Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
118
hansı iqtisadi siyasətə üstünlük verilməli olduğunu müəyyənləşdir-
məyə geniş imkanlar yaradır. Və belə iqtisadi siyasətin iqtisadiy-
yatın digər sahələri ilə yanaşı mailyyə-fond bazarına tətbiqi də təbii
ki, ümumi iqtisadi inkişaf  baxımından zəruri hesab edilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (54-cü fəsil)
Qiymətli kağızlar haqqında ümumi müddəalarda  “Qiymətli kağızlar
bazarının tənzimlənməsi” (Maddə 1078-40. Qiymətli kağızlar bazarı-
nın dövlət tənzimlənməsi) məsələsinə aydın yanaşma bidirilir. Azər-
baycan Respublikasının fond və qiymətli kağızlar bazarının tən-
zimlənməsində “dövlət tənzimlənməsi” istər hüquqi-qanunvericilik,
istərsə də praktik təcürbə baxımdan əsasən əsas üstünlüyə malikdir.
Bu yanaşmanı qanunvericilikdə öz əksini tapan müddəalar da gös-
tərir. Belə ki, (Mülki Məcəllə, 1078-40.1.) qiymətli kağızlar bazarının
dövlət tənzimlənməsinə aşağıdakılar aid edilir:
v qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ
hüquqi aktların qəbul edilməsi və onlara riayət olunmasına nə-
zarətin həyata keçirilməsi;
v qiymətli kağızlar bazarının iştirakçılarına tələblərin və onla-
rın fəaliyyəti qaydalarının müəyyən edilməsi;
v qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının apa-
rılması;
v qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçi-
rilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi;
v qiymətli kağızlar bazarında investorların və qiymətli kağız-
lar sahiblərinin hüquqlarının müdafiəsi;
v qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət
nəzarətinin həyata keçirilməsi;
v qiymətli kağızlar bazarında qanunvericiliyi pozan şəxslərin
məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsi;
v qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin
artırılması üzrə müvafiq tədbirlərin görülməsi;
v qiymətli kağızlar bazarının inkişafı istiqamətlərinin müəy-
yən edilməsi;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
119
v qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yara-
dılması;
v qiymətli kağızlarla əqdlərin bağlanmasına dair tələblərin
müəyyən edilməsi;
v hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli ka-
ğızlarla rəsmiləşdirilməsi və ödənilməsi qaydalarının müəyyənləş-
dirilməsi;
v qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı-
nın tənzimlənməsinin həyata keçirilməsi;
v Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının
dünya maliyyə bazarına inteqrasiyası üzrə tədbirlərin hazırlanma-
sında və müvafiq icra hakimiyyəti orqanına təsdiq edilmək üçün
təqdim edilməsi, müvafiq tədbirlərin həyata keçirilməsin;
v qiymətli kağızların öhdəliklərlə yüklənməsi və qiymətli ka-
ğızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının qeydiyyatı-
nın və uçotunun aparılması;
v qiymətli kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin
(qiymətli kağızların buraxılışının dövlət reyestri, veksel və
çeklərin dövlət reyestri, qiymətli kağızlarla girovun rəsmi reyestri,
qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın ipotekasının dövlət re-
yestri və s.) aparılması;
v qiymətli kağızlar bazarında sığortalanmalı olan risklərin sı-
ğorta standartlarının müəyyən edilməsi;
v qiymətli kağızlar bazarında məlumatların açıqlanması üzrə
qaydaların müəyyən edilməsi və sisteminin təşkili;
v qiymətli kağızların (sertifikatların) blanklarının çap edilməsi
və onların ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tən-
zimlənməsi;
v qiymətli kağızlar bazarının iştirakçılarına qanunvericiliklə mü-
əyyən edilmiş qaydada icrası məcburi olan göstərişlərin verilməsi;
v qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafı
məqsədi ilə istifadə edilən fondların qanunvericiliklə müəyyən
edilmiş qaydada yaradılması və onların fəaliyyətinin tənzimlənməsi;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
120
v qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara
yol verilməməsi üzrə tədbirlərin görülməsi.
Həmçinin, mövcud qanunvericilikdə qiymətli kağızlar bazarın-
da dövlət tənzimlənməsinin müvafiq icra hakimiyyəti orqanı
(Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) tərəfindən həyata keçi-
rilməsi müddəası da öz əksini tapır (Mülki Məcəllə1078-40.2.). Və
bu dövlət orqanının tənzimləmə səlahiyyətlərinə yuxarıda sadlanan
geniş istiqamətlər daxildir. Hətta göstərmək olar ki, ölkənin fond
bazarının yaranması və inkişafının müasir dövrünədək olan
müddətdə tənzimləmə mexanizim və səlahiyyətlərinin dövlətin
əlində cəmlənməsi amili xüsusilə diqqəti cəlb edir.
Digər tərəfdən, bazarda beynəlxalq təcürbədə olduğu kimi,
Azərbaycan Respublikasının qanunvericiliyində (Mülki Məcəllə,
maddə 1078-41) qiymətli kağızlar, fond bazarının peşəkar iştirak-
çılarının özünü tənzimləyən təşkilatlarının təşkili müddəaları öz
əksini tapsada, bu tənzimləmə mexanizminin fəaliyyəti xüsusi
diqqət cəlb etmir. Ölkə qanunvericiliyində və beynəlxalq təcrü-
bədə olduğu kimi bu tənzimləmə mexanizmi dövlət tənzimləmə
mexanizminin bir çox qismini icra edə bilər (bazarda əməliyyatla-
rın aparılması, maraqların və rəqabət mühitnin qorunması, kadr ha-
zırlığı, daxili və xarici bazarlar arasında kordinasiyanın həyata ke-
çirilməsi, iqtisadi tənzimləmə rıçaqların, alətlərin səmərəli tətbiqi
və s.). Məhz ölkənin maliyyə-fond bazarında belə inkişaf meylinin
(bazar tənzimlənməsinin) təşəkkül tapması təbii ki, dövlətin sırf
bazar münasibətləri ilə bağlı artıq və xeyli “yük” daşıyıcı  funksi-
yalardan azad olmasına zəmin yaratmaqla, həm də bu bazarın əsas-
lı şəkildə inkişafına səbəb olar.
Mövcud vəziyyət və inkişaf meylləri bir daha göstərir ki, Azər-
baycan Respublikasının fond bazarının təşkili və tənzimlənməsin-
də dövlət yanaşması daha üstündür. Bu amil özünü həm hüquqi-
normativ əsaslarda, həm də bazarın bütün tənzimlənmə mexani-
zimlərində aydın göstərməkdədir.
Mövcud hüquqi-normativ bazada fond bazarında emitentlərin
iştirakı sahəsində bəzi çətinliklər nəzərə çarpır. İlk növbədə, bu


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə