tərzini  tərifləmək,  hansısa  dindən,  inamlardan,  bürclərdən

yazmaq bu dövlətin yasaqları sırasında idi. Elə bu vaxtlarda -1985-ci ildə

altı il İraqda tərcüməçi kimi çalışan Qəzənfər Paşayevin ilk dəfə on min

tirajla sanballı, elmi-publisistik bir kitabı işıq üzü gördü. Bir növ səyahət

salnaməsi olan bu kitab “Altı il Dəclə-Fərat sahillərində” (1) adlanırdı və

buraya müəllifin yol qeydləri,  başqa  sözlə, İraqda yaşantıları, xatirələri,

ümumiləşmiş  icmalları  daxil  edilmişdi.  Kitab  o  dövrün  qadağa  hüdud-

larını aşaraq bizə heç də iraq olmayan İraqdan, Kərkükdən, eləcə də orada

2012/

IV

151



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə