Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
64
v Vasitəçi  qurumlar;
v İstanbul  fond  birjasının  orqanları  aşağıdakılardır:
v Birja  üzvlərinin  ümumi  iclası;
v İdarə  heyəti;
v Təftiş  qurumu;
İdarə  heyəti  bir  sədr  və  dörd  üzvdən  ibarətdir. Təftiş  qurumu
birjanın  fəaliyyətinə  nəzarət  edən  orqandır.
2.11.
R
usiya
Digər ölkələrdə olduğu kimi Rusiya Federasiyasının fond bazarı
da ilkin və ikinci dərəcəli bazar-
dan ibarət olub, onlar alət və söv-
dələşmənin növlərinə görə fərqlə-
nirlər. Fond bazarının inkişafının
başlanğıc dövründə qiymətli ka-
ğızların az saylı növlərinin ilkin
yerləşdirilməsi və ikinci dərəcəli
dövriyyəsi Rusiyada əsasən fond
və əmtəə birjalarında baş verirmiş-
dir. Ilkin birjadan kənar bazarın
yaranması 1992-ci ildə dövlət
özəlləşdirmə çeklərinin dövriyyə-
yə buraxılması ilə bağlı olmuşdur. Hazırda səhmlərin və korporativ
istiqrazların ilkin birjadan kənar yerləşdirilməsi ya birbaşa emitent
tərəfindən, ya da bazarın professional iştirakçısı olan vasitəçi fir-
malar tərəfindən həyata keçirilir. Bununla yanaşı qiymətli kağızla-
rın ilkin birjadan kənar yerləşdirilmə prosesi Moskva Banklararası
Valyuta Birjası vasitəsilə təşkil edilir.
Rusiyada qiymətli kağızların ikinci bazarı kimi birja və birja-
dankənar bazarlar önəmli rol oynayır. Ölkənin əsas ikinci birjadan
kənar bazarı Moskvanın, Sankt-Peterburqun, Ekaterenburqun, No-
vosibirskinin birjadankənar bazarlarını vahid şəbəkədə birləşdirən


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
65
Rusiya Ticarət Sistemidir (RTS). RTS broker və diler təşkilatların-
dan – Fond Bazarının Milli Assosiasiyasının üzvlərindən ibarətdir.
Rusiyada qiymətli kağızlar üzrə aparılan əməliyyatların böyük
hissəsi RTS fond birjasında, Moskva Fond Birjasında, Moskva
Banklararası Valyuta Birjasında həyata keçirilir. Ölkə birjalarında
səhmlərin illik dövriyyəsinin həcmi və həyata keçirilən sövdələş-
mələrin sayı inkişaf etmiş və inkişaf etməkdə olan (Çənubi Şərqi
Asiya ölkələri, Türkiyyə və s.) ölkələrlə müqayisədə 100 dəfədən
də aşağıdır [39; 54].
Rusiya Federasiyasının fond bazarının tənzimlənməsi özündə
həm dövlət tənzimlənməsini, həm də bazarın özünütənzimləməsini
və ictimai tənzimləməni nəzərdə tutur. Ölkədə bazarın tən-
zimlənməsi aşağıdakı məsələlərin həllinə istiqamətlənmişdir:
v Bazar iştirakçıları üçün normal fəaliyyət şəraitinin yaradılması;
v Bazar iştirakçılarının qeyri-qanuni fəaliyyətinin qarşısının
alınması;
v Qiymətli kağızların qiymətlərinin tələb və təklif əsasında
meydana gəlməsinin təmini;
v Sahibkarlıq fəaliyyəti üçün stimul yaradan və hər bir riskin
adekvat olaraq mükafatlandırılmasını nəzərdə tutan effektiv baza-
rın yaradılması;
v Ölkədə iqtisadi inkişafın sürətlənməsinə yönəlmiş tədbirlə-
rin həyata keçirilməsi (iqtisadiyyatın artım tempinin yüksəlməsi,
işsizlik səviyyəsinin azalması və s.).
Rusiyanın fond bazarının fəaliyyətini tənzimləyən əsas hüquqi-
normativ sənədlərə aşağıdakılar aid edilir:
v “Rusiya Federasiyasının vətəndaş kodeksi” (1995- 1996);
v “Bank və bank fəaliyyəti haqqında “ qanun (1990);
v “Rusiya Federasiyasının mərkəzi bankı haqqında” qanun
(1995);
v -“Dövlət və bələdiyyə təşkilatlarının özəlləşdirilməsi
haqqında” qanun (1991);
v “ Əmtəə birjası və birja ticarəti haqqında” qanun (1992);
v “Səhmdar cəmiyyətləri haqqında” qanun (1996 );


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
66
v “Qiymətli kağızlar bazarı haqqında” qanun (1996);
v “Qiymətli kağızlar bazarının inkişafı haqında” prezidentin
əmrləri;
v Dövlət qiymətli kağızlar bazarının inkişafı və tən-
zimlənməsinə dair hökumətinin qətnaməsi və s.
Rusiya fond bazarının tənzimlənməsini həm dövlət orqanları,
həm də özünütənzimləmə təşkilatları həyata keçirir. Qiymətli Ka-
ğızlar bazarı üzrə Federal Komissiya (QKFK) 01.06.1996-cı ildə
yaradılmışdır. Komissiya qiymətli kağızlar bazarı sahsində dövlət
siyasətinin aparılması, qiymətli kağızlar bazarının peşəkar iştirak-
çılarının fəaliyyətinə nəzarət, investorların, səhmdarların hüquqla-
rının təmin edilməsi üzrə federal orqandır. Rusiyanın Maliyyə Na-
zirliyi həm də bazarda federal səviyyədə dövlət qiymətli kağızların
buraxılması üzrə bütün funksiyaları yerinə yetirən dövlət qurumu
kimi çıxış edir [39]. Nazirlk bazarda aşağıdakı fəaliyyət is-
tiqamətlərini həyata keçirir:
v Əməliyyatların həyata keçirilməsi qaydalarını qəbul edir;
v Qiymətli kağızlarla əməliyyat aparma hüququna malik
mütəxəssislərin atestasiyasını keçirir;
v İxtisas atestatlarının isitifadəsinə nəzarət edir;
v Bazar üzrə sanksiyaları müəyyənləşdirir;
v Qiymətli kağızların buraxılışı üzrə qeydiyyat aparır;
v Rusiya Mərkəzi Bnakı ilə birgə dövlət qiymətli kağızlarının
buraxılışını və dövriyyəsini tənzimləyir;
v Ölkədə qeydiyyatdan keçmiş qiymətli kağızların vahid re-
gistrini aparır və onun nəşrini təmin edir.
Rusiyanın Mərkəzi Bankı qiymətli kağızlar bazarının peşəkar
iştirakçısı olub, eyni zamanda bazarın tənzimlənməsinə məsul
digər dövlət orqanıdır. Mərkəzi Bank dövlət qiymətli kağızlarının
bazarda ilkin yerləşdirilməsini həyata keçirərək, maliyyə brokeri
qismində çıxış edir və dövlət qiymətli kağızlarının ikinci bazarını
formalaşdırır. Bankın əsas funksiyalarına aşağıdakılar aiddir:
v Bankların bazarda əməliyyat aparma qaydalarının müəyyən
edilməsi;


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə