Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə16/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   ...   11   12   13   14   15   16   17   18   19

Əncir ağacın burmaq – Hər kəs bir niyyət edib əncir ağacının budağın burar. Biri niyyət edər ki, mən ziyarətə gedə­cəm. Səhər tezdən gedib baxar iri buruq budağ düzəlsə, sevinər ki, niyyəti qəbul olub, gedər səfərə hazırlaşar, yoxsa budağın buruğu düzəlməyibsə ondadır ki, niyyət qəbul olmayıb.

Evin bar-bacasına daş yığma – Mal, davarın çöldən gələnə vaxtı evin bar-bacasının qırağına hərə bir daş doyar, səhər tezdən gedib baxarlar. Hər kəsin daşının altında qurd-quş yığışıb, onda sevinər ki, varlı-devlətli olacaq. Birinin də daşının altı boş olsa, o, bekeflər ki, mən kasıb olacağam.

Söyüd ağacından istək– Söyüd ağacın qucaqlayıb Al­lahdan bir şey istərlər.

Qulaq busmaq (Qulaq asma)– Bir kəs ürəyində bir söz tutub, örnək, niyyət edər ki, filan xanımın uşağı olacaq, yoxsa yox. Gedib evin birində danışıqlarına qulaq verir, ilk eşitdiyi söz uşağa görə olsa sevinər ki, niyyəti qəbul olub.



Su qırağına yumurta düzmək –Gecə hərə bir çiy yumurta götürüb axar suyun qırağına gedərlər. Yumurtaları dik-dikinə suyun qırağıyla basdırarlar. Yanlarına da zəy, kö­mür, qırmızı cöhər qoyarlar. O başdan gedib baxarlar, birinin yumurtasına görsənə ki, qırmızı ləkə, birininkinə ağ ləkə, bi­rininkinə də qara ləkə düşüb. Ağ ləkə kiminkinə düşsə, bəx­ti ağ olar, qırmızı olarsa, qırmızı günə çıxar, hər kəsin də yu­mur­tasına qara ləkə düşsə, o bekeflər ki, baxtı qara olacaq.

Axır çərşənbə tonqal qalanıb çevrəsində şənlik edəndən sonra evlərə çəkilərlər, evlərdə yar-yoldaş, tay-tuş bir yerdə deyib-gülüb, oynayarlar. Qa­baqcalar aşıq gətirərmişlər. O baş­dan kənd əhli durub, yumurta qoyan yumurtasına baş çəkər, əncir buran əncirinə. Carcavanlar da axar suya sarı yö­nələrlər, axı bu gün su təzələnib. Çaylarda axan su dənizlərdə dalğalanan su təzə sudu. Qızlar suyun üstündən atılıb “ağır­lığım, uğurluğum tökül, qal burda”, “atıl-batıl çərşənbə, bax­tım açıl çərşənbə” – deyə suyun üstündən atılarlar.

Qabaqcalar Araz çayının yanında olduqlarına çoxları ge­dib Arazadan keçərdilər. Oğlanlar suyun üstündən atılandan sonra düşüb suda çimərlər. Qadınlar göy– göyərti dərib suya verərlər. Bulaqların təzə suyunda yuyunanlar. Gələndə də öz­lərilə təzə su, bulağın da xırda daşından gətirərlər. Daşlardan nəhrəyə salarlar ki, bərəkətli olsun, suyu da evin dörd buca­ğına səpərlər ki, təzə sudan evə xeyir, bərəkər dolsun. Sonra evin qabağında tonqal qalayarlar.

Ev qurumlamaq – İl başına kimi ocaq yanan evdə odun hisindən evin dirəklərində, bur-bucağında qurum bağlanar, xanımlar süpürgənin dəstəsinə ağac bağlayıb, evin qurumların təmizlərlər. Evi təmizləyəndən sonra buğda qavırıb, evin dörd bucağına səpərlər ki, ev bərəkətli olsun.

Kişilər çərşənbə günü dağda, bayırda gəzişərlər. Qızlar da ağaclara kuf bağlayıb oynayarlar. Beləliklə, bayram özü çatar, il dəyişər, yeni il başlanar. Hamı təzə paltar geyinib, evində böyük bir süfrə açıb üstünə meyvə, şirni yığar. Kəndin kişiləri kəndin meydanına yığışıb o ili kənddə qara bayramlı olsa, yanı yaslı aylə olsa, onlara gedib bir fatihə verərlər. Olmasa, kəndin ağsaqqallarının evindən başlayıb bir-bir evlərə gedib, qapıdan girib “bayram çərşənbəniz mübarək ol­sun, neçə-neçə belə bayramlar görəsiz” – deyə oturub meyvə­dən, şirnidən yeyib durarlar. Bir-bir evləri gəzib qurtararlar. Kişilərdən sonra xanımlar dəstə-dəstə gedib evlərdə bayramı təbriklərlər. Xanımlar hərəsi əllərində bir lənbəkinin içinə iki şirni qoyub evlərə gedərlər. Hansı evə getsələr, şirniləri o evdə qoyub yerinə ayrı şirni o evdən götürəllər. Beləliklə, ev­dən-evə şirni apararlar.




BAYRAM OYUNLARI:
Bəy – gizir oyunu

Car-cavan bir yerə yığışıb və aralarından bir bəy seçər­lər. Bəyin qabağına bir at kəlləsi sümüyün, bir qamış qoyar­lar. Bəy də özünə bir gizir seçər, neçə nəfər də məmur verəllər.

Bəy buyruq verməyə başlar. Birin tutub gətirərlər bəyin yanına. Bəy göylündən keçəni ondan istər, ya da deyər bir toyuq, ya cücə ver. Ya da gizirə apar ona bir-iki yumuruq, ya təpik vur , burax.
Yumurta döyüşdürmək

Hər kəs bir neçə boyalı yumurta götürüb bir yerə yığı­şarlar.

– Hə, kim mənnən yumurta döyüşdürür?

Görsə, özününkü onunkundan bərkdi deyər:

– Mən.

– Gətir vurax.



– Sən tutursan, mən vurum, yoxsa mən tutum, sən vur?

– Tut vurum.

Yumurtanı biri tutar, o brisi üç tərəfdən bir-birinə vurar, hankısının yumurtası sınsa, o birisi ondan yumurtanı alar.

Bayram günləri başdan uppulma, yumurta basdırmaq, “əl məndə” kimi oyunlar da oynarlar. Yemək götü­rüb o günü çöldə keçirərlər. Beləliklə, hamı arzuların saxlar gələn bayarama.


Təkə oynatma

Təkə kecinin erkəyinə deyilir. Kecinin soyuğa hec dözü­mü olmaz, tez üşüyər, amma hava yaxşı olanda və kefi saz olanda oynarlar və bu xasiyyətinə görə oynatmağa təkəni se­çər­lər. Ağacdan təkənin bədənini yonub ağız və göz yerini çə­kirdik, sonra ona qıc düzəldib qoşurduq. Qazan ağızlığı kimi bir tağalağ düzəldirik və onu dəlib içindən bir ağac keçirib təkənin qarnının altına bərkidirik. Sonra əlvan parçalarla onu bə­zədib qotaz tikirdik. O üz-bu üzünə də aynalar vururduq. Təkəni oynadanda tağalağı əlimizdə tutub və bir əlimizlə tə­kənin qarnınına altına qoşulmuş ağacı tağalağın altından tuta­raq aşağı-yuxarı, o yan-bu yana apararaq oynadırdıq.

Ara-sıra kəndlərdə bayram ayında təkəçilər düzəltdikləri təkəni götürür, qapı-qapı gəzərək şeyir və “novruzdama” oxu­ya-oxuya evlərdə bayram payı alırdılar. Bu işi yox­sul­luqdan deyil, dəb olaraq əyləncə və şənlik üçün görürdülər. Bayram ayında başlanır və cərşənbə axşamı qurtarardı.

Təkədə oxunan nəğmələr:

Təkəm-təkəm atdama, Təkəm getdi cannığa,

Qol– qıcıvu qatdama. Üz qoydu yamannığa.

Sabahkı bayram gəlir, Öldürdülər təkəmi,

Gedib cöldə otlama. Atdılar samannığa.


Təkəm-təkəm üş təkəm, Ay təkəmin kəndi var,

Bizim bağa düş təkəm. Kəndi var, kəməndi var.

Gəəzəgən arvatdarın Hər qapıda oynasa,

Sırğasına....... təkəm. Bir nəlbəki qəndi var.


Ay mənim ala təkəm, Hürəndi, ay hürəndi,

Başıma bəla təkəm. Yük dibinə sürəndi.

Binamaz arvaddarın Allah oğlu saxlasın,

Sırfasın yala təkəm. Təkəmi yola sal indi.


Mənim təkəm cannudu, Təkəm gedib Mərəndə,

Qolları mərcannudu. Tamaşadı gələndə.

Təkəmə əl vurmayın, Kül təkəmin başına,

Təkəm iki cannudu. Qəynənəsi öləndə.



TOY ADƏTLƏRİ
Yekəndə qızlar çox kiçik çağlarında (10-9 yaşlarında) ərə verilir. Yarı zarafat, yarı ciddi məsəl var. Deyərlər ki, “Qı­zı börk ilə vur, yıxılmasa ərə vermək vacibdir.” Zarafat bir ya­na, kiçik qız alındıqda anasına, kinayə üçün evin bir buca­ğında gəlin üçün nənni asmağı da xahiş etmişdir.

Qızın dilindən bu barədə yaşıdı olan oğlana xitab bu məsəl də var ki, deyərlər: “Yaşıdım oğlan! Dayan qoy ərə ge­dim. Qızım olsun, ərə verim sənə”.

Oğlanları isə 17-18 yaşlarında evləndirərlər. Bir məsəl vardır deyərlər ki, “ tez evlənən ilə tez ayrılan peşman olmaz”.

Elçi getmək və qız nişanlamaq. Yekəndə oğlanlar qız­ları heç vaxt görə bilməzlər. Amma, olsun ki, börklərini şeşə qoyan və düş çəkib, boyun tutub, ayaqlarının qabağından sa­vayı heç yerə baxmayan cahil qızları çadra altından, ya qapı carından görmüş olarlar.

Oğlan böyüyən zaman anası, bacısı axtarıb bir qızı nə­zərdə tutub məclislərdə söz atmaq, ya sifariş ilə qız anasının nəzərini yoxlarlar. Əgər meyilli olsalar, bir gün necə arvad yığışıb elçilik gedərlər. Mətləbi açdıqda qız evi məmulən razılıq, nişan verərsə şirin gətirib yeyilər. Amma əgər qəbul olunmasa, qız adamı çay və şirin gətirməməklə muafiq olma­maqlarını bildirərlər.



Kəsi– biçi – Bu yığıncaq qız evində təşkil tapar. Qız ni­şanlandıqdan sonra oğlan adamları qız evinə gedərlər və ora­da başlıq və kəbin barədə söhbət olunub və çənə vurub, mua­fiqət olarlar. Nə qədər qənd və çay qız evinə verilməli olduğu təyin olar. Bu barədə qızın və oğlanın ataları danışarlar. Bəl­kə, onla­rın yaxın qohumları başlıq, kəbin və sairə üstə çənə vurarlar. “Kəsi-biçi” qurtarandan sonra “Allah mübarək eləsin”– deyə aparılan qənd kəlləsini sındırarlar. Bu qəndin kəlləsi üstə qa­pan-qapış düşər. Cavan kişilər çalışarlar ki, onu ələ gətirsinlər. Çünki, hər kim onu ələ gətirsə, ona pay veriləçəkdir.

Toy günlərində müxtəlif adlar və münasibətlərlə veril­məli olan pay isə məmulən Yekənin çox məşhur və gözəl rəng­li yun­dan toxunmuş “qayığı corab”, bəzən də sadə yun corab olar.

Sonra, qəndi doğrayıb elə o məclisdə hamıya şirin çay verilir. Toydan qabaq keçirilən bu növ mərasimlər məmulən pəncşənbə gününə salarlar.

Şal salma (pay aparmaq) – Bir neçə gün ondan sonra oğlan evindən qız evinə pərgar (xonça)lar düzəldib, şal və ya pay aparırlar. Bu pərgarların vəsayilini hazırlamaqda oğlanın yaxın qohumları da iştirak edərlər. Bu xonçaların sayı məmulən qız evinin böyük ailə üzvləri və yaxın qohumlarının sayıca olar. Hər birinə bir pərgar apararlar. Bu mərasimdə fəqət arvadlar olar və kişilər iştirak etməzlər. Bu pərgarlar bir məjminidən (məcmeyə) ibarət olur ki, onun içində corab və sairə münasib şeyləri qoyarlar və üstünə örtük salınar. Gəlinə isə şal çadralıq, parça və örpək qoyarlar. Bu mərasimdə oğlan adamları tərəfindən qız üçün pul yığarlar. Hamıdan çox pul verənlər qız evi tərəfindən yadda saxlanılar və “şal yeri” aparanda və toy günü bəyə pay göndəriləndə onlara ayrıca və xüsusən xonca bəzənib yollanılar.

Beləliklə, qız rəsmən nişanlanar. Lakin toy bir-iki il onnan sonraya qalar, nəticədə qız bir iki yaş böyüyər. Həm oğlan toyu pulunu düzəltmək üçün qürbətə yollanılar. Şal aparan arvadların bir ədəsi o gün şama qalarlar. Bu qalan qonaqlar elə həmən məclisdə oğlan evi tərəfindən təyin olar. Əlbəttə bu şama qalanların sayı deyilmiş saydan artıq olar. Qız evi də bunu yadda saxlar və şal yeri aparanda, ya toyun dördüncü günü oğlan evinə qonaq getdikdə, onlar da təlafi edərək dedikləri saydan çox adam apararlar. Əlbəttə, o zaman da oğlan evi bu işi nəzərə alaraq saydan artıq hazırlıq görər.



Şal yeri aparmaq – Şal yeri, şal salmaya cavab olaraq qız evi tərəfindən oğlan evinə apararlar. Hər birinə ayrıca kürəkən və kürəkənin yaxın qohumları və şal salmada çox pul verənlər üçün hər birinə ayrıca pərgar düzəldib apararlar. Bu şal yeri aparan arvadlar nahara qalarlar. Bu pərgarlarda da dediyimiz kimi, corabdan əlavə hər kəsin özünə münasib şey­lər qoyular. Köynəklik, pul kisəsi, saat qabı, tərlik. Bu pərgar­lar kişilər vasitəsi ilə oğlan evinədək aparılar. Pərgarları apa­ranlara da həmişə pay verərlər.

Parça piçmək (kəsmək) – Bu mərasimdə qız üçün aparılan fürsətdə olmasa çadralığı bicər və ağızlarını şirin edər­lər. Qərəz ki, qeyçi gərək araya gəlsin.

Qız nişanlanandan sonra ilin müəyyən günlərində oğlan evindən qız evinə “pay” aparmalıdırlar. Əlbəttə ər evinə ge­dən­dən sonra bu paylar həmən günlərdə qız evindən kürəkən evinə göndərilməlidir. Bu payların məruf olanları və zaman­ları belədir:



On baçı payı – Bu pay orucluq ayının beşində gön­dərilər. Qədimdə bu pay “ aş” olardı. Çünki bu gün iftara hər evdə aş bişirilir. Buna on beş aşı deyilir. Lakin indilikdə mə­mulən küftə və qayqanaq bişirilib göndərillər.

Qurban payı – Qurban bayramı günü aparılan bu pay keçmişdə bozbaş olardı. Amma indi ət yollanılır.

Çillə payı – Bu pay böyük çillənin axşamı göndərilər. Ümumiyyətdə qarpız olar. Qovun və sairə şeylər də qoyular. Çillə axşamı qarpız yemək İranın hər yerində qədim rəsm olaraq icarə olunar.

Bayram payı – Novruz bayramında göndərilən bu pay hamı paylardan ağır və müfəssəl olar. Paltar və parça hətmən qoyarlar. “Yeddi ləvin” və sairə yemişlər və şirin və sairələr də olar. Xüsusən Yekənin məşhur olan kuməcləri bu payda olar və kəllə qənd rəngli yumurta və corab kimi şeylər də qoyarlar.

TOY QAYDALARI
Yekəndə toy payızın axırları, qış fəslində başlanar və toylar dalbadal tutular. Beləliklə, toyları bu aylardan qabaq, ya dalı tutulmalıdır. Payız, qış fəsli də bunun üçündür ki, yazda, yayda hamı qürbətdə, ya əkində, xülasə iş dalısıncadır. Kənddə kimsə yoxdur. Dediyimiz kimi, toy fəsli olanda kənddə hər gün toy olar. Lakin iki toy bir zamanda tutulmaz. Çünki beləliklə adamlar bölünüb toy şənliyindən düşər. Odur ki, toy sahibləri bir-birləri ilə qabaqcadan danışıb qərarlaşarlar.

Qız nişanlandıqdan sonra qız evi toya hazırlanmağa baş­layır. Bu cehizlərin içində çoxlu əl işləri də hazırlanmalı olar. Bu əl işlərindən: corablar, həmçinin sadə və ağ yun corablar, tərlik, saat qabı, möhür qabı, canamaz, pul kisəsi, bəy köynəyi və sairə səliqə ilə, rəngli sap, pilək, güləbatun, narın muncuq və sairə şeylərdən istifadə olaraq bəzənib, düzəlib dəyəirli bir töhfəyə təbdil olarlar.

Oğlan evi də toy tədarükünün fikrinə düşər. O cümlə­dən, yazdan bir ərkək qoyun becərməyə başlarlar. Payızda bu pərvari və heykəlli öyəclər elə kökələr özlərini və quyruq­larını çəkib yeridə bilməzlər. Necə küpə peyniri hazırlanıb yerdə qoyarlar.

Toya bir neçə gün qalmış da toy əppəgi bişirilib bir-biri üstə qoyarlar. Həmcinin toya neçə gün qalandan tayfada olan tasınlar (mis kasa) yığılır. Kömür, odun, ləpə, duz və sairə hazırlanır. Kəllə qənd doğranır. Böyük xeyir-şər samavarı və böyük çayniklər və böyük manqal və bir neçə kicik samavar, məcmeyi və sairə lazım olan şeylər yığılıb hazırlanır. Toydan bir iki gün qabaq çağrılanların adları hazırlanıb yazılar və kəndin dəlləyinə dəvətnamələr verilər. O da evbəev gəzib ya harada görsə, onlara əblağ edər və adlara xətt çəkər. Yekəndə dəlləyin baş və üz qırxmaq, kəlbətin ilə diş çəkmək, neştər vur­maq, uşaq kəsmək və çoxlu ayrı vəzifələrindən savayı, adam­ları xeyrə -şərə şağırmaq onun vəzifəsi sayılar.

Xeyir-şər aşpazı kənddə iki nəfərdən artıq deyil, hər məclisdə olanlar cağrılarlar.

Bu məclislərdə xeyir olar, ya şər təkcə bir cür xörək bi­şirilir. O da bundan ibarətdir ki, pərvəri (qoç) ətini doğrayıb bö­yük qazanlarda ləpə ilə bişirərlər. Qalibən ləpə ayrıca yağ və duz ilə bişirilib sonra çörəyə qatılar. Yekəndə plov, xüsu­sən böyük qonaqlıqlarda bişirilməz.

Bir əndazədə ət, ləpə və bozbaş verilə və hamıya yetişə və əskik gəlmiyə...

Yekənin toyları dörd gün çəkər. Üş günü demək olar ki, kişilər üçün və dördüncü gün isə arvadlar üçündür. Bu günlərin hər üçündə səhər nahar və axşam toy evində çörək verilər. Duv­ax günü də arvadlara nahar verirlər. Hər gün nahardan qabaq və sonra o şamdan sonra aşıq dastan deyib, saz şalıb oxuyar.



Toy mərasimi– Toy mərasimi Yekəndə dediyimiz kimi, dörd gün çəkər. Hər günün isə adı var. Dəm günü, xına günü, gəlin çıxma, duvax qapma.

Dəm günü – Bu gün toyun əvvəl günüdür. Bu günün rəsmlərindən biri gəlinə pay aparmaqdır.

Bu gün qəlyanalrı və nahara fəqət “evlad” adamı və tayfanın cavanları ki, toyda xidmət etməlidirlər xidmətkeşlər dəvət olunarlar. Bu məclisdə xidmətkeş cavanların vəzifələri bir-bir təyin olunar: kimlər çayı verməli, kimlər samovar başında durmalı, əl suyu verməli, kimlər çörək və içməli su verməkdə kömək etməlidirlər.

Bu gün səhərdən böyük qazanlar asılıb, altı yandırılıb və neçə samovar eşikdə paqqa-paq qaynayır və axşama tədarük görərlər.

Yekəndə hər həyətdə məmulən bir yekə xeyir-şər damı var. Bu dam indi döşənib. Aşağı başında böyük samovar qoyulub. Içi od ilə dolu böyük manqal və odun ətrafında böyük çaynik qoyulub. Qənd və çay kisələri hazırdadır.

Bu gün axşamdan toya çağrılanlar şam və nahar sərf etməyə gələcəklər. Onlar sabahdan üç vədə ehtimalən birisi gün nahara orada yeməlidirlər. Bu gün ikindi cağından aşıq məclisi tutmağa başlıyar. Axşam şamdan sonra da məmulən bir ayrı dastan başlıyar və biri günlərdə hər iki dastanın qala­nını öz vaxtlarında deyər. Bu günlərdən gəlin evinə göndə­rilən paylar xonçalarda aparılarkən aşıq da adamların qaba­ğınca çala-çala gedər. Bəzən aşığın qabağınca dəstmal əlində gedə-gedə oynayanları olar.

Yekəndə aşıq yoxdur. Xoydan, Mərəndən, ya başqa yer­lərdən gətirilir. Bu aşıq kəndin toyları qurtaranacan məmu­lən kənddə qalar.

Xoyun məşhur aşıqlarından Aşıq Aslan, Həbib və Mə­rəndli aşıq Mammet, sonralar aşıq Həsən hələ də çox təhsin ilə xatırlanarlar.

Aşıq bu gecə dastanı başlar, toy qurtaranacan ona ədamə verərlər.

Çay paylayan xidmətkeşlər hər gələnə əvvəl dəfə iki çay verər, sonralar da çay başa çatdıqda ( məclisin hamısı çayların içəndən sonra) dübarədən yuxarıdan başlıyaraq “tək” çayı verə-verə aşağı gələrlər. Xörək və çaya yuxarı başdan başla­nar, təkcə aşıq söhbətə başlayanda çay paylamaq dayandırılar.

Çaylar balaca məxsus bərnəc, ya vərşu sinilərdə (ziraltı) paylanar. İki çay verilmə zamanı çay içiləndən sonra xidmət­keş ziraltını qoyub istəkanı aparar, ikinci çayı içiləndən sonra isə ziraltını da stəkan ilə bərabər aparar. Xidmətkeş çox muəz­zəb olmalıdır ki, hər təzə gələnə furan çayı verib, stə­kan­lar boşalan zaman tez yığışdırsınlar.

Bu xidmətkeşlər hər yerdə içəridə, eşikdə ayaqüstə ədəblə qulluqdda hazırdılar. Çay istəyənə çay, su istəyənə su tezlik ilə verərlər. Samovar boşaldıqca tez-tez eşikdə qayna­maqda olan samovarlar gətirib içəridəki böyük samovarın başına tökülər.

Məclisdə oturmağın da rəsmi vardır. Əvvəlcə, duvar diblə­ri dolar sonra ortadan ikibəiki dal-dala çevirib ayrı yuxarı başdan bir cüt ayrı süfrə düzəlir. Yuxarı başdan bir az açıq qoyarlar ki, bu nal şəkil tapmış fəzada çay paylayanlar və aşıq dolana bilsin və çörək veriləndə də süfrə açmaq olsun. Toya gələnlər öz münasib yerlərini tapıb oturmalıdırlar. Cavanlar və ictimai cə­hətdən qəbul olunmayan şəxslər yuxarı başa keçməlidirlər. De­yər­lər ki: “Adam gərək məclisdə öz yerini tanısın”. Yaxud məc­lisdə gərək elə yerdə oturasan, bö­yük, ya möhtərəm adamlar gəldikdə aşağı çəkilib ona özün­dən yuxarıda yer verməklə aşağı gedə-gedə özlərinə münasib yerdə qərar tutacaqdılar.

Çörək veriləndə hər iki nəfərə bir tas (mis kasa) qoyu­lar. Bu tasda ət, şəhlə, ləpə və bozbaş vardır. İki nəfər çörək şə­rikləri yanbayan olmalıdırlar. Bu iki nəfər əvvəlcə şörək doğ­rayıb kasanın bir tərəfindən daxil edərlər. Beləliklə, ət və dən, duz kasanın bir tərəfinə yığışar, onda ətləri çıxardıb çö­rək üstünə qoyarlar. Lakin ləpə tilit içində qalar və bu da tiliti çox xoşməzə edər.

Xörək yeməyin də özünün qaydası vardır. Hər kəs nim­cəni öz qabağından götürməlidir. Qaşıq olmadığına görə bir tikə çörək ilə iki barmağı qatlayıb üç barmaq ilə tiliti kasadan götürməlidir. Az kasanın qırağına dayayıb saxlasan daha ətin suyu barmaqlardan aşağı süzməz. Bu işi bacarma­yanlar üçün asan olmasa da, başaranlar onu çox zərifliklə əncam verərlər.

Bəziləri şəhlə yeməzlər, bu zaman biri yoldaşı şəhlə yeyən olsa bəzən əti yoldaşı ilə yeyib sonra da şəhləni tək yeyər. Bu çörəki yağlı olduğuna görə soğansız yemək olmaz. Amma bu ləpə ilə qarışıq tiliti və pərvəri, öyəc ətini Yekənin məşhur olan kövrək və ağ əppəgi və soğan ilə yeyən onun ləzzətindən doya bilməz.

Çörək verilməmişdən qabaq məxsus mis aftafa– ləgən ilə əl suyu verilər. Xidmətkeş cavanlar məclisin baş tərəfin­dən başlayaraq qonaqların əllərinə tökərlər. Xidmətkeşlərin çiyinlə­rin­də məmulən dəsmal da olar. Əllərini yuyanlar istəsələr əl­lərini qurulada bilərlər. Cörəkdən qabaq verilən su isti olmaz, amma çörəkdən sonra verilən su isti olmalıdır. Xidmətkeşin vəzifəsidir ki, suyun çox dağ olmamasını qabaqcadan yəqin et­sin. Suyu tökmək üçün gərək bir– bir qonaqların qabağında bir dizini yerə qoyub dabanını özünə dayaq edib otusun.

Əl yumağın rəsmi vardır. Bəllidir ki, bu su əlləri yumaq üçün deyil, çünki belə olsa hər nəfərə bir aftafa su lazım olar və hər nəfərdən sonra da ləyən boşalmalı olar. Onlar fəqət sağ əlinin barmaqlarının ucunu müxtəsər yumalıdırlar. Bəziləri cörəkdən sonra barmağını duza batırıb dişlərinə çəkərlər. Bə­ziləri də çörəkdən sonra əllərini yuyanda bir az su da ovuc­larında ağızlarına alıb dolandırarlar. Bu su udulmalıdır, yoxsa ləyənə qaytarılsa biədəblik sayılar.

Şamdan sonra hər nəfərə iki çayı da dübarə verilər. Bu zaman aşıq məclisin bir tərəfində oturduğu halda özünü hazır­lamağa başlar. Sazını quraraq hərdən bir dınqıldadar. Məclis əhalisi isə şirin bir intizara dalar. Aşıq sazını qurandan sonra oturduğu yerdə asta və araməş baxışlayan səs və məx­susi ahəng ilə bir ustadnamə ya nəsihətnamə oxumağa baş­layar. Məsələn:

Dəli könül məndən sənə əmanət,

Məhşər günü qohum-qardaş tapılmaz.

Demə bu dünyada qalım yaxşıdı,

Demə ölsəm var, elim yaxşıdı.


Bir yerə gedəndə özünü öymə,

Əgər gücün vardı fağırı döymə,

Şeytana bac verib, kimsəni söymə

Demə qüvvətim var, qolum yaxşıdı.


Qocaqdan olmusan, sən də qoçaq ol,

Aşıq qabağı ol, göylü alçaq ol.

Qadadan, bəlada, gen gəz qaçaq ol,

Demə pulum vardı, malım yaxşıdı.


Xəstə Qasım kimə qılsın dadını,

Yaxşı igid yaman etməz adını.

Canı çıxsın özü çəksin odunu

Yaman ad etməkdən ölüm yaxşıdı.

Bu zaman məclis hesabı qızışıb və səbirsizliklə aşığın söh­bətinin intizarını çəkərlər. Aşıq ayağa qalxır və dastanı başlayır: “Əndəlib Mirzə Qulam Kəmtər”, “Əsli Kərəm”, “Koroğlu”, “Şah İsmayıl”, “Şah Abbas”, “Seyid Əmrə”, “Aşıq Qərib ilə Şahşənəm”, “Bəhram ilə Gülxəndan” və sairə kiminlər.

Dediyimiz kimi, o dastan o gün qurtarmaz. Amma aşıq öz şirinkarlığı və lətifələri ilə hamını razı salar. Axırda yorulanda isə oturub bir çaya qənd atıb içər. Bu zaman tayfa cavanlarından səsi yaxşı olanlardan dəvət olunar ki, gəlib aşığın yanında oturub bir ağız oxusun. Bu cavanlar da bir az naz eyləyib “soyuq dəyib səsim gəlmir və qeyri kimi bəha­nələrdən sonra” gəlib aşığın yanında oturub əlini qulağına qoyub gözlərini yumaraq aşığın sazı ilə aşıq mahnılarından bir neçə bənd oxuyar.

Gah da məclis əhli aşıqdan bir Qarabağ (şikəstəsi) maya qoymağı xahiş edərlər. Aşıq da məclisi bir “Qarabağ şikəs­təsi”nə qonaq elər. Guşə, kənardan isə əhsaslı adamlar “ay anam qurban sənə, nənəm qurban aşıq” -deyərək göz yaşlarını mıncıq kimi özlərinə axıdarlar. Yekənlilərdə İranın hər yeri kimi qəmgin havaları çox sevərlər. Məclisdə olanların gözləri yaşarsa oxunan havadan ləzzət çəkdiklərini düşünmək olar.

Aşıq qurtarandan sonra uşaqlar və bəzi böyüklər cıxıb gedərlər.

Toyda hec zaddan müzayiqə olmaz. Çünki qonaqların hər cəhətdən razı qalmaları toy sahibi üçün çox əhəmiyyət­li­dir. Hər adama tiryək çəkmək yaraşmaz. Bəzilərinin boynunu da vursan hoqqanın “qimşəsinə” dodaq vurmağa hazır olmaz. Tiryək çəkənlər dediyimiz kimi, kəndin ziyalıları və düşüncəli və məclis adamları sayılarlar. Sonra qumar dəstələri arabaara təşkil tapar. Burada da həmən ziyalı sayılanlar, varaq ilə bang oyunu oynarlar. Bunların özlərinin çox da səngin və maraqlı ədaları vardır. Həmişə bir əda bunların yanları və başları üstündə olarlar. O biri dəstələr də “divsit odin” (rusca iyirmi bir) və “aşığı qibtə”, ya çox cavanlar və dədədən qorxanlar isə məxsusi pulla “aşıq” oyunlarına məşğul olarlar.

Gecə keçdikcə cavanlar və təfrih üçün qumar oyna­yan­lar yavaş-yavaş durub gedirlər. Bəziləri də evin bir tərəfində bicilib yatarlar. Amma rəsmi qumarbazlar səhər açılanadək oynar və qəlyanaltı süfrəsi döşənmək zamanı durub qəlyanaltı eyləyib yatmaq üçün evlərinə gedərlər. Bunu da deməliyik ki, bu fəsildə heç kəsin işi olmaz və hamının bekar vaxtıdır. Beləliklə, bu toy məclisləri böyük qənimət sayarlar.

Qonaqlardan layiqincə pəziralıq olar. Hətta gecə səhə­rəcən ayıq qalan qumarbazlara da səhərətəkin acana, peynir çörək dürməgi, ya sinidə peynir çörək, şirin çay gətirilir, su istəyənə su verilir, çay istəyənə çay verilir. Heç zaddan mə­zayiqə olmazlar.

Xına günü (gecəsi) – Bu gün toyun ikinci günüdür. Sə­hər tezdən böyük damda iki rədif süfrə döşənib Yekənin ağ və ləzzətli əppəkləri süfrəyə salınıb, zir dolusu küpə peyniri cö­rəklər arasında qoyulub, samovarlar eşikdə paqqapaq qayna­maqdadır. Toya çağırılanlar hər vaxt yuxudan dursalar bir baş öz evlərindən toy evinə gəlib qəlyanaltı edərlər.

Hər gələnə bir qənd salınmış çay və sonra da iki dişləmə acı çay verilər. Iri qənd parçasının stəkanda mənzərəsi hər görəni iştahaya gətirər. Bir tərəfdən də şirin çay ilə yekə əppəyi və küpə peynirini yeməklə doymaq olmaz.

Xidmətkeşlərin bir başda çörək tökər və boşalmış zirləri (nəlbəki) peynir ilə doldurarlar.

Nəştovluq sovuşandan sonra süfrələr yığılar. Ancaq ge­nə də dalıya qalan olmuş olsa, məcməyidə peynir çörək gəti­rilir qabağına qoyular.

Sonra aşıq gəlib genə də oxuyar. Bu zaman toya cağrı­lan və çağrılmayan xüsusən uşaqlar və toy adamları aşığın söhbətinə qulaq asmağa fürsət taparlar. Naharçağı getməlilər gedər və qonaqlar nahara oturarlar. Nahardan sonra aşığ hə­mən təşrifat ilə durub saz çalıb söz tutar. Gündüz deyilən das­tan məmulən gecəki ilə fərqli olar.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə