Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
45
Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker
Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki çinar ağacının dibində
toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalı-
şıblar. 1990-cı illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm
qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya “kürsüsü” vardır; bu
yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və
səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada in-
formasiya broker ofisləri ilə birja arasında informasiya texnologi-
yaları, elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün
200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur,
kvota və əmrləri idarə etmək üçün 800 telefon rabitəsindən istifadə
edilir [30].
Birjada hər bir yer üzrə qiymət 35 mindən 500-700 min dollar
arasında dəyişir [41, 69]. Nyu-York fond birjasının digər ölkələrin
birjaları ilə müqayisədə əsas fərqi onun bir-birindən fərqli üzvlərə
malik olmasıdır:
birinci-müəyyən qiymətli kağızlarla (bir və ya bir neçə)
əməliyyatlar üzrə mütəxəssislər. Birjada hər bir qiymətli kağız
müəyyən mütəxəssisə həvalə edilir və o həmin kağızlar üzrə söv-
dələşmə sahəsində üstün və ya inhisar hüququna malik olur. Söv-
dələşməni başa çatdırdıqdan sonra onlar komissyon haqqı alırlar.
Diler kimi mütəxəssisin vəzifəsi bazarda ona həvalə edilmiş
qiymətli kağızları müvəqqəti olaraq tələb və təklif arasında yaran-
mış disbalansı minimuma endirmək üçün öz hesabına almaq və
satmaqdır. Digər hallarda mütəxəssisə öz hesabına ticarət etmək
qadağandır. 1990-2010-cu illərdə Nyu-York fond birjasında 55
qrupda birləşən 440 mütəxəssis fəaliyyət göstərirmiş, ən böyük
qrup 24 mütəxəssisdən ibarət olmaqla 125 növ aksiyaya malik ol-
muşdur;
ikinci- müştərilərinin sifarişlərini yerinə yetirirən  ticarət zalının
və ya fond birjasının üzvü olan brokerlər öz hesabına əməliyyat
keçirmək hüququna malik deyillər. Onlar vəziyyətdən asılı olaraq
sövdələşmək imkanı olmayan digər brokerlərin tapşırıqlarını ye-
rinə yetirə bilirlər;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
46
üçüncü- ticarət zalında öz hesabına əməliyyat aparan və ya
müəyyən payla iştirak edənlərin tapşırığı ilə fəaliyyət göstərən bir-
ja maklerləri olur (onların sayı 30 nəfərə yaxın olur);
dördüncü- sövdələşmə aparmaq imkanı olmayan, amma
əməliyyat zalına buraxılmaq hüququ olan assosiativ üzvlər fəaliy-
yət göstərir. Bir qayda olaraq kompaniya və  firmaların belə nüma-
yəndələri fond birjalarının üzvləridir.
ABŞ-da ikinci yerdə olan birja Amerika fond birjasıdır (Nyu-
York). Bu birjanın fəaliyyəti səhmlərin qiymətlərinə görə digər
qeyri-mərkəzi birjalar kimi Nyu-York fond birjasına istiqamətlən-
mişdir. Regional fond birjaları əsasən yerli kompaniyaların çox da
böyük olmayan səhmlərinin alqı-satqısını həyata keçirir.
Amerika fond birja şəbəkəsinin əsas xüsusiyyəti ondan ibarətdir
ki, burada əvvələr buraxılmış qiymətli kağızlarla (səhmlər, xüsusi
və dövlət istiqrazları) əməliyyatlar daha üstün aparılır. Birjalarda
dövlətin qiymətli kağızları üzrə aparılan əməliyyatların xüsusi
çəkisi öz yüksəkliyi ilə fərqlənir. Xüsusi mülkiyyətdə olan qiymət-
li kağızların birjaya buraxılması o halda mümkündür ki, alınan xa-
lis mənfəətin həcmi ən azı bir milyon dollar təşkil etsin. Bazara
buraxılış qiymətli kağızlarla əməliyyatlar üzrə komissiyada qeydə
alınmaqla birja şurasının razılığı əsasında mümkün olur.
Fond birjalarında dövlətin təsirinin və rolunun artması ilə bağlı
olaraq 1930-cu illərin əvvələrində ABŞ-da böyük böhrandan sonra
bir sıra mühüm qanunvericilik aktları qəbul edilmişdir. Müvafiq
hüquqi sənədlərin əsas məqsədini kiçik vəsait sahiblərinə ziyan vu-
ran möhtəkir əməliyyatlarının qarşısının alınması təşkil etmişdir.
1933-cü ildə qiymətli kağızların emissiyası aparılmış, 1934-cü ildə
isə qiymətli kağızların birja ticarəti haqqinda qanun qəbul edilmiş-
dir [48, 132].
ABŞ-da fond bazarının dövlət tənzimlənməsinin həyata keçi-
rilməsinə qədər yalnız bazar özünütənzimləmə formaları hakimlik
təşkil etmişdir. Belə tənzimləmədə investorlar deyil, daha çox
peşəkarlar fəal iştirak etmişdir. Fond bazarında sövdələşmiş ti-
carətçilərin qiymətləri süni surətdə dəyişdirilmələri, qiymətlərlə


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
47
manipulyasiya etmələri investorları qiymətli kağızların alqı-satqı-
sında çaşqın salırdı. Ölkədə maliyyə piramidalarının yaradılması
təcrübəsi geniş miqyas almışdı. Bununla bağlı olaraq dividentlər
gəlir hesabına deyil, növbəti emissiyanın nəticəsində kapitalın he-
sabına ödənilirdi. Qiymətli kağızlarla bağlı kreditlər əldə edilmə
praktikası da geniş yayılmışdı, belə ki, investorların 40%-i səh-
mləri kreditlə əldə edirdi.
Banklar yalnız onlar tərəfindən yaradılan törəmə  şirkətlər va-
sitəsilə qiymətli kağızların alqı-satqısı ilə deyil, həmçinin qiymətli
kağızların alınması üçün investorların kreditləşdirilməsi ilə də
məşğul olurdular. Əldə edilən qiymətli kağızlarda investorların
şəxsi vəsaitlərinin payı 10% həcmində olurdu. Bu isə fond bazarı-
nın iflası zamanı banklara olan borcların ödənməməsinə və bunun-
la da bankların kütləvi şəkildə müflisləşməsinə gətirib çıxardı.
Böhran yalnız fond bazarını deyil, həmçinin maliyyə sektorunu da
iflasla uğratdı. Məhz 1932-ci ildən etibarən ABŞ-ın maliyyə sekto-
runda intizamı güclənmidmək üçün qiymətli kağızların ilkin baza-
rını qaydaya salmaq və investisiya institutlarının fəaliyyəti üzərin-
də nəzarət yaratmaq qərarı verildi. Nəticədə həmin ildə qiymətli
kağızlar, 1934-cü ildə isə fond birjaları haqqında qanun qəbul
edildi. Qiymətli Kağızlar və Fond Birjaları üzrə Amerika Komis-
siyası yaradıldı, bununla da ABŞ-ın fond bazarında dövlət tənzim-
lənmə sistemi tətbiq edilməyə başlandı. Bu komissiya üzvləri Se-
natın razılığı ilə prezident tərəfindən 5 il müddətinə təyin edilir.
Komissiyanın sədri isə senatın razılığı olmadan ABŞ prezidenti
tərəfindən seçilir. Komissiya mərkəzi aparatla yanaşı 9 regional
birliklərdən (Atlantada, Bostonda, Çikaqoda, Denverdə, Fort-
Uortda, Los-Ancelesdə, Nyu-Yorkda, Filadelfiyada) ibarət idi.
1933 və 1934-cü illərdə qəbul olunmuş qanunlara əsasən
qiymətli kağızlarla manipulyasiyanın bütün formaları qadağan edi-
lərək, ödəniş aparılmadan satışa, kreditlə qiymətli kağızların alın-
masına, şirkətlərin menecerləri və direktorlarına - insayderlərə şəx-
si qiymətli kağızlarla ticarətə kəskin məhdudiyyətlər qoyuldu. Bu-
nunla yanaşı 1933-cü ildə qəbul edilmiş banklar haqqında qanuna


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə