Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
30
axınını təmin etməklə, iqtisadiyyata çeviklik verir, bu amil də ma-
liyyə-pul ehtiyatlarının bir sahədən digər sahəyə sərbəst axınını sürət-
ləndirir və son nəticədə iqtisadi inkişaf tempinin  artımı üçün stimul
yaranır. Fond bazarlarının əsas fəaliyyət istiqamətlərindən biri əhalidə
və xüsusi sektorda formalaşan maliyyə yığımlarının tez və səmərəli
şəkildə investisiya məqsədlərinə yönəldilməsidir. Mövcud prosesdə
iştirak edən tərəflər üçün səmərə və maraqların gözləniməsi əsas şərt
olur. Fond bazarlarında bu vəzifə vasitəçilər kimi tanınan peşəkar işti-
rakçılar tərəfindən həyata keçirilir. Peşəkar iştirakçılar – bu bazarda
xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata ke-
çirən hüquqi və ya fiziki şəxslərdir.
Müasir fond bazarlarının təşkili və tənzimlənmə mexanizmində,
fəaliyyətində ümumi oxşarlıq və yaxınlıq xüsusiyyətləri özünü ay-
dın şəkildə göstərməkdədir. Həmin oxşarlıq və yaxınlıq xüsu-
siyyətlərini konkret olaraq aşağıdakı kimi səciyyələndirmək daha
məqsədəuyğundur. Belə ki, fond bazarlarında həyata keçirilən birja
daxili və birjadan kənar ticarətlərin, əməliyyatların sayı və həcmi
artmaqdadır. Fond bazarının təşkilində qiymətli kağızlar üzrə
əqdlərin bağlanması üçün şəraitin yaradılması, bu vəsaitlərin bazar
qiymətlərinin müəyyən edilməsi, onlar haqqında kifayət qədər in-
formasiya bazasının yaradılması və yayılması kimi prosedurlar
qaydalar təmin olunmalıdır. Fond bazarı və ya birjası – qapalı
səhmdar cəmiyyət formasında yaradılan, öz üzvləri arasında
qiymətli kağızlar üzrə ticarət əməliyyatlarını keçirən və bağlanmış
əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır. Fond birjası öz
fəaliyyətini tənzimləmək üçün normativ-metodoloji əsaslar, stan-
dartlar əsasında daxili qaydaları təsdiq etməlidir. Fond birjasının
nizamnamə kapitalının minimal həcmi qiymətli kağızlar bazarını
tənzimləyən orqan tərəfindən müəyyən edilir. Birjada əsasən adi
adlı səhmlərin emissiyası həyata keçirilir. Fond birjasında ticarət
onun üzvləri arasında təşkil edilir. Fond bazarının üzvləri müəyyən
edilmiş daxili qaydalara uyğun olaraq birja ticarətində bilavasitə
iştirak etmək hüququna malik olan brokerlər və dilerlərdir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
31
Tədqiqatlar göstərir ki, inkişaf etmiş ölkələrdə fond bazarlarının
əsas iştirakçılarından biri də dövlətin tənzimləyici və nəzarətedici
təşkilatıdır. Müxtəlif dövlətlərdə bu funksiya ayrı-ayrı qurumların
səlahiyyətinə aid edilir. Məsələn, ABŞ-da bu funksiyanı “Birja və
Qiymətli Kağızlar Komissiyası”, Rusiyada “Qiymətli Kağızlar ba-
zarının Federativ Komissiyası” həyata keçirir [42; 48; 61]. Belə
dövlət təşkilatlarının funksiyalarına əsasən aşağıdakılar aid olunur:
v Bazarın fəaliyyətinin və emissiya qiymətli kağızların döv-
riyyəsinin təşkilinin tənzimlənməsi;
v Bazarda fəaliyyət göstərən peşəkar iştirakçıların lisenzi-
yalaşdırılması və nəzarət;
v Yeni emissiya qiymətli kağızlarının buraxılışına icazə
vermək və onların qeydiyyatı;
v Səhmdar cəmiyyətlərində emitentlərin səhm hüquqlarının
qorunmasına nəzarət;
v Fond bazarı üzrə qanunvericiliyin, normativ-metodoloji ba-
zanın yaradılması və mütəmadi olaraq təkmilləşdirilməsi.
Dövlət təşkilatı və ya orqanı fond bazarında yalnız dövlətin ma-
raqlarını güdmür, eyni zamanda bazarda sağlam rəqabət mühitinin
yaradılmasını, əməliyyatların şəffaf keçirilməsini, müxtəlf iştirak-
çıların hüquqlarının qorunmasını da təmin edir. Nəzərə almaq la-
zımdır ki, bu maraqlar heç də həmişə bazar iştirakçılarının, bütöv-
lükdə isə cəmiyyətin maraqları ilə uyğun gəlməyə bilər. Məhz bu-
na görə bir çox dövlətlərin müvafiq qanunlarında bazarın və onun
iştirakçılarının səmərəli fəaliyyətinin təşkili və tənzimlənməsi
məqsədilə iştirakçıların müstəqil qeyri-kommersiya təşkilatları ya-
ratmasına icazə verilir. Bazarın iştirakçıları tərəfindən yaradılan
belə təşkilatlar özünütənzimləmə funksiyası daşıyır. Müasir dün-
yada çoxlu sayda bu tipli təşkilatlar mövcuddur ki, bunların da ən
nüfuzlularına aşağıdakıları aid etmək olar:
v FBİMA (Fond bazarı iştirakçılarının millim assosasiyası);
v RTDPA (Registratorların transfer-agentlərin və depo-
zitarilərin peşəkar assosasiyası);
v MFA (Milli Fond Assosiasiyası).


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
32
Qeyd etmək lazımdır ki, müvafiq təşkilatlar qeyri-kommersiya
təşkilatları kimi fəaliyyət göstərsələrdə, qanun layihələrinin hazır-
lanmasında və bazar iştirakçılarının fəaliyyətinə nəzarətin təşki-
lində aparıcı mövqeyə malikdirlər. Beləliklə, özünütənzimləmə
təşkilatları dövlət orqanları ilə fond bazarının digər kommersiya
təşkilatları arasında aralıq rolunu oynayırlar. Özünütənzimləmə
təşkilatlarının üzvlərinin yalnız peşəkar bazar iştirakçıları
tərəfindən təşkil olunması mütləq deyildir. Təcrübə göstərir ki,
fond bazarlarının iştirakçıları səhmdar cəmiyyətləri, bazarının
peşəkar iştirakçıları, müxtəlif investisiya təsisatları, kommersiya
bankları, fond mərkəzləri və təsərrüfat subyektləri, eləcə də fiziki
şəxslər ola bilər.
Peşəkar iştirakçıların fəaliyyətinə broker, diler, klirinq, depozitar,
registr fəaliyyəti, həmçinin qiymətli kağızların idarə edilməsi və ba-
zarda  ticarətin təşkili üzrə fəaliyyət aiddir. Təbii ki, hər bir iştirak-
çının özünəməxsus xüsusiyyəti, funksiya və vəzifələri vardır, bu da
hüquqi və iqtisadi baxımdan onların  fəaliyyətini fərqləndirir.
Maliyyə brokerləri - hüquqi şəxslərdir və onları fiziki şəxs olan
digər iştirakçılarla eyniləşdirmək qeyri-mümkündür. Broker müş-
təriyə komisyon müqaviləsi əsasında və onun tapşırığı ilə, eyni
zamanda müştərinin vəsaiti hesabına qiymətli kağızların alqı-
satqısını həyata keçirərək, əsasən vasitəçi funksiyasını icra edir.
Komisyon müqaviləsi brokerin adından, tapşırıqlı müqavilə isə
müştərinin adından bağlanılır. İstənilən halda, broker öz hesabına
deyil müştərinin hesabına  və onun mənafeyinə uyğun hərəkət edir.
İnvestisiya məsləhətçisi - qiymətli kağızların buraxılışı və tə-
davülünə dair məsləhət xidmətləri göstərən hüquqi və ya fiziki
şəxsdir. İnvestisiya məsləhətçisi kimi hüquqi və fiziki şəxslər mü-
vafiq istiqamətlərdə fəaliyyət göstərirlər:
v Bazarın təhlili;
v Hüquqi maarifləndirmə;
v Qiymətli kağızların birjaya çıxarılmasının təşkili və müşa-
yiət olunması;
v Peşəkar hazırlığın həyata keçirilməsi;


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə