Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə29/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
89
xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Son
dövrdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2410 ədəd
olmuş, bu müəssisələrin 22,1 faizi dövlət, 77,9 faiz isə qeyri-dövlət
müəsisələrinin payına düşür. Fəaliyyət göstərən müəssislərdən
1706 ədədi kiçik, 704 ədədi iri müəssisələrin payına düşür [13].
2014-cü ildə - "Sənaye ili"ndə ölkədə 20-dən çox orta və iri sənaye
müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri
artırılmışdır. Bu müəssisələr arasında "Norm" sement zavodu,
Gəncədə Alüminium yarımfabrikat istehsalı zavodları, Azərbaycan
kağız və karton istehsalatı kombinatı, Sumqayıtda yağ fabriki,
Sumqayıt mis emalı zavodu, Sumqayıt Tekstil Parkının yeni fab-
rikləri, "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyaları, Su-
raxanı Günəş Elektrik Stansiyası, Qəbələdə "Gilan" qida şəhərciyi,
Ağdaşda yem emalı və quru meyvə istehsalı müəssisələri, müxtəlif
regionlarda istismara verilmiş kərpic, asvalt, metal konstruksiya
zavodları, meyvə-tərəvəz emalı və s. müəssisələri qeyd etmək olar.
Bundan başqa, hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sek-
tor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və geniş-
ləndirilməkdədir. Ümumilikdə 2014-cü ildə yeni açılmış sənaye
müəssisələrinin sayı 228 ədəd olmuşdur [25].
Neft sənayesində istehsalın həcmi 24,7 milyard manat təşkil
etsədə, lakin bu göstərici ötən illə müqayisədə 2,4% azalma ilə
nəticələnmişdir. Qeyri-neft sənayesində isə istehsalın həcmi 7,2
milyard manat təşkil etmiş və bu da ötən illə müqayisədə 6,9% ar-
tım kimi özünü göstərmişdir. Bu artım əsasən avtomobil və qoşqu-
ların istehsalı (58,2%), maşın və avadanlıqların quraşdırılması və
təmiri (41,0%), kimya sənayesi (32,0%), tikinti materiallarının is-
tehsalı (22,2%), elektrik avadanlıqlarının istehsalı (12,1%), metal-
lurgiya sənayesi (11,0%), içki istehsalı (8,1%) sahələrində müşa-
hidə olunmuşdur. Sənaye məhsulunun 69,6%-i mədənçıxarma,
24%-i emal, 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüş-
dürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların
təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur (sxem
№4) [25; 26].


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
90
Sxem №4
Sənaye üzrə ümumi buraxılışın istehsalı
(2014-cü il)
Ölkənin qeyri-neft sektorunda, son 2014-cü ilində 36 milyard
manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 61,4%-i so-
sial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və
tikinti sahələrinin payına düşmüşdür. Həmin dövrdə ölkə iqtisa-
diyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 7% artmışdır. Qeyri-neft sektorun-
da yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin mü-
vafiq dövrünə nisbətən 3,9 faiz  artaraq 61% təşkil etmişdir (sxem
5). Xüsusilə, qeyd etmək lazımdır ki, son dövrdə ölkə iqtisadiy-
yatında yaradılan əlavə dəyərin artımı tamamilə qeyri-neft sekto-
runun hesabına baş vermişdir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
91
Sxem №5
ÜDM istehsalı və qeyri-neft sektorunun inkişaf dinamikası
(2014-cü il)
107,7
108,8 108,8
109
108,3
107
106,8 106,3 106 106,4 106,5 107
100,8
101,6
102,5
103,2 102,8
102,1 102,4 102,4 102,5
102,8 102,2 102,8
96
98
100
102
104
106
108
110
Ya
nv
ar
Ya
nv
ar
-f
av
ra
l
Ya
nv
ar
-m
ar
t
Ya
nv
ar
-a
pr
el
Ya
nv
ar
-m
ay
Ya
nv
ar
-iy
un
Ya
nv
ar
-iy
ul
Ya
nv
ar
-a
vq
us
t
Ya
nv
ar
-s
en
ty
ab
r
Ya
nv
ar
-o
kt
ya
br
Ya
nv
ar
-n
oy
ab
r
Ya
nv
ar
-d
ak
ab
r
Qeyri-neft sektoru
ÜDM
Qeyri-neft sektorunun əksər sahələrində əlavə dəyər istehsalının
artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuş,
qeyri-neft ÜDM-nin artımına ən böyük müsbət töhfəni tikinti sa-
həsi  (1,9%)  və  sosial  və  digər  xidmətlər  sahəsi  (1,4%)  vermişdir.
2014-cü ildə qeyri-neft sənayesində 7189,8 milyon manatlıq məh-
sul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 6,9% yük-
sək göstəricidir [25]. Bu dövrdə qeyri-neft sənayesində istehsal
edilən məhsulun ölkə üzrə bütün sənaye məhsullarında xüsusi çə-
kisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq, onun
22,6%-ni təşkil etmişdir (sxem №6). Həmçinin, 2013-cü illə mü-
qayisədə 2014-cü ildə qeyri-neft sənayesinin məhsul buraxılışında
emal sənayesinin xüsusi çəkisi 0,8% artmışdır. Ölkənin qeyri-neft
sənayesinin ümumi buraxılışının artım tempi 2013-cü illə müqayi-
sədə 2014-cü ildə 2,1% yüksək olmuşdur. Bu tempin yüksəlməsinə
emal sənayesinin bir çox aparıcı sahələrinin (qida məhsullarının is-
tehsalı, tikinti materiallarının istehsalı, metallurgiya sənayesi, kim-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə