Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
103
Sxem №10
Azərbaycan fond bazarında səhm bazarının xüsusi çəkisi
Azərbaycan səhm bazarının əsas xüsusiyyəti isə ilkin və ikinci
bazarların inkişaf səviyyəsi arasında hələ də kifayət qədər fərqlənir
mövcud olması, əsasən də ikinci səhm bazarının zəif mövqedən çı-
xış etməsidir. Aparılan özəlləşdirilmə proqramları və tədbirləri ilə
bağlı xüsusilə inkişaf etmiş ilkin bazar ümumilikdə ölkənin müasir
səhm bazarının 89%-ni təşkil edir (cədvəl №1, diaqram №4).
Cədvəl №1
Səhm bazarının inkişaf səviyyəsi
 (milyon manat)
Bazarın növləri
2010
2011
2012
2013
2014
Səhmlər - cəmi
502
1 029
599
573
1 279
İlkin bazar
458
983
507
425
1 138
İkinci bazar
44
46
92
148
141
Son beş ildə səhm bazarında aparılan əməliyyatların həcmi 2,5
dəfə artmaqla, 1138 milyon manat təşkil etdiyi halda, ikinci bazar
üzrə bu göstərici 3,2 dəfə artımla, 141 milyon manat səviyyəsində
olmuşdur. İlikin bazarda aparılan əməliyyatlarla  müqayisədə ikin-
ci bazarda aparılan əməliyyatların həcmi 8 dəfə azdır.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
104
Diaqram №4
Səhm bazarının inkişaf səviyyəsi
(milyon manat)
Digər tərfdən isə, 2010-cu illə müqyisədə 2014-cü ildə ikinci
səhm bazarının xüsusi çəkisi səhm bazarında azalma ilə diqqəti
cəlb edir. Belə ki, ikinci səhm bazarı 2010-cu ildə səhm bazarının
2%-ni təşkil etdiyi halda, bu kiçik göstərici 2014-cü ildə bir qədər
də azalmaqla, 1,6% həddinə enmişdir (sxem №11).
Sxem №11
Azərbaycan fond bazarında ilikin və ikinci səhm bazarının
xüsusi çəkisi


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
105
Qiymətli kağızlar üzrə gəlirlik səviyyəsində də fərqli ya-
naşmalar özünü göstərməkdədir. Belə ki, 2012-ci illə müqayisədə
2014-cü ildə qısamüddətli dövlət istiqrazlarının orta gəlirlik
səviyyəsi 0,7% aşağı düşdüyü halda, bu göstərici ortamüddətli
dövlət istiqrazları üzrə 0,1% artımla nəzərə çarpmışdır [12].
Cədvəl №2
Dövlət qiymətli kağızları üzrə orta gəlirlilik səviyyəsi
Qiymətli kağizların növləri
2012
2013
2014
Qısamüddətli dövlət istiqrazları 2,35% 1,93% 1,63%
Ortamüddətli dövlət istiqrazları
4,39%
4,55%
4,50%
Mərkəzi Bankın notları
1,85%
1,21%
1,01%
Mərkəzi Bankın notları üzrə isə orta gəlirlik səviyyəsindədə
müqyisə edilən dövr ərzində 0,8% enmə meyli müşahidə olunmuş-
dur. Qiymətli kağızlar üzrə belə gəlirlik səviyyəsi beynəlxalq fond
bazarı təcürbəsi baxımından qəbul edilən hesab edilsədə, lakin
ölkə banklarının fiziki və hüquqi şəxslərdən cəlb etdiyi vəsaitlərə
görə verdiyi gəlirlər 1,5-2dəfə yüksəkdir (cədvəl №2, sxem №12).
.
Sxem №12
Dövlət qiymətli kağızları üzrə orta gəlirlilik səviyyəsi


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
106
Səhm bazarında isə vəziyyət daha gərginliyi ilə diqqəti cəlb
edir, belə ki, səhmlər üzrə verilən dividentlərin faiz dərəcəsinin
aşağı olmasına baxmayaraq, səhm sahiblərinin belə gəlirləri əldə
etməsində də ciddi fasilələr və problemlər mövcuddur. Digər
amillər kimi bu amildə məhz fond bazarına olan inamın zəifliyinə
səbəb olmaqla, onun inkişafına maneələr törətməkdədir. Ölkənin
fond bazarının təşkili və inkişafında mühüm rol oynayan infrast-
rukturun tərkibində  əsas üstünlüyü broker və dillər fəaliyyəti oy-
namaqdadır. Və bu növ fəaliyyət ilə məşğul olanların sayında
nəzərə çarpacaq artım baş verməmiş, 2010-cu illə müqayisədə
2014-cü ildə broker fəaliyyəti ilə məşğul olanların  sayı 1,1 dəfə
[1] artmaqla, onların sayı 14-ə çatmış və dillər fəaliyyətində də
müvafiq artım meyli baş vermiş, həmin şəxslərin sayı da 14 ol-
muşdur (cədvəl №3, sxem №13).
Cədvəl №3
Azərbaycan fond bazarnın infrastrukturunun təşkili
səviyyəsi
Fəaliyyət növü üzrə qüvvədə olan
lisenziyalar
2010
2011
2012
2013
2014
Broker fəaliyyəti
13
13
13
15
14
Diler fəaliyyəti
13
11
11
14
14
Qiymətli kağızların idarə olun-
ması fəaliyyəti
4
2
2
1
3
Klirinq fəaliyyəti
1
1
1
2
2
Depozitar fəaliyyəti
3
3
3
3
3
Qiymətli kağız sahiblərinin re-
yestrinin aparılması üzrə
fəaliyyət
2
2
2
2
2
Fond birjası fəaliyyəti
1
1
1
1
1
Bazarın digər infrastruktur sistemində fəaliyyət göstərənlərin
sayı da öz azlığı ilə fərqlənsədə, müvafiq dövr ərzində onların da
sayında demək olar ki, ciddi dəyişiklik nəzərə çarpmamışdır.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə