Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
57
lerlərin əsas vəzifəsi qiymətli kağızların alqı-satqı üzrə yaranan
məzənnələri fiksə etməkdir. Müstəqil maklerlər birja söv-
dələşmələrini həm müştərilər, həm də öz adlarından apara bilərlər.
Müstəqil maklerlər həm də banklar üçün birjadan kənarda vasitəçi-
lik əməliyyatlarını yerinə yetirirlər.
Qiymətli kağızların yerləşdirilməsi üzrə bank fəaliyyəti federal
orqanlar vasitəsi ilə tənzimlənir. Almaniyada kommersiya bankları
qiymətli kağızlar bazarının əsas peşəkar iştirakçıları olub, bu
səbəbdən bazarın tənzimləmə mexanizmində bank nəzarəti xüsusi
əhəmiyyət kəsb edir. Almaniyada bankara nəzarəti banklar
üzərində Federal Nəzarət Palatası həyata keçirir. 1994-cü ildə emi-
tentlərdən informasiyaların yığımı, bazar üzrə ümumi nəzarəti, an-
tiinsaydeyr qaydaları daxil olmaqla qanunvericiliyin icrasına
nəzarəti həyata keçirən Federal orqan, qiymətli kağızlar üzrə Ko-
missiya  yaradılmışdır. Həmçinin, Almaniyada ABŞ praktikasına
daha çox oxşar olan şəffav bazarın yaradılması prossesi gedir.
2.5.
I
taliya
İtaliyada fond birjaları qanunvericiliyə uyğun olaraq qiymətli
kağızların tədavülünü və birjalarda realizasiyası üsullarını müəy-
yən edən dövlət müəssisələri kimi fəaliyyət göstərirlər. Birjaların
fəaliyyətinə nəzarəti Maliyyə Na-
zirliyi, yerli ticarət orqanları və xü-
susi qurum olan “Şirkətlər və bir-
jalar üzrə Milli Komisiya” həyata
keçirir. İtaliyada fond birjasının
subyekti olan brokerlər dövlət qul-
luqçusu statusuna malikdir və hər
birjada onların sayı qanunla
müəyyən olunur. Nisbətən böyük
olan Milan Birjasında 130 broker
fəaliyyət göstərir və bu qurum (bir-
ja) dövlət  mülkiyyətində olan


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
58
müəssisədir. Birjanın fəaliyyətinə nəzarəti Maliyyə Nazirliyi
həyata  keçirir [41; 48].
Burada orta hesabla 500-dən artıq qiymətli kağız növləri üzrə
əməliyyat aparılır ki, bunun da 1/3 hissəsini müxtəlif səhmlər təş-
kil edir. Brokerlər fəaliyyətlərinə görə dövlət istiqraz vərəqləri üz-
rə  əməliyyatların 0,15%-ni, səhm üzrə  əməliyyatların isə 0,01-
0,07%-ni komisyon haqq şəklində alırlar. Komisyon haqları üzrə
faiz dərəcəsini İtaliya Borkerlər Asossasiyasının tövsiyyəsi ilə Ma-
liyyə Nazirliyi müəyyən edir və onlar ölkənin bütün fond birjaları
üçün nəzərdə tutulur.
2.6.
I
sveçrə
İsveçrədə səkkiz fond birjası fə-
aliyyət göstərir və bu ölkədə mü-
vafiq bazarın yaranma tarixi əsasən
1850-ci ilə təsadüf edir. Birjalardan
ən boyükləri – Bazeldə, Cenevrədə
və Syurixdə fəaliyyət göstərir və
onlar qiymətli kağızların
beynəlxalq dövriyyəsinə fəal nüfuz
edirlər. Həmin birjalardan ən aparı-
cısı Cenevrə fond birjasıdır və bu-
rada fond əməliyyatları aparılır,
qiymətli kağızların qiyməti müəy-
yənləşdirilir, vasitəçilərə komisyon mükafatlarının verilmə və
əməliyyatların bitmə qaydaları təsdiq edilir
.
Ölkədə birja heyyətini
Birja Palatası idarə edir.
Birjadakı kurslar birjanın dövlət komissarları tərəfindən rəsmi
qeydə alınır. Kapitalı bir milyon isveç frankına çatmayan firma və
kompaniyaların qiymətli kağızları  birjaya qəbul edilmir. Ölkə ba-
zarında istiqrazlar üzrə olan əməliyyatlar əsasən nağd pulla aparılır.
Birja xüsusiyyətli əməliyyatlar yalnız İsveçrənin milli və ya klirinq
banklarının bon köçürmələri vasitəsilə ilə həyata keçirilir [55, 92].


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
59
Amsterdam Stock Exchange
İsveçrənin fond bazarında nüfuzuna və  əhəmiyyətliliyinə görə
ikinci yeri Syurix birjası tutur. Burada həmçinin birja satışına
çıxarılmayan kağızların paralel bazarı da fəaliyyət göstərir. Bu ba-
zar birja qaydalarına əsasən fəaliyyət göstərsə də, lakin burada
müvafiq qaydalara riayət və nəzarət proseduru digərlərinkinə
nisbətən  o qədər də mürəkkəb deyildir. Syurix birjasında 2,5 min
növ qiymətli kağız (müxtəlif növlü 2000 istiqraz və 400 səhm)
dövriyyədədir. Xarici emitentlərin qiymətli kağızlarının və is-
tiqrazlarının payı birjada 30% - 40% nisbəti arasındadır.
 Isveçrənin fond birjaları dövlət müəssisəsi olub, yerli qurumlar,
kantonlar tərəfindən yaradılır. Digər qərb ölkələrindən fərqli ola-
raq birjaların idarə edilməsi aşağıdakı orqanlar tərəfindən həyata
keçirilir: Fond Birjaları Asossasiyası, Birja Komissiyası, Birja Or-
bitraj Tribunalı. Bu qurumlar sistemində ən ali orqan Fond Birjala-
rı Asossasiyasıdır. Həmin orqan birjaların iş və fəaliyyət reqlamen-
tini, səhm və istiqazların satışa buraxılma şərtini müəyyən edir.
2.7.
H
ollandiya
Amserdam fond birjası (Amsterdam Stock Exchange) 1611-ci
ildə yaradılmış və dünyanın
ən qədim birjası kimi tanın-
maqdadır. Birja dünyada
bazar kapitallaşması səviy-
yəsinə görə ənənəvi yer tut-
mamasına baxmayaraq, la-
kin  burada  bir  sıra  iri  və
nüfuzlu şirkətlərin, kompa-
niyaların səhmlərinin döv-
riyyəsi üstünlük təşkil edir.
“Royal Dutch Petro-
leum”un qiymətli ka-
ğızlarının payı ümumi bazar kapitallaşmasında 26%-i təşkil etdiyi
halda, digər beş aparıcı kompaniyanın (“Royal Dutch”, ”Philips”,


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə