Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   2   3   4   5   6   7   8   9   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
12
da müəyyən əlaqə vardır. Və bu əlaqənin kökündə əsasən bu amillər
xüsuilə fərqlənməlidir:
v Bazar iştirakçılarının iştirak səviyyəsi və imkanları;
v Bazarda instititutsional qurumların təşəkkülü;
v Bazar mühitinin formalaşması;
v Fond bazarına olan inam və onun iqtisadi həyata təsirləri.
XX əsrə xas olan səciyyəvi cəhətlər özünü daha çox qlobal iqti-
sadi inkişaf proseslərinin dərinləşməsi, müəssisə və firmaların ma-
liyyə vəziyyətində qeyri-stabillik hallarının artması, böhran və
tənəzüllərin yüksəlişi, geniş və lokal səviyyəli müharibə və mü-
naqişələr, ABŞ, Qərbi Avropa, Yaponiya, cənubi-şərqi Asiya ölkə-
lərinin iqtisadiyyatının canlanması, iqtisadi münasibətlər sis-
temində  əsaslı dəyişiklər kimi proseslərdə göstərmişdir. Təbii ki,
belə proseslər iqtisadiyyatın digər sahələri kimi, fond bazarlarının
fəaliyyətinə də təsirsiz ötüşməmiş və bu fəaliyyət sahəsinin yeni
baxımdan təşklinə, inkişafına səbəb olmuşdur.
Müasir bazar münasibətləri şəraitində qiymətli kağızlara ya-
tırılan maliyyə vəsaitləri dövlət və cəmiyyət üçün əsas diqqət
mərkəzinə çevrilməkdədir. Bu amil isə ümumi iqtisadi inkişaf pro-
sesləri ilə sıx təmasda olduğu üçün onun formalaşması və inkişafı
xüsusi yanaşmanı, təkmil iqtisadi-hüquqi tənzimləmənin mövcud-
luğunu gündəmə gətirməkdədir.
Fond bazarı bazar iqtisadiyyatında əsas aparıcı mövqeyə malik
olmaqla, həm də tədəvül sferasında öz aktivliyi ilə seçilir, iqtisa-
diyyatın müxtəlif sahələrinə, müəssisələrə cəlb olunan maliyyə re-
surslarının formalaşmasının əsas mənbələrindən biri kimi əhəmiy-
yət kəsb edir. Bu bazarın əsas fərqləndirici cəhəti ondan ibarətdir
ki, burada gedən proses və əməliyyatların nəticələri iqtisadiyyatın,
özəl sektorun konyuktur və maliyyə vəziyyətinə, əhalinin maddi
durumuna əməli təsir göstərmək imkanlarına malik olur.
Müasir fond bazarının fəaliyyətini şərtləndirən səbəbləri aşağıdakı
kimi sistemləşdirmək daha məqsədəuyğun hesab edilməlidir:
v Birincisi, fond bazarında dövriyyədə olan qiymətli kağızlar
maliyyə vəsaitlərinin formalaşmasında, xüsusilə də bölgüsündə əsas


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
13
iştirakçı qismində çıxış edirlər. Müvafiq bölgü: ölkələri və əraziləri,
iqtisadiyyat sahələrini, sahə daxilindəki müəssisələri əhatə edir. Ma-
liyyə vəsaitlərinin axını onun sahibinə daha çox gəlir və  fayda gəti-
rilməsini təşkil edən sahələrə yönəlir. Məhz bu prinsip hər bir ölkə
və konkret müəssisə üzrə vəsaitlərin bölgüsünü təmin edir.
v İkincisi, fond bazarında qiymətli kağızlar vasitəsilə in-
vestisiyaların cəlbi və bölgüsü prosesi həyata keçirilir. Burada
konkret emitentlər və müəssisələr, investorlar, investisiya institut-
ları arasında münasibətlər formalaşır.
v Üçüncüsü, fond bazarında əldə olunan qiymətli kağızlar
onun sahibinə, səhmdara vəsait qoyduğu subyektin mülkiyyətində
müəyyən paya sahiblik hüququnu verir. Qiymətli kağızların nö-
vünə uyğun olaraq, səhm sahibinin müəssisənin idarə olunmasında
iştirakı və ya mənfəət götürmək hüququ müəyyənləşir.
Son yüz illiyin fond bazarlarının inkişafında başlıca mühüm
cəhət kimi: bir tərəfdən maliyyə-pul resurslarına ehtiyacı olan döv-
lətin, kommersiya qurumlarının və müəssisələrin qiymətli kağızla-
rının satılmasına, digər tərəfdən isə bu vəsaitləri səmərəli yerləş-
dirmək və fayda götürmək niyyəti güdən fiziki və hüquqi
şəxslərin, investorların məqsədlərinin təmin olunmasına yönəlmiş
bir siyasətin formalaşması  daha çox diqqəti cəlb edir. Və digər
tərəfdən, bu bazar qiymətli kağızların alqı-satqısı üzrə fəaliyyətin
təşkili, reallaşdırılması ilə bağlı hüquqi-normativ əsasların, tən-
zimləmə mexaniminin, qaydaların, institusional qurumların təşki-
latçısı kimi də öz əhəmiyyətliliyi ilə fərqlənir.
Aparılan tədqiqat və araşdırmaların nəticəsi olararaq belə bir
fikrin irəli sürülmsəi vacib hesab edilə bilər: “fond bazarının
fəaliyyətini şərtləndirən səbəblər onun tarixi və müasir inkişaf
mərhələsindən irəli gəlir”. Mövcud səbəbləri isə  əsasən iki is-
tiqamət üzrə fərqləndirmək məqsədəuyğundur:
v Makroiqtisadi səbəblər. Bu səbəblər onun vacib bazar in-
frastrukturu, maliyyə bazarının əsas tərkib hissəsi olmaqla, makro-
iqtisadi inkişaf prosesinə önəmli təsir imkanlarından irəli gəlir.
Məhz fond bazarı maliyyə-pul vəsaitlərinin formalaşmasında və


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
14
dövriyyəsində mühüm rol oynamaqla yanaşı, həm də bu vəsaitlrəin
səmərəli və məqsədəuyğun istifadəsinə təkan verir. Digər tərəfdən,
investisiyaların cəlbində, yerləşdirilməsində, yığımın formalaşdı-
rılmasında fond bazarı öz vacibliyi ilə çıxış edir. Bütün bu amillər
isə sosial-iqtisadi proseslərdə mənfi tendensiyaların qarşısının alın-
masında, milli iqtisadiyyatın inkişafında, mühüm dövlət proqram-
larının reallaşdırılmasında önəmli hesab edilməlidir.
v Mikroiqtisadi səbəblər. Bu səbəblər bir növ makroiqtisadi
səbəblərin davamı kimi çıxış edir. Fond bazarı müəssisə və təşki-
latların qiymətli kağızlarının alqı-satqısını təşkli edib - tənzimlə-
məklə, həmin subyektlərin əlverişli şərtlərlə maliyyələşdirilməsini,
kapital və investisiya qoyluşu üzrə təminatını da həyata keçirir.
Həmçinin, fond bazarı fiziki və hüquqi şəxslərin əlavə pul ehtiy-
yatlarının səmərəli istifadəsinə, onların gəlirliliyinin təminatına şə-
rait yaradır. Qeyd edilən səbəblər fond bazarının fəaliyyətini
şərtləndirməklə, onun müasir tələblər baxımından təşkilini, dəyişən
və təkmilləşən iqtisadi proseslərə uyğunluğunu da zərurətə çevirir.
Bazar münasibətlərinə keçid dövrünü yaşayan və bazar mü-
nasibətlərinin inkişaf etdiyi ölkələrdə zəruri addım kimi atılan
özəlləşdirmə prosesi yeni, müxtəlif təşkilatı-hüquqi formalı müəs-
sisələrin, o cümlədən səhmdar cəmiyyətlərinin yaranmasına səbəb
olmuşdur. Belə müəssisə və təsərrüfatların istər özəlləşdirilmə-
sində, istərsə də onlar tərəfindən sonradan yeni və  əlavə səhmlər
buraxılmasında, satışında fond bazarı  əvəzsiz bir institut kimi
xüsusi əhəmiyyət kəsb etməsi ilə fərqlənir.
Müasir dövrdə fond bazarı iqtisadi münasibətlər sisteminin mü-
hüm həlqəsini təşkil etməklə, siyasi-iqtisadi hayatın əsas barometri
olub, formalaşdırdığı informasiyalarla iqtisadi inkişafın vacib
qiymətləndirici amilinə çevrilir. Fond bazarının fəaliyyət dairəsi
iqtisadiyyatın daxili və xarici  inkişaf siyasətini əhatə edərək, bazar
iştirakçılarının, dövlətin, hüquqi və fiziki şəxslərin, sahələrin ma-
raqlarını da özündə təcəssüm etdirir. Mövcud maraqlar isə bazar
əməliyyatlarının, sövdələşmələrin son nəticəsi kimi meydana çıxır.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə