Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə34/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
107
Sxem №13
Azərbaycan fond bazarnın infrastrukturunun təşkili
səviyyəsi
Fond bazarı üzrə beynəlxalq təcürbə bu bazarın ölkə daxili və
xarici inkişafı ilə bağlı bir sıra göstəricilərin mövcudluğunu zəru-
riləşdirir. Bu göstəricilər ümumilikdə fond bazarının təşkili və in-
kişafı ilə bağlı inkişaf səviyyəsini qiymətləndirməyə imkan yara-
dır. Müasir fond bazarının inkişaf səviyyəsini müəyyən edib,
qiymətləndirən göstəriciləri iki istiqamət üzrə sistemləşdirmək
mümkündür:
v Bazarın dərinlik səviyyəsini və inkişafını səciyyələndirən
göstəricilər. Bunlara - bazarın kapitallaşma səviyyəsi və kapital-
laşma səviyyəsininin ÜDM-ə nisbəti üzrə göstəricilər daxildir.
v Bazarın inkişaf dinamikasını müəyyən edən göstəricilər –
bunlara indekslər aiddir (sxem №14).


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
108
Sxem №14
Fond bazarının inkişaf etdiyi və iqtisadiyyatın bütün sahələrinə
nüfuz etdiyi ölkələrdə bu göstəricilər daha geniş tərkibli və is-
tiqamətli tətbiqi ilə nəzərə çarpmaqdadır. Həmçinin, müvafiq
göstəricilər istər ayrı-ayrı ölkələrin fond bazarının, istərsə də məş-
hur və transmilli şirkətlərin inkişaf səviyyəsinin, reytinqinin qiy-
mətləndirilməsində də istifadə edilməkdədir. Azərbaycan Res-
publikasının fond bazarında bu göstəricilər tətbiq edilməsədə, la-
kin ölkənin bu bazarının mövcud inkişaf səviyyəsinin dünyanın
fond bazarları arasında tutduğu mövqeyə görə qiymətləndiril-
məsilə bağlı biz tərəfimizdən aparılan tədqiqat araşdırmalarımızın
nəticələrini təqdim etməyi zəruri hesab etmişik.
Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanın fond bazarı inki-
şaf etmiş və inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkərinin,
hətta Rusiya və Qazaxstan kimi MDB dövlətlərinin müvafiq bazar-
ları ilə müqayisədə öz zəif inkişaf səviyyəsini ilə fərqlənir.
Bazarın dərinliyini və inkişaf
səviyyəsini səciyyələndirən
göstəricilər
Fond Bazarının inkişafını
əsaslandıran göstəricilər
Bazarın inkişaf
dinamikasını müəyyən edən
göstəricilər
Bazarın kapitallaşma səviyyəsi
Kapitallaşma səviyyəsininin
ÜDM-ə nisbəti
İndekslər


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
109
Cədvəl №4
Dünyanın fond bazarı üzrə əsas makroiqtisadi göstəricilər
(2013-cü il, milyard ABŞ dolları)
Ölkələr
ÜDM
Bazarın kapi-
tallaşma
səviyyəsi
Kapitallaşma
səviyyəsinin
ÜDM –də çəkisi
ABŞ
16724
15640,7
94%
Yaponiya
4395
3540,7
81%
Fransa
2739
1568,7
57%
İngiltərə
2172
1202
55%
Almaniya
2740
1184,5
44%
Çin
7318
3389,1
46%
Hindistan
7277
1015,4
14%
Türkiyyə
1444
201,8
14%
Polşa
854
134
18%
Rusiya
3492
796,4
23%
Qazaxstan
420
43,3
10%
Azərbaycan
57,7
8,8
15%
Fond bazarının kapitallaşma səviyyəsi üzrə mövqeyə görə aşa-
ğıdakı cədvəldə ölkənin fond bazarı ən aşağı göstəriciyə malikdir
(cədvəl №4, sxem1 №5).
Sxem №15
Dünyanın fond bazarı üzrə əsas makroiqtisadi göstəricilər


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
110
Azərbaycanın fond bazarının kapitallaşma səviyyəsi 8,8 milyard
manat olmaqla, ölkə ÜDM-nin 15%-ni təşkil edir. Beynəlxalq
təcürbədə isə bu göstəricilər kifayət qədər yüksəkliyi ilə fərqlənir
və dövlətin və özəl sektorun maliyyə-investisiya resurslarının cəlbi
üçün yetərli vəsaitlərə malikdir.
Bazarın inkişaf səviyyəsini xarakterizə edən digər - kapital-
laşma səviyyəsinin ÜDM-ə nisbəti  göstəricisinə görə ölkənin fond
bazarı Qazaxsan dövlətini üstələsədə, lakin Qazaxstanın ÜDM-nin
və fond bazarının kapitallaşma səviyyəsinin Azərbaycandan 6-7
dəfə yüksək olması və bizim səhm bazarının olduqca zəifliyi bu
göstərici üzrə də mövqeyimizin çox yüksək olmadığını göstər-
məkdədir. Müqayisə edilən dövlətlərin fond bazarları istər daxili,
istərsə də beynəlxalq iqtisadiyyata, bazarlara geniş nüfuz etmək
imkanlarına və səhm bazarlarının yüksək inkişaf səviyyəsinə görə
də fərqlənirlər.
Ölkənin fond bazarının kapitallaşma səviyyəsinin artımına ciddi
ehtiyac vardır və  bu ölkədə ucuz və səmərəli maliyyə-investisya
resurslarına olan tələbatın artması ilə sıx bağlıdır. Belə yanaşma
ölkədə qəbul edilən müvafiq Proqram və Konsepsiyalarda da öz
aydın ifadəsini tapmışdır. “Azərbaycan 2020: Gələcəyə baxış” İn-
kişaf Konsepsiyasında: “Müasir, beynəlxalq standartlara uyğun,
iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risk-
lərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə
fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılması
istiqamətində mühüm addımlar atılacaq, qiymətli kağızlar üzrə
qeyri-mütəşəkkil bazarın məhdudlaşdırılması, bazarın investorlar
üçün cəlbediciliyinin artırılması məqsədi ilə sistemli tədbirlər
həyata keçiriləcək, bazarın peşəkar iştirakçılarının fəaliyyətini və
onlara nəzarət mexanizmlərini tənzimləyən qanunvericilik tək-
milləşdiriləcəkdir” [2] istiqaməti öz əksini tapmışdır. Həmçinin,
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağız-
lar bazarının inkişafı” Dövlət Proqramının başlıca məqsədinin
“müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapi-
talizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə