Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
33
v Qiymətli kağızların təhlili və qiymətləndirilməsi;
v Fond bazarını formalaşdıran tədbirlərin təşkili və keçirilməsi;
v Dövlət mülkiyyətinin özəlləşdirilməsində iştirak;
v Özəlləşdirmə sənədlərinin hazırlanması;
v Əmlakın qiymətləndirilməsi;
v Özəlləşmə əqdlərinin təşkili və qeydiyyatı;
v Qiymətli kağızların əməliyyatı üzrə metodik, normativ sə-
nədlərin və qaydaların hazırlanması.
İnvestisiya şirkəti maliyyə brokeri kimi hüquqi şəxs olsa da, la-
kin o sırf diler kimi çıxış edərək, bazarda müştərinin hesabına deyil,
öz hesabına fəaliyyət göstərir. İnvestisiya şirkəti aşağıdakı istiqa-
mətlər üzrə ixtisaslaşan bir müəssisədir:
v Qiymətli kağızların buraxılışının təşkili və zəmanəti;
v Qiymətli kağızlar vasitəsilə sərbəst pul vəsaitlərinin cəlb
edilməsi;
v Diler qismində qiymətli kağızların alqı-satqısı.
İnvestisiya fondları da investisiya şirkəti və ya diller qismində
çıxış edərək, əməliyyatları müştərinin deyil, öz hesabına həyata
keçirir. Bu fondların əsas fəaliyyət istiqaməti səhmlər buraxmaqla,
bu yolla səfərbər olunmuş resursları bazarda məzənnə dəyişkənliyi
nəticəsində əlavə faiz gətirən qiymətli kağızlara yönəltməkdir. İn-
vestisiya fondunun resursları qiymətli kağızların buraxılışı ilə for-
malaşsada, bu resursların yerləşdirilməsi emitentlərin qiymətli ka-
ğızlarına qoyuluşların edilməsi və bankdakı hesablara yatırımlarla
daha çox bağlı olur.
Brokerlərin fəaliyyət istiqamətlərinə qiymətli kağızların alqı-
satqısı ilə bağlı müştərilərin tapşırıqlarının icrası, müştərilərin
mənafelərinin müdafiəsi, əqdlərin qeydiyyatı və rəsmiləşdirilməsi
üzrə qaydaların yerinə yetirilməsi daxildir. Broker fəaliyyəti ilə
məşğul olmaq üçün ixtisas şəhadətnaməsinin və ya lisenziyanın
olması zəruridir. Broker müştəri ilə xidmət haqqında müqavilə
bağlayır. Broker əməliyyatları iki növ müqavilənin bağlanmasını
nəzərdə tutur: brokerlə müştəri arasındakı müqavilə və qiymətli
kağızların alqı-satqı müqaviləsi. Broker əməliyyatlarının tapşırıq


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
34
müqaviləsi (müştəri brokerə qiymətli kağızların öz adından alqı-
satqısını tapşırır) və ya komissiya müqaviləsi əsasında aparılması
arasında fərqli cəhətlər mövcuddur. Tapşırıq müqaviləsi bağlan-
dıqda alqı-satqı  əqdinin tərəfləri kimi brokerin müştərisi və onun
əks tərəfi çıxış edir. Komissiya müqaviləsinin tərəfləri isə komis-
yonçu və əqdin üçüncü iştirakçısıdır. Broker tərəfindən alınan hər
bir qiymətli kağız növü üzrə müştəri üçün depo hesabı və müş-
təridən daxil olan vəsaitlərin bu hesaba daxil etməkdən ötrü şəxsi
hesab açılır. Ümumiyyətlə, bir qayda olaraq brokerlər müştərilərin
tapşırıqlarını icra edirlər. Onlar hansı qiymətli kağızı neçəyə alma-
ğı və ya satmağı müştərinin tapşırığına və razılığına əsasən yerinə
yetirir.
Əqdin yerinə yetirilməsi haqqında broker dərhal əks tərəfə
göndərilən təsdiqnaməni tərtib etməklə müştərini məlumatlandır-
malıdır. Bu zaman aksept qaydasından istifadə olunur, yəni
təsdiqnamənin geri qayıtmaması  şərtlərin qəbul olunması hesab
edilir. Əqd haqqında müştərinin tam məlumatlandırılması üçün
broker məsuliyyət daşıyır. Brokerin xidmət muzdu isə onun va-
sitəçiliyi ilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən
faizindən və ya əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir.
Belə muzd kurtaj adlanır. Broker birjadakı hər bir alqı-satqı
əməliyyatını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri
aparır, borderonu əqdin hər iki tərəfi imzalayır.
Broker şirkətinin təşkilati-hüquqi forması müxtəlif ola bilər. Bu
şirkətlərə adətən brokerlər, təhlilçi-analitik mütəxəssislər, hüquq-
şünaslar, mühasiblər, müqavilələrin bağlanması üzrə menecerlər,
iqtisadçılar və texniki heyət daxildir.
Fond bazarlarının əsas iştirakçılarından biri də dilerlərdir. Bro-
kerlərdən fərqli olaraq dilerlər daha çox öz adından və öz hesabına
sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malik
şəxslərdir. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonra-
dan satmaq hesabına əmələ gəlir, yəni o bir növ adi möhtəkir kimi
də çıxış edir. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər
bağlamaq hüququna malikdirlər.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
35
Qiymətli kağızlar və onların sertifikatlarının saxlanılması, uçotu
və qiymətli kağızlara olan hüquqların keçməsi üzrə xidmətlərin
göstərilməsi depozitari fəaliyyəti hesab olunur. Fond bazarında
depozitari fəaliyyətini həyata keçirən peşəkar iştirakçılar depozitar
adlanır. Qiymətli kağızların uçotu üçün təyin edilmiş hesabat “de-
po” hesabıdır. Yalnız hüquqi şəxslər depozitari ola bilərlər. İlk de-
pozitari sistemi fond birjalarına xidmət etmək üçün yaradılmışdır.
Bu fəaliyyət üzrə  əməliyyatlar depozitari və deponent arasında
bağlanan müqavilə əsasında həyata keçirilir. Depozitar müqaviləsi
yazılı  şəkildə bağlanır və müqavilənin bağlanması deponentin
qiymətli kağızlara olan hüququnun depozitariyə keçməsini bildirir.
Depozitar deponentin saxladığı qiymətli kağız sertifikatlarının
qorunması üçün məsuliyyət daşıyır. Bu məqsədlə də depozitari
müqaviləsinə aşağıdakı mühüm şərtlərin daxil edilməsi zəruridir:
v Müqavilənin predmetinin birmənalı müəyyən edilməsi, qiy-
mətli kağızların sertifikatlarının saxlanılma və ya qiymətli kağızlara
olan hüquqların uçotu üzrə xidmətlərin göstərilməsi;
v Saxlanan qiymətli kağızlar ilə bağlı sərəncam verməsi haq-
qında deponentin depozitariyə məlumat vermə qaydası;
v Müqavilənin qüvvədə olma müddəti;
v Müqavilədə nəzərdə tutulmuş depozitari xidmətlərinin ödə-
nilmə forması və qaydası;
v Depozitarinin deponent qarşısında hesabat vermə forması və
dövriliyi;
v Depozitarinin vəzifələri.
Reyestr fəaliyyəti qiymətli kağız sahiblərinin reyestrinin apa-
rılması sisteminin təşkili ilə bağlı olub, bu sahədə tələb edilən
göstəricilərin toplanması, qeydə alınması, işlənməsi, saxlanması və
verilməsi kimi istiqamətləri əhatə edir. Bu fəaliyyətlə yalnız
hüquqi şəxslər məşğul ola bilərlər. Reyestrin aparılması üzrə
fəaliyyət emitentin iştirakı ilə və ya onun tapşırığı ilə fond bazarı-
nın peşəkar iştirakçıları tərəfindən hə-yata keçirilə bilər. Qiymətli
kağız sahiblərinin reyestrinin apa-rılması üzrə fəaliyyəti həyata ke-
çirən şəxslər reyestr saxlayıcıları və qeydiyyatçılar adlandır. Re-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə