Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   2   3   4   5   6   7   8   9   10   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
21
dədir. İstehsalın inkişaf etdirilməsində müəssisələr tez-tez maliyyə
vəsaitlərinin çatışmazlığı ilə üzləşirlər. Ilkin dövrlərdə istehsal gü-
cü ilə yüklənmənin artırılması ilə  əlaqədar investisiya maraqlarını
yüksəltmək lazımdır. Müəssisələrin maliyyə imkanları, xüsusi
vəsaitləri, nizamnamə kapitalı maliyyə-təsərrüfat əmaliyyatları,
qiymətli kağızlar buraxılışı və digər resursların cəlbi kimi
mənbələr hesabına formalaşır. İnvestisiya axınının səmərəli tən-
zimləmə mexanizmlərinin tətbiqilə maliyyə-investisiya resurslarını
iqtisadiyyatda ciddi tələbatın yarandığı perioritet sahələrə yönəlt-
mək və beləliklə də sosial-iqtisadi inkişafın yeni modellərini for-
malaşdırmaq mümkünləşir. Perespektivdə iri həcmdə investisiya
artımına daha çox bu mənbələrin strukturunda keyfiyyət dəyi-
şiklikləri aparmaqla, fərdi investorların vəsaitlərindən səmərəli is-
tifadə etməklə, fond bazarının imkanlarından digər sektorların
məqsədi üçün istifadə ilə nail oluna bilər.
İnvestisiyaya olan tələbin formalaşması investisiyalardan sə-
mərəli istifadənin təmin edilmə zərurətini gündəmə gətirir. Əgər, in-
vestisiya yığımları əsasən qısamüddətli xarakter daşıyırsa və iqtisa-
diyyatın uzunmüddətli kapital qoyuluşlarına ehtiyacı artırsa, onda
belə yığımlar təbii ki, iqtisadi artımla əlaqədar tələbatı ödəyə
bilməz. Mövcud uyğunsuzluğu bu istiqamətdə məqsədəuyğun döv-
lət siyasəti yürütməklə, əhalidə icra orqanlarına, milli valyutaya,
banklara və fond bazarlarına inamı, etibarı yüksəltməklə aradan qal-
dırmaq mümkündür. Belə vəziyyətdə başlıca makroiqtisadi təsir
amili məcmu tələbin istehlakdan yığıma doğru dəyişməsidir. Döv-
lətin siyasətində iqtisadi artım tempinin yüksək səviyyəsinin təmin
edilməsinə təsir göstərəcək daxili investisiya tələbatının  stimul-
laşdırması xəttinin önə çəkilməsi  zərurədir. Bu problemin həllində
fond bazarı investisiya yığımının istiqamətləndirilmə mexanizmi
kimi aparıcı rol oynamalıdır. Ölkədə daxili investisiya imkanlarının
genişləndirilməsinin əsas şərti real və effektiv investor kimi geniş
əhali kütləsinin maddi imkanlarının artılmasına şərait yaratmaqla,
müxtəlif sahibkarlıq formalarının fəallaşdırılmasına münbit zəminin
təmin olunmasıdır [12; 47]. Bu halda fond bazarı öz funksiyalarını


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
22
daha çox investisiya yığımında “islahatçı” kimi icra edəcəkdir. Inki-
şaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi artım tempini təmin
etmək üçün iri həcmli investisiya qoyluşlarının və yüksək milli yı-
ğım normasının mövcudluğu xüsusi ilə vacibdir [52]. 1991-2010-cu
illərdə inkişaf etmiş ölkələr dünyada ən yüksək göstəricilərlə fərq-
lənmiş, bu ölkələrdə iqtisadi artım 37%-dən çox olumuşdu [53; 61].
Bunun da əsas səbəbi əhalinin ənənəvi olaraq qənaətə, yığıma daha
çox meylli olması ilə bağlı idi. Lakin, bir çox keçmiş possosialist
ölkələrində milli yığım norması ilə  iqtisadi artım tempi arasında
ciddi asılılıq müşahidə edilmir. Belə ki, 1994-2010-cu illərdə yük-
sək yığım normasına baxmayaraq (22-30%) Macarıstanda, Çexiya-
da və digər ölkələrdə iqtisadi artım tempi 2-5%-ə bərabər olmuşdur.
Ukrayna və Rusiyada isə bu göstərici ÜDM-in çox az hissəsini təş-
kil etmişdir. Bu əsasən kapital qoyuluşlarının az səmərəli olması və
fond bazarlarının inkişaf səviyyəsinin qeyri-təkmilliyi ilə  əlaqədar-
dır [61]. Azərbaycan Respublikasında son dövrlər ərzində yığımın
orta illik artım tempinin 20% təşkil etməsinə baxmayaraq, bu
mənbənin əsas hissəsi müəssisə və təşkilatların qənaəti hesabına ya-
ranmışdır. Eyni zamanda, bu müəssisələrin qənaətinin tərkibində
neft və qaz sektorunda fəaliyyət göstərən müəssisələrin xüsusi çəkisi
öz yüksəkliyi ilə fərqlənir. Fond bazarının kifayət qədər səmərəli
fəaliyyət göstərməməsi, müəssisə və təsərüfatların bu bazarda iştirak
səviyyəsinin qeyr-qənaətbəxşliyi, təkmil maliyyə institutlarının for-
malaşmaması və digər bu kimi səbəblər ölkədə mövcud olan sərbəst
maliyyə vəsaitlərini investisiya qoyluşları məqsədilə kifayət qədər
səfərbər etməyə imkan verməir. Müasir iqtisadi şəraitdə fond baza-
rının inkişafı maliyyə sektoru ilə bərabər digər iqtisadiyyat sahələri-
nin fəaliyyətinin təkmilləşdirilməsi, pensiya islahatlarının genişlən-
məsi, büdcə gəlirlərinin investisiya yönümünün dərinləşməsi ilə sıx
bağlıdır.
Fond bazarı kapitalın ayrı-ayrı sektorlar üzrə səmərəli bölgü-
sündə və hərəkətində xüsusi əhəmiyyət kəsb edir. Fond bazarları
mülkiyyət hüquqlarının bölüşdürülməsinin daha sivil mexanizmi
kimi çıxış edərək, iqtisadiyyatın müxtəlif strukturlarının səmərəli-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
23
liyinin artırılmasına təsir göstərir,  mülkiyyətçilərin qanuni ma-
raqlarını müdafiə edir. Kapitalın fond bazarı vasitəsilə bölüşdü-
rülməsi digər alternativ mənbələrə, xüsusilə də dövlət mənbələrinə
nisbətən daha səmərəlidir. Belə bölgü dövlətin iqtisadiyyata lü-
zumsuz müdaxiləsinin qarşısını alır. Əhalidə olan sərbəst pul vəsa-
itlərinin investisiya qoyluşları məqsədilə cəlb etmək üçün müxtəlif
vasitələrdən istifadə etmək mümkündür:
v Birbaşa investisiya kimi;
v Layihə  şəklində müəyyən zaman müddətində pul vəsait-
lərinin müvafiq gəlirlərlə qaytarılması şərti ilə;
v Kommersiya banklarında və ya digər maliyyə-kredit təşki-
latlarında depozit kimi istifadə yolu ilə;
v Təsərrüfat subyektlərinin nizamnamə kapitalına pay qoylu-
şu, onların qiymətli kağızlarının əldə olunması ilə.
İkinci və üçüncü halda borc kapitalı maliyyə-kredit institut-
larının rəhbərliyi və nəzarəti altında əhalidən pul vəsaitlərinin top-
lanması yolu ilə təklif edilir.
Dövlət fond bazarının inkişafı ilə büdcə kəsirlərini örtmək,
müxtəlif sosial-iqtisadi və regional inkişaf proqramlarını həyata
keçirmək, maliyyələşdirmək və digər bu kimi mühüm problemləri
həll etmək imkanları  əldə edir. Həmçinin, bu bazarın səmərəli
fəaliyyət mexanizmini formalaşdırmaqla yerli idarəetmə orqanları-
nın investisiya cəlbi problemləri də aradan qalxır.
İqtisadçı alim Cek Qlen haqlı olaraq qeyd edir ki, inkişaf et-
məkdə olan ölkələr üçün xüsusilə diqqəti çəkən problem inves-
tisiya çatışmazlığı olan sahələrə kapital qoyuluşlarının cəlb edil-
məsidir. İnkişaf etməmiş fond bazarlarında kapital çatışmazlığı
iqtisadi inkişaf proseslərini ləngidən ən başlıca səbəblərdən biridir.
Fond bazarının vacibliyinin sübutu bazar və onun struktur sahələ-
rində mövcud olan problemlərdən, bazar iqtisadiyyatının xüsusiy-
yətlərindən və müxtəlif iqtisadi sahələrə maliyyə qoyluşlarından
irəli gəlir [39, 87].
 İqtisadi inkişaf proseslərində fond bazarlarının fəallaşmaqda
olan rolu bu sahəyə daha geniş elmi-praktik yanaşmanı tələb edir.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə