Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
48
uyğun olaraq bankların kommersiya və investisiya funksiyaları
qadağan olundu. Sonrakı mərhələdə ABŞ-da kommersiya bankla-
rına korporativ qiymətli kağızlara investisiya qoyuluşlarının həyata
keçirilməsi, qiymətli kağızlar bazarında əməliyyatlara xidmət gös-
tərilməsi də qadağan olundu.
1964-cü ildə qanununa edilən düzəlişlərə uyğun olaraq birjadan
kənar bazarlarda qiymətli kağızlar üzrə aparılan əməliyyatlarla
bağlı informasiyaların açıqlanma zərurəti əsas sayılaraq, qəbul
edildi. Belə ki, 500 səhmdara və 1 milyon dollardan artıq aktivə
sahib olan istənilən şirkət informasiyalarının açıqlanması tələbi ilə
üzləşdi. 1968-ci ildən etibarən Qiymətli Kağızlar üzrə Komissiya
nəzarət səhm paketinin alınma proseduruna nəzarəti də öz əlinə
aldı. Nəzarət paketinin alıcısı korporasiyanın səhmlərinin müəyyən
olunmuş qiymətə əldə etməsi barədə açıq elan verməli idi. Burada
həm də alıcı barədə informasiyaların tam şəkildə açıqlanması,
təklifin müəyyən edilmiş vaxtdan (15 gün) az olmayaraq öz gücü-
nü qoruması və bütün satıcıların maksimal qiymət qoyma hüququ-
na sahib olmaları da nəzərdə tutulurdu. 1970-ci ildə broker və diler
şirkətlərinin müflisləşmədən qorunması məqsədilə  İnvestorların
Qorunması üzrə Korporasiya yəni belə bir qeyri kommersiya təşki-
latı yaradıldı. Broker və dilerlər Korporasiyanın hesabında müəy-
yən miqdarda vəsait saxlamalı idi, bu subyektin müflisləşməsi za-
manı bu vəsait itkilərinin  müəyyən hissəsinin ödənilməsinə
yönəldilirdi [31].
Bazarda 1975-ci ildə fiksə edilmiş komission haqlarının top-
lanması ləğv edildi. Lakin, bununla yanaşı tənzimləyici orqan fond
bazarında proffesional iştirakçıların tariflərinin tənzimlənməsi
hüququnu əldə etdi. Həmçinin, bununla belə qiymətli kağızlarla
ticarət sisteminin və ümummilli hesab-klirinq sisteminin yaradıl-
masının təməli qoyuldu. 1978-ci ildə müxtəlif birjaları vahid in-
formasiya şəbəkəsində birləşdirən birjalararası ticarət sistemi tət-
biq edilməyə başlandı və bu sistem eyni vaxtda müxtəlif birjalarda
qiymətli kağızların qiymətlərini təyin etməyə imkan yaratdı. 1
milyon dollar cərimə və ya 10 ilə qədər həb cəzası, hüquqi şəxslərə


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
49
isə 2,5 milyon dollara qədər Ölkədə 1980-ci ildə daxili informasi-
yaların istifadəsi üzrə cəzalandırmanın gücləndirilməsi məqsədilə
daha iki qanun qəbul olundu.
Qanuna əsasən cəzanın dəyəri daxili informasiyaların istifa-
dəsindən alınan gəliri 2-3 dəfə üstələyə və fiziki şəxs 10 il
müddətinə həbsə məhkum oluna bilər. Cərimələr hüquqi şəxslərə və
ya onların vəzifəli nümayəndələrinə, professional iştirakçılara, qiy-
mətli kağızların emitentlərinə də aid edilir. ABŞ qanunvericiliyinə
görə cərimələrin miqdarı müxtəlif pozuntulara görə dəyişkən olur.
Komissiya tərəfindən müəyyən olunan maksimal cərimə 500 min
ABŞ dolları həcmində təsdiq olunub. Qiymətlərlə manipulyasiyaya
görə fiziki şəxslərə cərimə sanksiyası tətbiq edilir. Fiziki şəxslər
üçün insayder informasiyasından istifadə edərək ticarət qaydalarının
pozulmasına görə cərimənin miqdarı 5 min dollardan 100 min dolla-
ra qədər, hüquqi şəxslər üçün isə 50 min dollardan 500 min dollara
qədər artır. Ölkədə cərimə sanksiyaları ilə yanaşı digər təsir təd-
birləri də mövcuddur. Bu təbirlərə açıq şəkildə töhmətin verilməsini,
qiymətli kağızların emissiyasının keçirilməsinin dayandırılmasını,
birjanın 90 günə qədər müddətdə bağlanmasını, həmçinin qiymətli
kağızlar bazarının professional iştirakçılarına verilən lisenziyaların
dayandırılmasını və ya geri götürülməsini aid etmək olar.
Qiymətləndirmələrə görə komissiyanın bütün tələblərini yerinə ye-
tirmək üçün amerika korporasiyaları informasiyaların açıqlanmasına
ildə 1-1,5 milyard dollar sərf edilir [42]. Komissiya həmçinin,
məhkəmə yolu ilə məcburi qaydada korporasiyaların ləğvini və ya
yenidən təşkilini də tələb etmək səlahiyyətinə malikdir.
Tənzimləmənin digər forması bazarın professional iştirakçıları
assosiasiyasının, bazar özünütənzimləmə mexanizminin olmasıdır.
Hər bir fiziki və hüquqi şəxs fond bazarında fəaliyyət hüququna
sahib olmaq üçün mütləq özünütənziməmə təşkilatına üzv olmalı,
onlar tərəfindən müəyyən olunmuş qaydalara riayət etməlidir.
ABŞ-da müştəri ilə işləyən broker və dilerlər Broker və Dilerlərin
Milli Assosiasiyasına üzv olmalıdırlar. 2006-ci ildən artıq Broker
və Dilerlərin Milli Assosiasiyasının üzvləri 63000 bölmədən, 5600


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
50
firmadan və 556 min sertifikatlaşdırılmış  əməkdaşlardan ibarət
olmuş və göstərici sonrakı dövrlərdə öz artımı ilə müşahidə olun-
muşdur [32].
Özünütənzimləyən təşkilatlar üzvlərindən hər ay hesabat alır,
firmaların fəaliyyətinə nəzrət edərək, onların mütəxəssislərinin
atestasiyasını həyata keçirirlər. Hər hansı bir qanun pozuntusu halı
qeydə alındıqda özünütənzimləyən təşkilat nizamnaməsinə uyğun
olaraq firmanın, üzvünün fəaliyyətini müvəqqəti dayandıra və ya
ona qarşı cərimə sanksiyası tətbiq edə bilər. Müəyyən olunmuş
tələblər yerinə yetirilmədikdə özünütənzimləyən təşkilat dövlət
tənzimləmə orqnına qanunvericiliyi pozan üzvün lisenziyasının
geri alınması və ya fəaliyyətinin dayandırılması barədə müraciət
etmək hüququna malikdir.
2.2.
I
ngiltərə
Ingiltərənin birja şəbəkəsi
özündə 22 fond birjasını birləşdirir.
Aparıcı birjalardan olan Ingəltərə
fond birjası (
LSE)
 ölkə daxilindəki
qiymətli kağızlarla aparılan əmə-
liyyatların 60%-ni əhatə edir. Lon-
don dünyanın aparıcı maliyyə
mərkəzlərindən biri hesab olundu-
ğu üçün xarici mənşəli qiymətli ka-
ğızlarla ticarətinin 50%-dən çoxu
burada həyata keçirilir. Fond birja
şəbəkəsi həmçinin Qlazqo, Li-
verpul, Mançester və Birmenqem birjalarını əhatə edir [33].
London fond birjası nəinki Avropanın, hətta dünyanın ən iri
maliyyə mərkəzi olmaq xüsusiyyətini hələ də qoruyub, saxlayır.
Londonda “Siti” adı regionda bu birja ilə yanaşı İngiltərə Mərkəzi
Bankı – “Bank of England” olmaqla yüzlərcə yerli və xarici bank-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə