Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə14/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   ...   11   12   13   14   15   16   17   18   19

Müəllim və şagird
Müəllim əsəblə soruşur:

  • Nə üçün dərsə gecikirsən?

Həsən cavab verir:

  • Müəllim yatıb qalmışdım, çünki gözəl bir yuxu görür­düm.

Müəllim soruşur:

  • Nə yuxu görürdün?

  • Görürdüm ki, qatarla səfərə çıxmışam.

Müəllim üzünü başqa şagirdə tutub soruşur:

  • Sən nə üçün gecikibsən?

  • Mən də yatıb qalmışam. Çünki mən də dayanacaqda durub Həsəni yola salırdım.


Ya nahar vaxtıdı, ya da şam
Ədəbiyyat dərsində müəllim şagirddən soruşur:

  • De görüm, Yaşar, “mən yeyirəm, sən yeyirsən, o ye­yir” hansı zamana aiddir?

Yaşar cavab verir:

  • Müəllim, hamı yediyi üçün ya nahar vaxtıdı, ya da şam.


Adım Salavatdır
İlk dəfə sinfə gələn müəllim şagirdlərin adını bilmədiyi üçün soruşur:

  • Sənin adın nədir?

  • Adım Kövsərdir, müəllim.

Müəllim deyir:

  • Sən Kövsər surəsini əzbər deyə bilərsən?

Uşaq “Kövsər surəsi”ni əzbər deyə bilir. Müəllim o biri uşaqdan adını soruşur. Uşaq cavab verir:

  • Adım Qədirdir.

Müəllim deyir:

  • “Qədir surəsi”ni əzbər deyə bilərsən?

Uşaq “Qədir surəsi”ni əzbər deyir.

Müəllim üçüncü uşaqdan adını soruşur:

O deyir:


  • Mənim adım Yasindir, ama hamı mənə Salavat deyir.


* * *

Kişi arvadına deyir:



  • Qəribədir, həmişə gözəl qadınlar axmaq kişilərə qis­mət olur.

Arvad cavab verir:

  • Axır ki, mənim gözəl olduğumu etiraf etdin.


Səni soruşurdular
Telefon zənglərinə cavab vermək istəməyən bir kişi ar­va­dına tapşırır ki, telefonda məni xəbər alsalar de ki, ərim evdə yoxdu.

Elə bu zaman telefon səslənir. Arvad dəstəyi götürən kimi deyir:



  • Alo, təəssüf ki, ərim evdədi.

Kişi bərk qəzəblənib deyir:

  • Sənən demədim ki, evdə yoxam.

Arvad cavab verir:

  • Narahat olma, əzizim, səni soruşmurdular.


* * *

Bir ailə ev kirayələmək istəyir. Ev yiyəsi deyir:



  • Evi verirəm, ancaq uşaqlar olmasın.

Kirayənişin deyir:

  • Nə danışırsız, uşaq nədir, biz də başa düşürük.

Bir azdan ailə köçür, hay-küylə dörd uşaq pilləkənlərlə evə çıxır.

Ev yiyəsi qışqırır:



  • Bu nədir, axı mən demişdim ki, uşaqlar olmasın.

Kişi cavab verir:




* * *

Muğanın kəndlilərindən biri qızını şəhərə doktora aparır. Qızın qıçına bir çiban çıxmış idi. Kişi deyir:



  • Doktor, istəyirəm çibana bir baxasınız.

Qız qoymayır. Dədəsi qızına hirslənib deyir:

  • Ay qız, ağa doktor yeməyəcək ki, baxır!


Dar ağacı
Bir məhkumu darda asırdılar. Çox əl-qol atır, çabalayır. Padişah əmr elədi, onu endirdilər. Məhkumdan soruşurlar:

  • Bəlkə söz-sovun vardır?

Məhkumu dardan endirdilər, boğazının ovuşdura-ovuş­dura dedi:

  • Nə qayırırsınız, az qalmışdı boğulam.


* * *

Molla iki qarpızı qabağına qatıb yerdən dığırlaya-dığırlaya aparırdı. Molladan soruşurlar:



  • Molla, niyə belə eləyirsən? Qarpızları götür qucağına apar da. Molla cavab verir:

  • Belə aparsam, xalq mənim səfehliyimi hardan biləcək?!


Molla Nəsrəddinin xəşil hekayəsi
Molla bir kənddən bir evə qonaq gedir. Xəşil bişirmiş­dilər. Xəşilin dadı mollanın damağına çıxıb soruşdu:

  • Bu nə mənədir?

Ev yiyəsi dedi:



  • Bu xəşildir.

Molla öz-özünə dedi:

  • Gedim bunu arvada deyəcəyəm, gündə xəşil bişirsin. Adını yadından çıxmasın deyə yolu “xəşil” deyə-deyə gedirdi. Bir arxdan atlananda xəşil adı yadından çıxdı. Dedi, bəs xəşil arxa düşdü. Qıçların çırmalayıb girdi arxa axtarmağa. Yoldan bir kəndli keçirdi. Mollanı bu halda görüb soruşdu:

  • Molla nəyin itibdir?

  • Elə bir dadlı şeydir!

Kəndli də çırmalanıb girdi arxa axtarmağa. Bir az axta­randan sonra kəndli dedi:

  • Molla, arxın palçığı bulamaya döndü.

Molla dedi:

  • Ağrın alım, az qalıb taparsan. Yenə bir azdan, bir müd­dətdən sonra kəndli dedi:

  • Molla, arx horraya döndü!

Molla dedi:

  • Aha, qadanı alım, az qalıb tapassan.

Bir azdan yenə kəndli dedi:

  • Molla, arx xəşilə döndü!

Molla dedi:

  • A başına dönüm, yaxşı tapdın.

Arxdan çıxıb xəşil deyə-deyə yola düzəldi.
Aş suyudur
Molla Nəsrəddindən soruşurlar:

  • Ərəbcə “aş suyudur” nədir?

Molla ha fikirləşdi, gördü bilməyir, deyir:

  • Ərəblər aşı qoymazlar soyuya. Elə dağ-dağ içərlər.


İt
Bir gün ailə üzvləri süfrə başında nahara abguşt yeyir­dilər. Bir ətli sümük çıxdı. Bala oğlan sümüyü götürüb gə­mirt­ləməyə başladı. Anası dedi:

  • Bala, sən it deyilsən ki, sümük gəmirirsən, ver atana.


Nələr çəkmisən, qayış
Bir kənd mollası cüt ilə yer sürürdü. Cütün qayışı qırılır. Molla əmmanəsin açır, qayışın yerinə bağlayır. İki addım getməmişdir ki, əmmamə davam gətirmədən üzülür.

Molla deyir:



  • Nələr çəkmisən, qayış!


Molla Nəsrəddin qəm-qüssəni atır
Bir gün molla bir təlis dügi gətirib qoydu evə və arva­dına dedi:

  • Arvad, özümüz bişirəciyik. Özümüz yeyəciyik. Heç nəyin qüssəsini də eləmiyəciyik.

Söz mollanın ağzından çıxmamışdır ki, bir adam evin bacasından dedi:

Molla dizlərin qucaqlayıb oturdu. Arvadı dedi:

  • Kişi, yenə nə oldu, yasa batdın? Bə bayaq nə deyirdin?

Molla dedi:

  • Arvad, neyləyim, bu qoduğun nə qulağı var, nə quyru­ğu, palçığa batanda harasından yapışıb çıxardacaqlar.



Oxumaq ilə ömrün münasibəti
Bir nəfər tərif adam deyərdi:

-Adam ölməmişdən qabaq oxuyanda deyər: Ay dad.... ey dad... ey dad.....

Evlənəndən sonra deyir: Ey yar, ey yar....ey yar....

Elə ki uşaq oldu deyir: Balam ay....balam ay....

Eləki qocaldı deyir: Yazıq canım ey......vay...
Yalançılar
Bir gün bir yalançı bir məclisdə dedi ki, mənim dədəmin bir tövləsi var idi. O tövlə elə böyük idi ki, at tövlənin bu başında boğaz olsaydı o başa yetişənə tək doğardı.

Biri də yerindən qovzanıb dedi:

– O ki bir zad deyil, mənim dədəmin bir uzun ağacı var idi. Hər vaxt göy bulud olsaydı o ağacı uzadıb buludları dağı­dardı.

Əvvəlki yalançı dedi:

– Pə atovinan yalan sahibi.... o yekəlikdə ağacı hara qoyardı?

İkinci yalançı dedi:



  • Sənin dədənin tövləsinə.


* * *

Bir gün Molla Nəsrəddin qonşusundan bir qazan əmanət istəyir. Qonşu nə qədər bəhanə gətirsə molla əl cəkmir. Axır­da qazanı alıb aparır. Sonra qazanın icinə bir balaca qa­zan qoyub qonşuya qaytarır. Qonşu təccüblə soruşur:

– Molla, bu nə qazandır?

Molla cavab verir:

– Qazanın doğub.

Qonşu qazanları alıb sevinir. Bu əhvalatdan bir müddət kecir. Bir gün molla həmən qonşudan bir böyük qazan istəyir. Bu dəfə qonşu sevinə-sevinə qazanı mollaya verir. Molla qazanı alıb aparır. Beş gün kecir qazan gəlmir, on gün keçir qazan gəlmir, bir ay kcir qazan gəlmir. Axırda tab gətirməyib qonşu molladan qazanın aqibətini soruşur. Molla qaş-qabağını tutuşdurub belə cavab verir:

Başın sağ olsun, qonşu! Qazanın öldü.

Qonşu acıqlı-acıqlı soruşdu:

– Qazan da ölərmi?

Molla cavab verir :

– Bəs qazan doğarmı?
Sancılanmışam
Bir gün bir oğlan adağlıbazlığa getmişdi. Oğlanı qız ilə bir otağa saldılar. Qız bir tərəfdə, oğlan da bir tərəfdə oturub bir-birlərinə baxırdılar. Heç biri bir söz tapmırdı ki, desin. Məmulən qız utancaq olar, oğlanın vəzifəsidir ki, sözə başlasın. Lakin oğlan da utancaq idi. Hər nə bilirdi yadından çıxdı. Nə qədər özünə güc versə də bir söz tapa bilmirdi ki, söhbətin ba­şı­nı acsın. Axırda heç zad tapmadıqda üzünü qıza tutaraq dedi:

– Zəncəfiliniz var?

Qız vəhşətə düşərək dedi:

– Zəncəfili neyləyirsən, sancılanmısan?

Oğlan dedi:

– Yox...sancılanmamışam. Hər nə fikir elədim bir zad yadıma düşmədi, danışam dedim, ancaq bir söz deyim da.


Qarğa balasının huşu
Qarğa çox ayıq olar. Biri yerə əgilən kimi uçub qaçar. Bir gün bir qarğa balasına nəsihət edərdi ki, bala, hər vaxt bəni adamı gördün ki yerə əyildi daha məhtəl olma, tez qaç, çünki/ camaat daş götürüb sənə atacaq.

Balası dedi:

– Ata! Mənim nə işim vardır ki, dayanam görəm bəni– adəm yerə əyilir, daş götürür, ya yox. Mən elə bəni -adəmi görcək qaçaram.
Desinlər ağanın nökəri də var imiş
Biri bir ayrı kənddən öz kəndlərinə qayıdarkən yaxşı qovunlar gördükdə bir dənə yaxşısını seçib alır. Yol üstə bir ağac gölgəsində oturub dincələrək qovunu kəsmək xəyalına düşür. Bıçağı çıxardıb kəsməyə başlayır. Amma qabıqları çox ətli kəsir öz yanında deyir ki, buradan gəlib gedənlər bu qabıqları bu cür ətli görsələr yəqin deyərlər ki, bu qovun yeyən “ağa”dan, “xan”dan imiş. Amma qovun çox şirin idi və qabıqları ətli kəsdiyinə görə doymadı. Hey qabıqlara baxdı. Dedi: “Yaxşısı budur ki, qabıqları gəmirim. Gəlib gedənlər desinlər ki, bu ağanın nökəri də var imiş əti də özü yeyib qabıqlarını da nökəri gəmiribdir”.

Bir yandan qovun şirin, bir tərəfdən də kişi bir azcana elə bil ki, qarınqulu idi. Gözü qabıqlarda qalır. Axırda bu qərara gəlib deyir ki:

– Qovunların qabıqlarını da yiyim, qoy gəlib gedənlər desinlər ki, bu ağanın qoyunu da var imiş.

Qabıqları da bu cürlük ilə yeyir. Amma gözü hələ doymur. Bir iki dənə toxumu ağzına atıb görür ki, yox., yumşaq təzə toxum tilif necə yeyilməidir. Deyir: – Hann... indi elə bu toxumları da yeyərəm gəlib gedənlər deyərlər ki, bu ağanın toyuğu da var imiş.



Oğru
Bir adam bir bağa oğurluğa getmişdi. Bağın yiyəsi gəlir. Oğru gizlənməyə bir yer tapmayır, ağaca bir eşşək bağla­mışdılar, gedir girir eşşəyin altına. Bağın yiyəsi gəlib oğrunu orda gördükdə soruşur:

– Gədə, sən burda nə qayırırsan?

Oğru deyir:

– Mən bu eşşəyin balasıyam.

Bağın yiyəsi dedi:

– Bu eşşək erkəkdir, erkək eşşəyin balası olmaz ki!

Oğru dedi:

– Anamdan küsüb, atamın yanına gəlmişəm.


Gənclik, qocalıq
Bir qarı qoca ərinə deyir:

– Kişi, onda ki gənc (cavan) idin, işləyirdin, dişləyirdin, söyləyirdin, indi ki qocalıbsan, asqırırsan, öskürürsən ........


Halallıq
Bir nəfər kürd qaçaq mal gətirmək üçün hər dəfə sər­həddən Türkiyəyə keçəndə qərargahın rəisinə o zamanın pulu qırx tümən verərmiş. Bir il kürd istəyir Məkkəyə getsin. Gedir qərargah rəisinin yanına və deyir:

– Ağa rəyis, məni halal eylə! Üç dəfə səndən izinsiz sərhəddən keçmişəm. Gəl, bu da yüz əlli tümən artığlığıca, məni halal eylə.


Qoduğ
Bir kişinin adı Eşşək idi. Bir gün qonaqlıq qurub, qo­hum-qonşunu şama çağırdı. Şamdan sonra dedi:

– İstəyirəm adımı dəyişəm, sizcə adımı nə qoysam yaxşıdır?

Hərə bir söz dedi. Axırda bu qərara gəldilər ki, cün qoduğun adı eşşəkdən yaxşıdır, kişinin adı Qoduq olsun. Kişi sevinə-sevinə arvadının yanına gedib və deyir:

– Arvad muştuluğumu ver, adımı dəyişdim.

Arvad soruşdu bə yaxşı, kişi, adını nə qoydun?

– Qoduq.


Arvad kişiyə baxaraq dedi:

– Ala, başına kül ələyim, qoduq da yekəlib eşşək olacaq da!


Meymunun pendir bölməyi
İki qarğa bir tikə pənir tapırlar. O deyir mən yiyəcəyəm, bu deyir mən yiyəcəyəm. Olmayır. Aparırlar dalanın başın­dakı dükançıya ki, bir meymun idi. Deyirlər:

  • Bu pəniri bizim üçün iki hissəyə böl.

Meymun pəniri əlində iki bölüb hər tikəsini tərazinin bir tayına qoyur. Bir tayı ağır gəlir. Ondan bir az qopardıb ağızına. Bu dəfə o birsi tayı ağır gəlir. Bir az qopardır qoyur ağızına, habelə tərazinin o tayından və bu tayındakı pənir­lərdən qopardıb ağızına qoyur. Sonunda tərazinin bir tayında bir kiçik penir qalır. Onu götürüb qoyur ağızına və deyir:

– Bu da mənim zəhmət həqqim.


İpi çəkdilər
Qədim şahlardan birinin bir pis xasyəti varıydı ki, yekə-yekə yalanlar danışardı. Hər nə qədər çalışardısa, bu xasyətini tərgidə bilməyirdi. Bir gün vəzir, vəkil şahla söhbət edib deyirlər:

– Başqa şahların elçiləri sarayımıza gəlib səni belə gö­rəndə, abırımız gedir.

Qərar qoyurlar şahın qıçına bir ip bağlayıb, şalvarının altından keçirib ipin ucunu vəzirin əlinə versinnər. Hər vəqt şah danışanda vəzir ipi çəksin, şah özünə gəlib sözünü kəssin. Belə olur. Bir gün ayrı məmləkətin şəhərinin elçisi saraya gəlib, şahla söhbət edirlər. Şah qızışıb yekə-yekə yalanlara başlayır. Bu halda vəzir ipi çəkir, şah susur. Elçi maraqlandığı halda soruşur:

– Bəs söhbətiniz necə oldu?

Şah cavab verir:

– Daha ipi çəkdilər.

Elçi mürəxxəs olub qapıdan çıxanda, şah elçini daldan çağırır. Elçi qayıdır. Vəzir ipi çəkir. Elçini qaytarıb yola salırlar. Sonra vəzir padşahdan soruşur:

– Elçini çağırdın nə deyəcəkdin?

Şah dedi:

– Soruşacaqdım sizin də məmləkətin şahının qıçına ip bağlayırlar?


Eşşək-eşşək
Ər ilə arvad gecə oturub danışırdılar. Arvad ərinə dedi:

– Kişi, gəl bu oğlanı evləndirək.

Kişi cavab verdi:

– Axı arvad, nəyimiz vardır evləndirək?

Arvad deyir:

– Nəyimiz olacaq, eşşəyi satarıq evləndirərik.

Oğlan ki, yatağında uzanıb amma yuxuya getməmişdir, bunları eşidir. Sabah gecə hər nə qədər isdiir ki, yenə ata-anası bu barədə danışsınlar, olmayır. Axırda üzünü tutub anasına deyir:

– Ana, bəs eşşək-eşşək danışmayırsınız?



Mollanın oğlu
Deyirlər, mollanın oğlu sözünə baxmazıymış. Hər nə molla deyirmiş onun tərsəsin edərmiş. Bir gün eşşəyə yük atıb şəhrə gətirirdilər. Gərək bir çaydan keçərdilər. Molla çaydan keçir və oğlu da eşşəyi sürür çaydan keçirdə. Çayın ortasında molla görür eşşəyin yükü əyilibdi. Fikir eləyir, əgər desə eşşəyin yükünü düzəlt, oğlan tərsinə edəcək. Dedi:

– Oğul eşşəyin yükünü aşır çaya!

Oğlan dedi:


  • Dədə, indiyə kimi sənin sözünə baxmamışam. İndi is­tə­yirəm sözünə baxam.

Eşşəyin yükünü aşırdır çaya.
Keçinin andı
Keçi doğanda çox ağrı və əzab-əziyyət çəkir əzabın gücündən mələyir deyir:

– And olsun Məkkəyə, bir də gəlməm təkkəyə.

Elə ki, iki-üç gün üstündən keçir balasını yanına aldı, balası yanında atlanıb düşdü. Balanın dadın anladı. Ağrı-acıları unu­dub deyir:

– Neyləyirsən andı-mandı, quyruğumun dibi yandı.


Xorultu
Misafirxanada bir türklə fars bir otağa düşüb hərəsi bir təxtdə yatırlar. Fars xoruldamağa başlayır. Nə xoruldamaq, elə bir təyyarə sürürlər. Türk ha silkələyir fars oyanmayır. Görür olmuyacax. Durub farsın ciyinlərindən tutur, silkələyib və deyir:

– Ay qardaş, nə xor-xor! Sən xor-xori, mən qorxuri.



Xoş xəyal
Bir molla vardır, üzdən çirkin. Bu molla özü söhbət edirdi. Bir gün Təbrizin Firdovsi xiyabanının piyada rəvvənda gedirdim. Bir orta yaşlı, hörmətli, gözəl qadın qabağıma gəlib soruşdu:

– Ağa şeyx, evlənmisən?

Öz-özümə dedim:

– Hökma istəyir siğə olsun. Ürəyimdə sevindim ki, bir ömrü yaşayandan sonra axırda bir qadının mənnən xoşu gəlib və bəyənibdir. Dedim:

– Yox xanım, evlənməmişəm.

Xanım dedi:



  • Yaxşı eyləyibsən, qoy nəslin yer üzündən kəsilsin.


Qonaq və ev sahibi
Günlərin bir günüdə bir nəfərin evinə bir qonaq gələr. Qonaq beş gün, on gün oturaq salıb, öz evinə getməz ki, getməz. Qonaq bir gün öz-özünə fikirləşər ki, görüm ev sahibi mənim bu qədər qonaq qaldığıma razıdır, ya yox. Qonaq deyir, qardaş, mən sizdə çox qaldım, icazə versəniz gedim. Ev sahibi təriflə başlar ki, biz razı deyilik sən gedəsən. Qonaq istər ki, ev sahibini imtahan eləsin və evin bir bucağında gizlənər və ev sahibi ilə arvadının fikrin öyrənər. Görər ki, ev sahibi deyir:

– Ay arvad, o çil toyuğun başını bişir yeyək. Neçə gün idi qonaq bizə müzahim idi.

Arvad toyuğu kəsdirir, tinçədə qovurub dadlı, duzlu bişirib şadyanalıqla, deyə-gülə süfrə açıb, toyuğun ətini süfə­rəyə gətirərlər. Kişi arvada baxıb deyər:

– Ay arvad, mən nəyə oxşayıram?

Arvad deyir:

– Ay kişi, sən xana, bəyə, sultana oxşayırsan.

Kişi deyir:

– Yox, bilmədin mən qonağı getmiş bir ağaya oxşayı­ram. Sən gözəl, göyçək bir gəlinə oxşayırsan.

Arvad deyir:

– Yox, mən də qonağı getmiş bir xanıma oxşayıram.

Bu zaman qonaq bucaqdan çıxıb, süfrənin başında otu­rub deyir:

– Bəs, mən kimə oxşayıram?

Ev sahibi mat qalıb deyir:

– Sən də, allahın bir nağafil bəlasına oxşayırsan.

Beləliklə kişi, arvad və ev sahibi toyuğun ətini yeyib otururlar. Pişik ev sahibinin yanında yatmışdı, kişi əlini pişi­gin belinə çəkdi və dedi:

Pişigim-pişigim, mavına,

Pişigim gedər oduna,

Qonaq bu gün buradadı,

Sabah gedər evinə.

Qonaq da atmacanı eşidib deyir:

Pişigim-pişigim məvsər,

Çölə çıxma, yel əsər.

Qonaq bu il buradadı,

Gələn ildə sərbəsər.


Aftabada su içən
Biri aftabada su içirdi. Bir adam dedi:

– Aftafada su içmə, beynin korlar.

Cavab verdi:

– Beyin nə mənə?

Dedi:

– Sənə heç zad olmaz.



Yandım
İki arvadı olan bir kişi arvadarlarını sınamaq üçün bir gün özünü tülkü ölümünə vurdu. Arvadlar kişini ölmüş sanıb dedilər:

– Qohum-qonşu yığışıb ara qarışar, bir şey yeyə bil­mirik. Öncə özümüz yeyək.

Horra bişirib yedikdən sonra arvadların biri kişinin o ya­nından, o biri bu yanında oturub vay– şüvən saldılar. Biri deyirdi:

– Oy, yandım!

O birisi deyirdi:

– Söndüm!

Kişi başın qovzayıb dedi:

– Sizi horra yandırır, ya mənim ölməgim.


Oğul evləndirən
Bir bol xərc qoyub oğul evləndirən bir ataya tanışların­dan biri deyir:

– Allah o birisi oğullarına da qismət eləsin!

Oğul evləndirən ata ki, xərclədiyi pulların acısı canından çıxmamışdır. Özün eşitməzliyə vurub dedi:

– Allah kimə rəhmət eləsin?


Təkəbbürlü bir adam
Təkəbbürlü bir adam ayaq yoluna düşmüşdü. Ayaq üstə durub əllərin vurur belinə. Eşikdən bir adam ip sallayır və deyir:

– Bu ipi bağla belinə, çəkim çıxardım.

Mütəkəbbir cavab verdi:

– Əllərim belimdədir, nə cür bağlayım?



Ağıldan kasıb
Ağıldan kasıb bir gün gedir məscidə. Girir, bir salam verir. Heç kəs salamın almır. Qapıdan eşiyə qayıdır, yenidən içəri girib eşşək kimi anqırmağa başlayır. Hamı gülür. Deyir:

– Həə, dilinizi qandınız!


Üç pəltək qiz
Bir arvadın üç qızı var idi. Üçü də pəltək. Qızlrına tap­şırmışdı ki, köpəyin qızları elçi gələndə heç biriniz danış­mayacaqsınız.

Bir gün qızlara elçi gəlir. Bir az sonra böyük qız gəlir anasına deyir:

– Ana pisik südü laladı (Pişik südü yaladı).

Ortancıl qız dedi:

– Tüpən qızı dinmə (Köpəyin qızı dinmə).

Kiçik qız dedi:

– Ana, mən heç dindillini? (Mən heç dindim?).
Bəhlul
Xəlifə Bəhlula bir miqdar pul verir və deyir:

– Bu pulu apar möhtaclara payla.

Bəhlul pulu aparır şəhərdə harada bir bəlli-başlı dövlətli adam var idi, qapısını döyür və pulları onlara paylayır. Saba­hısı xəlifə Bəhlulu çağırtdırıb deyir:

– Sən bu pulları aparıb dövlətlilərə paylayıbsan!

Bəhlul deyir:

– Mən Allahdan çox bilirəm? Onlar möhtacdılar ki, Allah onlara verib!!.


Gəlin
Bir evə gəlin gəldi. Neçə gün keçdi. Qayınana gördü gə­lin düz yeyib, düz gəzir və əlini ağdan qaraya vurmayır. Gəli­nə anlatmaq üçün qayınana ata ilə dilləşir. Qayınata süpürgəni gö­tü­rüb başladı həyət süpürməyə. Qayınana otaqdan çıxıb dedi:

– Süpürgəni ver mənə, kişi də həyətə süpürər?

O da dedi:

– Mən süpürcəyəm.

Bu dedi, o dedi mən süpürəcəyəm. Hay-küyləri qovzadı. Gəlin otaqdan çıxıb dedi:

– Niyə savaşırsınız, bir gün biriniz süpürün, bir gün də o biriniz.


Qaraxan
Qaraxan adlı bir bəy mollaya deyir:

  • Mənim adımı Qurana salıb məclisdə oxuyarsan. Sənə on baş davar verərəm.

Molla razılaşır. Məclis qurulduqda molla Quran oxuyar və arada belə deyir:

– Ən qərəxan əlləzin kəlban kəbira. (Doğrusu qaraxan böyük bir itdir).

Məclisdə bir şəriət tələbəsi var imiş. Bu cümlənin mə­nasın anlayır və mollanı müttəvcə etmək üçün neçə dəfə ya­landan öskürər. Molla görür qırqulaydır. Işin üstü açılacaq. Quran oxuya-oxuya deyir:

– Nəsf meni nəsflək (Yarısı sənin, yarısı mənim).

Tələbə razılaşaraq sakit olur.


Neçə dənə?
Bir adamın ağzından bir qızıl dişi var idi. Bir gün qəh­vəyə çay içməyə gedir. Qızıl dişini göstərmək üçün dodaq­larını açır və br-birinə sıxılmış dişlərinn arasından deyir:

– Çay gətir!

Demə qəhvəçinin dişlərinin hamısı qızıl imiş. Dodaq­larını açır və dişlərini bir-birinə sıxaraq deyir:

– Neçə dənə?


Mollanin təzə başmağı
Bir gün Molla Nəsrəddin təzə başmaq alıb, ayağına ge­yib yolla gəlirdi. Uşaqlar top oynayırdılar. Uzaqdan mollanın təzə başmağını gördükdə istəyirdilər mollaya ilişib başmaq­larını oğurlasınlar. Topu atdılar ağacın başına, üstündə qaldı. Molla yetişdikdə dedilər:

– Molla, bizim topumuzu ağacdan endir.

Molla bir uşaqlara baxdı, bir də öz başmaqlarına. Baş­maq­larını çıxardıb vurdu qoltuğuna başladı çıxmağa. Uşaqlar dedilər:

– Molla, bəs başmaqlarını haraya aparırsan?

Molla dedi:

– Bala, bəlkə ağacın üstündən o yana yol oldu, getdim!.


Gözbağlayıcı
Bir gözbağlayıcı var idi. Bu elə bir adam idi ki, necə deyərlər arpanı duvarda yeridərdi. Işinə aid bütün bildiyi fənlərini oğluna öyrətmişdi. Bir gün oğlunu sınamaq üçün alışqanı ovucunda tutur, soruşur:

– Oğlum, bu nədir?

Oğlan soruşur:

– Rəngi qaradır?

Ata cavab verir:

– Bəli, bəli.

– Beli, başı yekədir?

– Bəli, bəli.

– İki dənə buynuzu da var?

– Bəli,bəli.

Oğlan deyir:

– Camışdır.


Dədəmdən yekə
Uşaq atasını hər zaddan böyük və güclü bilər. Qədimdə bir uşaq evlərinin həyətində bir it görür və huyuxar qaçaraq gəlir otağa və anasına deyir:

– Ana!


Anası cavab verir:

– Hən!


Uşaq deyir:

– Həyətdə bir it var. Dədəmdən yekə.


Kəndli arvad, şəhərli arvad
Şəhərli arvad bir kəndli arvadı lağa qoyub dedi:

– Kəndli arvadlar çirkindirlər.

Kəndli arvad dedi:

– Gedək hamama sizin şiriniz tökülsün, bizim kirimiz. Görək hansımız gözəlik.


Rəsulun balağı
Rəsul adında bir kişi istəyirdi balağın kəssin. Getdi mollaya istixarə eləyə. Molla Quranı açdı. Belə oxudu:

– Rəsul əlbələx mibyana.

Kişi əlin qoydu döşünə dedi:

– Mərhəmətiz artıq.

Durdu ayağa getməyə. Molla dedi:

– Bə hara!

Kişi dedi:

– Odur Quran deyir: Rəsul balağın kəs da...!


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə