Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
54
ilə qədər iki fond bazarı (rəsmi və qeyri-rəsmi) mövcud olmuşdur.
1961-ci ildə qeyri-rəsmi bazar ləğv edilmiş və növbəti il isə bütün
ölkə birjaları üçün qiymətli kağızların alqı-satqısı üzrə vahid bazar
yaradılmışdır. Nəticədə, Paris birjasının rolu daha da artmış, o
1961-ci ildə yaradılmış Beynəlxalq Fond Birjaları Federasiyasına
üzv seçilmişdir. Birjanın fəaliyyəti uzun müddət dövlət müdaxiləsi
kimi səbəblərlə kölgədə qalsada, lakin 1986-1997-ci illər özəlləş-
dirmə tədbirləri nəticəsində o iqtisadiyyatının tənzimlənməsində
daha fəal rol oynamağa başlamışdır.
Fəaliyyət xüsusiyyətindən asılı olmayaraq, əslində Paris fond
birjası XVIII əsrdən fəaliyyət göstərir. Real olaraq birja 1789-cu
ildən etibarən fəaliyyətə başlamış, 1801-ci il qanununa əsasən birja
dövlət tərəfindən seçilən və təsdiq edilən şəxslərdən - brokerlərdən
ibarət təşkilata çevrilmişdir. 1967-ci ildə Fransada fond birjalarının
yaradılması və ləğvi qaydaları təsdiq edilmişdir. Paris fond birja-
sında bir qayda olaraq qiymətli kağızların alqı-satqısı üzrə sövdə-
ləşmə  əməliyyatları aparılır. Birjaya qiymətli kağızların buraxılışı
ilə bağlı qərar Brokerlər Korparasiyası, xarici qiymətli kağızlar
üçün isə Fransa hökumətinin səlahiyyətli orqanı tərəfindən verlir.
Paris Fond Birjası üç əsas tərkib strukturdan ibarət olaraq
fəaliyyət göstərir: rəsmi (“parket”), qeyri-rəsmi (“kulisa”) və azad
bazar. Rəsmi bazarda razılaşmaları brokerlər aparır və sənədləşdi-
rirlər [55, 78]. Bu məqsədlə onlar müəyyən miqdarda girov təqdim
edirlər. Qeyri-rəsmi bazar (“kulisa”) bankirlər birliyi kimi
fəaliyyət göstərir, daha çox bank bazarı adlanır. “Kulisa”nın
üzvləri qiymətli kağızların alqı-satqısını nağd pulla həyata keçirən
müxtəlif banklardır. Azad bazarın əsasını rəsmi və qeyri-rəsmi ba-
zarlara buraxılmayan qiymətli kağızlar təşkil edir. Bu bazarda istə-
nilən fiziki və hüquqi şəxslər iştirak edib, sövdələşmələr apara
bilərlər. “Kulisa” və azad bazarlar pul kapitalının mobilizasiyası
prosesinə gözlənilən səviyyədə xidmət etmədiyi üçün bu bazarda
aparılan sövdələşmə və əməliyyatlar daha çox möhtəkirlik xarakte-
rinə malik olur. Son illərdə ümumilikdə Paris birjasında mindən


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
55
artıq fransız və xarici firma və  şirkətlərin qiymətli kağızları döv-
riyyədə olmuşdur.
Fransada bütün fond birjaları dövlət müəssisələridir. Fond birja-
larında satılan qiymətli kağızlar içərisində  əsas yeri istiqrazlar və
səhmlər tutur. Fransada fond bazarının tənzimlənməsi İqtisadiyyat
və Maliyyə Nazirliyinə hesabat verən bir neçə struktur bölmə
tərəfindən həyata keçirilir. Bazarda əsas tənzimləyici orqan birja
əməliyyatları üzrə Komisiyadır. Onun əsas funksiyaları investorların
hüquqlarının qorunması, emitentlər tərəfindən informasiyaların
açıqlanmasında standartlara riayət edilməsinə nəzarətin təşkili, in-
vestisiya şirkətlərinə lisenziyaların verilməsi, insayder ticarətinə nə-
zarətin həyata keçirilməsi, investorlardan daxil olan şikayətlərin
araşdırılması ilə bağlıdır. Komissiyaya 9 nəfərdən ibarət idarə heyəti
rəhbərlik edir. İdarə heyyətinin tərkibi Milli Assambleyanın, Se-
natın, Iqtisadi və Sosial Şuranın, Fransa Bankının və özünü tənzim-
ləmə təşkilatlarının nümayəndələrindən ibarət olaraq təşkil edilir.
Bazarı tənzimləyən digər qurum özünü tənzimləmə təşkilatı
olan Maliyyə bazarı üzrə Şuradır. Şura qiymətli kağızlara və birja
şirkətlərinin fəaliyyərtinə nəzarəti həyata keçirir. Bununla yanaşı
şura normativ sənədlərin və fond bazarını tənzimləyən qaydaların
hazırlanması ilə də məşğul olur. Şura Iqtisadiyyat və Maliyyə Na-
zirliyi tərəfindən təyin edilən - 16 üzvdən ibarətdir. Bazarın tən-
zimlənməsində fəal iştirak edən digər bir təşkilat - Fransa birjaları
cəmiyyəti olan Parij birjasıdır. Və o bazarda gün ərzində həyata
keçirilən əməliyyatlara məsul, ixtisaslaşmış bir maliyyə təşkilatı
kimi fəaliyyət göstərir.
Fransada birjaların fəaliyyəti ciddi şəkildə tənzimlənir və ölkə
üzrə qiymətli kağızların vahid bazarının formalaşmasında bu
qurumların rolunun yüksəldilməsinə doğru tədbirlər həyata keçiri-
lir. Bu baxımdan Fransa birjalarında müxtəlif xarakterli islahatlar
aparılmaqdadır. Birja islahatlarının əsas məqsədi -qiymətli kağızlar
bazarında, birjalarda dövlətin iqtisadi proqramları çərçivəsində
aparılan maliyyə və pul-kredit siyasətinin təmin edilməsi, qiymətli


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
56
kağızlar bazarında çevik və səmərəli dövlət nəzarətinin güc-
ləndirməsidir.
2.4.
A
lmaniya
Almaniya fond birja sistemi Frankfurt-Mayn, Düseldorf, Ham-
burq, Münhen, Ştutqart, Bremen və
Hannoverdə fəaliyyət göstərən sək-
kiz birjanı bərləşdirir. Birja əməliy-
yatlarında aparıcı yer Frankfurt bir-
jasına (Frankfurter Wertpapierbör-
se, FWB) məxsusdur. Frankfurt
birjası – Almaniyanın maliyyə
mərkəzi olub, Avropanın London
birjasından sonra ikinci ən böyük
birja hesab olunur. Frankfurt Al-
maniyanın əsas maliyyə-kredit
mərkəzi olmaqla, bu funksiyanı
hələ ikinci dünya müharibəsindən
əvvəl həyata keçirməyə başlamışdır. Burada Almaniyanın aparıcı
ticarət-sənəye korparasiyalarının, firmalarının və maliyyə-kredit
müəssisələrinin (banklar, sığorta  və s.) baş ofisləri yerləşir. Müa-
sir Almaniyanın digər ən böyük fond bazarı kimi Hamburq birjası
da fərqlənir.
Almaniyada da fond birjaları dövlət müəssisələridir. Onlar tor-
paq və idarəetmə, ticarət palataları və ticarət asossasiyaları tərəfin-
dən yaradılır. Almaniyada qiymətli kağızların dövriyyəsi və birja-
ların fəaliyyətinə nəzarət əsasən torpaq hökumət orqanları tərəfin-
dən həyata keçirilir. Almaniyada fond birjalarının fəaliyyətinə
rəhbərliyi Birjalar İdarəsi, Satışa Buraxılış Məsələləri üzrə Ko-
missiya və Maklerlər Palatası həyata keçirir [53; 55]. Bunlardan
birincisi peşəkar brokerlər olub, onlara həvalə edilən qiymətli ka-
ğızların ticarəti ilə məşğul olurlar. Bu təşkilatlar öz adından və öz
hesabına əməliyyatlar həyata keçirə bilməzlər. İxtisaslaşmış mak-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə