Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
82
bazarının formalaşdırılmasıdır [3]. Müvafiq məqsədə nail olmaq
üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
v Qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin
qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qiymətli
kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi
və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
v Ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilmə-
sinə nail olunması, iqtisadi layihələrin maliyyələşdirilməsində
qiymətli kağızlar bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya
mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi;
v İqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında
səmərəli yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risk-
lərin etibarlı idarə olunduğu müvafiq şəraitin yaradılması;
v Ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq ka-
pital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin for-
malaşdırılması.
Dövlət Proqramına uyğun olaraq qiymətli kağızlar bazarının in-
kişafı üçün müəyyən olunmuş məqsəd və vəzifələrin əlaqələndi-
rilmiş  şəkildə aşağıdakı  əsas istiqamətlər üzrə həyata keçirilməsi
nəzərdə tutulur:
v Qiymətli kağızlar bazarının institusional inkişafı
v Maliyyə vasitəçiliyi fəaliyyətinin və kollektiv investisiya
sxemlərinin təşkili və təşviqi
v Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi
v Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin
tətbiqinin genişləndirilməsi
v Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın
təkmilləşdirilməsi
v Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar
hazırlığın yüksəldilməsi.
Proqramın birinci mərhələsində qiymətli kağızlar bazarının inf-
rastrukturunun müasirləşdirilməsi, bu məqsədlə normativ hüquqi
bazanın təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndi-
rilməsi, habelə qiymətli kağızlar bazarında insan kapitalının inkişa-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
83
fı üçün zəruri imkanların yaradılması nəzərdə tutulur. Ölkənin
qiymətli kağızlar bazarının əhəmiyyətli dərəcədə optimallaşdırıl-
masına istiqamətlənmiş bu mərhələnin 2011-2014-cü illəri əhatə
etməklə Dövlət Proqramının ilk 4 ili ərzində tamamlanması plan-
laşdırılmış və qeyd etmək lazımdır ki, bu sahədə qarşıya qoyulmuş
vəzifələr demək olar ki, icra edilmişdir. İkinci mərhələdə, qiymətli
kağızlar bazarında əməliyyatların tam avtomatlaşdırılması və kon-
solidə edilməsi, eyni zamanda, yeni alət və xidmətlərin təqdim
olunması üçün zəruri bazanın formalaşdırılması nəzərdə tutulur.
2015-2017-ci illər daxil olmaqla Dövlət Proqramının növbəti 3 ili-
ni əhatə edəcək bu mərhələdə geniş avtomatlaşdırma vasitəsilə ma-
liyyə xidmətlərinin regional əhatə dairəsinin artırılmasına da nail
olunmalıdır.  Üçüncü mərhələdə, yeni və daha mürəkkəb alət və
xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar ba-
zarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin
səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutu-
lur. Dövlət Proqramının son üç ilini əhatə edəcək bu mərhələnin
tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə
bazarlarına inteqrasiyaya hazır olacaqdır.
Ölkənin fond bazarının inkişafı baxımından “Qiymətli kağızlar
haqqında” yeni qanunun qəbul ediməsi də xüsusi zərurətdən çıxış
edir və artıq bu qanunun yeni layihəsi hazırlanmışdır. Yeni qanun
Azərbaycanda qiymətli kağızlar və fond bazarının inkişafına, bu
bazarların iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı
sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəl-
dilməklə xüsusi əhəmiyyət kəsb edəcəkdir. Həmçinin, yeni key-
fiyyətdə fəaliyyət göstərəcək fond-kapital bazarının hüquqi bazası-
nı formalaşdıran bu qanun Azərbaycan qiymətli kağızlar bazarının
yeni institusional mühitinin hüquqi əsaslarının yaradılmasını, tən-
zimləyicinin, əsas infrastruktur təsisatlarının və bazar iştirakçıları-
nın səlahiyyət və məsuliyyətinin optimal bölgüsünün müəyyən
edilməsini, maliyyə alətləri ilə şəffaf və ədalətli ticarət prinsipləri-
ni tətbiq etməklə daha stabil və təhlükəsiz maliyyə bazarlarının
formalaşmasını hədəfləyir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
84
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında
fond bazarının inkişaf zərurəti xüsusi baxımdan göstərilmiş, bu
amil daha çox qeyri-neft sektorunun inkişafı və regional, dünya
maliyyə-fond bazarlarında ölkənin fond bazarının aparıcı mövqe
tutması ilə bağlı əsaslandırılmışdır [2]. Konsepsiyada ölkənin fond
bazarının yaxın gələcəkdəki inkişaf ssenarisi və onun həyata keçi-
rilməsi ilə bağlı tədbirlər belə müəyyənləşdirilir: “Müasir,
beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya
imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin
edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar baza-
rının formalaşdırılması istiqamətində mühüm addımlar atılacaq,
qiymətli kağızlar üzrə qeyri-mütəşəkkil bazarın məhdudlaşdırılma-
sı, bazarın investorlar üçün cəlbediciliyinin artırılması məqsədi ilə
sistemli tədbirlər həyata keçiriləcək, bazarın peşəkar iştirakçıları-
nın fəaliyyətini və onlara nəzarət mexanizmlərini tənzimləyən
qanunvericilik təkmilləşdiriləcəkdir. Qiymətli kağızlar bazarının
institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəl-
xalq standartlara uyğunluğunun təmin edilməsi, ölkə iqtisadiy-
yatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması və
iqtisadi layihələrin maliyyələşdirilməsində fond bazarı vasitəsilə
cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən isti-
fadənin genişləndirilməsi məqsədi ilə tədbirlər də nəzərdə tutul-
muşdur. Eyni zamanda, iqtisadi subyektlərin və  əhalinin yı-
ğımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün və ölkənin
qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına
inteqrasiya olunması məqsədi ilə müvafiq şərait yaradılması daim
diqqət mərkəzində olacaqdır”.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə