Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
70
və digər sahələrin inkişafına təkan vermişdi. Məhz bu sahələrdən
biri kimi maliyyə-fond bazarının formalaşması diqqəti xüsusilə
cəlb edirdi. Azərbaycanda ilk səhmlər 1913-cü ildə Bakı Tacir
Bankının nizamnaməsinin təsdiq edilməsi ilə dövriyyəyə buraxıl-
mışdır. Bankın əsas səhmdarları Azərbaycanın tanınmış sahibkar-
ları-şuranın sədri H.Z.Tağıev, üzvləri M.Ş.Əsədullayev,
M.Nağıyev, M.Muxtarov və başqaları olmuşlar. XX əsrin ilk iki
onilliyində Bakıda bir sıra səhmdar cəmiyyətləri fəaliyyət göstər-
mişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti
ilə məşğul olurdu. Onlardan “Neft məhsulları səhmdar cəmiyyəti”,
“Bül-Bülə neft və ticarət səhmdar cəmiyyəti”, “Balaxanı-Zabrat
neft istehsalı səhmdar cəmiyyəti” və digərləri xüsusilə fərqlənirdi.
“Yeni-Bakı neft emalı zavodu”nun, “Bakı Tacir Bankı”nın və di-
gər bu kimi şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və
Russiyanın digər iri şəhərlərinin fond birjalarında satışa çıxarılırdı.
ХIX-XX əslərdə Azərbaycanda iri Russiya banklarının Bakı fili-
aları fəaliyyət göstərmişdir. Bunlar arasında Sankt-Peterburq Döv-
lət Bankının (1874-1920), Sankt-Peterburq Beynəlxalq Komersiya
Bankının (1868-1920), "Voljsk-Kams" KB (1870-1920), Russiya
Xarici Ticarət KB (1871-1919), "Russiya Sənaye ticarət" KB
(1890-1920), "Şimal" KB (1901-1910), "Russiya Asiya" KB
(1910-1920), "Azov-Don" KB (1877-1920) və digərlərinin filalla-
rını göstərmək olar. Mövcud inkişaf tendensiyası müəssisə və tə-
sərrüfatların qiymətli kağızlarının fond birjaları vasitəsilə alqı-sat-
qısı prosesinin təşkilini sürətləndirir, həmçinin yerli müsəssisələrin
qiymətli kağızlarının xaricə çıxmasına stimul yaradırdı. Hələ 1900-
cu ilin “Kaspi” qəzetinin səhifələrində veksel islahatı haqqındakı
məqalələrdə qiymətli kağızların o zaman geniş istifadəsi və la-büd-
lüyünü təsdiq edən maraqlı məlumatlar dərc olunmaqda idi. Həmin
dövrdə “Bakı Tacir Bankı” və Bakıda fəaliyyət göstərən digər
banklar tərəfindən veksellər və faiz kağızları dövriyyəyə buraxıl-
mışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin
formalaşmasında geniş istifadə olunurdu. Veksel ba-zarı Azərbay-
can Demokratik Respublikası dövründə də inkişaf etmiş, lakin So-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
71
vet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır. Sovet Azər-bay-
canında bütün MDB məkanında olduğu kimi dövriyyədə olan əsas
qiymətli kağızların uduşlusu dövlət istiqrazları olmuşdur.
Azərbaycanda Sovet Mərkəzi İcra Komitəsinin 1917-ci il 23
dekabr tarixli sərəncamı ilə qiymətli kağızlarla əməliyyatlar qada-
ğan edilmiş, 1918-ci ilin yanvar ayında isə çar hökumətinin və
Müvəqqəti hökumətin bütün daxili və xarici borcları, eləcə də
öhdəlikləri ləğv olunmuşdur. Bununla da faktiki olaraq, qiymətli
kağızlar bazarı öz fəaliyyətini dayandırmışdır.
3.2. Fond (qiymətli kağızlar) bazarının inkişafında sovet
dövrü
SSRİ-də qiymətli kağızlar bazarı 1922-ci ildə Yeni İqtisadi Si-
yasətə keçidlə əlaqədar yenidən dirçəlmiş - səhmdar cəmiyyətləri-
nin meydana çıxması ilə korporativ qiymətli kağızlar bazarının in-
kişafına təkan vermişdir. Elə həmin il SSRİ-də birinci uzun-
müddətli istiqrazlar buraxılmış və bu qiymətli kağızların dövriyyə
müddəti 11 il olmuşdur. Ümümiyyətlə, SSRİ dövrünün qiymətli
kağızlar bazarı prinsipcı inkişaf etmiş ölkələrin analoji bazarların-
dan zəif olması ilə fərqlənirdi.
Sovet hökümətinin sosialist təsərrüfat fəaliyyətinin forma-
laşdırılmasına doğru yürürdüyü maliyyə siyasəti ölkədə 1930-cu
illərdən bağlayaraq mövcud olmuş “NEP (Yeni İqtisadi Siyaətin)”
fəliyyətini dayandırmaqla yanaşı, həm də artıq o dövr üçün kom-
mersiya kreditlərinin və büdcənin maliyyə ehtiyaclarının qarşılan-
ması kimi problemləri də aradan qaldırdı. Makro və miro səviyyə-
də maliyyələşmənin əsas mənbəyi sosialist iqtisadi sisteminə uy-
ğun olan istiqamətlərdən formalaşmağa və bu sistemə uyğun ola-
raq da dövr etməyə başladı. Xüsusilə, 1940-1950-ci illərdə SSRİ-
nin zəruri maliyyə resurslarına ehtiyacının qarşılanması üçün hö-
kümət müasir qiymətli kağızların müəyyən funksiyasına icra edən
“dövlət istiqarazları”ını buraxmışdı [64] Bu istiqrazlar həmin


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
72
dövrün iqtisadi və müharibə ilə bağlı yaranmış sosial-ictiami
vəziyyətin mülayimləşdirilməsi ilə bağlı həyata keçirilən iqtisadi
siyasətin bağlıca tərkib hissəsi kimi fərqlənirdi. Sovet dövrünün bu
qiymətli kağızlarının əsas fərqləndirici xüsusiyyətləri ondan ibarət
idi ki, onlar:
v Sovet istiqrazları bazar münasibətlərinin təbiətinə uyğun
olamayaraq, fond bazarı vasitəsilə satılmır və ya yerləşdirilmirdi;
v Bu kağızlar əhali arasında daha çox “məcburi” qaydada pay-
laşdırılırdı;
v Təsərrüfat subyektləri bu kağızlardan öz maliyyə-investisiya
fəaliyyəti ilə bağlı istifadə imkanlarına malik deyidi;
v Həmin dövrün qiymətli kağızları üzrə müəyyən olunmuş
gəlir və ya dividendlər (faizlər) siyasi məqsədlərə uyğun olaraq
daha çox təxirə salınır, və istiqrazlara malik olan şəxslər isə onlar-
dan gözlənilən faydanın əldə olunmasına kifayət qədər zəmanətli
yanaşmırdı.
SSRİ də 1961-ci ildən başlayaraq, dövlət tərəfindən buraxılan
istiqrazların fəlsəfi mahiyyəti sosialisit iqtisadi münasibətlərinin
təbiətinə uyğun gəlsədə [65], lakin bu kağızların aşağıdakı üstün
cəhətləri də var idi:
v Bu kağızlar dövlətin verdiyi zəmanət şərtlərinə uyğun satılrıdı;
v Həmin kağızlar müəssisə və təsərrüfat subyektlərinin ma-
liyyə-investisiya fəaliyyətinin həyata keçirilməisnə xidmət etməs-
də, lakin əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlidi;
v Dövrün istiqrazları müəyyən edilmiş dividentlərin (faizlərin) ve-
rilməsini təmin etməklə, artıq, əhali arasında xüsusi inama malik idi;
v Dövrün istiqrazları sovet əhalisinin əldə edə bilmədiyi və ya
əldə edə bilməsindən qorxduğu “difisist” malların, əşyaların,
mülklərin (qızıl-zinət, mebel, aftomabil, koperativ mənzil və s.)
alınmasında əsas körpü və ya  qarant rolunda çıxış edirdi.
Lakin, 1980-cı illərin ikinci yarısından başlayaraq SSRİ-də siyasi
və iqtisadi mühitin getdikcə pisləşməsi, dövlətin idarəedilməz və-
ziyyətə gəlməsi digər sahələrdə olduğu kimi qiymətli kağızlar ba-
zarındada durumu kəskinləşdirdi. Bütün bu kimi səbəblərdən artıq


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə