Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
85
DÖRDÜNCÜ FƏSİL
 FOND BAZARININ MÜASİR İNKİŞAF SƏVİYYƏSİ VƏ
PROBLEMLƏRİ
4.1. Fond bazarının inkişafı üçün önəmli olan sosial-iqtisadi
islahatların nəticələri
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını  əsaslandı-
ran son dövrün göstəriciləri yalnız ölkənin rəsmi mənbələrində ifadə
olunmur, bu müsbət dəyişiklik meylləri həm də beynəlxlaq maliyyə-
iqtisadi yönümlü institutlarının reytinq göstəricilərindədə öz əksini
tapmaqdadır. Zənnimizcə, ölkənin iqtisadi inkişafına məsul olan
orqanların rəsmi mənbəələrində, əsasən də  İqtisadiyyat və Sənaye,
Maliyyə Nazirliklərinin, Mərkəzi Bankın və Statitika Komitəsinin
açıqladığı aşağıdakı göstəricilərinin ümumiləşdirilmiş tədqiqi bir
daha son dövrdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişa-
fını təsdiq etməklə, həm də ölkədə bazar münasibətlərinin, o
cümlədən də fond bazarının inkişafının daha da sürətləndirilməsi və
dərinləşməsi baxımından yeni imkanlar yaradır.
Azərbaycan Respublikasında siyasi və iqtisadi mühitin sağlam-
laşdırılması və möhkəmləndirilməsi sosial-iqtisadi inkişafa təkan
vermişdir. İqtisadiyyatın inkişafı özəlləşdirmə prosesinin həyata
keçirilməsində, regional fərqlərin aradan qaldırılmasında və iqtisa-
di infrastrukturun yaradılmasında önəmli rol oynamaqdadır. Xüsu-
silə, Azərbaycan Respublikası 2000-ci ildən başlayaraq dunyada
ən surətlə inkisaf edən olkələrdən birinə çevrilmiş və iqtisadiyyatın
inkisaf səviyyəsini səciyyələndirən əsas makrogöstərici olan
umumi daxili məhsul bu dövr ərzində 4,5 dəfə və ya hər il orta he-
sabla 13,3% artmısdır. Ölkənin sosial-iqtisadi inkişaf sahəsində
əldə edilən uğurlar son ildədə təkrar olunmuş, belə ki, 2014-cü ildə
ÜDM-in real artım tempi 2,8% təşkil etmiş və cari qiymətlərlə
59,0 milyard manat olmuşdur. ÜDM-in yalnız 2010-cu ilə nisbətən
2014-cü ildə müqyisəli artımı 1,4 dəfə səviyyəsində özünü göstər-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
86
mişdir. Digər tərəfdən, qeyri-neft ÜDM-nin əsaslı artım yüksəkliyi
də nəzərə çarpmışdır (sxem №1). Belə ki, 2010-cu illə müqayisədə
2014-cü ildə artıq bu göstərici 2,2 dəfə artmaqla 40 milyard mana-
ta yaxınlaşmışdır. Adambaşına düşən ÜDM-in həcmi 6264.1 ma-
nat (7985.9 ABŞ dolları) təşkil etmişdir [25; 26]. Yaradılan ÜDM-
in bölgüsündə ölkənin fond bazarının inkişafı üçün önəmli rol oy-
nayan iqtisadi inkişaf sahələrinin, xüsusilə də sənayenin rolu se-
çilmişdir.
Sxem №1
İqtisadiyyatda real artım tempi
(2013-2014-cü illər %)
Azərbycan Respublikasının neft-qaz sektoru üzrə 2014-cü ildə
2013-cü ilə nisbətən 2,9% azalma meyli qeydə alınaraq, bu sekto-
run ÜDM-dəki xüsusi çəkisi 42,9%-dən 39%-ə enmişdir. 2014-cü
ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu
sahənin real ifadədə 7% artması ilə nəticələnmişdir. Belə ki, 2013-
cü ilə nisbətən 2014-cü ildə rabitə sahəsi 15,1%, nəqliyyat sahəsi
4,7%, tikinti sahəsi 9,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə
sektoru 18,2%, ticarət sahəsi isə 10% artmışdır [25; 26].


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
87
Ölkədə 2014-cü ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına
bütün maliyyə mənbələri hesabına 17615,8 mln. manat investisiya
yönəldilmişdir. Əsas kapitala yönəldilən investisyaların həcmi
2010-cu illə müqayisədə 2014-cü ildə 1,8 dəfə artım nümayiş et-
dirmişdir. Müvafiq vəsait qoyluşlarının 72,3%-i daxili investisiya-
lar, 27,7%-i isə xarici investisiyalar hesabına formalaşmışdır.
Həmin dövrdə  əsas kapitala yönəldilmiş ümumi investisiyaların
11651,6 milyon manatı (66,1%-i) qeyri-neft sektorunun, 5964,2
milyon manatı isə (33,9%-i) isə neft sektorunun inkişafında isti-
fadə edilmişdir [25; 26]. Həmçinin, bu dövrdə iqtisadiyyata bank-
lar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin əvvəlki illə
müqayisədə 19,1% artaraq 18151,9 mln. manat təşkil etmişdir
(sxem №2).
Sxem №2
İqtisadiyyata banklar tərəfindən kredit qoyluşları
(2013-2014-cü illər mln. manat)
Ölkənin sosial – iqtisadi inkişafı həmçinin, əhalinin maddi rifa-
hının artması baxımındanda əhəmiyyət kəsb etmişdir. Belə ki, 2014-
cü ildə  əhalinin banklardakı  əmanətləri əvvəlki illə müqayisədə
10,4% artaraq 7,1 mlrd. manat təşkil etmişdir (sxem №3).


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
88
Sxem №3
Əhalinin banklardakı əmanətlərinin həcmi
(2013-2014-cü illər mln manat)
Azərbaycan Respublikasında son 2014-cü ildə  əhaliyə 22,0
mlrd. manatlıq çox genişçeşidli istehlak malları satılmış və 7,0
mlrd. manatlıq pullu xidmətlər göstərilmişdir. 2013-cü illə
müqayisədə  əmtəə dövriyyəsi 10%, pullu xidmətlərin həcmi isə
7,2% artmışdır. Dövr ərzində ölkə  əhalisi ticarət şəbəkəsindən 11
mlrd. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricinin real
həcmi ötən ilin eyni dövrünə nəzərən 16,2% artmışdır. Həmin
dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
əmək haqları 2013-cü illə müqayisədə 5,4% artaraq 442,1 manat
təşkil etmiş və  əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə
3,5% artaraq 4180,5 manata çatmışdır. Həmçinin, ölkənin xarici
ticarət dövriyyəsi 28,8 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 20,7
mlrd. ABŞ dolları, idxal isə 8,1 mlrd. ABŞ dolları olmaqla 12,6
mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır
[25; 26]. Müvafiq dövrdə sənaye sahəsində istehsal olunmuş mal-
ların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 31,9 mil-
yard manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye
məhsulunun 79,5 faizini təşkil etmişdir. Ümumi istehsalın 92,4
faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 7,6 faizi isə sənaye


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə