Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
39
fond bazarında müəyyən fəaliyyət növlərinin həyata keçirilməsinə
hüquq verən ixtisas attestatlarının verilməsini, qiymətli kağızlar
üzrə  əməliyyatların vergiyə cəlb edilməsinin müəyyən edilməsini,
antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarəti də özündə
təcəssüm etdirir.
Fond bazarının ikinci modelinin əsas məğzi isə ondan ibarətdir
ki, burada zəruri nəzarət və tənzimləmə mexanizminin dövlətin
əlində qalması ilə yanaşı, səlahiyyətlərin əsas hissəsi özünütən-
zimləmə təşkilatlarına verilir. İkinci modeldə fəaliyyətin, nəzarət
sisteminin təşkili və həyata keçirilməsi sərt, inzibati amillərə görə
deyil, sırf bazar amillərinə, ənənələrinə uyğun aparılır.
Məhz bu model daha çox bazarın liberal tənzimləmə modeli
kimi özünü göstərməklə, fond bazarının tənzimlənməsində və inki-
şafında sağçı baxışları, yanaşmaları təmsil edir. Həmçinin, bu tən-
zimləmə modeli sahibkarların və özəl sektorun maraqlarının müda-
fiəsinə daha çox xidmət etməklə, fond bazarının biləvasitə bazar
prinsipləri və rıçaqları ilə tənzimlənməsini təmin edir.
Fond bazarının tənzimlənmə təcrübəsi həmçinin öz fərqliliyi ilə
nəzərə çarpır. XX əsrin 30-cu illərindən başlayaraq ümumi is-
tiqamət kimi fond bazarının fəaliyyəti ilə bağlı müstəqil təşkilatla-
rın və ya komissiyaların yaradılması  ənənəsi inkişaf etmişdir.
Məhz belə qurumların mövcudluğu birjada sövdələşmələrin
səmərəli icrasına ciddi dəstək vermişdir. “Birja əməliyyatları” və
“Birja əqdləri” adlanan sövdələşmə anlayışları oxşar olsalar da,
lakin onların fərqli cəhətləri də vardır. Birja əməliyyatları birja
əmtəəsi vasitəsilə birjada aparılan müxtəlif əməliyyatları özündə
ifadə edir. Bu əməliyyatlara əmtəələrin alqı-satqısı, listinq və de-
listinq, opsion, forvard və fyüçers sazişlərinin bağlanması,
əmtəələrin qiymətləndirilməsi, girov, hesablaşma, klirinq, konsal-
tinq, qiymətli kağızların saxlanılması və təqdim edilməsi kimi
fəaliyyətlər aid edilir. Birja əməliyyatları üzrə nəzəri və praktik
bazada bu sazişlərin icrası üzrə də fəaliyyət mexanizmləri müəy-
yənləşdirilir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
40
Birja əqdləri birja əmtəələrinə dair hüquq və öhdəliklərin yara-
dılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdi-
rilməsinə istiqamətlənmiş satış iştirakçılarının həyata keçirdiyi
qarşılıqlı, razılaşdırılmış fəaliyyət nəticəsində meydana çıxır.
Beynəlxalq təcrübədə birja əqdlərinin əmtəə nümunələri təqdim
olunmaqla, fərdi forvard, standart, fyüçers və opsion kimi növləri
vardır. Birja əqdləri əmtəə və fond aktivləri üzrə bağlanır, onun bağ-
lanma qaydası birjanın özü tərəfindən müəyyənləşdirilir. Söv-
dələşmələrin icrası - alqı sifarişlərinin tərtibi və qeydiyyatı, sifariş-
lərin birja satışlarına çıxarılması və icrası, əqdlərin qeydiyyatı və
onlar üzrə hesablaşmaların aparılması kimi mərhələləri əhatə edir.
Satıcı üçün birja prosesinin mərhələləri aşağıdakılardan ibarətdir:
listinq, satqı sifarişlərinin tərtibi və qeydiyyatı, sifarişlərin birja satı-
şına çıxarılması və onların icrası, əqdlərin qeydiyyatı və onlar üzrə
hesablaşmalar aparılması, qiymətli kağızların təqdim edilməsi.
Fond bazarının fəaliyyətinin təşkilində və tənzimlənməsində
birja indekslərinin rolu öz mühümlüyü ilə çıxış edir. İlk birja in-
deksi XIX əsrin sonunda formalaşmış, Çariz Dou 1884-cü ildə 11
sənaye şirkətinin səhmini birləşdirən fond indeksini işləyib hazır-
lamışdır. 1928-ci ildə “Dou Cons” adlanan bu indeks 30 ən iri
sənaye şirkətinin səhmini əhatə etmişdir. “Dou Cons” indeksinin
sənaye, nəqliyyat, kommunal və tərkib indeksləri adlanan dörd nö-
vü mövcuddur.
Bundan başqa beynəlxalq təcürbədə daha çox istifadə edilən in-
dekslərdən biri də “Standart and Roors-500” (SR-500) indeksidir.
O, 500 iri şirkətin səhmlərinin bazar qiymətini müəyyən edən öl-
çü-qiymətləndirmə indeksdir. SR-500 indeksindən başqa, əsasını
Çikaqo birjasında qeydiyyatdan keçmiş şirkətlərin opsionları təşkil
edən SR-100 indeksi də mövcuddur. Həmin indeks də “SR-500”
indeksi kimi hesablanır, lakin bu zaman qiymətləndirmək üçün
100 şirkətin səhmləri götürülür [27].
ABŞ-ın birjadankənar dövriyyəsində  əsas indekslərdən biri
NASDAQ-dır. “NASDAQ” indeksi birjadankənar ticarətin 5000
səhmini özündə birləşdirir. “NASDAQ” indeksinin hesablanma


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
41
metodu “SR-500” kimidir. İlk dəfə bu indeksin hesablanmasına
1971-ci ildən başlanılmış, onda indeks 100 punkta bərabər olmuş-
dur. 1997-ci ildə bu göstərici 1236.7 punkt səviyyəsinə qalxmışdır
ki, bu da səhmlərin orta qiymətinin 12 dəfədən  çox artımını təşkil
etmişdir [28].
Avropanın ilk indeksi İngiltərədə meydana gəlmiş və 30 şirkətin
səhmini özündə birləşdirmişdir. Fond bazarında aparılan islahatlardan
sonra P-90 indeksi formalaşmış, onu işləyib hazırlayanlar iqtisadiy-
yatda önəmli struktura və gücə malik olan 30 iri şirkəti seçmişlər. İn-
giltərədə  ən məşhur indekslərdən biri də “Futsi-100”-dir və o real
zaman rejiminə  görə hesablanır [29].
Rusiya Federasiyasında bir sıra fond indeksləri fəaliyyət göstərir:
“Skeyt-press”, “AKVM”, “Kommersant” jurnalının fond indeksi,
“Ros”, “Sol”, “Tront” maliyyə mərkəzinin fond indeksi.
İlk dəfə birja indeksində opsionlarla əməliyyata 1983-cü ildən baş-
lanılmışdır. Müasir şəraitdə ən geniş yayılmış indekslərə “Dou Cons”,
“NASDAQ”, “SR-500”, “SR-100” və “Nyu-York fond birjasının”
indeksləri aid edilir. Fyuçers kontraktlarında da ən çox işlədilən in-
deks “SR-500”-dir, bu da Çikaqo əmtəə birjası ilə sıx bağlıdır. Bu
indeksin hər punktu opsionda olduğu kimi 500-ə bərabərdir.
Müasir birja açıq təsisat olduğu üçün burada aparılan əməliy-
yatlar da açıq şəkildə həyata keçirilir və məxfiliyə yol verilmir.
Belə ki, iş vaxtının hər bir anında birjada qeydiyyatdan keçmiş
qiymətli kağızların cari qiymətləri haqqında məlumat almaq müm-
kündür. Bütün birja əməliyyatları ödəmə  şərtlərinə görə kassa və
müddətli əməliyyatlar üzrə fərqlənir. Kassa əməliyyatları  əsasən
investisiyaların cəlb edilməsi ilə  əlaqədar olub, bu əməliyyatlar
üzrə qiymətli kağızların ödənilmə prosesi əqd bağlanan kimi
dərhal həyata keçirilir. Əslində təcrübədə kassa əməliyyatları üzrə
hesablaşmaların əqd günündə aparılması qaydası qəbul olunub.
Müddətli əməliyyatlar üzrə hesablaşmalar tərəflərin əvvəldən mü-
əyyən etdiyi müddətdən sonra əqd bağlanan dövrdəki məzənnə üz-
rə aparılır. Belə  əqdlər üzrə sazişin bağlanacağı, qiymətin müəy-
yən ediləcəyi, hesablaşmanın aparılacağı müddətlər əvvəldən mü-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə