Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
121
fond bazarının üzvü olması ilə bağlı zəruri şərtlərlə (xüsusi razılı-
ğın olması, fond bazarının üzvü olub, onun nizamnamə kapitalının
formalaşdırılmasında iştirakı və s.) bağlıdırsa, digər tərəfdən mü-
vafiq qanunvericilik və normativ sənədlərə uyğun müəyyən olun-
muş şərtlərlə, o cümlədən “Azərbaycan Respublikasının ərazisində
Fond Birjasının təşkili, fəaliyyəti və birja qaydalarına dair tələblər
haqqında “Əsasnamənin tələbləri ilə (qiymətli kağızların birinci
səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi” bəndində: emitentin
nizamnamə kapitalının həcmində balans üzrə məbləğin  və səhm-
darların sayının ölkə üçün yüksək olması və s.) əlaqədardır. Müasir
iqtisadi şəraitdə özəl sektorda fəaliyyət göstərən təsərrüfat sub-
yektlərinin bank kreditləri ilə yanaşı, daha çox fond bazarının ma-
liyyə resurslarına ehtiyacının olduğu halda, bu sahədə zəruri dəyi-
şikliklərin  aparılmasına ehtiyac çoxdur. Həmçinin, fond bazarında
üzvlük haqqının da yüksək olması bu sahənin təşkili və tən-
zimlənməsi ilə bağlı problem yaradır.
Fond bazarının səmərəli fəaliyyət göstərməsində onun təşkilatı-
idarəetmə əsaslarının təkmil və çevik şəkildə təşkili mühüm rol oy-
nayır. Mövcud qanunvericilikdə fond bazarının qapalı səhmdar cə-
miyyəti kimi təşkilatı-hüquqi formada təşkili qeyd olunur. Təbii ki,
müvafiq hüquqi yanaşmaya görə birja qapalı tipli səhmdar cəmiy-
yəti formasına uyğun tənzimləmə və idərəetmə mexanizminə malik
olur. Və Mülki Məcəllədə qeyd olunur ki, “Fond birjası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlar əsa-
sında fəaliyyətini tənzimləyən daxili qaydaları təsdiq etməlidir”.
Məcəllədə, fond birjasının nizamnamə kapitalının minimal miq-
darının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən elil-
məsidə göstərilir. Mülki Məcəllədə Qapalı Səhmdar Cəmiyyətinin
iştirakçılarının sayının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
myəyyənləşdirilmiş həddi keçməsi müddəası da öz əksini tapmışdır.
Qanunvericilik baxımından belə yönümlü təşkilatı-hüquqi for-
malı subyekt üzrə müəyyən edilən şərtlər təbii sayıla bilinər. Lakin,
mövcud vəziyyət nəticədə fond bazarının fəaliyyətinin geniş-
lənməsinə, burada iştirakçıların sayının artmasına, bazarın fiziki və


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
122
hüquqi şəxslərin sərbəst maliyyə resurslarından istifadəsinə və ölkə-
də fəaliyyət göstərən çoxsaylı təsərrüfat subyektlərinin investisiya
cəlbinə öz əks təsirini göstərir. Qanunvericilikdə olan mövcud ya-
naşmalar fond bazarının təşkili və tənzimlənməsində dövlət tənzim-
lənməsinin əsas olduğunu göstərməklə, həm də bazarın kommer-
siyalaşması və burada müasir iqtisadi tənzimləmə metodlarının, me-
xanizmlərinin tətbiqi baxımından da problemlər yaratmaqdadır.
4.5. Azərbaycan Respublikasında fond bazarının təşkili və
inkişafı: nəticə qiymətləndirmələri
Azərbaycan Respublikasında fond bazarının təşkili səviyyəsinin
və vəziyyətinin təhlili bu bazarın özünəməxsus xüsusiyyətlərinin və
inkişaf meyillərinin aşağıdakı kimi qiymətləndirilməsinə əsas verir:
v ♦ Hüquqi-normativ bazanın və zəruri mexanizmlərin forma-
laşma prosesi;
v Korporativ qiymətli kağızların inkişaf səviyyəsi ilə dövlət
qiymətli kağızlar arasında yaxınlaşma meylinin baş verməsi;
v Dövlət qiymətli kağızların həcminin Mərkəzi Bankın notları
və REPO/ƏKS REPO əməliyyatları hesabına inkişaf etməsi;
v  Fond bazarında səhm və  əsasən də ikinci səhm bazarının
zəifliyi;
v Qiymətli kağızların gəlirlilik səviyyəsinin aşağı olamsı və
onun likvidliyinin kifayət qədər təmin edilməməsi;
v Bazarda rəqabət mühitinin və korporativ maraqların müda-
fiəsinin qaneedici səviyyədə olmaması;
v Fond bazarının region və aparıcı bazarlara açıq olmaması və
bu bazarlarla müqayisədə zəif mövqedən çıxış etməsi.
Ölkənin fond bazarının inkişafında daha çox dövlət qiymətli
kağızların üstün mövqeyi nəzərə çarpmaqdadır. Xüsusilə, bazarın
dövriyyəsində Mərkəzi Bankın qiymətli kağızlarının xüsusi çəkisi
öz yüksəkliyi ilə nəzərə çarpır. Korporativ qiymətli kağızların satı-
şında və dövriyyəsində artım baş versədə, lakin səhmlərin təkrar


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
123
bazarının inkişafına ehtiyac vardır. Səhm təkrar bazarının mövcud
inkişaf səviyyəsi daha çox müsəssisə və təsərrüfatların, əsasən də
özəl sektorun, qeyri-neft sənaye müəssisələrinin burada kifayət
qədər fəallıq göstərməməsi ilə bağlıdır.
Təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçi-
din təmin edilməsi ölkənin fond bazarının inkişafı baxımından
zəruridir. Bu keçid eyni zamanda  səhm bazarının kapitallaşma
səviyyəsinin artımı ilə sıx bağlıdır. Ölkənin fond bazarının kapital-
laşma səviyyəsinin artımı baş versədə, lakin bu müəssisə və təsər-
rüfat subyektlərinin kapital-investisiya ehtiyaclarının qarşılanma-
sıda yetərli sayıla bilməz. Belə ki, əsas kapitala investisiya qoyluş-
larının həcmi, həmin subyektlərin digər mənbələrdən maliyyə re-
urslarının cəlbi imkanları bazarın kapitallşama səviyyəsindən hələ
ki, üstündür. Fond bazarında müəssisə və təsərrüfat subyektlərinin
iştirak səviyyəsi və onların bazardan investisya cəlbi imkanları ki-
fayət qədər yüksək deyildir. Bu amil xüsusilə də özəl sektorun,
qeyri-neft sənaye müəssisələrinin fəaliyyətində özünü göstərir.
Sənaye sektorunda aparıcı rol oynayan mədənçıxarma sahəsinin
texniki imkanlarının yüksək olması və fond tutumluğu onun əsas
istehsal fondlarının həcminin böyüklüyünü zəruriləşdirir. Lakin,
bir önəmli cəhəti də nəzərə almaq lazımdır ki, mədənçıxarma
sənaye müəssisələrinin əksər hissəsi təbii inhisar subyekti olmaqla,
dövlət mülkiyyətindədir. Bu baxımdan onların maddi-texniki
təchizatının və investisya-kapital qoyluşları tələbatının qarşılanma-
sında əsas rol da dövlətə məxsusdur. Qeyri-neft, əsasən də emal
sənaye müəssisələri özəl sektora aid olunduğu üçün onların bütün
maddi-texniki və maliyyə ehtiyacları öz fəaliyyətinin nəticələrinə
görə qarşılanır. Məhz bu növ milli müəssisələrin kapital-inves-
tisiya tələblərinin qarşılanmasında dünya təcürbəsində olduğu kimi
ölkənin də fond bazarının rolu daim yüksək qiymətləndirilməlidir.
Azərbaycanda fond bazarının inkişafı ilə bağlı yerli müəssisə və
təsərrüfat subyektlərinin ticarət markalarının bir brend kimi forma-
laşmasına ehtiyac vardır. Belə ki, fond bazarında öz səhmlərini
yerləşdirən müəssisə və subyektlərin brendinə inam investorların


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə