Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə18/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   ...   11   12   13   14   15   16   17   18   19

Çeşidli çillətökmə yolları:
– Başqa bir gəlinin toy gecəsi işlətdiyi məxsus parçanı bir kasa suda isladıb onun suyunu üzü qibləyə olan novdan­dan bir qızın (bakirənin) əli ilə çilləbasmışın başına tökərlər.

– Bir yumurtanı bir gənc qızın (bakirənin) yastığının altına qoyub səhər qızı dama çıxarıb o yumurtanı şalvarın arasına qoyub üzü qibləyə sarı olan novdandan qabaqca doğmuş sonra çilləbasmış qadının başına sala-sala belə deyir: “mən doğum, sən də doğ”.

– Bir uşağın çilləsi başqa uşağı basanda, o uşaq azar tutub yeriyəndə yıxılıb, danışmağını itirib demək buna tay xəstəliklər tutar. Onun çilləsin tökmək üçün dişləri uzun olan darağı bir kasa suyun içinə salıb hər donə döyərlər. Sonra o kasanın suyunu darağının dişlərinin arasından süzgəcdən süzən kimi çilləbasmış uşağın başına tökərlər.

– Bir uşağın çilləsi başqa uşağı basanda iki uşaq birlikdə bir-birinin yaxasına sancaq taxarlar.

– Bir gəlini başqa gəlinin çilləsi bassa, şən­bə ilə çərşənbə günü üç dönə çilləbasan gəlini o birisi gəlinin arının alt tumanının arasından keçirərlər.

Çillə basan gəlini eldə ölmüş gənc kişinin qəbrinin üstündən atladarlar.

Çilləbasanı qəbirstanda ölü yuyulan daşın, ölü pişik, bir də ölü siçanın üstündən atlandırarlar.

– Məsçidin astanasından, ümumi hamamın qapısından, yeddi yolun ayrımından, qəbirstandan, çeşmə başından, ba­zar­dan bir də öz evlərinin qapısından torpaq toplayıb, bir kasa suya qatıb o suyu üzü qibləyə novdandan bir qızın (bakirənin) əli ilə çilləbasanın başına tökərlər.

– Ölünü yuyanda mirdəşirin əlində olan lifi yerə qoy­maz­dan alıb suyu yerə tökülməsin diyə bir qabın içinə qoyan­dan sonra üzü qibləyə olan bir qızın (bakirənin) əli ilə çillə basmış gəlinin başına töküb belə deyərlər: “ins-cin, 72 millət, ölü-diri, bəni-adam hər nəyin çilləsi basıb tökülsün”.

– Siçan ölüsü, pişik ölüsü, yeddi boy sapı suya salıb yuxarıda dediyimiz yol ilə çilləbasmışın başına tökərlər.

– Yeni evlənmiş gəlin başqa bir yeni evlənmiş gəlinin üstünə gəlsə, o biri gəlini çillə basar. Çillə basanda isə gəlin boylu olmaz. Belə olduqda neçə yolla cillə tökərlər. Xalqın içərisində buna inanırlar ki, çillə tökülsə qadın boylu olar. Qadını çillə basmasın deyə, yeni gəlin gəlmiş qadının üstünə başqa bir yeni gəlin gəlmiş qadın gələndə onları küçə qapısın­dan eşikdə üzbəüz gətirərlər. Onlar qarşı-qarşıya gələndən sonra daha heç birinin çilləsi başqasının üstünə tökülməz.

Çillətökmənin bir yolu belədir ki, ilin axır çərşənbəsində 40 dənə buğda, 40 dənə arpa, 40 dənə daş, 40 qaşıq isə suyu toplayıb bir qaba tökərlər. Qibləyə sarı olan novdanın (qiblə­novdanı) altına xəlbir tutub gəlini xəlbirin altında oturdarlar. Bir qızın (bakirənin) əli ilə novdandan tökəndə belə deyirlər: “İnsin, cinsin, bəni-adamın, hər nəyin əli ilə çillə basıb, onun çilləsin tökürəm”. Beləliklə, gəlinin çilləsin tökərlər.

Başqa bir variant da belədir ki, yaylığı sona çatmış fər­şin boylarından keçirib sonra bu boyları kəsərək belə deyər­lər:” İnsin, cinsin, bəni -adamın, hər nəyin əli ilə çillə basıb, onun çilləsin tökürəm”. Sonra yaylığı boylardan çıxarıb çillə­basmış qadının başını örtüb bağlarlar. Başa çatmış fərş olma­sa, ilin son çərşənbəsinə də çox qalsa, daha rahat yolla bu iş görülür.

– Qırxayaq böcəyini tapıb çillə basmış qadından istə­yərlər qırxayağın üstünə işəsin.



İNANCLAR


  • Ağac bar gətirməsə iki nəfər ağacın yanına gedərlər. Əlində nacaq olan birisi başqasına uca səslə deyər: ”Bar ver­məyən ağac hec işə yaramaz, onu capmaq gərək”. Beləliklə, ağac eşidib qorxusundan bar verər.

  • Ağ göyərçin mələk olar.

  • Axşam üstü uşağa qarğış eləməzlər.

  • Altı-yeddi aylıq uşaq əyilib ayağ barmağların dişlərsə, yoldaş axtarır.

  • Ay batanda mis qab, ya da təndir duvağı kimi filiz qabları çalınar.

  • Ayağı qaşınan adam kötək yeyər.

  • Ayaqlarının başı yorğandan eşigdə qalan oğlanın ev­lən­mək vaxtı yetişib.

  • Başında iki qıvrım olan oğlan uşağı böyüdükdə iki arvad alar.

  • Başmaq tayları daban-dabana dursalar, acılıq olar.

  • Başarılı insan sağ əlin kimsənin başına cəkərsə, o adam işində başarılı olar.

  • Bayquş qonan evin adamları bədbəxtlik tapar.

  • Bazar günü, cərşənbə günü hamama getmək düzgün olmaz.

Bərəkətsiz heyvanların yanında nömrə olaraq bir-bi­rinə “ Qulağıza dəyməsin! Ancaq bərəkətsiz heyvandır. Onu qəssaba satmaq lazımdır”– deyərlər. İnanarlar ki, heyvan eşidib sütünü çoxaldar.

  • Bir yerə gedəndə deyərlər, sübhcağı əgər filankəs qa­bağımıza çıxarsa işimizi əyər. Ya əgər onun tərsəsi filankəs qa­bağımıza çıxarsa, o gün axşamadək yaxşı olar.

  • Bir yurddan başqa yurda köcən zaman heyvan ölürsə, daha cox ölməsin deyə ölən heyvanın dörd qıcını kəsib arxac­da qoyarlar.

  • Bir evə gəlin gəlsə, ya da coban tutsalar, o il o evə bolluq uğur gəlsə, deyərlər gəlin, ya da cobanın ayağı düşüb. Elə bu deyim həmin inancdan törəyib. Gəlinin ayağından, cobanın dayağından.

  • Birinin əl, ya da barmağına tikan batsa, onu gecə cı­xartmazlar, deyərlər-gecə tikan gəlin olar, yəni gizlənər.

  • -Bir ulağın yanında bir ayrı ulağa arpa verilsə, o ulağ damağ olar

  • Boylu qadın gərək aya baxmasın.

  • Boylu arvad yeni doğan zahının yanına getməməlidir. Yoxsa onu cillə basar. Cillə basarsa qadının uşağı düşər.

Ceviz (qoz) – ağacının altında yatmaq yaxşı deyil, ha­vası ağır olar.

  • Cillə basan qadına dua yazallar, sonra dua kağızını suyun novdandan qadının başına tökərlər.

  • Çox saysan bərəkət qaçar.

  • Çeçəyən sovqat gətirər.

  • Deyərlər filankəsin ayağı yüngüldür.

  • Deyərlər qapıya isti su atma, yoxsa pərilər balasın yandırarsan.

  • Dırnaqda olan ləkələr belə yozulur: baş barmaqda-xoş­bəxtlik, şəhadət barmaqda-bədbəxtlik, orta barmaqda – yol get­mək, nişan barmağında – təzə paltar geymək, cecələ bar­maq­da – məhəbbət.

  • Dilinə pay cıxsa, kiminsə payını yemisən.

  • Diş cıxaran uşağın dişligin bişirməsən, böyüyəndə şit olar.

  • Duanı sürməyə oxuyub püləsələr, evsiz adamın bəxti bütün bağlanar.

  • Evdə cox sican görünsə, deyirlər il qıtlıq olar.

  • Evin sahibi həyətdə söyüd kəsə o özünə, ya da arva­dına uğursuzluq verər.

  • Əgər ayağın altı qaşınsa kötək yeyəcəksən.

  • Əgər əlin içi qaşınsa əlinə pul gələcək.

  • Əgər içməli çayın içində bir uzun çay olsa, deyərlər qo­naq gəlir, əgər iri olsa, deyərlər qoca kişidir. Və düz olsa deyərlər cavandır.

  • Əgər bir yerə getmək istəyirsən tək səbir gəlsə, deyər­lər işimiz rast gəlməz. Ancaq, əgər cüt gəlsə deyərlər iş rast gələ.

  • Əgər qarğa qapıda ağac üstünə qonub qarıldasa evə qo­naq gələcək.

  • Əgər qulağın içi qaşınsa deyərlər qonaq gələcək.

  • Əgər qıçı uzun hörümcək evə gəlsə, deyərlər xəbər gə­tirib.

  • Əgər göz səyrisə, bir iş qabağa gələcək.

  • Əli ağır adam dulla evlənər.

  • Gecə novdan altında durmazlar.

  • Gecə duran qonağın başmağına duz tökərlər.

  • Gecə ev süpürsən evin bərəkəti qacar.

  • Gecə dırnaq tutmazlar.

  • Gecə baş daramazlar.

  • Gecə dırnaq tutmağ və gündüz nağıl demək yaxşı deyil.

  • Gecə pul saymazlar.

  • Gecə uşağı döyməzlər.

  • Gecə corabı baş üstə qoysan adamı qara basar. Adama ayaxdan soyuq deyər. Odur ki, Yekənlilər səfərdə gecə soyuq olsa corablarını çıxartmazlar.

  • Gəlin gələndə nəlbəki sındırmağı uğurlu olar. Ayağı inciməsin deyə nəlbəkini mis qabın altına qoyarlar. Gəlin qabı ayaqlamaq ilə nəlbəkini sındırar.

  • Gəlin gələn evdə sübhədək çırağı söndürməzlər.

  • Gün batan cağlarında ağlamaq uğursuz olar.

  • Gic sarı sevər, dəli qırmızı.

  • Hər cümə axşamı evlərdə bərəkət itməsin deyə həmin gün evdə iyi cıxan cörək bişirırlər.

  • İki tay başmaq qarşı-qarşıya dursa, başmaq yiyəsinin başqa yerdə qeybəti olunur.

İki arvadın arasından keçən kişinin sözü keçərli olmaz.

  • İsti su səpərkən “bismillah” de, cinlər eşidib özlərini qorusunlar.

  • İldırım çaxan yerə almaz düşər.

  • İstəkanı üzü dik qoymazlar.

  • Kirpikləri cütlənən adama nəzər dəyər.

  • Kicik uşağı qoymazlar aya baxa, yoxsa ağzında “ay balalar”. Ay balalarsa uşağın ağzından su axar.

  • Kirdarlı olsun deyə, qız uşağının beşiginin başına iynə-sap qoyallar.

  • Kimsənin iradəsindən asılı olmayaraq, qab-qacaq bir sıraya düzülsə, qonaq gələcək.

  • Körpəni qörx günədək astanadan kecirəndə “bismil­lah” deyərlər.

  • Körpə uşağın üstündən kecməzlər, kecsələr təkrar elə­mələri gərəkdir.

  • Qadın başına tərsə çadra salsa, siğə axtarır.

  • Qapıdan eşigə isti su səpməzlər.

  • Qara pişik çin olar.

  • Qazan dibi qaşıyan qızın toyunda qar yağar.

  • Qız-gəlinin darağa ilişib qalan tüklərini duvar catla­ğı­na basallar.

  • Qoyun dabağ xəstəliyi tutanda bütün dabağ xəstəliyi tutan heyvanları bir yerə yığıb, qadınlar cörək tabağın başına qoyub deyər :” Gedək tabağ, qacsın dabağ”.

  • Qorxan adamın balıncı altda duz qoyarlar. Sübh yuxu­dan durandan sonra məcməyiyə salıb altına od yandırarlar. Yayılan duzun şəkli nə olsa onu qorxu qaynağı kimi yozarlar.

  • Quzu saxlamaq ücün quzu yeri saxlayanda o yerə ins-cin dəyməsin deyə ora quzu salmamışdan öncə bir mis qabı ağzı üstə cevirərlər.

  • Qovun ilə bal yemək adamı öldürər.

  • Malı (at ya ulağ) öz yenişində minsən piy olar. Odur ki, bir məsəl vardır ki, deyərlər “yoxuşda dost malını min, yenişəndə düşmən malın”.

  • Naxoş gərnəşsə, məlumdur ki, xəstəlik ağırlaşmaq­da­dır. Amma əgər asqırsa, üzü yaxşılığa sarı gedir.

  • Neçə bacısı olan tək oğlan bic olar.

  • Oğlu olmayan evlərdə qızlara “Qıztamam”,”Qızyetır”, “Qizqayıt “ kimi adlar qoysalar qız deyil, oğlan doğar.

  • Ovcu qaşınan adamın əlinə pul gələr. Amma oğlan uşağının başına cəkmək gərəkdir.

  • Ölən uşağın paltarların başqa uşağa verməzlər.

  • Ölünün kəfənin başqa kəsə vermək doğru deyil.

  • Pişiklərin əksəriyyəti əslində məleykədir. Onlara daş atmaq zərər verər. Özəlliklə qara pişiyə.

  • Səfərə gedənlərin dalısınca su səpərlər.

  • Səyəngin (kuzə) ağzından su içilsə, səyəng qoxar (iylə­nər).

  • Səhər evdən cıxanda uğursuz kişi ilə qarşılaşsan uğur­suz hadisələr yaşayacaqsan.

  • Su aydınlıqdır.

  • Süpürgə dəstəsi ilə yerə qoyulsa, evdən bərəkət qaçar.

  • Şənbə səfərə cıxmaq düzgün olar.

  • Şəpə yanından kecəndə danışmamaq lazımdır. Yoxsa danışan kimi şəpə adamın üstünə gələcəkdir.

  • Tək asqıran işində dözməlidir.

  • Təsadüf üzrə bir-birləri ilə baş-başa dəyən insanlar gərək öz iradələri ilə başların carpışdırsınlar, yoxsa kecəl olarlar.

  • Tikantəpə bölgəsində təzə gəlinin ayağının uğurlu olmasını sınamaq ücün evin alacıq, ya da komanın astanasına iynə atarlar. Gəlin iynəni taparsa uğurlu və yaxşı gəlindir, əgər tapmazsa, günü qara olacaq, onu boşarlar.

  • Uşaq kürəkli doğularsa ayağının, ya da əlinin cili bar­mağını qırmaq gərəkir.

  • Uşaq təzə olanda bəzən deyərlər filankəs dualıqdır, yəni onun evə gəlməyinin uşağa ziyanı var.

  • Uşaq təzə olanda hər kim evə gəlsə, gərək uşağı götür­sünlər qonaq içəri keçsin.

  • Uşağı güzgü qabağına tutmazlar.

  • Uşağı süpürgə ilə vursan, oğru olar.

  • Uşağı nəzərləsələr, üzərlik salmaqla onu bəlalardan qo­ruyarlar.

  • Uşağın göbəyin hər hansı yerə atsan xarakterində iz qoyar. Dərs oxuyan olsun deyə, mədrəsəyə atarlar.

  • Uşağın boynuna göz muncuğu salarlar, göz dəyməsin deyə.

  • Uzun adamın ağlı olmaz.

  • Üzünə sap salan qadının sapı qırılsa əri onu çox sevər.

  • Yatanın üstünə qara çəkməzlər.

  • Yengəc insana yapışsa qopmaz. Ancaq qara eşşək anqırsa qopar.

  • Yeni doğulan uşağın üstündən atlamamaq gərəkir.

  • Zahı qırx günədək gecələr eşigə cıxmaz. Cıxsa özüylə bıcaq götürməlidir.

  • Zahının başına qəfildən duz səpərlər. Əlin başına atsa qızı, üzünə atsa oğlu olar.

  • Zahının qabağına parcaya bürünmüş bıcaqla qaycı tutarlar. Qaycını alsa qızı, bıcağı alsa oğlu olar.


SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT
Bəxtiyari Mələknaz, Miyana – Qoşabulaq, 43 yaşında, savadsız. Söylədiyi mətn: Uşaq nəğmələri (bir hissəsi). Topla­yan: Feyzəli Bəxtiyari.
Ebadi Həsən, Səhənd – Qoşacay, 42 yaş, savadlı. Söy­lədiyi mətn: İnanclar (bir hissəsi). Toplayan: Havar Ebadi.
Əğyari Rübabə, Təbriz, 70 yaş, savadlı. Söylədiyi mətn: Qadın toylarında oyun. Toplayan: Ülkər Ocqar.
Hacıismayili Bəhlulə, Tufarqan, 55 yaş, savadsız. Söylə­diyi mətn: “Hədi ilə Hüdük”.
Heydərakanlı Kubra Seyfi, Qaradağ, Xudafərin. Söylədiyi mətn: “Armudan bəy”in nağılı. Toplayan: Qənbər Seyfi.
Həbibi Müslüm, Zəngan, 55 yaş. Söylədiyi mətn: İmam Güllücəsində “Al arvadı rəvayəti”. Toplayan: Zənganlı Məhəm­məd Rəzaqi.
İsmayıli İsmayıl, Xudafərin– Heydərkanlı. Söylədiyi mətn: “Qonaq və ev sahibi”. Toplayan: Qənbər Seyfi.
Məhəmmədi Aylar, Miyana şəhəri, savadlı. Söylədiyi mətn: Uşaq nəğmələri (bir hissəsi). Toplayan: Feyzəli Bəxtiyari.
Məşədi Zeynal kişi, Xudafərin, 86 yaş. Söylədiyi mətnlər: “Süleyman Peyğəmbərin üzüyü və tacir oğlu Məhəmməd”, “Sarı inəy”in nağılı”, “Süsən-sünbül, şeyda bülbül”, “Hax cəpişim, hux cəpişim”, “Palazqulağın” nağılı. Toplayan: Qənbər Seyfi.
Mirzayi Şapur, Ərdəbil. Söylədiyi mətn:” Göy muncuq” nağılı. Toplayan: Rəhim Ebadi.

Musəviyan Həsən, Əhdirgan. Söylədiyi mətnlər: “Südlü sümük”, “Baş qoruma”, “Topana cızan”, “Əl məndə” oyunları.


Nəvadey Rəzi İsmət xanım, Təbriz. Söylədiyi mətn: Tap­maca. Əlirza Zihəq ( bir hissəsi). Toplayan: Süsən Nəvadey.
Noruzzadə Səyyarə, Mücümbər kəndində doğulmuş,15 ya­şında Sarıqaya kəndinə köcmüş, 17-i yaşından Təbrizdə yaşa­mış­dır, 53 yaşında. Söylədiyi mətn: Çillə mərasimləri (bir his­səsi).
Rəzzaqi Məqsudəli, Zəngan. Söylədiyi mətn: “ Haq yolu”. Toplayan: Rzaəli Kərimi.
Məsimə xanim Pənahi, Təbriz, savadsız. Söylədiyi mətn: Çillətökmə ( bir hissəsi).
Səryayi Ruqiyyə, Ərdəbil, 6-ci sinfə qədər təhsil almışdır. Söylədiyi mətn: Cillətökmə( bir hissəsi).
LÜĞƏT
A

Abadə(f) – abad

Abü tab(f) – təmtəraqlılıq

Ağcıl (d) – ürəyi təmiz, pak adam

Ağraz vermək(d) – ağrımaq, bədəninin bir tərəfinin ağrı­ması, əzab vermə

Aqibət(ə) – son, nəticə

Aludə(f) – bulaşmış, batmış

Aməd(f) – yetişmə, catma

Arqaç(d) – pud

Aşüftə(f) – həyəcanlı,qarmaqarışıq

Ayaq vermək(d) – birin ayağından çəkmək

Ayın-oyun (d) – şey-şüy

Ayin(f) – rəsm, adət,qanun

Azama(d) – mərhələ

Azarbaxar(d) – günün yatan vaxtı
B

Badə(f) – çaxır, şərab

Bar(f) – yük, tay

Balavəri(d) – azca,nisbət

Baldun(d) – palto

Bargah(f) – saray

Başı papaxlı(d) – kişi xeylağı

Bazubənd(f) – qiymətli daşlarla işlənmiş qolbaq

Bədəl(ə) – dəyər,qiymət

Bədtət(f) – daha pis, daha yaman

Bədxisal(f) – pis xasiyyətli, bədrəftar

Bəniadəm(ə) – adəm övladı

Bərazəndə(f) – layiq, ləyaqətli, dəyərli

Bimar(f) – xəstə

Bidar(f) – oyaq

Bihal(f) – taqətsiz

Boylu(d) – hamilə

Boyuna uşaq düşmək(d) – hamilə qalmaq

Burqi(d) – qarın ağrısı, sancı, qulunc
C

Calis(ə) – oturan, taxta çıxan

Cariyə(ə) – qulluqcu, xidmətçi( qız)

Cüz(ə) – qisim, parça

Ceçim(d) – palaz

Cecə barmaq(d) – kiçik barmaq

Cəhrə – yun əyirən çarx

Cələ (d) – bir xətdə dayandırılmış xırman döymək üçün bir-birinə bağlanmış heyvanların rədifi

Cında(d) – köhnə parca kəsiyi

Ciğala(d) – siqaret

Cici(d) – paltar

Cinli olmaq(d) – dəli olmaq


Ç

Çarvadar(f) – mal-qara alverçisi

Çataqlamaq(d) – birləşdirib bağlamaq

Çeşm(f) – göz

Çəm(f) – yol, üsul

Çəng(f) – pəncə

Çərtmək(d) – altından çıxmaq

Çınqır (d) – lap yavaş səs

Çi(f) – nə

Çimçəşmək(d) – iyrənmək

Çovgan(f) – kecmişdə atla oynalılan top oyunu

Çub(f) – ağac


D

Damad(f) – kürəkən

Danqaz(d) – nadinc

Deyitləşmək – bir-birilə acıqlı danışmaq

Dəllak(ə) – dəllək

Dəhan(f) – ağız

Dəhət qılmaq (d) – göz qoymaq, güdmək, göz altına al­maq, dəhətləmək.

Dəri(d) – xəyal (dəridə olma, fikirdə, xəyalda olma)

Dəşt(f) – səhra, çöl-biyaban

Dınqılı (d) – kiçik

Dişdan(d) – qabaq dişi iri olan

Dinar(ə) – ərəb xəlifəliyində köhnə qızıl pul

Döbülənmək(d) – boş-boşuna dolanmaq

Dözdürtmək(d) – yetirmək

Dürtmək(d) – soxmaq
E

Eşik(d) – bayır, çöl


Ə

Əba(ə) – aba

Əbru(f) – qaş

Əkrə(d) – əkin (Əkərə yer, məzərə, əkin yeri)

Əks(ə) – şəkil

Əqdəm(ə) – daha qədim olan

Əqiq(ə) – qiymətli qırmızı daş

Əqrəba(ə) – yaxın qohumlar

Əl-ayağı kəsilmək(d) – gəlib-getməyi dayandı

Əlqissə(ə) – xülasə, sözün qısası

Əlhal(ə) – indic, bu saat

Əppək(d) – çörək

Ərsin – yastı və ensiz dəmir parçası

G

Gay(d) – axmaq adam

Gərvət(d) – dəstə

Gənc(f) – xəzinə, dəfinə

Gicikdi(d) – öz-özünə hirslənib qərar verdi

Gilif(d) – açılmış su yolu, divar dibində açılmış su yolu

Giranıq(d) – bərk daş

Godanbuçaq(d) – dağınıq

Göz-göz etmək(d) – fürsət axtarmaq

Göyül(d) – könül


F

Fərahəm(f) – toplu, yığcam, toplanmış


H

Hakəza(ə) – beləcə, bunun kimi

Haqlamaq(d) – çatmaq

Haman – şərik.

Haram(ə) – yasaq olunmuş, qadağan olunmuş

Hacət(ə) – ehtiyac

Hacətmənd(ə) – ehtiyaclı, möhtac

Həmrəng(f) – eyni rəngli

Hən-hün eləmək(d) – çalışmaq

Hənuz(f) – hələ, hələ ki

Həsud(d) – paxıl

Həva(ə) – hava

Hoqqa(d) – hiyləgər

Horra – su və unla bişmiş yemək

Hovz(ə) – hovuz, çarhovuz

Höcəşmək (d) – bəhs eləmək

Hüzalamaq(d) – ovmaq

Hüşü qara(d) – ağlı az


X

Xah(f) – istər, istərsə

Xamçılıtmaq(d) – aldatmaq, xam salmaq, xam eləmək

Xanədan(f) – ailə, ocaq

Xəfdən vurmaq(d) – xəbərsiz vurmaq, gizlin vurmaq

Xələt(ə) – toyda qız və öğlanın qohumlarına verilən hə­diyyə

Xəşə(d) – çuval, xurcun

Xəzra(ə) – yaşıl

Xıxlamaq(d) – dəvəni yatırmaq

Xınxımaq(d) – baxıb əzmək

Xoruzək(d) – öskürərkən xoruz səsi çıxartmaq

Xozdaban(d) – dabanı uca olan, xanımlar üçün başmaq növü.

Xürd(f) – narın
İ

İqdam(ə) – təşəbbüs etmə, başlama

İdamə(ə) – davam

İddə(ə) – ərindən ayrılan, ya dda əri ölən qadının təzədən ərə getmək ücün gözləməyə məcbur olduğu müəyyən bir müddət (dini)

İxfa(ə) – gizlətmə

İnfaz(ə) – yerinə yetirmə

İrza(ə) – razı salma, könlünü alma

İstifa(ə) – tarazlaşma

İsgə(d) – nazik
K

Kalafa(d) – gen və xaraba otaq

Kar(f) – iş

Kasə (f) – kasa

Kəlləpəz(f) – kəllə-paça bişirən

Kəmü kəsr(f) – çatışmamazlıq

Kərmə(d) – qurudulmuş heyvan təzəyi

Kərtik(d) – nazik

Kir(d) – çirk

Kişgirmak(d) – iti cummağa təhrik eləmək

Kövüz(d) – ölçü vahidi

Külah(f) – papaq

Kümçə(d) – çömçə

Kürəklik(d) – bel(alət)

Künə(d) – yumurtanın dairəvi tərəfi

Küvən(d) – 2 çiynin ortası


Q

Qapsamaq(d) – içinə almaq

Qarğı(d) – qamış

Qara vəlig etmək(d) – yalandan səs-küy salmaq

Qatma(d) – ip

Qanaşar(d) – qəm, qüssə

Qavzamaq(d) – atmaq

Qəmənti(d) – pıcaq

Qərabət(ə) – qohumluq

Qəvi(ə) – qüvvətli, güclü

Qran(f) – İranda pul vahidi

Qomarlamaq(d) – dövrələmək


L

Laf(f) – söz, danışıq, söhbət

Lağa qoymaq(d) – məsxərə etmək

Lat-lut(d) – heç zadı yox

Lapdan (d) – qəfildən

Ləəb(ə) – oyun

Ləm(d) – taxça

Ləmə(ə) – parıltı

Lıqqa(d) – palçıq

Limtaş(d) – köhnə

Lövn(ə) – növ, çeşid

Lütük(d) – tüksüz (heyvan)

Lüzum(ə) – ehtiyac
M

Mah(f) – ay

Matah(d) – az tapılan, nadir

Maymalaq(d) – axmaq

Məbud(ə) – Allah, itaət olunan

Mədəd(ə)– kömək, yardım

Məmulən(ə) – adətən, bir qayda olaraq

Məriz(ə) – xəstə, naxoş

Məəruf(ə) – məşhur

Məzaq(ə) – zövq

Mıcur(d) – ağacların, otların baharda dağılan tozu

Mırt vurmaq(d) – söhbət etmək

Mırtı durmaq(d) – şuxluq etməyə həvəslənmək

Mitil(d) – köhnə paltar, cır-cındır

Milax(d) – qışa saxlanılmış üzüm

Minval(ə) – yol, tərz

Mötəmid(ə) – etibarlı, hörmətli

Müamilə(ə) – rəftar, hərəkət

Mürğ(f) – quş

Müvazib(ə) – qeydə qalan

Müzahim(ə) – zəhmət verən, çətinləşdirən
N

Natəraz(f) – həddən artıq böyük

Naməqbul(f) – qəbul olunmayan

Nav(f) – nov, kanal

Nəqşə(f) – rəsm, şəkil

Nəvaz(f) – çalan

Nıqqıldamaq(d) – bir şeyi istəmək

Nisar(ə) – qurban

Novət(d) – neft

Novbahar(f) – ilk bahar, yazın əvvəli


P

Para(t) – pul

Papuş(f) – ayaqqabı, başmaq

Pədəmə (d) – mühacir

Pəncər(d) – səbzi

Pərişan(f) – qəmli

Pərxaş(f) – dava

Pəs(f) – indi, bu halda

Pəsinmək(d) – ehtiyat eləmək, dala çəkilmək, qorxmaq (pəsinmək)

Pəyə(d) – tövlə

Piltə (d) – filtir

Pijdənmək(d) – çirk etmək

Pünhan(f) – gizli
R

Roza (d) – çomaq

Rast(f) – doğru, düz

Razi(ə) – razı

Rəxt(f) – paltar

Rəkik(ə) – zəif, süst

Rənc(f) – zəhmət

Rəva(f) – layiq, münasib

Rizq(ə) – nemət, ruzi

Rizə(f) – tikə, parça


S

Sail(ə) – dilənçi

Salim(ə) – sağlam

Sayə(f) – kölgə

Səng(f) – daş

Səri(d) – sarı

Səyirmək (d) – xəfif titrəmək

Sirto(d) – mundar adam

Sital(d) – nadinc

Sülük(d) – zəli

Sümsünmək(d) – hər yeri gəzmək

Sümə (d) – qoyunun ilk dəfə qırxılmış yunu


Ş

Şellənmək(d) – boş-boşuna yaşamaq

Şədid(ə) – güclü, qüvvətli

Şəmşir(f) – qılınc

Şəpə(d) – bəhməz

Şir(f) – süd


T

Tafta(f) – parıldayan ipək parça

Taskülah(f) – dəbilq

Təam(ə) – xörək

Təhər(d) – bu cür, yön

Təqabül(ə) – qarşı-qarşıya gəlmə, rast gəlmə

Tərcih(ə) – bir şeyi başqasından üstün tutma, daha artıq bəyənmə

Təpilmək(d) – soxulmaq, yerləşmək

Təpimək(d) – bərkimək (yağış yağandan sonra torpağın yığılması, bərkiməsi)

Təpinmək(d) – qorxuya salmaq

Tərsimək(d) – tərs işləmək, qanuna baxmamaq

Təsəmmüm(ə) – zəhərlənmə

Tiyan(d) – böyük qazan

Tirnak(f) – qaranlıq

Toxdamax(d) – sakitləşmək

Tovlanmaq(d) – aldanmaq

Tuşutmaq(d) – nişan vermək, işarə etmək, tuşlamaq
Ü

Ücrət(ə) – zəhmət haqqı, maaş

Üt(d) – ot

Üzgörənlilik(d) – özünü şirinləşdirmək, üzdə yaltaqlamaq.

Üzdən sola demək (d) – zahirdə demək
Y

Yalav(d) – od

Yapma(d) – mal-qaranın təzəklərini divarlara yapar, sonra hər birinə yapma deyilir

Yava (d) – pis

Yavuq(d) – yaxın

Yey(t) – yaxşı

Yıxınıq(d) – düşgün (yıxınıq düşmək – birinin əl-ayağına düşmək, təslim olmaq).

Yiyə(d) – sahib


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə