Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
111
edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən
qiymətli kağızlar bazarının formalaşdırılması” kimi müəyyən
edilməsi də bu fikiri  bir daha təsdiq etməkdədir [3].
4.3.Müəssisə və təsərrüfat subyektlərinin fond bazarından
maliyyə-investisiya resurslarının cəlbi imkanları
Azərbaycanda iqtisadi inkişafın müasir mərhələsi iqtisadi sub-
yektlərin, müəssisə və təsərrüfatların maliyyə xidmətlərinə, inves-
tisiya resurslarına çıxış imkanlarının daha da genişləndirilməsini
şərtləndirir. Müvafiq məqsədlə büdcədən maliyyələşmə və kredit
vəsaitləri hesabına maliyyələşmə mənbələri ilə yanaşı daha ucuz,
inflyasiya yaratmayan və uzunmüddətli mənbə kimi yığımların
birbaşa investisiyalara transformasiyasını təmin edən kapitallaşma
mexanizmlərinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi
amili ön plana keçir. Məhz bu baxımdan investisiya prosesinin
kütləviliyinin təmin edilməsi, kiçik və orta müəssisələrə, subyekt-
lərə və fiziki şəxslərə öz yığım vəsaitlərini iqtisadiyyata qoymaq
imkanlarının təqdim edilməsi fond bazarının fəaliyyətinin müasir
tələblər nəzərə alınmaqla təkmilləşdirmə məsələlrəini daha da
zəruriləşdirir.
Dünya təcürbəsində olduğu kimi Azərbaycan Respublikasında
da fəaliyyət göstərən müəssisə və təsərrüfat subyektlərinin inkişafı
səmərəli maliyyə-investisiya resurslarının cəlbi ilə sıx bağlıdır.
Belə resursların əsas cəlb mənbəyi kimi maliyyə-fond bazarı çıxış
edir. Lakin, bu bazar təssüf ki, ölkənin müəssisə və təsərrüfat sub-
yektləri üçün ucuz və sərfəli investisiya-kapital cəlbi imkanlarına
malik deyildir. Mövcud vəziyyətin bir qədərdə  ətraflı tədqiqi
baxımından bazarla bağlılığa daha çox meylli olan müəssisələin
investisiya-kapital ehtiyaclarının yaranma və cəlbi imkanlarının
qiymətləndirilməsinə qiqqət yetirmək məqsədəuyğundur.
Ölkənin sənaye müəssisələrinin malik olduğu əsas istehsal
fondlarının dəyərinin ilbəil artımı baş versədə, bu artımda əsas üs-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
112
tünlük mədənçıxarma sənayesinə məxsus olmuşdur. Qeyd etmək
lazımdır ki, 2005-ci illə müqayisədə 2014-ci ildə mədənçıxarma
sənayesinə aid olan müəssisələrdə əsas istehsal fondlarının dəyəri
3 dəfə artaraq 42,8 milyard manat təşkil etdiyi halda, bu göstərici
emal sənaye müəssisələrində həm artım sürətinə, həm də həcm
səviyyəsinə görə aşağı olmuşdur (1,9 dəfə artımla, 6,4 milyard
manat). Həmçinin, 2005-ci ildə emal müəssisələrində sənaye-isteh-
sal fondlarının sıradan çıxma əmsalı 1,1 aşınma səviyyəsi 55,7%
təşkil etdiyi halda, bu göstəricilər 2014-ci ildə 3,1 və 53,7% ol-
maqla yenə də öz yüksəkliyi ilə fərqlənmişlər [47].
Sənaye müəssisələrində əsas kapitala yönəldilən investisiyaların
həcmi son on ildə 2 dəfə artaraq 8 milyard manata çatmışdır. Mü-
vafiq dövr ərzində mədənçıxarma sənayesində əsas kapitala inves-
tisiya qoyluşlarının həcmi 1,4 dəfə artmaqla, 5,1 milyard manat
təşkil etmiş, bu qoyluşlar isə ümumilikdə sənaye üzrə investisiya
qoyluşlarının 68%-nə bərabər olmuşdur. Digər tərəfdən, mədən-
çıxarma sənayesinə yönəldilən investisiyaların 77%-i xarici mən-
bələr hesabına təmin olunmuşdur [47]. Mədənçıxarma sənayesinin
əsas hissəsi stratrji məqsədlərinə görə ölkənin müasir və perspektiv
inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu sahələr
dövlət mülkiyyətindədir. Həmin sahələrə istər daxili, istərsə də
xarici investisiya, kapital cəlbində dövlətin rolu yüksək olaraq
qalmaqdadır. Belə vəziyyət isə mədənçıxarma sənayesi üçün daha
təminatlı investisya mənbəyini formalaşdırmaqla hələ ki, onların
fond bazarından ciddi aslılığına şərait yaratmır. Həmçinin, bu
sahələrin inkişafı ilə bağlı ölkədə həyata keçirilən proqram və kon-
sepsiyaların perspektiv istiqaməti nəzərə alınsa bu asılılığın yüksək
olmayacağı meydana çıxır.
Özəl sektoru təmsil edən emal sənayesinin inkişafı daha çox
fond bazarı ilə bağlı olmalıdır. Emal sənayesində nəzərəçarpacaq
inkişaf meylləri müşahidə olunmaqdadır. Belə ki, 2005-ci illə
müqayisədə 2014-ci ildə istehsal olan məhsulun həcmi 2,5 dəfə
artmaqla 7,6 milyard manat təşkil etmiş, əsas kapitala yönəldilən
investisiyalar isə 7,7 dəfə yüksəlməklə 900 milyon manata çatmış-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
113
dır ki, bu da ümumilikdə sənaye üzrə investisiya qoyluşlarının
12%-i həddindədir. Emal sənaye müəssisələrində kapital-inves-
tisiya qoyluşları mədənçıxarma sənayesindən fərqli olub əsasən
daxili mənbəələr hesabına təmin olunmaqdır. Qeyd etmək lazımdır
ki, əgər 2005-ci ildə bu sahədə  əsas kapitala yönəldilən inves-
tisiyaların tərkibində xarici mənbələr 31% təşkil edirdisə, bu göstə-
rici son illərdə  çox aşağı səviyyəyə enməklə demək olar ki, tam
yerli mənbələr hesabına həyata keçirilmişdir [47].
Sənaye sektorunda investisiya resurslarına olan tələbatın qarşı-
lanmasında fond bazarının imkanlarının artımına ehtiyac vardır.
Belə ki, fond bazarında  korporativ qiymətli kağızların həcmi
2010-cı ildə 806 milyon manat təşkil etdiyi halda sənaye sahəsində
əsas kapitala yönəldilən investisiyaların həcmi bu göstəricidən 5,3
dəfə yüksək olmaqla 4,3 milyard manata çatmışdır. Ölkənin fond
bazarında 2014-ci ildə korporativ qiymətli kağızların həcmi 4,7
milyard manat təşkil etmişdir ki, bu göstəricidə sənayedə əsas ka-
pitala yönəldilən investisiya qoyluşlarından 2 dəfə aşağıdır [47].
Sxem №16


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə